Kitabların elektronlaşdırılması nə vəd edir?
İnformasiya və kommunikasiya texnologiyaları cəmiyyətin
inkişafına təsir
göstərən əsas
amillərdən biri kimi artıq hər bir sahədə
tətbiq edilir. Müasir texnologiyanın
təsir dairəsi iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və
bütövlükdə insanların
həyat tərzini əhatə edir, artıq hər bir sahədə bu texnologiyaların üstünlüklərdən yararlanmaqla,
daha uğurlu nəticələr əldə
edilir.
Amma həyatın, belə deyək, elektronlaşdırılmasının mənfi tərəfləri
də az
deyil. Ənənəvi, adət etdiyimiz
resursların, vasitələrin
bu gün "robotlaşması”, kompyuterin
insan üzərində
hakimiyyəti əsrimizin
kandarına qədər
əldə etdiklərimizi
də silinmək təhlükəsi ilə
üz-üzə qoyur.
Konkret olaraq, kitabların elektronlaşdırılması məsələsinə toxunsaq,
burada fikirlər daim haçalanır. Bir qrup insan bunun daha
mütərəqqi, əlçatan
olduğunu düşünsə
də çoxları
kitabların elektron versiyalarının ənənəvi
kitabları tarixə çevirəcəyindən narahatdır. Çünki, əvvəllər kitablar informasiya, maarifçilik baxımından
faydalı idisə, indi kompyuter texnologiyaları sayəsində
ənənəvi kitablar
yalnız mütaliə
üçündür. Kitablar əsas funksiyasını
təhsil ocaqlarında
qoruyub saxlayırdılar
ki, artıq bu məkanlarda da kağız kitablar yerini elektron kitablara verməli olacaqlar.
Belə ki, artıq Azərbaycan təhsilinin inkişafı və dünya standartlarına çatdırılması baxımından
qarşıdakı illərdə
yeni kurrikulumlara müvafiq elektron dərsliklərin hazırlanması
və buna əsasən də dərsliklərin hər birinin elektron formada planşetlərdə
yerləşdirilməsi nəzərdə
tutulub. Qarşıdakı illərdə bütün
ümumi məktəb
şagirdləri dövlət
tərəfindən pulsuz
planşetlə təmin
olunacaq. Hər bir
şagirdin sinfinə uyğun dərsliklər həmin planşetə yüklənəcək. Təhsil Nazirliyinin
rəsmi açıqlamasında
bildirilir ki, yaxın gələcəkdə
elektron dərsliklərə
keçid üçün
ilk addımlar da atılıb. Nazirlik yeni
hazırlanan dərsliklərin
hamısının müəlliflik
hüququnu öz üzərinə götürüb
və onların elektron formaları nəşriyyatlardan alınıb.
Bu da gələcəkdə
dərsliklərin elektron
formasının hazırlanmasında
əlavə resurs olacaq.
Qeyd edək ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində artıq neçə illərdir elektron dərsliklərə keçilib və istifadə olunur. Son illərdə tibb ekspertləri həyəcan siqnalı çalırlar ki, ənənəvi dərsliklərin doldurulduğu çantalar azyaşlılarda onurğa sütununun əyriliyinə səbəb olur. Bu baxımdan elektron dərsliklər ənənəvi dərsliklərdən daha yaxşı hesab olunur, çünki çəkisi 600-700 qram olan planşetlərə bütün dərs vəsaitlərinin yüklənməsi mümkün olduğundan, ildən-ilə ağırlaşan məktəbli çantalarına daşımağa ehtiyac qalmayacaq.
"Planşet yaxşı tədris
bazası ilə təmin olunmasa, o elektron cihazdan
başqa bir şey olmayacaq"
Bəs elektron kitablara keçid böyüməkdə olan nəslin ənənəvi kitablardan tamamilə uzaqlaşmasına gətirib çıxarmazmı? Azərbaycanın nüfuzlu nəşriyyatlarından olan "Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov elektron kitabların ənənəvi kitabları sıradan çıxara biləcəyini düşünmür: "Mən təsəvvür eləmirəm ki, kimsə bütün kitabları elektron versiyada oxumağa üstünlük versin. Çünki bu, hər şeydən əvvəl yorucu və gözə ziyanlıdır. Təbii ki, kitabları çap versiyada oxumaq daha yaxşıdır. Amma əlçatan olduğu üçün elektron kitablardan da yararlanmağın faydaları var. Bu həm də uşağın müstəqil oxumasına öz müsbət təsirini göstərə bilər. Üstəlik tapşırıqlarını valideynlərin müdaxiləsi olmadan elə planşetdəcə yerinə yetirə bilər ki, bu da yerində və dürüst qiymətləndirməylə nəticələnər”.
R.İsmayılov hesab edir ki, dərsliklərin elektron sistemə keçməsi üçün əvvəlcə baza təkmilləşdirilməlidir. Onun sözlərinə görə, planşet yaxşı tədris bazası ilə təmin olunmasa, o elektron cihazdan başqa bir şey olmayacaq. İnternet resursları lazımi səviyyəyə gətirilməlidir ki, şagird doğru informasiyalardan bəhrələnə bilsin: "Amma bu gün, götürək Vikipediyanın Azərbaycanca versiyasını – tamamilə yararsız vəziyyətdədir. Həm informasiya azdır, həm də mövcud informasiya dəqiq və mötəbər deyil. Artıq bununla bağlı dəfələrlə müraciət etmişəm. Nəşriyyatımız həmin məlumatların istifadəsindən imtina edib, çünki dərslik çox ciddi bir nəşrdir və burada yanlışlığa yol vermək olmaz. Ona görə də daha mötəbər və etibarlı kitablardan, məsələn: Azərbaycan Sovet Ensiklopediyası kimi kitablardan yararlanmaq olar. Təbii ki, adıçəkilən nəşrdə kommunizm ideologiyaları məlum məsələdir ki, üstünlük təşkil edir, belə mənəvi cəhətdən köhnəlmiş nəşrlərlə də bir qədər ehtiyatlı olmaq lazımdır, amma bunların çıxarılıb konkret informasıyaların saxlanılması ilə yaxşı baza yaratmaq mümkündür. Bu baxımdan nəşriyyatımız lüğət sistemini təkmilləşdirmək istiqamətində əhəmiyyətli işlər görüb. Hazırda, həmin Sovet Ensiklopediyasının bazasında izahlı lüğətlər hazırlayırıq”.
R. İsmayılov onu da diqqətə
çatdırdı ki, əgər nəşriyyatlar
çevik tərpənsələr, öz işlərində yeni
bir istiqamət götürsələr heç nə itirməzlər, əslində qazana bilərlər. Onun
sözlərinə görə, sifarişlər
azaldığına görə, burda itirən
tərəf yalnız mətbəələr ola
bilər. Amma onlar da bundan doğru
bəhrələnə bilsələr, yararlana
bilərlər. Çünki kəmiyyət
azaldığına görə daha keyfiyyətli
kitablar nəşr edə bilərlər ki, bu da
satış baxımından daha əlverişli
olar.
Şəfiqə
Şəfa
Ədalət.
- 2014.- 24 sentyabr.- S. 2.