MÜASİRLƏŞƏN MELİORASİYA VƏ İRRİQASİYA SİSTEMLƏRİ

 

 (mövzu əsasında XV yazı)

 

Tanrı neməti

 

Suyun əvəzedilməz həyat neməti olması haqqında, onun dadı, qoxusu vəg qoruxusu haqqında ulu Dədə Qorquddan, dahi Nizamidən, elə Antuan Sent de Ekzüperidən tutmuş müasir mütəffəkkirlərimizəcən xeyli hikmətli sözlər, əhvalatlar eşitmişik. Çayalara, göllərə, bulaqlara şeirlər qoşmuşuq, mahnılar bəstələmişik. Susuzluğun demək olduğunu da, sellərin-daşqınların qoruxusunu da yaşamışıq. Dibində çınqılları görünən dupduru çayın kənarında yaşayıb özlərini mümkün susuzluğa öyrəşdirən yoqların qəribə fəlsəfəsinə təəcsüblənmişik.

bu Tanrı nemətinin sirrini-sehrini hələ bütünlüklə öyrənə bilməmişik..

 

Həyata keçirilən tədbirlər fərəh doğurur

 

Böyük Qafqaz Kiçik Qafqaz dağlarının əhatəsində yerləşən Azərbaycan Respublikasının coğrafi mövqeyi, təbiəti, relyefi rəngarəng mürəkkəbdir. Belə bir təbii şəraitə malik olan respublikamızda irili-xırdalı 8300-dən artıq çay mövcuddur. bunların 154-ü sel törədici çaylar hesab olunur. Respublikamızda torpaqların suvarılması, çayların, digər su hövzələrinin mövsümlərə uyğun tənzimlənməsi, sel sularından, daşqınlardan qorunması başqa tədbirləri Meliorasiya Su Təsərrüfatı ASC həyata keçirir.

Azərbaycanın uzun illərdən bəri rəhbər işlərdə çalışan tanınmış dövlət xadimi Əhməd Əhmədzadənin rəhbərlik etdiyi bu qurum neçə illərdir ki, respublikanın uğurlu sosial inkişafına öz töhfələrini verir. Bu illər ərzində cari işlərlə yanaşı, Dövlət Proqramlarında nəzərdə tutulan bir çox böyük layihələr, tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları bu mühüm sahəyə xüsusi diqqət qayığı ilə yanaşır, bir sıra qurğuların inşasının təməlqoyma mərasimlərində, eləcə istifadəyə verilmə tədbirlərində şəxsən iştirak edərək görülmüş görüləcək işlərlə yaxından maraqlanır. Həmin tədbirlərdən bəzilərini bir daha diqqətə çatdırmağı vacib bilirik.

 

Füzulidə Mil-Muğan hidroqovşağının fəaliyyəti

 

Prezident İlham Əliyev Füzuliyə səfəri çərçivəsində Mil-Muğan hidroqovşağının fəaliyyəti ilə tanış olub.

"Meliorasiya Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə Mil-Muğan hidroqovşağı barədə məlumat verdi. Qeyd olundu ki, keçmiş SRİ İran dövləti arasında 1963-cü ildə imzalanmış "Texniki iqtisadi əməkdaşlıq haqqında" Sazişə əsasən Füzuli rayonunun Horadiz qəsəbəsi yaxınlığında Araz sərhəd çayının üzərində inşa olunmuş Mil-Muğan hidroqovşağı 1972-ci ildə istismara verilib. Hidroqovşağın tikilməsində məqsəd Araz çayının nizamlanmış axınından Azərbaycan İran tərəflərinin birgə istifadəsi ilə 200 min hektar, o cümlədən Azərbaycanda 120 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etmək olub. Sazişə əsasən Mil-Muğan hidroqovşağından 921 miylon kubmetr su götürlüməsi ekoloji vəziyyətin qorunması üçün 1 milyard kubmetr suyun çaya buraxılması nəzərdə tutulmuşdur.Bildirildi ki, burada bəndin su təmizləyən hissəsinin uzunluğu 136 metrdir. Onun üzərində eni 12 metr olan 6 suburaxıcı, eləcə hər iki tərəfə su vermək üçün eni 5 metr, hündürlüyü 3,5 metr olan 4 suqəbuledici qapı layihələndirilib.

Hidroqovşağın Azərbaycan tərəfində uzunluğu 1850 metr olan torpaq bəndləri tikilib. Hidroqovşağın sel vaxtı saniyədə 2700 kubmetr su buraxmaq qabiliyyətinə malikdir.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət. - 2014.- 24 sentyabr.- S. 3.