Bir məktub göndər
mənə Cavabına özün gəl...
Slavyan Universitetinin "Yaradıcılıq"
fakültəsində dərs
deyirəm. Hər dərsimdə sankı özümlə tanış
oluram. Yəni mən "nə
qədərəm", "hara qədərəm"
suallarına cavab tapıram. Şübhəsiz,
məni özümlə
tanış edən tələbələrimdir.
Belə tələbələrdən biri
Qalibə İlisuludur.
Lap gəncliyimdən tələbələrimin
hansı bölgədən
olduğu ilə maraqlanmışam və yaxud ədəbi-bədii məçlislərdə, dərnəklərdə
yaxşı bir şeir oxuyan gənci görən kimi soruşuram, hansı rayondansan? Bu sual bəzi
adamlarda qıcıq yatatsa da, fərqində
deyiləm. Çünki rayonların, bölgələrin
dil xəritəsi mənə çox maraqlıdır. Hər kəs
öz bölgəsinin
şəhdi-şirəsini, ləhcəsini özəlliklərini
ədəbi nümunəsində
ifadə edir. Elə bölgələr var ki, adamların fantaziyaları, uydurmaları,
ayamalar, bəzəmələri
çox güclüdür,
bu yerlərin yazarları maraqlıdır,
fikir və ritm intonasiyaları dərindir. Elə bölgələr də var ki,
yazarın düşüncəsi,
nitqi şirin deyil, soyuq və
səthidir.
Şübhəsiz ki, Qalibəni soruşmağa ehtiyac yox idi. Təxəllüs götürdüyü "İlisu"
hər şeyi deyir, bu yerlərin
qədimliyi, axar-baxarlığı,
təbiəti və dil semantikası hər şeyi ifadə edir. "İlisu"lunun məndə yaratdığı
assosiasiya həm qədimliyin, tarixin, həm də keçmişə açılan
bir ilmənin, bir telin anlamını
verir.
Qalibə Cəfərova
(İlisulu) Cəfər
qızı Qax rayonunun İlisu kəndində anadan olub. Avrasıya Universitetinin Stomotologiya
və Bakı Slavyan Universitenin Yaradıcılıq fakültəsində
təhsil alır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Qızıl Qələm" mükafatı
laureatıdır. 8 şeir kitabının müəllifidir. İndiyə
kimi şairin "Vətən səni, vətən məni çağırır", "Ayselim", "Bayatılar",
3 cilddə "Məhəbbət
şeirləri", "Sözün
qurbanıyam", "Azərbaycan
məmlkətim mənim"
və başqa şeir kitabları işıq üzü görüb, həmçinin
şeirləri "Türk
dünyası şairlər",
"Gönül qəhvəsi",
"Ədəbiyyat sofrası",
"Türk tasəvvuf
şirleri", "Şair
bakışlı kalemlər"
antologiyalarında və
"İlusu" ensiklopediyasında
yer almışdır.
Bu gün şair
ölkəmizin müxtəlif
mətbu orqanlarında
müntəzəm çap
olunur. Şair hal-hazırda Amkara
Sanat Platformunun rəsmi Azərbaycan təmsilçisidir. Şeirlərin xeyli sayda mahnılar
bəstələnmişdır.
Bu dediklərim
Qalibə İlusulunun
qısa bir tərcümeyi halıdır. Amma ən
böyük tərcümeyi-hal
onun şeirləridir.
Ədəbi tərcümeyi-hal qədər dəqiq heç nə yoxdur.
Qalibənin şeirlərində müxtəlif
mövzulara müraciət
edir. Onun şeirlərində Qarabağ, xüsusən Xocalı faciəsi, körpələr, təbiət,
sənətçilər, ilahiyyat,
dünya, məhəbbət
mövzuları mühüm
yer tutur. Dünya şeirlərində şair
narahatlıq hissləri
keçirir, Allahın
yaratdığı dünyanı
insanlar bir anın içində uçurmaq istəyirlər.
Bəzən boza çalır gedir,
Bəzən al rəng alıb gedir.
Bəzən rəngsiz olur gedir,
Sorma, dünya rəngdədir?
Və yaxud
Dünya gəzməli dünyadı,
Dünya süzməli dünyadı.
Dünya, dünya, bu dünya,
Naxış düzməli dünyadır.
Qalibə xanım təkcə özünü yazmır, o dövrünü, zamanını ifadə edir. Şeirlərində ilahi eşq, dünya və vətən eşqi özündən qabaq ki, ədəbi nəslin düşüncələrinin davamı kimi görünür. Bu da çox təbiidir. Sevgi şeirlərində aşiq düşüncəli və kədərlidir. Çünki sevgilisi ona laqeyddir. Axıdılan göz yaşlarına biganədir. Bəzən sevgili əğyarla həmrəydir. Bu obrazlar zamana uyğundur. Klassik şeir ənənələrinə sadiqdir. Qalibə xanım milli kökə, xalqımızın adət-ənənlərinə, milli-mənəvi əxlaqi dəyərlərimizə sadiq şairdir.
Dünya anlamı onun şeirlərindən təkcə söz kimi keçmir. Fikir kimi, özü də yeni fikir kimi təsvir olunur. Aşağıdakı misralara diqqət yetirək.
Qəribliyim
Gəlməz saya.
O sahibdir
Günə, aya.
Bu şeirdə hiss edirsən ki, dünyanın, təbiətin nizam -tərəzisi pozulub. Baxın, görün insən nə qədər qəribdir. Burda fiziki və coğrafi anlayış da mühüm rol oynayır. İnsan öz elində, obasında və ya dostlarının arasında da qərib ola bilər. Bu yalnız bir şəxsə aiddir. Amma Qalibə xanım, yenə deyirəm, təkcə bir şəxsi yazmır, bəşər insanının taleyini yazır. İnsan yalnız Yer kürəsi ilə tanışdır. Amma onun qəribliyi daha çoxdur. Gün və ay qədərdir.
Qalibənin şeirlərini iki qismə ayırmaq olar. Mənası birbaşa olanlar və bir də mənası alt qatda gizlənənlər. yuxarıdakı şeirin mənası alt qatdadır. İlk anda başa düşülür ki, müəllif özünü deyir, sonra bilirsən ki, burada böyük bəşəriyyət nəzərdə tutulub. Daha bir şeirinə nəzər salaq.
Gəlinin isməti,
Gərəkdir yerində
Yerində ola,
Həyası, üsməti,
Arı üzündə,
Namusu qeyrəti
Dərində ola.
Bu şeirdə maraqlı bir faktı qeyd etmək istəyirəm. Gərək gəlinin (insanın) namusu, qeyrəti dərində olsun. Üzdə olan şeylər hamısı gəldi-gedərdir. Sevinc, kədər, yalançı pafos üzdədirsə, o bir azdan çiçək kimi solacaq. Dərində olan şeylər gözəl və əbədidir. İstər şeirdə olsun, istərsə də insanda.
Şairin "Bir dəqiqəlik sükut" şeiri çox maraqlı göründü mənə. Faciə ildönümlərində şəhidlərimizin, dünyasını dəyişənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmək artıq biz də bir ənənə halını alıb. Şair göstərir ki, bu bir dəqiqəlik sükutun yerinə insan həyatına qəsd edənlər sükut etsələr daha yaxşı olar. Xocalıda - dünyanın harasında olursa-olsun, insan öldürənlər əllərini saxlasınlar, sükut eləsinlər.
Gərək sükut eləsin,
Göz yaşları tökənlər.
Şair haqlıdır. Bizim sükut etməyimizin yerinə göz yaşı tökələr əllərini saxlasalar daha yaxşıdır.
Qalibə xanımın şeirlərində insan kədəri, ayrılıq, göz yaşları bəzən baş qəhrəman olsa da oxucu üçün qorxulu deyil. Çünki bu kədərin içində xoşbəxtlik, ümid işartıları "yox" deyildir.
Şair deyir.
Könlüm oxumu daha
Nəğməm qalıb sabaha.
Xəyanətin əlindən
Məhəbbət cırır yaxa.
Bəs görəsən bu nəğmənin oxuması nəyə görə sabaha qalıb? Demək, bu gün aşiqin həyatında kədər sultanlıq edir. Məhəbbət sözü burda şəxsləndirilir. "Yaxa cırmaq " insana aiddir. Amma burda yaxa cıran məhəbbətdir. Xəyanət məhəbbəti daha da alovlandırıb, özündən çıxarıb. Xəyanət və məhəbbət tutarlı qafiyə olsa da bir-birinin tam əksidir. Dünyada bu qədər heç nədə əkslik yoxdur. Bu paradoksluq, nəğmənin bu gün yox, sabah oxunması və hələ də ümidin yaşaması şeirin təsir gücünü daha da artırır.
Qalıbə xanım şeirlərində tez-tez deyir: "Vətənə getməyim gəlir". Bəs görəsən şair vətəndə deyilmi? Ola bilsin ki, bu şeirlər yazılanda şair vətəndə olmasın, deyək ki, şərti mənada Türkiyədə olsun və Azərbaycana gəlmək istəsin. Məncə, əsas məsələ bu deyil, şair Azərbaycanda ola-ola Qarabağa, Zəngəzura, Dərbəndə, Qərbi Azərbaycana, Təbrizə getmək istəyir. Əsas fikir bax, budur.
Qalibə xanımın şeirləri kifayət qədər musiqilidir, necə ki, bir çox şeirlərinə mahnı bəstələnib.
İllərimi verdim yelə,
Yanıb, yanıb döndüm
külə.
Ay insafsız, demə belə,
Bu sevgi deyil, bəs
nədir?
Eşqindir məni
yandıran,
Damarda qanım donduran.
Öz adımı
unutduran,
Bu sevgi deyil, bəs nədir?
Vətən, sevgi uşaq şeirləri, xüsusən
türk dünyası
ilə bağlı şeirlər daha çox diqqətimi cəlb etdi. Onun bütün şeirlərində
ölkəmizin gələcəyinə,
müstəqilliyimizə, insan
xoşbəxtliyinə böyük
inam hiss var. Onun heç bir şeiri ümidsiz deyil, neçə ki, şair deyir:
Bir məktub
göndər mənə,
Cavabına özün gəl.
Əsas məsələ budur.
Qalibə xanım bu gün
Türkiyəda daha çox çap olunan şairlərimizdəndir.
Ona bu ədəbi yaracılıq yolunda
böyük uğurlar
arzu edirəm.
Qəşəm
Nəcəfzadə
Ədalət.
- 2014.- 24 sentyabr.- S. 4.