Akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı müzakirə edilib

 

Bu gün Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarixkitabının müzakirəsinə həsr edilmiş tədbir keçirilib.

Adalet.az-ın məlumatına görə, tədbirdə Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarixkitabı bu günlərdə Moskvada rus dilində çap olunub.

Ə. Həsənov bildirib ki, həm R.Mehdiyev, həm Baş nazir Artur Rasi-zadə çox dəyərli şəxslərdir, Heydər Əliyev təcrübəsindən bəhrələniblər.

Onun sözlərinə görə, R.Mehdiyev son 20 ildə onlarla kitab nəşr etdirib Prezident Administrasiyasındakı işi ilə bərabər hazırda elmi fəaliyyətini davam etdirir: "Bu, elmi-tədqiqat əsəridir. Ramiz Mehdiyevin yazdığı kitablardan 3-ü sırf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilib. Ramiz Mehdiyev Heydər Əliyevin Prezident İlham Əliyevin həyat fəaliyyətinə həsr edilmiş kitablar yazıb. Bütün bunlar tarixdir gələcək nəsillər bu kitablardan bəhrələnəcəklər”.

Ə. Həsənov qeyd edib ki, ermənilərə uduzmağımızın səbəblərindən biri tariximizi yazmamaq olub: "Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra tapşırıq verildi xüsusən son 200 illik tariximiz yenidən yazılır. Ramiz Mehdiyevin son kitabı əvvəlkilərdən fərqlənir. Bu kitabda bütövlükdə ermənilərin keçmiş tarixi, bu günü, törətdiyi münaqişələrlə bağlı fundamental şəkildə tədqiqat aparılıb. Hətta ermənilərin, rusların yazdıqları tarixi faktlara istinad edilir. Ermənilərin bir millət kimi formalaşmasına da toxunulur. Rus tarixçilərindən biri qeyd edib ki, ermənilər yəhudi qaraçı qanunun qarışmasından yaranıb kitabda bu tarixçiyə istinad edilir. Bir sıra tarixçilər isə ermənilərin mənşəyinin olmadığını qeyd edirlər. Bu faktlara istinad edilən kitab çox dəyərlidir. Ramiz Mehdiyev bu kitabında ermənilərin üzünü açıb ortaya qoyur”.

Dövlət Komitəsinin sədri xatırladıb ki, 2003-cü ildə Heydər Əliyev xocalılar üçün tikilən qəsəbənin açılışında deyib ki, vaxt gələcək, tarixi torpaqlarımız Göyçəyə, Zəngəzura qayıdacağıq. Ə.Həsənov bildirib ki, Prezident İlham Əliyev çıxışlarında bu məqamı xüsusi vurğulayır: "Ramiz Mehdiyevin kitabında bu məsələlər kompleks şəkildə əksini tapıb”.

Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov kitab barədə danışıb, kitabda mühüm tarixi faktların əksini tapdığını qeyd edib.

Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının Konfliktologiya İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyib ki, ermənilərin satqınlığı bütün qonşularımıza məlumdur: "Ermənilər lazım olanda rusların, lazım olanda almanların, lazım olanda türklərin tərəfində çıxış edirlər. Satqınlıq bu millətin xüsusiyyətidir. Alimlərin ermənilərin mənşəyi barədə yetkin fikri yoxdur. Ermənilərin yurdları məlum deyil. Ermənilər özlərinə nüfuz əldə etmək üçün yalançı tarix yaratmaq arzusunda olublar. Tarixdə adı olan bir dövlətin adını götürüblər. Biz azərbaycanlılar həmişə yumşaq olmuşuq. Baxmayaraq ki, Azərbaycan kəndləri yandırılıb, azərbaycanlılar öldürülüb. Rusiya Azərbaycan Xalq Cümhuriyyətinə müraciət edəndə ki, İrəvanı Ermənistana verin, ermənilər qırğınları saxlayacaqlar, buna inanmışıq. Bu müraciət bizim əlimizdədir. Ramiz Mehdiyevin yazdığı kitab akademik, digər titullar almaq üçün deyil, bir vətəndaşlıq borcundan çıxış etməkdir”.

A.Mustafayeva Ermənistanın himayədarlarının kənara çəkildiyi halda Azərbaycanın problemi qısa müddətdə həll edə biləcəyini söyləyib: "Fransanın sabiq Prezidenti Jak Şirak demişdi ki, Korsikanın heç vaxt Fransadan ayrılmasına imkan verməyəcək, istənilən halda ərazi bütövlüyü qorunmalıdır. Azərbaycana münasibətdə niyə fərqli olmalıdır? Fransada qondarma "soyqırım”la bağlı qanun da ayrı-seçkilikdir”.

Onun sözlərinə görə, ermənilərlə faktla danışanda geri çəkilirlər: "Ermənilər qorxaq millətdir, ancaq onlar birləşə bilirlər. Biz rusları qonşuluqdan çıxara bilmərik, Rusiya həmişə təhlükədir. Ramiz Mehdiyevin kitabının rus dilində çıxması həmin auditoriyaya yönəlib”.

Millət vəkili Bəxtiyar Əliyev dә akademik R.Meһdiyevin kitabında elmi əsaslandırmanın əsas götürüldüyünü vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsi svilizasiyaların toqquşması deyil akademik Ramiz Mehdiyev bunu elmi cəhətdən əsaslandırır. Ermənistanda zəlzələ baş verən zaman Azərbaycan yardımını təklif etdiyi halda xalqımıza qarşı genosid törədilib, azərbaycanlılar borulara doldurularaq boruların hər tərəfi bağlanıb. Bu kitab digər dillərə da tərcümə edilməlidir”.

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxışında deyib ki, iki azərbaycanlının doğma torpaqlarına baş çəkməsi ilə ermənilər qaçırsa, Azərbaycan hərəkətə keçən zaman bütün Qarabağdakı ermənilər qaçacaqlar.

 

Ədalət. - 2014.-  25 sentyabr.- S. 2.