MÜASİRLƏŞƏN MELİORASİYA VƏ
İRRİQASİYA SİSTEMLƏRİ
(əvvəli
ötən sayımızda)
Mil-Muğan hidroqovşağından götürülən
suyun Baş Mil kanalı ilə Yuxarı Mil, Yeni Xanqızı və digər kanallara ötürülməsi, beləliklə
də Füzuli, Beyləqan, Ağcabədi
və İmişli rayonlarında 120 min hektara
yaxın əkin sahəsinin su ilə təmin edilməsi nəzərdə
tutulub. Baş Mil kanalından su götürən Yuxarı
Mil kanalının tikintisi ::::Meliorasiya və Su Təsərrüfatı:::: ASC tərəfindən
davam etdirilib və 2012-ci ildə onun 11 kilometrə yaxın hissəsi istifadəyə verilib. Bu da Beyləqan və Ağcabədi rayonlarının inzibati ərazilərində 4800 hektar
sahədə pilot taxılcılıq
təsərrüfatının yaradılmasına imkan verib. Taxılçılıq
təsərrüfatının inkişafı məqsədilə
ötən il kanalın daha 5 kilometrə yaxın hissəsi və onun üzərində Füzuli rayonunun ərazisində nasos stansiyası tikilib, bununla da 4 min hektar torpaq sahəsinə
suvarma suyunun çatdırılması mümkün
olub. Kanalın tikintisinin davam etdirilməsi nəticəsində
20 min hektara yaxın,
o cümlədən Ağcabədi
rayonunun 7637 hektar torpaq sahələri suvarma suyu ilə
təmin ediləcək.
Yuxarı Mil kanalı
üzərində inşa
olunan ikinci nasos stansiyası vasitəsilə bu il daha
1725 hektar əkin sahəsi suvarma suyu ilə təmin
ediləcək.
Prezident İlham Əliyevə Füzuli və Beyləqan rayonlarının
əkin sahələrinin
su təminatı barədə də məlumat verildi. Qeyd olundu
ki, Füzuli rayonunda hazırda 31,305 hektar suvarılan sahələr mövcuddur.
Bu sahələrin 6300 hektarında meliorasiya tədbirləri həyata keçirilib. Əkin
sahələrinin su təminatı 1378 kilometr suvarma kanalları, 87 subartezian quyusu və 56 nasos stansiyası vasitəsilə
həyata keçirilir.
Kollektor-drenaj şəbəkəsinin uzunluğu 259 kilometrdir.
Artıq rayonun Qayıdış və Örənqala qəsəbələrində
məskunlaşmış məcburi
köçkün ailələrinə
ayrılmış pay torpaqları
suvarma suyu ilə təmin edilib. Ötən il Füzulidə 10,0, o cümlədən dövlətimizin başçısının
müvafiq Sərəncamına
əsasən 7 subartezian
quyusu istismara verilib. Bu il
isə rayon ərazisində
12 subartezian quyusunun qazılması başa çatdırılıb. Beyləqan rayonunda
isə hazırda 50497
hektar suvarılan sahələr mövcuddur.
Bu sahələrin 36548 hektarında meliorasiya tədbirləri həyata keçirilib. Əkin
sahələrinin su təminatı 1268 kilometr suvarma kanalları, 88 subartezian quyusu, 7 nasos stansiyası vasitəsilə həyata keçirilir. Kollektor-drenaj şəbəkəsinin uzunluğu 1277 kilometrdir.
Ötən il
rayonda 4, bu il isə 6 subartezian
quyusunun qazılması
başa çatdırılıb.
Taxtakörpü-Ceyranbatan kanalından
suyun yeni suvarılan torpaqlara verilməsi üçün
suburaxıcı qurğunun
təməlinin qoyulması
Prezident İlham Əliyev Xızı səfəri çərçivəsində Taxtakörpü-Ceyranbatan kanalından
suyun yeni suvarılan torpaqlara verilməsi üçün
suburaxıcı qurğunun
təməlinin qoyulması
mərasimində iştirak
edib.
Başlanğıcını Azərbaycan
ilə Rusiya sərhəddində Samur çayından götürən
və uzunluğu 182 kilometr olan Samur-Abşeron
kanalı hazırda respublikanın şimal bölgəsi rayonlarının
150 min hektara yaxın torpaq sahəsini suvarma suyu və
Bakı, Sumqayıt şəhərlərini, habelə
Abşeron yarımadasını
içməli, suvarma
və texniki su ilə təmin
edən irimiqayslı kompleks su təsərrüfatı
obyektidir.
::::Samur-Abşeron
suvarma sisteminin yenidən qurulması:::: layihəsinə daxil olan Vəlvələ çay-Taxtakörpü və
Taxtakörpü-Ceyranbatan kanallarının,
Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birlikdə tikintilərinin beynəlxalq
maliyyə qurumlarının
krediti və Dövlət Neft Fondunun vəsaiti hesabına 2013-cü ildə
başa çatdırılması
respublikamızın şimal
bölgəsi rayonlarında
və Abşeron yarımadasında 150 min hektara
yaxın mövcud əkin sahəsinin su təminatının yaxşılaşdırılmasına və 30 min hektar yeni torpaq sahəsini
suvarma suyu ilə təmin etməklə onların kənd təsərrüfatı
dövriyyəsinə cəlb
olunmasına şərait
yaradıb.
Buna görə
də prezident İlham Əliyevin tapşırığına əsasən
həmin layihənin icrası davam etdirilir.
(ardı gələn sayımızda)
Məzahir ƏHMƏDOĞLU
Ədalət.
- 2014.- 25 sentyabr.- S. 3.