Nazir: "Turizm mövsümünün
yekunları bizi qane etdi"
"Bu il
turizm mövsümünün
yekunları bizi qane etdi. Öncədən
atdığımız addımların
nəticəsində bu
il yay
mövsümündə heç
bir müəssisədə
hər hansı fövqaladə və ya narahatlıq törədən hadisə
baş vermədi. Monitorinqlər keçirərək
keyfiyyətin artırılmasına
nail olmuşuq". Adalet.az xəbər verir ki, bunu Azərbaycanın
mədəniyyət və
turizm naziri Әbülfəs
Qarayev jurnalistlərə
açıqlamasında bildirib.
Nazir qeyd edib: "Qətiyyətli addımlar ataraq lisenziyaların dayandırılması
haqqında hüquq-mühafizə
orqanlarına da öz müraciətlərimizi
etmişik. Çünki bəzi yerlərdə
bizim tövsiyələrimiz
yerinə yetirilmir.
Biz söszüz ki, turistlərin, orada asudə vaxtını keçirən
insanların hüquqlarını
müdafiə etməliyik".
Ə.Qarayev həmçinin
qeyd edib ki, bu il qiymətlərin artımı olmayıb:
"Bu da bizi sevindirir. Hətta bu günlərdə
Azərbaycanın müxtəlif
bölgələrində artıq
iki və üç ulduzlu otellərin fəaliyyəyinə
uyğun olaraq qiymət və xidmət tarazlığı
müşahidə olundu.
Әminik ki, bu proses
davam edəcək. Biz bununla məhdudlaşmaq
istəmirik. İndi oktyabrın
1-də Səmərqənddə keçiriləcək Ümumdünya
Turizm Təşkilatının
İcraiyyə Komitəsinin
iclasında Azərbaycanın
mövqeyinin gücləndirilməsi
məqsədilə müvafiq
qərarların qəbul
edilməsi üçün
işlər aparılır.
Azərbaycanın daha geniş şəkildə bu
layihələrdə iştirakını təmin etməliyik".
Ədalət.
- 2014.- 27 sentyabr.- S. 2.