Göygölün günləri

(Əvvəli qəzetimizin ötən sayında)

Ötən il Göygöl rayonunda müxtəlif təyinatlı yeni obyektlərin tikintisi davam etdirilib, geniş həcmli abadlıq-quruculuq işləri həyata keçirilib. Rayonda iqtisadiyyatın dinamik inkişafı təmin olunub.

Gəlir artır, qayğı çoxalır

Rayon İcra Hakimiyyətinin atdığı addımlar, həyata keçirdiyi tədbirlər müsbət bəhrəsini verməkdədir. Ötən ilin 9 ayı ərzində Göygöldə 974 yeni yeri açılıb, bunun da 353-ü daimi fəaliyyət göstərən yerləridi. Bir il əvvəlki dövrlə müqayisədə iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi 24380,4 min manat artaraq 123462,7 min manata çatıb. Rayon üzrə adambaşına 2037,7 manat dəyərində məhsul istehsal olunub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,8 faiz çoxdur.

Bütün ölkə boyu aqrar sahəyə diqqətin artırılması, bu sahənin inkişafına yönəlik Dövlət Proqramlarının qəbul edilməsi kənd təsərrüfatı məhsullarının istehsalında dönüş yaradıb. Əlverişli şəraitdən yararlanan Göygöl rayonunda da aqrar sahədə uğurlar əldə edilib. Son illər kənd təsərrüfatı istehsalçılarına diqqətin artması müşahidə olunur. Yeni traktor, kombayn, digər kənd təsərrüfatı maşın və avadanlıqlarının alınması, toxum, gübrə təminatı yaxşılaşdırılıb. Ötən ilin 9 ayında 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3519,4 min manat çox olmaqla 37714.0 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub. Bunun da 99,6 faizi özəl sektorun payına düşüb. Artıq ilk həftələrini yaşadığımız yeni ildə də bol məhsul almaq üçün 2642 hektar sahədə payızlıq səpin aparılıb. Rayonda heyvandarlığın inkişafına nail olunub. Bunun nəticəsində də iribuynuzlu mal-qaranın sayı 20713 başa, xırdabuynuzlu mal-qaranın sayı isə 169055 başa çatıb. 2012-ci ilin 9 ayı ilə müqayisədə ət istehsalı 235,1 ton, yun istehsalı 3,7 ton, süd istehsalı 366,8 ton, yumurta istehsalı isə 17 min ədəd artıb.

Göygöl rayonunda fəaliyyət göstərən 21 sənaye müəssisəsində 7357,3 min manat dəyərində sənaye məhsulu istehsal olunub. Sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 31,8 faiz təşkil edib. Sahibkarlığın inkişaf etdirilməsinə göstərilən diqqət və qayğı nəticəsində rayonda hüquqi şəxslərin sayı 454-ə çatıb. Sahibkarlığa Kömək Milli Fondu 110 adamına 1 milyon 622 min manat dəyərində güzəştli kredit ayırıb.

Rayon ərazisində ötən ilin 9 ayı ərzində müxtəlif nazirliklər, komitələr, agentliklər və eləcə də əhali 43680,9 min manat əsas kapitala investisiya qoymağa nail olub, bunun da 42140,9 min manatı tikinti-quraşdırma işlərinə yönəlib.

Yola saldığımız ilin 9 ayı ərzində rayon büdcəsinin gəlirləri (dotasiyasız) 2 milyon 740,0 min manat proqnoza qarşı 2 milyon 810,0 min manat və ya 102,5 faiz yerinə yetirilib. Gəlirlər artdıqca əhalinin aztəminatlı təbəqəsinə, sosial müdafiəyə ehtiyacı olan insanların maddi rifah halının yaxşılaşdırılmasına da də diqqət yüksəlib. "Ünvanlı Dövlət Sosial yardım haqqında" qanunun tələblərinə uyğun olaraq 738 ailəyə - 3390 nəfərə 743,9 min manat məbləğində ünvanlı sosial yardım verilib. Əmək və sosial pensiyaçılara 10 milyon 984,5 min manat pensiya və müavinət ödənib, 75 tənha və əlilə evlərində sosial məət xidməti göstərilib. Rayonda sakinlərin məşğulluğunu təmin etmək məqsədi ilə təşkil olunan "Əmək yarmarkası"nda 236 yeriəyyənləşdirilib, bunun da nəticəsində 50-ə yaxın insan münasib işlə təmin edilib.

Əhalinin sağlamlığının qorunub saxlanması da diqqət mərkəzində olub. Bu istiqamətdə müxtəlif işlər görülüb, zəruri addımlar atılıb. 382,3 min manat dəyərində müxtəlif dərmanlar alınaraq imtiyazlı xəstələrə pulsuz paylanıb.

Səyyar qəbulların səmərəsi

Göygöl Rayon İcra Hakimiyyətində vətəndaşların qəbul edilməsi, ərizə və müraciətlərə baxılması məsələsi işi də günün tələbləri səviyyəsində qurulub. Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun birbaşa nəzarəti ilə vətəndaşların müraciətləri araşdırılıb, haqlı tələblər öz həllini tapıb. Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşlarla müntəzəm qəbul keçirilib, problemlərin aradan qaldırılması diqqət mərkəzində saxlanılıb. İlin 9 ayı ərzində 600-dən çox sakini qəbul edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov səyyar qəbullara da böyük önəm verir. Təsadüfi deyil ki, bu müddət ərzində 37 səyyar qəbul keçirən icra başçısı 2236 nəfərlə görüşüb. Sakinlərlə birbaşa ünsiyyət quran Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların problemlərinin öyrənilməsi və həlli üçün lazımi tapşırıqlar verib. Belə görüşlərin davamlı keçirilməsi üçün işlər görülür.

Ötən ili uğurla yola salan Göygöl əhalisi yeni ilə də ümidlə baxır.

 

E. CƏBRAYILOĞLU

ədalət.-2014.-9 yanvar.-S.7.