YADDAŞIMDAKI YAZININ FRAQMENTLƏ

Üç məqama bir aydınlıq...

Artıq tarixə çevrilmiş 2013-cü ilin son günlərində ölkəmizin tanınmış ziyalıları ilə, söz, qələm adamları ilə həm telefon vasitəsilə, həm də birbaşa təmaslar zamanı müxtəlif mövzularda fikir mübadiləsi etdik. Həmin söhbətlərin ana xəttini indiki durumumuz, ictimai-siyasi həyatımız, eləcə də ədəbiyyatımız təşkil edirdi. Məsələn, millət vəkili, politoloq, çox dəyərli ziyalılarımızdan biri olan Aydın Mirzəzadə ilə 2013-cü ildə ölkəmizin həyatında baş vermiş müsbət və qürurverici məqamlardan danışıb fikirlərimizi bölüşdük. Eləcə də digər millət vəkili, yazıçı Hüseynbala Mirələmovla da həmin məsələləri, o cümlədən də yazıçının arxada qalan bir ildə yaradıcılıq mətbəxində baş verənlərdən, qazandığı ədəbi uğurlardan bir növü diskussiya şəklində həmsöhbət olub onun fikirlərini yaddaşıma köçürdüm.

Hüseynbalaəllimin söylədikləri mənim dünyama, söz aləmimə son dərəcə yaxın olduğundan mən onunla etdiyim söhbəti oxucularla da bölüşmək qərarına gəldim. Adətən biz onunla hər ilin sonunda həmsöhbət olur, fikirlərimizi bölüşürdük və oxuculara da elə ilin son nömrəsində həmin o fikirləri çatdırırdıq. Bu il isə bir növ adətimizi pozduq. Yəni ötən ildə yaddaşıma yazdıqlarımı yeni ildə - 2014-də oxucuların diqqətinə təqdim edirəm.

- Hüseynbalaəllim, biz sizinlə hər görüşümüzdə konkret bir məsələni müzakirə edirik. Amma bu dəfə mən bir az fərqli bir üslubda sizinlə fikir mübadiləsi aparmaq, bizi və sizi maraqlandıran məsələlərə aydınlıq gətirməyinizi istəyirəm. Elə ona görə də məni maraqlandıran üç məqamı, yəni millət vəkili Hüseynbala Mirələmov üçün 2013-cü il, yazıçı Hüseynbala Mirələmov üçün 2013-cü il və nəhayət, vətəndaş Hüseynbala Mirələmov üçün 2013-cü il necə xarakterizə edilə bilər? Axı biz vurğuladığımız rəqəmi artıq tarixin arxivinə yola salırıq. Odur ki, zənnimcə hər üç məqam üçün geriyə boylanıb baxmağa dəyər.

- Bəli, bu sizin vurğuladığınız hər üç məqam ayrı-ayrılıqda geniş bir söhbətin mövzusudur. Amma toplum halında bu məqmalar həm də bir-birininərisindədir, onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Adətən qələm adamları onlara ünvanlanan suallara cavabı öz yaradıcılıqları ilə bağlı nöqtədən başlayırlar. Mən isə sizin suala elə sualın öz ardıcıllığı ilə münasibət bildirəcəm. Öncə bir millət vəkili kimi qeyd etmək istəyirəm ki, 2013 Azərbaycanın tarixinə qırmızı hərflərlə yazıldı. Ona görə ki, 2013-cü ildə xalqımız həm iqtisadi, həm də siyasi cəhətdən böyük uğurlara imza atdı. Siyasi cəhətdən yetkinliyimizi, həmrəyliyimizi, bir xalq, bir dövlət kimi bütövlüyümüzü, iradəmizi nümayiş etdirə bildik. Yəni Azərbaycan xalqı növbəti 5 il üçün də ümummilli liderimizin varisi, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarını özünə prezident seçdi. Oktyabr ayının 9-da xalqımızın iradəsi ilə hakimiyyətin ən yüksək kürsüsünə yüksələn Azərbaycan prezidenti məhz həmin 2013-cü ildə böyük iqtisadi uğurların da təşəbbüsçüsü, həm də gerçəkləşməsinə məharətlə rəhbərlik edən bir siyasi xadim kimi öz mövqeyini ortaya qoydu. Belə ki, XXI əsrin ən böyük layihələrindən biri olan neft-qaz layihəsinə Azərbaycanda 16 dövlətin iştirakı ilə imza atıldı. Bununla da Azərbaycanın iqtisadi qüdrətinin çevrəsi daha da böyüdü. Düşmənlərin Azərbaycanı iqtisadi-siyasi cəhətdən təkləmək arzusu yumuşaq desək, ürəyində qaldı. Biz bir müstəqil dövlət kimi, öz siyasətimizi müəyyənləşdirir, gerçəkləşdirir, həm də iqtisadi, hərbi gücümüzü artırıb regionda söz sahibi olduğumuzu ortaya qoya bilmişik. Təbii ki, iqtidar partiyası olan YAP-ın rayon şöbəsinin rəhbəri kimi mən 2013-də həm iqtisadi-siyasi sahədə, həm idman, mədəniyyət, ədəbiyyat sahələrində əldə etdiyimiz uğurların hər birində ilk öncə ölkəmizdəki münbit şəraiti, sabitliyi xalqla dövlətin həmrəy olmasını əsas səbəb kimi qiymətləndirə bilərəm. Sizin verdiyiniz sualın ikinci hissəsi mənim yaradıcılığımla bağlıdır.

- Bəli, Hüseynbalaəllim.

- Doğrudan da 2013-cü il bir qələm adamı kimi mənim üçün həm maraqlı, həm də uğurlu olub. Ona görə maraqlı və uğurlu ifadələrini işlədirəm ki, məhz bir yazıçı kimi ölkə hüdudlarından kənarda da yaradıcılığımla bağlı səfərlərdə olmuşam, müxtəlif ölkələri gəzmişəm. Xüsusilə Çində kitabımın nəşr olunması və onun həmin ölkədə təqdimatının keçirilməsi bir yazıçı kimi mənim həyatımda xüsusi bir səhifədir. Eləcə də "Görkəmli şəxslərin həyatından" seriyasından olan və Ulu öndərimizə, həmçinin Zərifə xanıma həsr olunmuş kitablarımın dünyanın müxtəlif ölkələrində daha böyük tirajlarla çap olunması da həyatımın uğurlu məqamlarından, yaradıcılığımın sevincli səhifələrindən hesab edirəm. Yəni istər ölkə teatrlarının səhnələrində, istər MDB dövlətlərinin, o cümlədən Ukraynanın teatrsevərlərinin baxışına təqdim olunmuş əsərinin oynanılması, uğur qazanması, xüsusilə Azərbaycanın üçrəngli bayrağının bir il Ukraynada onların teatr binasının önündə dalğalanma hüququnu qazanması təkcə yazıçı-dramaturq kimi mənim deyil, həm də Azərbaycan ədəbiyyatının nailiyyətidir.

- Yeri gəlmişkən, bir məsələyə münasibətinizi öyrənmək istəyirəm. Belə ki, bugünkü oxucu problemi danılmaz bir gerçəklikdir. Bunun müxtəlif səbəbləri söylənilsə də, amma etiraf edək ki, bugünün oxucusunun tələbləri də, maraqları da fərqlidir. Məsələn, sizin "Gəlinlik paltarı" əsəriniz daha maraqla oxunur. Bunu mən öz evimdə də şahidi olmuşam. Yəni övladlarım bu əsərə böyük maraq göstəriblər. Ancaq ciddi problemlərdən, tariximizdən bəhs edən əsərlərimiz özü təkcə sizin yox, bütövlükdə digər yazıçılarımızın da bu qəbildən olan əsərləri o qədər də böyük oxucu yığa bilmir.

- Doğrudan da sizin diqqətinizi çəkən məqam mənim də qarşıma çıxıb, keçirdiyim görüşlərdə də həmin əsərlə bağlı mənə daha çox suallar ünvanlanır. Görünür gənclərimiz öz yaşlarıyla, öz mühitləriylə bağlı əsərləri daha çox oxumaq, bu həyata daha çox bələd olmaq istəyirlər. Çünki "Gəlinlik paltarı"nda təqdim olunun personaj və həyat onlara daha yaxın və daha doğmadır. Hətta gənclərimizin müəyyən hissəsi o həyatın yaərisindədir, ya da o yolu keçibdi. Mən də onların münasibətini normal və təbii qəbul edirəm. Bununla bərabər nisbətən yaşlı, tariximizə, ciddi əsərlərə olan oturuşmuş, dunyagörüşlü, həyatı dərk edən oxucularımızı da mən artıq bütün mənalarda qəbul edir, özümü onlarla bir sırada görürəm.

- Hüseynbalaəllim, biz bir məqama da, 2013-cü ildə yaddaşınıza köçürdüyünüz, nə vaxtsa əsərlərinizə gətirəcəyiniz məqamları, eləcə də Azərbaycanımızın təkcə paytaxtını yox, həm də bölgələrini tanıyan, gəzib görən vətəndaş kimi fikirlərinizi bilmək istərdim.

- Ümumiyyətlə, mən sizin vurğuladığınız hər üç məqamı əvvəldə də söylədiyim kimi bütöv görürəm. Yəni bunlar hər üçü mənim bitkin bir həyatımın ayrı-ayrı hissələri olsa da, bir-birindən ayrı deyillər. Belə ki, həm millət vəkili, həm yazıçı, həm vətəndaş olaraq mən bütövlükdə bu millətə aidəm və bütün fəaliyyətim də bu ölkəyə, bu millətə xidmətə yönəlib, əsas istəyim də, məramım da ölkənin digər namuslu, torpağını sevən vətəndaşı kimi gücüm çatan işləri yerinə yetirməkdir. Doğrudur, mənim çiyinlərimdə həm millət vəkilinin, həm partiya sədrinin, həm yazıçının, həm də bunların toplumunu bir araya gətirən vətəndaşın missiyası var. Bəllidir ki, hər bir insan dünyayaəyyən bir missiyanı yerinə yetirmək üçün gəlir. Bax, bu mənada mən sıravi Azərbaycan vətəndaşı kimi öncə ölkəmizin iqtisadi, siyasi, hərbi qüdrətinin artmasından qürur duyuram. Xüsusi olaraq, Dağlıq Qarabağda işləmiş, həmin bölgəni tanıyan, problemin kökünü bilən bir vətəndaş kimi mən məsələnin uzanmasından çox narahatam. Prezidentimizin sərt mövqeyini bəyənib dəstəklədiyim kimi, həm də qarşı tərəfin qeyri-konstruktiv mövqeyi məni doğrudan-doğruya çox düşündürür. Düzdü, son vaxtlar, yəni 2013-cü ilin demək olar ki, ikinci yarısından sonra həm ATƏT-in Minsk qrupu, həm beynəlxalq təşkilatlar, eləcə də ABŞ və digər ölkələr bu məsələ ilə bağlı öz fəaliyyətlərindəəyyən nüanslar hiss etdirdilər. Aydın oldu ki, problemin ömrünün uzanması onları da hərəkətə keçməyə vadar edir. Mən burada da məhz Azərbaycan prezidentinin qətiyyətini, apardığı siyasəti görürəm və başa düşürəm ki, məhz bu səbəbdən həm beynəlxalq təşkilatlar, həm dövlətlər məsələyə yerindən tərpətmək istəyi ilə yanaşmağa başlayıblar. Eləcə də ölkənin daxilində artan istehsal, açılan yerləri, adamların sosial şəraitinin yaxşılaşdırılması, regionların inkişaf etdirilməsi təkcə paytaxtda deyil, həm də bölgələrdə aparılan tikinti-quruculuq işləri məni çox sevindirir. Yəni günbəgün həm inkişafı ilə, həm həyat səviyyəsinin bütün sahələrdə yaxşılaşması ilə hər kəsin diqqətini çəkən Azərbaycanın bir vətəndaşı kimi mən bütün bunlara görə qürur duyuram.

- Hüseynbalaəllim, biz hər üç məqama sizin münasibətinizi dinləyərkən sırf yaradıcılığınızla, ümumiyyətlə, ədəbiyyatımızla bağlı bir neçə suala da cavab almaq istəyimi gizlədə bilmədim. Mənim üçün maraqlıdır, Hüseynbala Mirələmov bir yazıçı kimi bu gün ədəbi camiyədə baş verən "atalar və oğullar" probleminə necə yanaşır?

- Gəl etiraf edək ki, bu problem 2013-ün problemi deyil. Bunun yaşı çox uzaqlara gedib çıxır. Özü də bu məsələ təkcə Azərbaycan üçün xarakterik deyil. Rusiyada da olub və bu gün də var, eləcə də yəqin ki, digər ölkələrdə də bu mövzu müxtəlif formalarda disskusiyaya səbəb olub. Ancaq bizdə bunu daha kəskin, daha qabarıq nümayiş etdirməyə çalışırlar. Ən maraqlısı və acınacaqlısı odur ki, ortaya heç bir ciddi əsər qoymayan bəzi gənclər bu məsələdə daha çox su bulandırırlar. Görünür, onlar da gündəmdə belə qalmaq, diqqəti özlərinə çəkmək istəyirlər. Lakin bu heç də uğurlu bir cəhd deyil. Bunun əvəzinə yaradıcılıqla məşğul olmaq daha faydalı olardı.

- Bəs Azərbaycan Yazıçılar Birliyi ilə bağlı səsləndirilən fikirlərə münasibətiniz necədir?

- Bu məsələ də son illərdə tez-tez gündəmə gətirilir. Mən şəxsən AYB-yə Azərbaycanın qələm adamlarının bir məbədi kimi, bir görüş yeri kimi, bir təmas nöqtəsi kimi baxıram. Qələm adamları buraya üz tuturlar, bir-birilərinin yaradıcılığından xəbərdar olurlar, tədbirlər keçirirlər. Unutmaq lazım deyil ki, AYB heç kimin əlindən tutub əsər yazmağı öyrətmir. Ona görə də sovet dönəminin Yazıçılar İttifaqı ilə bugünkü AYB-ni eyniləşdirmək heç cürə doğru deyil. Bunların hər biri öz dövrünün bir növ yetirməsidi və belə olduğu halda da AYB-dən Yazıçılar İttifaqının missiyasını tələb etmək doğru deyil.

Son olaraq... onunla etdiyim bu söhbət mənə onsuz da zaman-zaman yaradıcılığını, fəaliyyətini izlədiyim Hüseynbala Mirələmovun hər üç məqama dair fikirləri ilə bir daha onun bütün mənalarda öz çiyinlərinə düşən missiyanı yerinə yetirdiyini açıqlamış oldu. Mən də onun bir oxucusu kimi, necə deyərlər, işiniz avand, yolunuz uğurlu, qələminiz iti olsun deyirəm!

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-9 yanvar.-S.5.