Xaçmazda gözəllikdən doymur ürək

Xaçmaz yerli və xarici turistlərin ən çox gəldiyi bölgələrimizdəndir. Xəzər dənizi boyunca uzanan çimərliklərdə, istirahət mərkəzlərində qonaqlar üçün hər cür şərait var. Xaçmaz öz abadlığı və təmizliyi ilə də gələnləri heyran qoyur. Son illər həyat keçirilən tədbirlər nəticəsində rayonun siması tanınmaz dərəcədə dəyişir, daha da gözəlləşir.

Dünənin, bu günün və sabahın tarixi

Hər il Xaçmazın xəritəsinə yeni-yeni sosial-mədəni obyektlər və sənaye müəssisələri əlavə olunur. Yola saldığımız 2013-cü il də istisna deyildi. Prezident İlham Əliyev ötən il iyulun 19-da rayona səfəri zamanı Xaçmazda aparılan işləri yüksək qiymətləndirib, bir neçə yeni obyektin açılış mərasimində şəxsən iştirak edib.

Abadlıq-quruculuq işləri şəhərin giriş qapısından diqqət çəkməyə başlayır. Cəmi dörd-beş il əvvəl buralar baxımsız bir vəziyyətdə idi. İki ildən çoxdur ki, 7 hektar ərazidəənlibel" Parkı salınıb. Parkda zövqlə aparılan abadlıq işləri ötən il də davam etdirilib, yeni yaşıllıqlar salınıb. Son genişləndirmədən sonraənlibel" Parkı şəhər sakinlərinin və qonaqların ən çox gəzdiyi istirahət etdiyi məkanlardan birinə çevrilib.

Xaçmazın simasına xüsusi yaraşıq verən təzə tikililərdən bir də Rayon Tarix-Diyarşünaslıq Muzeyidi. Rayonun tarixi keçmişini, dünənini və bu gününü özündə yaşadan muzey 1930-cu ildə tikilən binada fəaliyyət göstərib.

Bina qəzalı vəziyyətə düşdüyündən ötən ilin əvvəlində sökülməsi qərara alınıb. Cəmi 6 aydan sonra elə həmin tikilinin yerində möhtəşəm muzey binası inşa edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin təşəbbüsü, gündəlik diqqət və qayğısı nəticəsində tikinti qısa bir zamanda başa çatıb. 4 minə yaxın eksponatın qorunub saxlandığı Rayon Tarix-Diyarşünaslıq Muzeyinə hər gün çoxlu sayda yerli və əcnəbi turistlər gəlir. Açılış mərasimində iştirak edən ölkə başçısı Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni və əzəmətli binasında görülən işlərdən razı qaldığını bildirib, belə bir mədəniyyət obyektinin açılışını rayonun həyatında mühüm hadisə adlandırıb.

Açılışında Prezident İlham Əliyevin şəxsən iştirak etdiyi obyektlərdən biri də Xaçmaz Olimpiya İdman Kompleksidir. 6 hektar sahəni əhatə edən kompleksdə tikinti işlərinə 2010-cu ildə başlanılıb və ötən il iyulun 19-da dövlət başçısının rayona növbəti səfəri zamanı istifadəyə verilib. Ölkə ərazisindəki sayca 38-ci olan Xaçmaz Olimpiya İdman Kompleksində 1020 nəfər tamaşaçı tutumu olan stadion tikilib, mini-futbol, basketbol meydançaları inşa edilib, zallar müasir avadanlıqlarla təmin edilib, gənclərin idmanın müxtəlif növləri ilə məşğul olması üçün hər cür şərait yaradılıb. Azərbaycandakı yeganə Skate Park da məhz Xaçmaz Olimpiya İdman Kompleksindədi.

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi, Ədliyyə Nazirliyinin Regional İdarəsinin 4 mərtəbəli inzibati binası da ötən il inşa edilib. Regional idarənin yerləşdiyi Heydər Əliyev prospekti əsl yaşıllıqlar məskəninə çevrilib. Bu prospektdəki inzibati binaların, çoxmənzilli yaşayış evlərinin dam örtükləri yenilənib, fasadlarda bərpa işləri aparılıb. Bütün bu işlər zamanı milli üslubun qorunması prioritet məsələ olub.

Ötən il Xaçmaz şəhərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün 36 mənzilli 4 mərtəbəli yaşayış binası istifadəyə verilib. Mənzillər bölünərkən obyektivliyin və ədalətin qorunması təmin edilib.

Şəhərdən kəndə çatan inkişaf

İnkişaf və abadlıq Xaçmazın kənd və qəsəbələrindən də yan keçməyib. Rayon İcra Hakimiyyətinin rəhbərliyi mərkəzdən kənarda qalan yaşayış məntəqələrinin problemlərini daim diqqətdə saxlayır, problemlərin həlli istiqamətində davamı işlər görür.

Ötən il kənd və qəsəbələrə yolların çəkilməsi işi davam edib. Ölkə başçısının sərəncamı ilə uzunluğu 10 kilometr olan Qımılqışlaq-Mollabürhanlı avtomobil yolunun çəkilməsinə 3,7 milyon manat vəsait ayrılıb. Bu yolun çəkilişi uğurla başa çatdığından 9 kəndin 6 mindən çox sakininin rayon mərkəzi ilə əlaqəsi yaxşılaşıb.

Kəndlərin maye yanacaqla təmin olunmasına diqqət daha da artırılıb. Təsadüfi deyil ki, ötən ilin 9 ayı ərzində rayonun Dədəli, Bostançı, Şıxhaput, Şıxlar, Maşioba, Çuxuroba, Ciləgir kənləri qazla təmin olunub. Yergüc, Hacəlibəy, Qımılqışlaq və daha bir neçə kəndinə gedən magistral qaz xətləri yeniləri ilə əvəzlənib.

"Azərsu" Səhmdar Cəmiyyəti ilə Yaponiya Əməkdaşlıq Təşkilatının birgə layihəsi əsasında Xaçmaz şəhərinin və ətraf kəndlərin su-kanalizasiya xətlərinin yenidən qurulması prosesi başlanıb.

(Ardı qəzetimizin növbəti sayında)

E. CƏBRAYILOĞLU

Ədalət.-2014.-14 yanvar.-S.7.