Nizami adına Ədəbiyyat İnstitutu
80 yaşının işığında
Azərbaycan elminin həyatında əlamətdar günlər yaşanır. Tarixlə çağdaşlığın mənəvi varisi olan AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 80 yaşı tamam olur. Bu nüfuzlu elm təşkilatının
keçib gəldiyi
yolu - klassik tarixi irslə
müasirliyin birliyini ehtiva edən
bir kitab xalqımızın ixtiyarına verilmişdir. "Kitabda bu elm məbədinin təşəkkülü və tarixi inkişaf yolu
izlənilir. Ən qədim dövrlərdən bəri xalqımızın yaratdığı şifahi və yazılı ədəbiyyatını toplayan,
araşdıran, tərtib və nəşr edən tədqiqatçı alimlərin elmi fəaliyyəti şərh olunur. Azərbaycan milli ədəbiyyatşünaslıq elminin
yüksəlişi
və dünya ədəbi fikri ilə
qarşılıqlı əlaqələri barədə məlumat verilir" (prof.Teymur Əhmədov).
"Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutu" adlı kitabın müəllifi filologiya elmləri doktoru, professor Teymur Əhmədov, redaktoru isə akademik Nizami Cəfərovdur. Bu dəyərli məcmuə ulu öndər Heydər Əliyevin
"Xalqın ümumi zəkasını,
ağlını birləşdirən Azərbaycan Elmlər Akademiyası
böyük bir sərvətdir. Ötən
dövrdə bu
akademiyanın çərçivəsində Azərbaycan elmi çox
inkişaf etmişdir" və
prezident, cənab
İlham Əliyevin "Azərbaycan
Milli Elmlər
Akademiyası Azərbaycanda
fundamental və tətbiqi elmin mərkəzinə
çevrilmişdir. Azərbaycan tarixinə, mədəniyyətinə, dili və ədəbiyyatına,
ictimai-fəlsəfi fikrinə aid tədqiqatlar elmi-ictimaiyyət tərəfindən
daim yüksək
qiymətləndirilmişdir.
Bir çox sahələrdə alimlərimizin
əldə etdiyi nəticələr elm aləmində öz layiqli yerini
tutmuşdur" - qiymətli
fikirləri ilə başlayır.
Kitabda AMEA-nın prezidenti, cənab Akif Əlizadənin ön sözü
verilmiş, 80 yaşlı institutun təşəkkülü və tarixi inkişaf yoluna nəzər salınmışdır. Akademik yazır: "Ədəbiyyat institutu Azərbaycan xalqının mənəvi fikir aləminin salnaməsi olan ədəbi-bədii sərvətin
araşdırıcısı, həm də hamisidir. Xalqın
zəngin mənəvi dünyasını, başqa
sözlə, mənəvi varlığını ehtiva edən irsi tədqiq və nəşr etmək
böyük sərvətdir" (akad.Akif Əlizadə).
1923-cü ildə Ə.Haqverdiyevin sədrliyi ilə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti" yaradılmış, 1929-cu ildə onun bazası əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edilmişdir. İnstitutun tərkibində ədəbiyyat sektoru fəaliyyət göstərmiş, 1933-cü ildə XMK-nın yardımı və Azərbaycan MİK-ın qərarı əsasında Dil, Ədəbiyyat və Sənət İnstitutuna
çevrilmiş (1 sentyabr 1933-cü il),
ilk direktoru Vəli Xuluflu olmuşdur. Onun rəhbərliyi ilə
"folklor və
yazılı ədəbiyyat şöbələri Azərbaycan
ədəbiyyatı problemləri ilə məşğul olmuşdur. Orada Əli Nazim, Hənəfi Zeynallı,
Böyükağa Talıblı, Salman Mümtaz kimi tədqiqatçı-alimlər işləmişlər".
Folklor şöbəsinin müdiri Hənəfi Zeynallı, yazılı Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri isə Əli Nazim olmuşdur. Yazılı
Azərbaycan ədəbiyyatı tarixi
şöbəsinin çağdaş
dövrünə Ə.Nazim, kapitalizmə qədərki Azərbaycan ədəbiyyatı şöbəsinə isə Salman Mümtaz müdirlik
etmişdir. H.Səmədzadə, Ə.Abid, M.Rəfili, A.Baqriy və başqaları
klassik ədəbi irsin toplanması,
tədqiqi və nəşri sahəsində şöbənin görkəmli əməkdaşları olmuşlar. Hətta, H.Cavid, B.Çobanzadə, M.S.Ordubadi, S.Hüseyn,
A.Şaiq də həmin xeyirxah işlərə cəlb edilmişlər.
Ruhulla
Axundov, Mustafa Quliyev, Əli Nazim, Hənəfi Zeynallı, Vəli Xuluflu və Salman Mümtazın ədəbiyyatşünaslıq, ədəbi tənqid, folklor və mətnşünaslıq sahəsində 1920-1932-ci illərdəki fəaliyyəti Ədəbiyyat İnstitutunun təşkili üçün
hazırlıq dövrü olmuşdur. "Ədəbiyyatşünaslıq
İnstitutunda əməkdaşlıq edən alimlərin fəaliyyəti Ədəbiyyat tarxini, nəzəri və tənqidi fikri, zəngin ədəbi-bədii irsi tədqiq və təbliğ etməklə məhdudlaşmamış, onlar öz elmi fəaliyyətləri ilə fəlsəfə, şərqşünaslıq, incəsənət və əlyazmaları
institutlarının yaranmasına və formalaşmasına, ali və orta məktəblərdə ilk dərsliklərin yaranmasına, humanitar
fakültələrdə ədəbiyyat tarixi, folklorşünaslıq, tənqid, mıətbuat tarixi kurslarının
yaranmasına, bütün ictimai-siyasi və elmi-nəzəri tədbirlərin keçirilməsinə yaxından kömək etmişlər" (prof.Teymur Əhmədov).
Ədəbiyyat sektorunda bir il ərzində (1932) Ə.Nazim "Azərbaycan ədəbiyyatı tarixi",
"M.F.Axundovun fəlsəfi görüşləri" və "Molla Nəsrədinin yaradıcılığı", Ə.Abid "Vaqif və həyatı", M.F.Axundov və əsərləri", H.Səmədzadə "Ə.Haqverdiyev və
yaradıcılığı" mövzusunda tədqiqatlar aparmışlar. C.Məmmədquluzadənin arxivi əldə edilmiş, "Tərcümeyi-halım",
"Dəli yığıncağı", "Kamança",
"Məhəmmədhəsən əmi" əlyazmaları üzə çıxarılmışdır. İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif,
M.Faxundov və M.Hadinin əlyazma əsərləri tapılmış, Londonun Britiş muzeyindən Ş.İ.Xətainin küliyyatı, Q.Təbrizi və Əmaninin əsərləri, Sankt-Peterburqun Şərq muzeyindən Ş.İ.Xətainin "Divan"ı və "Dəhnamə"nin foto-surəti gətirilmişdir. M.S.Ordubadi,
A.Şaiq, S.Hüseyn, Ə.Haqverdiyevin xidmətləri sayəsində Azərbaycan ədəbiyyatı və mədəniyyətinə dair materiallar, XX əsr Azərbaycan ədəbiyyatı biblioqrafiyası, klassik sənətkarların kitab və əlyazmaları "Azərbaycan ədəbiyyatı kabineti"ndə toplanmışdır. Ş.İ.Xətai,
M.F.Axundov, C.Məmmədquluzadə və T.Şahbazinin külliyatı,
"Azərbaycanın
ədəbi irsi" məcmuəsinin I cildi çapa
hazırlanmışdır.
Dil, Ədəbiyyat və İncəsənət İnstitutu 1937-ci ildə xüsusi binaya
köçürülmüş, struktur dəyişikliyinə uyğun olaraq Tarix, Ədəbiyyat və Dil İnstitutu
adlandırılmışdır. İnstitutun ilk
direktoru prof.Heydər
Hüseynov, müavini isə
prof.Məmməd Arif Dadaşzadə olmuşdur. Prof.M.Rəfili,
prof.H.Araslı, prof.C.Xəndan
institutda şöbə
müdirləri kimi
fəaliyyət göstərmişlər. Bir müddət
sonra Dilçilik İnstitutu yaradılmış, Ədəbiyyat İnstitutu
müstəqil
inkişaf mərhələsinə
qədəm qoymuş, 1951-ci
ildə isə həmin institutlar birləşdirilmiş, 1969-cu ilin sentyabr
ayından ayrılaraq müstəqil
fəaliyyət göstərmişlər. Dilçilik
institutuna prof.Məmmədağa Şirəliyev, Nizami adına Ədəbiyyat İnstitutuna
prof.Mirzağa Quluzadə direktorluq etmişdir.
1930-40- cı illərdə folklor nümunələri, habelə, Nizami, Xaqani, Füzuli, Xətai, Axundov və Sabir irsi nəşrə hazırlanmışdır. M.F.Axundovun
üç cilddə
bədii əsərləri,
tənqidi məqalələri və
fəlsəfi məktubları, Mir Cəlalın
"Füzulinin poetikası", C.Xəndanın
"Sabir" monoqrafiyaları, M.Təhmasibin
"Aşığın səsi"
toplusu, Azərbaycan nağılları"
(I cild), "Kitabi-Dədə Qorqud
dastanları" çap edilmişdir. Hənəfi Zeynallının
"Koroğlu" dastanının variantları yazıya
alınmışdır.
Ədəbiyyat İnstitutu demək olar ki, Yaxın və Orta Şərqdə ilk humanitar təmayüllü elmi təşkilat olmuş, ədəbi-ictimai fikrin zənginləşməsinə, Nizami adına
Ədəbiyyat muzeyinin yaradılmasına ciddi təsir göstərmişdir.
II
dünya müharibəsi illərində institutda şifahi xalq ədəbiyyatı (müdiri prof.M.H.Təhmasib), orta əsrlər və XIX əsr (müdiri prof.H.Araslı) ədəbiyyatı, XX əsr ədəbiyyatı (müdiri prof.Mir Cəlal) şöbələrində kadr
çatışmazlığı sahəsində çətinliklər olmasına baxmayaraq,
H.Hüseynov, M.Arif, F.Qasımzadə, Mir Cəlal, H.Araslı, M.Təhmasib, M.Rəfili və Ə.Mirəhmədov aspirantları ilə birlikdə gərgin iş aparmışlar.
1943-1944-cü illərdə Heydər Hüseynov və Məmməd Arifin redaktəsi ilə 2 cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi", Məhəmməd Füzulinin 2 cildlik əsərləri, M.P.Vaqifin əsərləri, "Azərbaycan
nağılları", "Koroğlu" dastanı və "Ədəbiyyat məcmuəsi" nəşr olunmuşdur. İnstitutun
ilk aspirantları Mirzağa Quluzadə, Əzizağa Məmmədov, Məmmədağa Sultanov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Kamran Məmmədov və Mirəli Seyidov müstəqil elmi axtarışlarda
uğurlu addımlar atmışlar.
Müharibədən sonra S.Vurğun,
M.İbrahimov, M.Arif, M.Təhmasib, H.Araslı, M.Cəfərov, M.Quluzadə, M.Əlizadə, M.Seyidov, Ə.Məmmədov, F.Qasımzadə, M.Sultanov, Ə.Sultanlı, Mir Cəlal, Ə.Mirəəhmədov, C.Xəndan, K.Talıbzadə, K.Məmmədov, O.Həsənov, Q.Qasımzadə, P.Xəlilov, M.Vəliyev, B.Vahabzadə və başqaları üç
cildlik "Azərbaycan ədəbiyyatı tarixi"ni yaratmışlar.
"Azərbaycan sovet ədəbiyyatı", "Azərbaycan ədəbiyyatı tarixi",
"Folklor", "Əlyazmaları və köhnə nəşrli kitablar" şöbələri milli ədəbiyyatımızın
çoxşaxəli problemləri ilə məşğul olmuşdur. 1954-cü ildə "Azərbaycan ədəbiyyatı tarixi"
şöbəsi "Orta əsrlər Azərbaycan ədəbiyyatı", "XIX əsr və XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı" şöbələrinə ayrılmşdır. "Əlyazmaları və
köhnə nəşrli kitablar"
şöbəsi isə "Respublika əlıyazmalar
fondu" kimi fəaliyyətini davam etdirmişdir.
60-80-ci
illərdə İnstitutda ədəbiyyatşünaslığın
elmi istiqamətləri mifologiya, şifahi xalq yaradıcılığı, ədəbiyyat tarixi, müasir ədəbi proses və mətnşünaslıq problemlərinə doğru yönəlmişdir. "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər", "XX əsr Azərbaycan ədəbiyyatı məsələləri", "Ədəbi proses", "Azərbaycan mətnşünaslıq məsələləri" kimi məcmuələrdə aktual problemlərə dair elmi-nəzəri fikirlər ifadəsini tapmışdır.
"M.Cəfərovun Azərbaycan ədəbiyyatında romantizm", A.Rüstəmovanın "Azərbaycan epik şeirinin
inkişaf yolları (XVII-XVIII əsrlər)", A.Dadaşzadənin "XVIII əsr Azərbaycan lirikası",
M.Quluzadənin "Füzuli lirikası", X.Yusifovun "Nizaminin
lrikası", Ş.Salmanovun "Azərbaycan sovet dövründə ənənə və novatorluq problemləri", Y.Qarayevin "Realizm:
sənətə və həqiqət", K.Məmmədovun "XIX əsr Azərbaycan şeirində satira" monoqrafiyaları
Azərbaycan ədəbiyyatşünaslığının
uğurlarından olmuşdur. "Bu elm ocağında
AMEA-nın həqiqi üzvləri M.A.Dadaşzadə, M.İbrahimov, F.Qasımzadə, H.Araslı, M.Cəfərov, M.Şirəliyev, K.Talıbzadə, B.Nəbiyev, EA-nın müxbir
üzvləri A.Zamanov, Y.Qarayev, Ə.Mirəhmədov, professorlar M.Quluzadə, K.Məmmədov, M.Seyidov, Ə.Ağayev, H.Babayev ədəbiyyatşünaslıq
elminin bayaraqdarı olmuşlar" (prof.Teymur Əhmədov).
1954-cü ildə Azərbaycan Respublikası EA-nın prezident müavini, akademik Səməd Vuğun mətnşünaslıq şöbəsinin yaradılması təşəbbüsünü müdafiə edərək Azərbaycan ədəbiyyatı klassiklərinin "elmi-tənqidi nəşrlərini həyata keçirmiş, klassik irsin oxunmasındakı müxtəlifliyə son qoyulmuşdur". Şöbəyə 1954-1964-cü illərdə prof.H.Araslı, 1964-cü ildən sonra prof.Ə.Mirəhmədov rəhbərlik etmişdir. Ötən illər ərzində Nizami, Füzuli, Xətai, M.F.Axundov, Q.Zakir, S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.Hadi, S.Vurğun kimi sənətkarların elmi-tənqidi mətnləri, yeni əlifba ilə "Molla Nəsrəddin" jurnalının I cildi, "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyaları, "Azərbaycan mətnşünaslıq məsələləri" məcmuəsi nəşr olunmuşdur.
50-ci illərdən başlayaraq Ədəbiyyat İnstitutunda yaradılmış "Ədəbiyyat nəzəriyyəsi" şöbəsi milli ədəbiyyatımızın inkişafı üçün yeni perspektivlər müəyyənləşdirmiş, akad.M.Cəfərovun rəhbərliyi ilə bədii metod, üslub, janr, onların inkişaf mərhələləri, XX əsr Azərbaycan tənqidinin təşəkkülü, tarixi təkamülü nəzəri fikrin inkişafına geniş yol açmışdır.
1970-ci ildə institutda "Mifologiya" "Nizamişünaslıq", "Tənqid tarixi" "İnkişaf etmiş sosializm dövrü ədəbiyyatı", "Müasir ədəbi proses", "Tərcümə tarixi və nəzəriyyəsi", "Cənubi Azərbaycan ədəbiyyatı tarixi" şöbələri yaradılmışdır. Bu şöbələrdə "Antologiyalar", "Məcmuələr" tərtib və nəşr edilmiş, monoqrafik əsərlər yazılmış və dissertasiyalar müzakirə olunmuşdur" (prof.Teymur Əhmədov).
(ardı var)
Əlizadə
Əsgərli,
AMEA Nizami
adına Ədəbiyyat İnstitutunun
baş elmi işçisi, filologiya elmləri doktoru
Ədalət.-2014.-16
yanvar.-S.6.