Milli Kitabxanada gənclərlə görüş keçirilib

Mirzə Fətəli Axundzadə adına Azərbatcan Milli Kitabxanasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə yaradıcı gənclərlə görüş keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə gənc dramaturqlar,rejissorlar,teatrşünaslar,teatr rəssamları, bəstəkarlar iştirak ediblər.

Tədbirdə Milli Konservatoriyanın redaktoru Siyavuş  Kərimi,Teatr Xadimləri İttifaqının sədri, Azər Paşa Nemətov,Rəssamlar İttifaqının katibi Ağali İbrahimov,Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid,Yuğ Pantomimateatrlarının drektor və rejissorları iştirak ediblər.

Nazirliyin istedadlı gənclərlə işə daim xüsusi diqqət yetirdiyini vurğulayan Ədalət Vəliyev respublikanın müxtəlif teatrlarına baş rejissor vəzifələrinə gənclərin təyin olduğunu istedadlı teatr mütəxəssislərinin xarici ölkələrə ixtisasartırmalara kurslarınagöndərildiyini bu işin davamlı olacağını deyib.

Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə teatrla bağlı rüblük jurnalın çapa hazırlandığı və ilk sayın mart ayında –Milli Teatr günü ərəfisində işıq üzü görəcəyini diqqət çatdıran Ədalət Vəliyev gənc teatrşünasları bu nəşrlə əməkdaşlığa teatr tənqidi ilə bağlı peşəkar yazılar yazmağa çağırıb.

Ə. Vəliyev qeyd edib ki, gənc dramaturqların yetişməsi, hətta xarici ölkələrdə təhsilərini davam etdirmələri üçün nazirlik səviyyəsində şərait yaradılacaq

Ədalət.-2014.-17 yanvar.-S.8.