ŞƏHİDLƏR XİYABANI
Dağüstü park...
Bakının dağ ucalığı,
Bakının ən uca yeri.
Sıra ilə düzülərək
Baxır bizə
Qanlı yanvar şəhidləri.
Baxışlarda bir sual var,
Bir heyrət var.
Burda ancaq
Bir lal sükut,
Bir də,
bir də
Bir işıqlı
məhəbbət var.
Nə danışan... nə bir gülən...
Arzu şikəst,
fikir darda...
zaman sükut içindədir
Əsmir külək,
Susub durmuş
ağaclar da.
Məzarların o başında
Bir əbədi məşəl
yanır.
Tərpənmədən dayanmışam...
Elə bil ki, bir məşəl də
İçimdə alvolanır.
Kədərlidir burda gənclər
Kədərlidir burda güllər
Məzarların üzərində
Qan rəngində qızılgüllər
Qan rəngində qərənfillər...
Yox, yox onlar dik
baxıblar
ölümə də
əyilməyib, alçalmayıb
24 il keçibsə də
Heç biri də
qocalmayıb.
Məzarlığın o başında
Çıxıb yerin sinəsinlən
Bir əbədi məşəl
yanır.
Mən susuram, dinməyirəm
Elə bil ki, bir məşəl də
içərimdə
alovlanır.
Bu yer mənim
ağrı yerim, qürur yerim,
inam yerim.
Xəyalımda intiqamı alınmayan
Zəfər marşı çalınmayan
-
şəhidlərim, igidlərim.
Ürəyimin lap
dibindən
bir səs qopur
Az qalır ki, qulaq batsın.
Dəli olam harayından...
Sual dolu yüzlərlə
göz
Sıra
ilə
düzülərək baxır bizə
Qaranlığın o tayından.
Zəbi
Mərdanlı
Xaçmaz rayonu, Tel kəndi
Ədalət.-2014.-18
yanvar.-s.14.