Mərifət məbədinin qapıçıları - müəllimlər
Söhbət
Şirvan şəhərindəki
Nofəl
Quliyev adına 9 saylı tam
orta məktəbdən
gedir
Şirvan şəhərində,
eləcə
də respublikada öz yeri, öz çəkisi olan Azərbaycanın Milli Qəhrəmanı Nofəl Quliyevin adını daşıyan
Şirvan
şəhər 9 saylı tam orta məktəbi doğrudan
təhsilimizin fəxarət yeridir,
ünvanıdır. Bu imici həmişə qorumağa çalışan
məktəbin hasara alınmış səliqəli həyətindən tutmuş yaşıllıq
içində
uyuyan Nofəl Quliyevin
büstü üzərindəki gül-çiçək
dəstələrindən
də
hiss etmək
olur. 2 mərtəbəli
məktəbin 1-ci mərtəbəsindəki
səliqə-səhman, təmizlik, sakitlik də
çox şeydən xəbər verir. "Məktəbimizin şəhidləri", "Şama dönmüş ömür", "Milli
Qəhrəmanlar",
"Məktəbimizin fəxrləri" guşələri arxada qalan tarixə hesablansa da, "İstedadlarımız" stendindəki "Xüsusi qabiliyyətlilər", "İntellekt istedadlar",
"Yaradıcı istedadlar",
"Akademik istedadlar"
bu məktəbin müasir təhsil həyatından danışır. "Təhsil islahatları", "BMT-nin
uşaq hüquqları
konvensiyası", "Azərbaycan Respublikasının uşaq
hüquqları haqqında
qanunu" lövhələri ilə bərabər ölkəmizin
rəmzləri və
onlar haqqındakı məlumatlar
da şagirdlərin intellektinə
hesablanmış vacib,
maraqlı təqdimatlardandır.
Məktəbin kifayət qədər böyük idman və
konfrans zalları, zəngin
kitabxanası daim şagirdlərin
istifadəsindədir. Müəllimlər otağındakı hər
bir kəsin hər an oxuya biləcəyi S.M.Qənizadəyə məxsus "Müəllim
şərafət məbədinin qapıçısı və nicat yolunun rəhbəridir" kəlamı müəllimə verilən
dəyərdir.
"Məktəbin problemi: Müasir yanaşmalardan istifadə yolu ilə
bilikli, işgüzar,
həyatla
ayaqlaşa bilən əsil vətəndaşlar yetişdirməkdir"
yazılmış lövhə ilə
bərabər "Pedaqoji texnologiyalar",
"Fəal
interaktiv təlim", "Kurikulum islahatı təhsilimizin
əsasıdır", "Məktəbdə psixoloji xidmət",
"Pedaqoji kömək, metodiki tövsiyələr, təlimatı materiallar", "Şagird
nailiyyətlərinin qiymətləndirilməsi", "Məktəbə rəhbərlik və nəzarət", "Qabaqcıl təcrübənin
ünvanı", "Bildiriş
və
elanlar" sözləri yazılmış lövhələr də müəllimlər otağında çox səliqə ilə
sıralanıb. Heydər Əliyevin müdrik baxışlı
rəsmi altında
isə
onun dərin məzmunlu sözləri
yazılıb: "Hər birimizdə
müəllimin
hərarətli qəlbinin
bir zərrəsi
vardır".
Məktəbin fənn kabinetləri
də
bir-birindən
səliqəli və
maraqlıdır. Dərs prosesinə
mane olmamaq üçün
bütün kabinetləri gəzə bilməsək də,
baş çəkə bildiyimiz
otaqlar xeyli maraqlı və təqdirəlayiqdir. Rus dili kabinetində bu böyük dövlətin rəmzlərindən tutmuş xəritəsinə kimi bütün məlumatlar,
rus alim və
klassiklərinin
şəkilləri ayrıca qayğı ilə
sıralanmışdır. Fizika kabineti də
bu elmə aid müdrik
fikirlərlə zəngin
olmaqla bərabər
zəngin
laboratoriyası ilə öyünə
bilər.
Biologiya kabinetində siyasi məlumatlarla
bərabər bu elmə
aid "Canlılar guşəsi" xeyli maraqlıdır. "Təbiət zarafat götürmür,
o ciddi və çətindir. Çaşqınlıqlar və
yanlışlıqlar insanlardan
baş verir" kəlamı
yazılmış lövhə xeyli düşündürücüdür.
30 illik pedaqoji
təcrübəsi olan Xalid Malik
oğlu Səlimovun yaratdığı
tarix kabineti gərgin
əməyin məhsuludur.
Azərbaycan Respublikasının Dövlət
rəmzləri yazılmış lövhələr xüsusi
zövqlə
sıralanıb. "Qan
yaddaşı", "İtirdiyimiz
Azərbaycan
əraziləri",
"Abidələr tarixin yaddaşıdır",
"Şəhərimizin tarixi", "Konstitusiya müstəqil
dövlətimizin
təntənəsidir", "Biz kimik" kimi lövhələr və
stendlər
tarix kabinetinin məhsuludur.
Öyünməli tarix
Şirvan şəhəri, N.Nərimanov küçəsi 11 A ünvanında yerləşən 3500 kavdrat metr ümumi sahəyə malik 9 saylı məktəb 01 avqust 1963-cü ildə 8 illik beynəlmiləl məktəb kimi 19 sinif, 326 şagird, 27 nəfər müəllimlə fəaliyyətə başlamışdır. Bu tədris ocağı 1968-69-cu tədris ilindən 10 illik məktəbə çevrilmişdir.
Şərəfli tarixə malik olan bu məktəbin öyünməli məzunları çoxdur. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılov, iqtisad elmləri doktoru Niyazi Həsənov, tarixi romanlar müəllifi Yunis Oğuz, Gəncə Hərbi Qarnizonun prokuroru, mərhum Ceyhun Muradov, Prezident Aparatının mətbuat şöbəsinin əməkdaşı Nizaməddin Quliyev, Milli Təhlükəsizlik Nazirliyinin general-mayoru Fəxrəddin Təhməzov bu məktəbdə təhsil almışlar.
Məktəbin fəaliyyəti dövründə Hicran Cəbiyeva, İradə Sarıyeva qızıl, Sabutay Babayev, Xuraman Əsgərova, Mehbarə Nəsirova gümüş medal qazanmışlar.
"Demokratiya ilə sənlə başlayır" adlı layihənin qalibi X sinif şagirdi Nərmin Nəsirli Bakıdakı tədbirdən sonra qalib kimi 15 nəfərlik nümayəndə heyətinin tərkibində Belçikada - BMT-nin baş qərargahında olmuşdur. Məktəbin IX sinif şagirdi Pəri Qabil qızı Qasımzadə 600 min şagird içərisində 2010-cu ildə keçirilən "Heydər Əliyev uşaqların gözü ilə" inşa yazı müsabiqəsində III yer tutmuş, Mehriban xanım Əliyevanın dəstəyi ilə Fransa, Almaniya, Belçika, Niderland ölkələrində olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli 987 nömrəli Sərəncamı ilə bu məktəb təhsil sahəsindəki uğurlarına görə 2009-2010-cu ildə keçirilmiş "50 ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.
(ardı gələn
sayımızda)
Səxavət
Məmmədli
ədalət.-2014.-22
yanvar.-S.7.