ONLAR VƏ MƏMLƏKƏTİMİZ
2-ci DÖNƏM
VALERİ MARÇENKOnun KƏDƏRLİ VƏ UNUDULMAYAN HEKAYƏTİ - 2
Öncələr qəzetimizdə gedən "Onlar və Məmləkətimiz" proyektinin
davamı olan bu yazılarımızda da məqsədimiz
özümüzün kim olduğumuz haqqında yazılanlara
dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman
başqa məmləkətlərdə haqqımızda gedən yazılar bizim diqqətimizi çəkməyə bilməz. Görünən bu ki, artıq
dünyada, bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki,
toxunduğumuz bu məsələlər yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz də yoxdur. Amma bu
yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar
insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün
yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün
yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
ON NE
EDİNSTVENNIY, KOQO SUDİLİ ZA "DVOYNOY
NATSİONALİZM" -
"UKRAİNSKİY
İ AZERBAYDJANSKİY"
Valeriy Marçenko
stal nastoəhim borüom
za vozrojdenie kulğturnoqo boqatstva i duxovnoqo vzaimooboqaheniə ukrainüev i azerbaydjanüev. Za çto i postradal vposledstvii, no ne pokorilsə,
daje v laqere osobo stroqoqo rejima zanimaəsğ perevodami
s azerbaydjanskoqo. Avtor emko
i obcemno oxarakterizoval jiznennıy putğ i dostijeniə izvestnoqo svoey löbovğö k Azerbaydjanu
ukrainüa Valeriə Marçenko.
Vladimir Krilovski
MOSKVADA
BİR ƏL ÇİYNİMƏ QONURg
... Mlinovkadan qayıdıram və yenidən
Valerinin anası ilə
görüşməyə gedirəm
və
yenə
də
heç bir şey əldə edə
bilmirəm.
Heç kəs mənə tam həqiqəti demir. Amma işin bir müəmması
olduğunu görürəm.
Diqqət!!!!!!!!!
Diqqət!!!!!!!!!!!!!
Qayıdanda Moskvadan qayıdıram. Vaxtım olduğu
üçün Bolşoy
Teatra getmək istəyirəm və
teatrın bilet kassasında növbəyə dururam.
Bilet alıb çıxdıqdan
sonra bir nəfər mənə yaxınlaşır.
Bir daha Diqqət!!!!!!!!!
Diqqət!!!!!!!!!!!!!
İnanın bu anlar o qədər dəhşətlidi ki, mən
hələ də
bunun sonuna çıxa bilmirəm.
Adam mənə yaxınlaşır və əlini çiynimə
qoyur: MI ZNAYEM VI OTKUDA PRİEXALİ...
Vəssalam...
Adam çəkilib
gedir və mən o zaman heç bir əhəmiyyət vermədən
tamaşaya baxıram və
gördüyünüz kimi
sağ və salamat bu yazını yazıram.
Moskva saatlarımın
birində
olan kiçik bir detalı da bura əlavə eləyim. İnna
Rudekoya telefon açıram və yuxarıdakı hekayəti çox hızlı bir surətdə ona anladıram və
yazı üçün
təşəkkür edirəm,
o isə:
"O
YAZI ÜÇÜN MƏNƏ YOX, MƏNİM BAŞ REDAKTORUMA TƏŞƏKKÜR ELƏMƏK LAZIMDI".
O zaman üçün bu ifadənin
tamam ayrı bir hökmü vardı.
Çox uzatmayaq.
Bu gözəl
qələm sahibi hələ də
yaşayır və yaxın zamanlarda onunla bir müsahibəni də
oxucuların diqqətinə çatdırmaq ümidindəyəm.
Bu not yadınızda qalsın.
Təbii, bu qız hekayətini buraxaq bir yana, amma kiçik bir detalı deyim: Azərbaycanlı
bir gənc uzaq Ukraynanın uzaq bir Mlinovkaya vilayətinə gedir, çox gənc
bir qızın ardınca otelə buraxmırlar
və
həmin
qızgildə
yaşamalı olur. Ata-ana hər səhər çıxıb gedir işə
və
mən
bu gənc
qızla qalıram evdə.
Təkbaşına.
Burada vallah Elçin Hüseynbəylinin DON JUAN romanındakı bir vaqeyə
yadıma düşdü. (Don Juanın)
Oruc bəy
Bayatın ardınca yabançı bir ölkəyə gedən
yazıçı bir
qızla bir oteldə...
və
qız ona baxır, o qıza. Drama ancaq beləcə bitir.
Mənim romanımda da
eynən
buna bənzər
bir vaqeyə baş verir. Ancaq burda bir nədən var: mən
azərbaycanlılar
haqqında olan pis və
yad düşüncənin yoxa çıxmasını
sübut etmək iddiasına düşürəm və
romantik bir sonluqla həmin
qızı sonradan Bakıya dəvət
edirəm
və
yenə
də
Elçin Hüseynbəylinin romanındakı hadisənin davamı yaşanır. (Elçin Hüseynbəyli bu hadisədən çox gözəl bir hekayə
və
ya povest də
yaza bilərdi).
Daha ağ eləməyək.
Bizim yazımız faciəvi bir gənc
haqqındadı. Valeri Marçenko
haqqında.
Yox, kiçik bir nüansı deyim: Qalinagilin ailəsi İnna
xanımın yazdığı
kimi çox kasıb və çox
ağır vəziyyətdə yaşayan
bir ailə. Ata alicənab
bir insan. Adam qızını hər
gün mənə
etibar edib işə
gedir. Lap birinci gün ona deyir:
"BAX QALA, MƏN SƏNƏ ETİBAR EDİRƏM".
Bu ifadə
bir qılınc kimi mənim
içimə
saplanır.
Tamam, burada parantezi bağlayaq.
***
1992-ci ilin yayında
ilk dəfə tanınmış ukraynalı
diplomat Y. Qoçubəy
"Bakinskiy raboçiy"
qəzetində bir yazı çap
etdirdi və sonra həmin
yazı yenidən "Ədəbi Ukrayna" qəzetində
yayımlandı. Bu yazar,
qısaca olaraq ukraynalı bir gənc
və
ədəbi-siyasi fikirləri
ilə
seçilən
bir qələm
sahibi haqqında düşüncələrini açıqladı. Həmin yazıda ilk dəfəydi
ki,Valeri Marçenkonun Azərbaycanla, Azərbaycan
ədəbiyatı
ilə
bağlı və ümumiyyətlə onun Azərbaycan
günləri
haqqında bilgilər də
verilirdi. Qoçubəy Marçenkonun əsas amalının "Gerçəyi bilmək
və
insanları azad görmək"
olduğunu bildirmişdi.
Bu Marçenkonun amalı və yaşam
mübarizəsi
idi.
Həqiqətən, ölkəsini və
insanları sevən bir fərd
olaraq Valeri Marçenko o sıradan başqa millətlərin
və
xalqların da azad və
özgün olmasını
caniqəlbdən sevən
bir ziyalı idi. Ukraynalı qəzetçi,
elm adamı, Sovet kamplarında və cəza
evlərində acı günlər keçirən
məhkum
Valeri Marçenko hələ çox gənc olmasına
baxmayaraq, öz yaşıdlarından çox-çox
irəli
getmiş bir vətəndaş idi. Valeri yaxından tanıdığı
"Birlik" təşkilatının
daha da geniş
işlər
görməsi,
ukraynalılar və azərbaycanlıların
zənginləşərək mədəni və mənəvi irslərinin
canlandırılması üçün
həqiqi
bir savaşçı
idi. Hətta bu məqsəd naminə Azərbaycan
ədəbiyyatından tərcümələr - çevirilər edərək və
bu işlərin çoxunu
son dərəcə basqı
altında olan bir vəziyyətdə, cəza evində
də
davam etdirmiş, acılar çəkmiş, amma yolundan dönməmişdir.
Ukrayna dili ixtisası üzrə
bir müəllimin oğlu,
açıq fikirli və
Lvovda Universitetin ilk rektoru, inqilabçı-tarixçi
bir babanın nəvəsi olan Valeri vəfat etməzdən öncə
Papa, Ronald Reyqan, ABŞ Konqresi
tərəfindən müdafiə
olunsa da, bütün haqq və
özgürlükdən
məhrum
edilən
Marçenko Amerika Birləşmiş
Ştatlarından yardım
umsa da, heç bir kömək
almayan bir inqilabçı idi. 200 illik bir rus monopoliyasının uçulub dağılmasını
istəyən Marçenko, bunu tələb etsə
də,
sağlığında bunu
görmədi.
İndi Kiyev şəhərindəki 72-ci küçədə bir xatirə lövhəsi var. Valeri Marçenko bu ünvanda yaşamışdı. Hal-hazırda ona məxsus bütün əşyalar və yaşadığı illərin yadigarları, onun bir zamanlar oxuduğu 175 nömrəli məktəbdə bir otaqda toplanmış və bu otaq artıq muzey halına gətirilmişdir. Hər il sentyabr ayının 16-da vicdanlı insanlar iş-güclərini buraxıb, bir vəfa sevgisi kimi bu şəhid məzarına baş çəkirlər. Bu şəhid məzarı Valeri Marçenkonun məzarıdır. Burada zaman-zaman uzaq Azərbaycandan gələn ziyarətçilər də olur. Amma az olur.
MOO təşkilatının "Demokratiyanın nəbzi" qolu Valeri Marçenkonun anadan olmasının 65-ci il dönümündə çoxdan unudulmuş bağlı bir sandığı açaraq Qızıl Ordunun baş qərargahının rəisi Şerbakovun adına olan küçəni, yüksək insani keyfiyyətlərilə fərqlənən və həyati prinsiplərindən heç vaxt dönməyən Marçenkonun adına verilməsi barədə məsələ qaldırır.
İmperiyanın məhv etdiyi ukraynalıların və başqa millətlərdən olan insanların sayı saymaqla bitməz. Bu siyahıda "Arxipelaq QULAQ"ın məhv etdiyi hər millətin fəxr edə biləcəyi istedadlı, insan haqlarının müdafiəçisi və bu yolda öz həyatını qurban verən adamların adları sırasında Valeri Marçenkonun adı birinci sırada gəlir. O İKİ MİLLƏTİN, İKİ XALQIN AZADLIĞI UĞRUNDA MÜBARİZƏ APARAN VƏ BU XALQLARIN - UKRAYNA VƏ AZƏRBAYCAN MİLLƏTLƏRİNİN AZADLIĞI UĞRUNDA mühakimə olunan birinci və sonuncu fədai deyil, təbii ki.
18 oktyabr 1991-ci ildə Ukraynadakı "Müəllimlər evi"nin böyük salonu ağzınacan dolu idi. Zalın amfiteatrını ali məktəb və texnikum tələbələri tutmuşdu. Salonda isə saçları və gicgahları da ağappaq insanlar vardı ki, bu ağ saçlar o insanların keçmişinin nə dərəcədə ağır keçdiyinin şahidi idi. Səhnəni azad Ukraynanın bayrağı bəzəyirdi və bu bayraq ardında otuz yaşlarında gülərüz bir gəncin fotosu vardı.
Tofiq Abdin
abdin41@mail.ru
Ədalət.-2014.-18
yanvar.-S.15.