AKİF ƏLİNİN
"AZMAN" ROMANI
Ədəbiyyatda elə mövzular var ki, hər dəfə onlara müraciət olunanda yeni, daha müasir bir ədəbi nümunə yaranır və ya əksinə, heç nə dəyişmir, "köhnə" havalar təkrar olunur. Biz poeziyada, nəsrdə və dramaturgiyada ənənəvi mövzular üzrə təsnifat aparmaq fikrində deyilik. Yalnız bir mövzu üzərində dayanmaq və bu mövzuda qələmə alınan ən sonuncu bir əsər barədə söz açmaq istəyirik. Söhbət Azərbaycan tarixində nəhəng bir şəxsiyyət olan, misilsiz qəhrəmanlıq mücəssiməsi kimi anılan Babəkdən, daha doğrusu, onun haqqında yazılan əsərlərdən gedir.
Təbii ki, ərəb tarixçilərinin özlərinin də etirafına görə Babək hərəkatı az qala xilafətin süqutuna aparıb çıxaracaqdı, heyf ki, bu böyük sərkərdə xəyanətin, satqınlığın qurbanı oldu. Özü də əsrlərdən bəri halal torpaqlarımıza göz dikən, türkə qənim kəsilən bir millətin şərəfsizi tərəfindən. Babək haqqında yenə ən doğrunu, əsl həqiqəti Azərbaycan alimləri ortaya çıxardılar. Bədii əsərlərə gəldikdə isə Babək mövzusuna müraciət ədəbiyyatımızın bir neçə mərhələsi üçün səciyyəvidir və hər mərhələdə həmin mövzuda yazılan əsərlər eyni bədii səviyyədə deyil.
Mövzunun tarixi Cəfər Cabbarlının "Od gəlini" faciəsindən başlayır. Görkəmli tənqidçi Yaşar Qarayev bu əsəri "böyük problemlər faciəsi" adlandırmışdır. Yüksək, monumental stildə yazılan bu faciədə yadelli işğalçılara, ərəb istilasına qarşı aparılan mübarizə əsas yer tutur. Cabbarlı Elxan (Babək) və Aqşin kimi iki qüvvətli xarakter yaratmış, ya Azadlıq, ya köləlik - hansı yolu seçməli- bu ideyanı bədii şəkildə reallaşdırmışdı. Beləliklə, Babək mövzusu ədəbiyyata yol açır. Sonralar rus şairi İlya Selvinski də bu mövzuya müraciət etdi (həmin əsəri Xəlil Rza yüksək sənətkarlıqla dilimizə çevirdi). Osman Sarıvəllinin "Babək", həmçinin Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesləri də bu böyük qəhrəmanın şəxsiyyətinə heyranlıqdan irəli gəlir.
Bəs poeziyada? Bizim hesablamamıza görə Babək haqqında, onun qəhrəmanlığı, edamı, son nəfəsində də əqidəsindən dönməməyi barədə üç yüzdən çox şeir və bir neçə poema yazılmışdır. Rəsul Rzanın "Babək" poemasını, Əli Kərimin "Babəkin qolları" şeiri bu yazılanlar içində xüsusilə seçilir.
Nəsrimizdə isə Cəlal Bərgüşadın "Siyrilmiş qılınc" romanı birinci nümunədir. Yaxşı niyyətlə yazılmasına baxmayaraq, bu əsər bədii cəhətdən mükəmməl deyildi və o zaman ədəbi tənqid də bunu zəif əsər kimi qeyd etdi. Görkəmli yazıçı Ənvər Məmmədxanlının "Babək" romanı isə yarımçıq qaldı, bununla yanaşı, əsər orijinal təhkiyə tərzi və tarixi koloriti əks etdirmək baxımından gözəl təsir bağışladı. Xatırladaq ki, Ənvər Məmmədxanlı bu romandan əvvəl "Xürrəmilərin ağ şahini" pyesini və "Babək" bədii filminin ssenarisini yazmışdı.
Babək mövzusunun bizə bəlli olan nümunələrini qısaca xatırlatdıq. Tarixçi alimlərimiz Babək haqqında mənbələrdən, qaynaqlardan, məxəzlərdən əldə etdiklərini sistemləşdirib və olsun ki, hələ bundan sonra da axtarışlar davam edəcək. Bədii ədəbiyyatda isə Babək mövzusu, öncə qeyd etdiyimiz kimi hələ bitmir və böyük, monumental Babək obrazının yaradılmasına qədər bir yol keçəcək.
Budur, Babək haqqında yeni bir əsər.g Bu əsər fikrimizcə, daha çox müasir Azərbaycan oxucuları üçün yazılıb. Çünki Azadlığın şirin bir nemət olduğunu dərk edən oxucu müstəqilliyin nə demək olduğunu, bu yolda qanlar töküldüyünü hiss edəcək, duyacaq...g
Əsərin adı "Azman", müəllifi Akif Əlidir.
Akif Əli sözün həqiqi mənasında müasir bir ziyalıdır və onun bir yazıçı-publisist kimi fəaliyyəti də razılıq doğurur. Onu əsasən çağdaş insan və bu insanın planet və zaman çərçivəsində hərəkət və əməlləri, böyük dünya ilə mənəvi bağlantıları daha çox düşündürür. Bu düşüncələrini o, nəsr və publisistik əsərlərində ifadə edir, yazılarına fasilə verəndə isə televiziya verilişlərində sözünü deyir. Ancaq onun "Azman" əsəri tarixi mövzudadır və Babəkin keçdiyi mübarizə və qəhrəmanlıq yolunu işıqlandırır.
Akif Əli əsərini "Patetik fantaziya" adlandırır. Ancaq bu, əsərin məcazi adıdır. Bədii əsər isə dəqiqlik sevir və ona görə də "Azman" əsərinin janrı da dəqiq müəyyənləşdirilməlidir.
"Azman" janrına görə tarixi romandır. Bədiiliyin elmiliklə, konkret desək, tarixiliklə qovuşduğu bir
roman.
Bəri başdan qeyd edək ki, "Azman"da tarixi roman janrının üç
başlıca xüsusiyyəti hifz olunmuşdur. Birincisi; romanda tarixi hadisələrin və tarixi şəxsiyyətlərin mümkün qədər obyektiv əks olunması... Bunun üçün yazıçının tarixə, təsvir etdiyi qəhrəmanın həyatına,
keçdiyi mübarizə
yoluna, onun yaşadığı əsrin
hadisələrinə bələdliyi
olmalıdır. O.Balzak deyirdi ki: "Əsl tarixçi
fransız cəmiyyətidir, mən isə ancaq onun katibiyəm". İkincisi; tarixi koloritin, məkanın və şəraitin düzgün təqdimi...gyəni
yazıçı dövrün ab-havasını canlandıra
bilməlidir, bu, əsərin dilində,
təhkiyə tərzində
də hiss
olunmalıdır. Üçüncüsü;
tarixiliklə
müasirliyin vəhdəti. Polşa ədibi
Tadeuş Qoluy yazır ki, keçmiş dövrə mən ona görə
müraciət edirəm ki, müasir həyatı daha
yaxşı başa düşüm. Akif Əlinin
romanı bu üç cəhəti mümkün qədər özündə ehtiva edə
bilmişdir.
Tarixi romanların özünəməxsus üslub tərzi olur. Azərbaycan tarixi
romanları da müxtəlif
üslubi xüsusiyyətlərinə görə bir-birindən seçilirlər. Nəsrimizdə bu janrın ilk
nümunələrini yaradan
("baniyi-kar") M.S.Ordubadinin tarixi yaxşı bildiyi bizə məlumdur, amma o, təsvir etdiyi tarixi dövrü, tarixi
şəxsiyyətləri öz bədii
təxəyyülünün
ixtiyarına verirdi. Mümkün qədər çalışırdı ki,
onun romanı oxunaqlı olsun və
Ordubadi şairin bir təhkiyə tərzi ilə
romana macəravi
hadisələr də qatırdı.
Bu üslub tərzi
sonralar da davam etdirildi. Bunun ən bariz nümunələrini Əzizə
Cəfərzadənin romanlarında
görürük. Amma
altmışıncı illərdən başlayaraq tarixi
romanlarda təsvir
üsulu dəyişilməyə başlayır. "Dəli
Kür"də,
"Qarlı aşırım"da tarixi hadisələr macəra
ünsürlərindən xilas olur, tarixə, tarixi hadisələrə
və şəxsiyyətlərə
yeni baxış bucağından yanaşılır. Daha sonrakı onilliklərdə "Fətəli fəthi",
"Qətl
günü", "Mahmud və
Məryəm" kimi əsərlərdə tarixi romana psixoloji
qat da əlavə olunur və bu əsərlərdə tarix sözün həqiqi mənasında
müasirliklə
qovuşur.
Akif Əlinin "Azman" romanı da heç şübhəsiz, adını çəkdiyimiz bu sonuncu romanlara xas
olan səciyyəvi cəhətləri özündə əks etdirir.
Bu əsərdə də tarixi hadisələrə yeni yanaşma tərzi hiss olunur, mübarizə, konflikt üz-üzə gələn qüvvələrin
qarşılaşmasından daha çox şəxsiyyətlərin öz daxilində, psixoloji aspektdə davam edir.
Roman Babəkin edam ərəfəsi, zindanda keçirdiyi
günlərin təsviri ilə başlayır və hadisələr onun edamına qədər retrospektiv üsulla davam etdirilir. Hiss olunur ki, müəllif Babəklə bağlı yazılan tarixi
əsərləri, mənbə və məxəzləri diqqətlə nəzərdən keçirib, az-çox ərəb tarixçilərini də əsərlərindən faydalanmışdır. Təbii
ki, müasir tarixi romanlarda tarixi olduğu kimi, "necə varsa elə" prinsipi o qədər də
əhəmiyyətli
görünmür. Yazıçı hadisələri elə
təsvir etməlidir ki, oxucu
onların həqiqətən doğru olduğuna qətiyyən şübhə etməsin. Akif Əlinin romanı da bu mənada
doğruçu bir əsərdir. O, dar
ağacına, edama aparılan Babəkin keçirdiyi hissləri, yaşadığı
anları məhz psixoloji aspektdə təsvir edir. Yüz mindən
artıq işğalçı ərəb
qoşunlarını qanına qəltan
bu igid insan indi əsirdir.
Amma bu əsirlikdən sanki ikinci bir Babək doğulur və ikinci Babək birinci Babəkin qılıncla elədiyini daxilində həyata keçirir. Sona qədər Babək yalnız ürəyində danışır və səpkərdə Babəki filosof Babək əvəz
edir. Xəlifə Mötəsimbillahla
qolubağlı Babəkin
qarşılaşması səhnələrini azğın bir hökmdarla
azman bir filosofun dialoqu kimi dərk
edirik. Sadəcə olaraq, hökmdar-xəlifə qışqırır, bağırır, söyür,
ittiham edir, filosofsa onun ittihamlarına, qışqırıq və söyüşlərinə ürəyində cavab verir: "Qəfil qopan fil
hayqırtısı Babəki fikirdən ayırdı. Başını dik tutub üzü
göylərə sarı dərin xəyala dalmış Babək heyvan
çığırtısının
dağıtdığı fikirlərindən ayrılıb şişman
göz qapaqlarının arasından meydana baxdıgVə onu da gördü ki,
hayqırtı səsi arxa tərəfdə qulağını yapdırıb xortumu ilə əlləşən fağır boz fildən yox, qarşı tərəfdə taxtın üstündə nadinc uşaqlar kimi qalxıb-oturan,oyan-buyana vurnuxan Mötəsimbillahdan
çıxıbmış:
-Heyvərə!!! Zındıq!!! Yekəxana!!! Nə belə şah kimi
dayanmısan qarşımda?! Əvvəlcə qolundakı köpək zəncirlərinə bax, sonra o qüruru göstər mənə! Siz Azərlər kimsiniz axı?! Kürreyi-ərzi tutan nəhəng Xilafətin yanında bapbalaca bir kəndistan, cılız
cırtdanlar ölkəsi! Bu boyda dev Xilafətə nə edə
bilərdiniz siz?
Cavab ver!
Babək Xəlifənin aciz halına acıdı. Təmkinini pozmadan heç nə deməyib yenə üzünü
uzaqlara tutdu. Damarlarından axan qaynar qan kimi coşqun
fikirləri sürətlə bu oyunbazlıq meydanından uzaqlaşdı, səmaya baxdı, günəşin parlaq
şüaları üstündə gəldiyi doğma, əziz, ürək sızıldadan əsrarəngiz məkana uçdu:
-Aman
Tanrım...gGör nələr olur...gVay səni, cahillər padşahı... Nə
söylədiyinin fərqində olsan, bir belə nadan olmazdın həlbət. Bilərdin ki, biz Sümər kimi qədim-qaim qövmlərdənik, ey ərəb. Bəşərin beşiyi olan Odlu
Yurdun, min-min ildir Oğuzlarda var olan Qor Atanın azim övladlarıyıq
biz, əoəb.
Azmanlarıq! Bilərdin ki, ulu Tanrıya bağlı qövmümüz
göylərdən gələn qanı ilə,uhu ilə məğlubedilməzdir, basılsa da əyilməyən, əzilsə də sınmayan, dikəlib Günəşə boylananlarıq biz...
Oğuzlar bədəvi deyil ki, yurd basa, talan törədə, ev yıxag...Bizim yurda
Tanrının bərəkəti od-alov, işıq üstündə, bağ-bağat,
çaylaq, zəmi üstündə gəlir; qum, tikan, kərtənkələ üstündə yox.gİndi özün bax, cahil, Tanrı gözündə kim Cırtdan, kim Azman
ola..."
Bu səsli-səssiz dialoq Babəkin dəhşətli edamına qədər, hətta edam
prosesində də davam edir.
Romanda Babək və Xəlifə Mötəsimbillahdan başqa Afşin,
Səhl Sumbat,
Cavidan, Babəkin qardaşı Abdulla, Mazyar kimi surətlər də diqqəti cəlb edir, bunlardan yalnız əvvəlinci ikisi epizodik deyillər. Afşin-satılmış
türk, Səhl
Sumbat-satqın erməni.
Onların hər
ikisi Babəkin
taleyində, mənfi mənada mühüm rol
oynamışlar. Afşin
"Türkün qənimi
türkdür" fikrini doğruldur (Sabirin "Öz
qövmümüzün başına əngəl-kələfiz biz" misrası əbəs yerə
deyilməyib), Səhl Sumbat isə əbədi-əzəli fitrətinə sadiq qalır.
Təbii
ki, tarix kitablarında, həmçinin
"Azman"dan əvvəl Babək haqqında qələmə
alınan bədii əsərlərdə həm Afşin, həm də
Səhl Sumbat
haqqında eyni fikirlərə rast gəlirik. Amma Akif Əli bu iki obrazın Babəkdən sonrakı taleyini də izləyir, xəyanət mücəssiməsi olan bu adamlar
özləri də çox keçmədən məhv
olur.
"Azman və ya "sən mənim dözümümü görəcəksən".. Əsərin bütöv adı belədir. Əslində, bu roman İNSAN DÖZÜMÜnün maksimallığı, düşməni sükutla və bu heyrətamiz dözümlə məğlub etməyin mənzərəsini yaradır. Babəkin ölüm səhnəsi nə qədər dəhşətlidir, bəlkə də dünya tarixində bu cür işgəncə olmayıb. Amma bu dəhşətli şaqqalama belə bizdə yaranan o qürur hissini yox etmir. Ənvər Məmmədxanlənın "Xürrəmilərin ağ şahini" pyesindən və "Babək" ssenarisindən sonra Babəkin ölüm səhnəsinin təsvirində Akif Əli də təsirli boyalarını əsirgəməmişdir.
Roman haqqında uzun-uzadı danışmağa, onun digər məziyyətlərini sadalamağa ehtiyac görmürəm. Yəqin ki, geniş oxucu aləmi bu romanla tanış olacaq. Amma mən söhbətimə romanın ideya və qayəsini açıqlaya biləcək son cümlələri ilə bitirmək istəyirəm. O iki abzasın mənası budur ki, Babək mənən ruhumuzdadır, o ölməyib: "Hər il Babəkin doğum günü olan 26 iyun tarixi Azərbaycanın bütün vətənsevər oğuz türkü tərəfindən yad olunur.
Və bütün təzyiqlərə, təqiblərə baxmayaraq, cənublu soydaşlar onun müqəddəs ruhunun daim doğma yurdun başı üstündə dolaşdığını və bu azadlıq ruhunun bu yurdda əbədi var olduğunu nümayiş etdirmək üəün elliklə Qaradağlının Ərdəbil səmtindəki uca dağlara qalxıb Bəzz qalasına yürüşə çıxırlar".
VAQİF
YUSİFLİ
Ədalət.-2014.-22
yanvar.-S.4.