Mərifət məbədinin qapıçıları - müəllimlər
Söhbət
Şirvan şəhərindəki
Nofəl
Quliyev adına 9 saylı tam
orta məktəbdən
gedir
(əvvəli ötən
sayımızda)
Ölkənin 40-a yaxın şəhər
və
rayonlarının təmsil olunduğu Azərbaycan Təhsil Şurasının "Təhsil və
zaman" qəzeti ilə
birgə
təşkil
etdiyi "Təlim keyfiyyətinin
yüksəldilməsi problemləri"
adlı elmi-praktik konfrans 05 sentyabr 2013-cü
ildə
bu məktəbdə keçirilmişdir.
Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin eyni adlı konfrans məruzəsi çox böyük maraqla dinlənilmişdir. Məktəbin IX sinif şagirdi
Təranə Famil qızı Ağamalıyeva Ümumdünya
Poçt İttifaqının
təşkilatçılığı
ilə
"Azərpoçt"
MMC tərəfindən 2013-cü ildə
keçirilən
inşa müsabiqəsində 48 min şagird arasında III yeri tutmuşdur. Beləcə, məktəbin tarixindəki
çox maraqlı hadisələri sadalasaq xeyli vaxt aparmış olarıq.
Məktəb olimpiadaların fəal iştirakçısıdır
9 saylı tam orta
məktəb son illərdə fənn
olimpiadalarının respublika
mərhələsində
müvəffəqiyyətlə iştirak
etmişdir. Belə ki,
2008-ci ildə
məktəbin X sinif şagirdi Azərbaycan
dili və ədəbiyyatı fənni üzrə,
2009-cu ildə
daha bir XI sinif şagirdi, 2010-cu ildə
isə
məktəbin 2 nəfər şagirdi - riyaziyyat fənni
üzrə
Mehdi Axundov, kimya fənni
üzrə
isə
Mirfamilə
Əhmədova IV yeri tutmuş və
Təhsil
Nazirliyinin Fəxri Fərmanı
ilə
təltif
olunmuşlar. Ötən dərs
ilində
keçirilən
Azərbaycan
Uşaqlarının I Forumunda
məktəbin IX sinif şagirdi Şirəliyeva
Xanbacı Şirəli qızı uğurla çıxış etmişdir.
2011-ci ildə
Bakı şəhərində
keçirilən
Beynəlxalq
Ana dili gününə həsr
olunmuş VIII ənənəvi
"Ana dilini sevək, sevdirək"
müsabiqəsinin
şeir kateqoriyasında
bu məktəbin şagirdi İlahə Sadıqova respublika mərhələsində
II yeri tutmuş, bürünc medala, diploma və
200 manat pul mükafatına layiq görülmüşdür.
Bu da məktəbin direktoru Əlizadə müəllim
9 saylı tam orta
məktəbin direktoru Əlizadə Nuru oğlu Hüseynov coğrafiya müəllimidir, düz 35 ildir pedaqoji sahədə
qüsursuz fəaliyyət göstərir. İş təcrübəsi geniş yayılmış
Əlizadə
müəllimin
10-dan çox təltifi var. O həm
də
"Azərbaycan
Respublikasının qabaqcıl
təhsil
işçisi" döş
nişanı ilə mükafatlandırılıb. Pedaqoji sahədə
göstərdiyi
xidmətlərinə görə
Prezident İlham Əliyevin 04 oktyabr 2010-cu il 1132 saylı
Sərəncamı ilə
"Əməkdar müəllim"
fəxri
adına da layiq görülüb.
Yeri gəlmişkən qeyd edək
ki, Əlizadə müəllimin ailə
üzvlərinin
hamısı ömürlərini müəllimlik
kimi müqəddəs bir peşəyə bağlamışlar. Həyat yoldaşı Lətifə xanımla bərabər
qızları Sona da, Aysel də pedaqoji sahədə
özlərini
yaxşı tanıda
bilmişlər.
Ailənin kiçiyi Jalə də
tələbəlik illərindən sonra müəllim kimi fəaliyyətə başlayacaq.
Əlizadə müəllim
başçılıq etdiyi
kollektiv haqqında ürəklə danışır və hiss edilir ki, o bir
müəllim
kimi də öz peşəsini
çox sevir:
- Sabahın ən böyük alimini ilk gündən biz müəllimlər hazırlayırıqsa, bundan
gözəl,
bundan şərəfli hansı
sənət ola bilər? Gəzib gördüyün bu məktəbin 30 sinif otağında 607 nəfər şagird təhsil alır.
64 nəfər müəllim
də
ömürlərini
bu şagirdlərin təhsilinə, təliminə həsr
edib. Öz kollektivim olduğu
üçün demirəm, doğrudan öz bilik və
bacarıqlarını, təcrübələrini şagirdlərdən əsirgəməyən
müəllimlərim çoxdur. Məktəbi, fənn
kabinetlərini,
müəllimlər otağını özün
gəzib
gördün. Bu məktəbdə çox
nadir hallarda dərsdən yayınan və yaxud məktəbli forması geyinməyən şagirdlərə rast gələrsən. 40-dan çox
kompyuter dəstinin, 3 proyektorun,
müasir qurğu və
avadanlıqların, o cümlədən 3 kompyuter
otağının olması
informatika dərsləri ilə
bərabər digər
fənlərin də
müasir tələblərə uyğun tədris olunmasına
şərait
yaradır. Tədrisin keyfiyyətinə çox böyük təsiri
olan kurikulumun tətbiqi
və
bununla əlaqədar
müəllimlərin ixtisasartırma kurslarına
mütəmadi
cəlb
olunmasını daim diqqət
mərkəzində saxlayırıq. Qabaqcıl,
işgüzar, məsuliyyətli, öz peşəsini ürəkdən sevən Zöhrə
Qurbanova, Sənəm Mirzəyeva, İradə
Xəlilova,
İradə
Süleymanova, Təravət Hacıyeva, Solmaz Heydərova,
Fərqanə Babanlı, Xalid Səlimov,
Zenfira Qurbanova, Mətanət Mirzəyeva
kimi müəllimlərimiz var. Bu kollektivlə
dağı dağ üstə
qoymaq olar. Ona görə
də
əminəm ki, ən
böyük uğurlarımız
hələ qabaqdadır.
Zəruri
əlavələ
Ola bilsin ki, məktəb direktoru təvazökarlıq göstərib bəzi zəruri faktları qeyd eləmədi. Ancaq bunları qeyd etmək mütləq lazımdır. 2013-cü ilə kimi məktəbin 47 şagirdi ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayıb ki, onlardan 32 nəfəri 2007-ci ildən sonraya təsadüf edir. 600 bal toplayan 9 şagirddən 7 nəfərinin uğuru da haqqında danışılan ildən sonraya düşür. 2011-ci ildə 675 bal toplayan Hafiz Vəliyev, 2012-ci ildə 677 bal toplayan Anar Rəşidov Prezident təqaüdünə layiq görülmüşlər. 2006-cı ildən isə belə uğurlar qazanan məktəbə Əlizadə Nuru oğlu Hüseynov rəhbərlik edir.
Yaxın vaxtlarda xeyli uğurları olan Şirvan şəhər 9 saylı tam orta məktəbin 50 illik yubileyi keçiriləcək. Yəqin onda məktəbin məzunları ilə bərabər dəvət olunacaq qonaqlar da bu məktəb haqqında öz ürək sözlərini söyləyəcəklər.
Bu günün əlaçı şagirdi sabahın alimi, mütəfəkkiri, şairi, həkimi, müəllimidir. Bax ona görə də bu peşə belə müqəddəs, ülvidir.
Öyünməli
şagirdləriniz çox olsun, əziz müəllimlər!
Səxavət
Məmmədli
Ədalət.-2014.-23
yanvar.-S.7.