ÜRƏKLƏRDƏ İZİN QALSA...

... Görəsən, dünyada kiminəllimi olmayıb?! əllimi olub demirik ha, olmayanları soruşuruq. Təbii ki, çox nadir insan tapılar ki, həmin adam əllim qarşısında əyləşməsin, oxumasın, öyrənməsin və bir sənətin qulpundan yapışmasın. Dünyanın ən dahi insanlarının yol göstərəni və istiqamət verəni məhz əllimlər olub. Buna görə də hamımız əllimlərimizə və o gözəl ziyalı insanlara borcluyuq. Düşünürəm ki, bu dünyada bizim bir Allaha, bir valideynlərimizə, bir də əllimlərimizə borcumuz var! Aydındır ki, o borcu da qaytarmaq asan deyil...

Bir məktəbin tarixi

Füzuli rayonunda zəngin tarixi keçmişi olan çoxlu sayda təhsil ocaqları, məktəblər var. Biz orta məktəbdə, ötən əsrin 60-70-ci illərində oxuyanda rayonun Böyük Bəhmənli kəndində bir məktəb vardı. O məktəbin də direktoru son dərəcə savadlı, tələbkar və ziyalı insan olan Əvəz Əliyev idi. Çoxları yaxşı bilir ki, Əvəz Əliyev Füzuli təhsil sistemində orijinal metodla işləyən və əbədi iz qoyan bir məktəb direktoru olub. Əvəz əllim son dərəcə savadlı əllim olmaqla yanaşı, həm də tələbkar bir ziyalı idi. Biz ondan necə qorxurduqsa, məktəbdə dərs deyən əllimlər də bir o qədər Əvəz əllimdən çəkinirdilər.

Sözümüzün canı ondan ibarətdir ki, həmin məktəbin bazası əsasında kəndin digər bir yerində 1977-ci ildə 8 illik məktəb açıldı. Əvvəlllər həmin məktəb sovet dövründə zastava idi və sonralar orda yeni məktəbin əsası qoyuldu. Əvəz Əliyev bu məktəbə direktor təyin edildi. Az müddətdə yüksək nizami-intizam və qayda-qanun yarada bildi Əvəz əllim. Hətta rayon maarif şöbəsində gördülər ki, Əvəz əllim quru yurdda da böyük işlər görə bilir. Bu məktəbdə rəhmətlik Əvəz əllimdən sonra direktor vəzifəsinə Cəlal Səfərov təyin edildi. Cəlal əlllim də həmin ənənəyə söykənərək kollektivdə nizam-intizamı və tədrisin keyfiyyətini yüksəldə bildi. Cəlal əllim də dünyasını dəyişəndən sonra məktəbdə direktor vəzifəsində Fəxrəddin Yusifov işlədi. 1991-ci ildən bu məktəb tam orta məktəb statusu aldı. Təhsil ocağı şəhid Allahyar Əliyevin adını daşıdı. Akif İsmayılov da bu vəzifəyə irəli çəkildi. Təbii ki, təyin olunmuş hər bir direktor keçmiş ənənələrə sadiq qalmaqla yeniliklərə də böyük imza atdılar. Məhz bu da məktəbdə şagirdlərin daha dərindən elmi biliklərə yiyələnməsinə əsaslı zəmin yaratdı. Allahyar Əliyev adına Böyük Bəhmənli kənd 2 saylı tam orta məktəbi beləcə yüksəliş dövrünə qədəm qoydu.

Yeni direktor

Aydındır ki, direktor olmaq və böyük bir pedoqoji kollektivə rəhbərlik etmək o qədər də asan deyil. Ən azından ona görə ki, direktorda yüksək təşkilatçılıq bacarığı, insanlara həssas yanaşmaq və eləcə də digər nəcib xüsusiyyətlər olmalıdır.

Əlbəttə, əllimlərlə işləmək və onları vahid istiqamətə yönəltmək çox böyük məsuliyyət tələb edir. Bu mənada yeni direktor təyin edilərkən bütün incə məsələlər nəzərə alınıb. Məktəbdə uzun müddət çalışmış və pedaqoji kollektivin böyük hörmətini qazanmış Həsən Rzayev bu vəzifəyə təyin olundu.

Öncə onu qeyd edək ki, Həsən əllim gəncdir və kollektivi daha yaxşı tanıyır. İkincisi də kənd camaatı bir-birinə dərindən bələd olduğu üçün yeni vəzifəyə irəli çəkilən direktor Həsən Rzayevə hörmətlə yanaşırdılar.

Ən azından ona görə ki, Həsən Rzayev əllim ailəsində böyümüş, ziyalı mühitində yetişmiş və özündən əvvəlki direktorların qabaqcıl təcrübələrini və mütərəqqi metodlarını dərindən əğz eləmişdi.

Etimadı doğrultmağa çalışırıq

Həsən Rzayev gənc kadr kimi irəli çəkilməsini dövlətimizin gənclərə olan böyük qayğısı kimi qiymətləndirir. O deyir ki, rayon icra hakimiyyətinin başçısı hörmətli Alı Alıyev və təhsil şöbəsinin müdiri Almaz xanım Həşimova gənc kadrların seçilib yerləşdirilməsinə böyük önəm verirlər. Ölkədə gedən bu proseslər təbii ki, bir direktor olaraq bizim də çiynimizə böyük məsuliyyət qoyur. Çünki mən qısa bir tarixi olsa da çox nüfuzlu və böyük uğurlar əldə etmiş məktəbin direktoruyam. Belə ki, bizim məktəbin tarixində öz sözünü demiş və möhürünü vurmuş ziyalı direktorlar işləyib. Mən də həmişə çalışıram ki, həmin ənənəyə sadiq qalaraq Allahyar Əliyev adına Böyük Bəhmənli kənd 2 saylı tam orta məktəbdə öz izimi qoyam. İlk növbədə möhkəm nizam-intizam yaradam və kollektivdə sağlam atmosferə nail olam. Ən azından ona görə ki, pedaqoji kollektivdə sağlam əhval-ruhiyyə olandaəllimlərin, şagirdlərin ovqatı da yaxşı olur. Artıq biz zaman-zaman çox şeyə nail olmuşuq. Məktəbimizin şagirdləri çəkdiyimiz zəhməti doğruldurlar. Təbii ki, mən də bir direktor olaraq göstərilən etimadı əməli işimlə təsdiq etmək istəyirəm. Buna nə dərəcədə nail ola bilirəm, onuəllimlərimiz, şagirdlərimiz və valideynlərimiz daha ədalətli deyə bilərlər.

Şəhid Allahyar Əliyevin adı uca tulur

Təbii ki, Allahyar Əliyevin adının Böyük Bəhmənli kənd 2 saylı tam orta məktəbinə verilməsi heç də təsadüfi deyil. Çünki Allahyar Əliyev bu kəndin oğludu və Füzuli uğrunda gedən döyüşlərdə dəfələrlə sinəsini güllənin qabağına verib. O, Füzuli şəhəri uğrunda gedən ölüm-dirim döyüşündə şəhid olub. Son gülləsinə qədər vuruşub və axırda da qanı ilə bu torpağa, bu yurda bir ömür verib. Deyirlər ki, şəhidlər öz ölümlərilə torpaqda azadlıq toxumu əkiblər.

Bəli, bu məktəbdə də təhsil alan şagirdlər istər-istəməz Vətən uğrunda şəhid olan Allahyar Əliyevin ömür yolunu öyrənir və onun kimi vətənpərvər, millətini və xalqını sevən bir gənc olacaqlarını bildirirlər. Hər halda, məktəbdə şagirdlərə yüksək elmi biliklər aşılanmaqla yanaşı, onlarda vətənpərvərlik ruhunun da yüksəlməsi üçün böyük işlər görülür. Çünki bizim cəmiyyətə savadlı gənclərlə yanaşı, vətənpərvər insanlar da lazımdır...

(Ardı var)

Faiq QİSMƏTOĞLU

Ədalət.-2014.-24 yanvar.-S.7.