ÜRƏKLƏRDƏ İZİN
QALSA...
(Əvvəli
ötən sayımızda)
Yandırılmış məktəb
yenidən
bərpa
edildi
...1993-cü
lin avqustun
23-də Füzuli rayonu ermənilər tərəfindən işğal olunarkən digər
yerlər
kimi, Allahyar Əliyev adına Böyük
Bəhmənli kənd 2 saylı
tam orta məktəbini
od vurub yandırmışdılar. Aydındır ki, erməni
işğalçıları heç nəyə
məhəl qoymadan bütün yaşayış binalarını,
səhiyyə ocaqlarını və eləcə də
digər
yerləri
yandırmaqla sanki bizdən
qisas almaq istəyirdilər. Nə yaxşı ki,
Füzulinin böyük
bir hissəsi erməni işğalından 1994-cü ilin
yanvarında azad edildi. Horadiz şəhəri daxil olmaqla 22 yaşayış məntəqəsində yaşayış binaları,
təhsil
və
səhiyyə ocaqları yenidən bərpa
edildi. Allahyar Əliyev adına 2 saylı orta məktəb də əsaslı surətdə tikilib istifadəyə verilən
təhsil
ocaqlarındandır. İndi bu
məktəbdə hər cür şərait yaradılıb,
sinif otaqları, fənn
kabinələri müasir texnika və
texnologiya ilə təchiz
edilib.
Müəllimlərin əziyyəti hədər getmir
Allahyar Əliyev adına Böyük Bəhmənli kənd 2 saylı
tam orta məktəbində bu gün 403 şagird təhsil alır.
Onların təlim-tərbiyəsi ilə
49 nəfər müəllim
məşğuldur.
Yəni məktəbin müəllimləri öz bilik və bacarıqlarını sevimli
şagirdlərindən heç vaxt əsirgəməyiblər.
Ən azından
ona görə ki, bu müəllimlərin çoxu saçlarını
şagirdlərin
elmi biliklərə
yiyələnməsi yolunda ağardıblar. Elə ki, onlar çəkdikləri zəhmətlərinin bəhrə verdiyini görürlər,
bax onda "xərclədikləri" ömür-gün barəsində peşmançılıq hissi
keçirmirlər.
Əksinə, şagirdlərinin
uğurlarını və qeyri-adi istedadlarını
görüb qürur duyurlar. Məktəbin müəllimlərindən Fəxrəddin Yusifov, Gültəkin Abdullayeva, Rəsmiyyə
Rzayeva, Hətəm
Rzayev, Filyar Məmmədova sözün həqiq mənasında müəllim
adını və şərəfini həmişə uca tutur, şagirdlərin qəlbində özlərinə əbədi iz qoyublar. Təbii ki, ömrünü şam kimi şagirdləri yolunda əridən ziyalı müəllimlər heç vaxt unudulan deyil!
Məzunların xoş sorağı
Məktəbin direktoru
Həsən Rzayev bizimlə söhbət zamanı deyir ki, bizim təhsil ocağını bitirən yüzlərlə məzun
müxtəlif
yüksək
vəzifələrdə
çalışırlar. Onların arasında
həkim
də
var, siyasətçi də, hüquqşünas da.
Biz belə
məzunlarımızla
fəxr
edirik. Ötən il bizim
məktəbi bitirmiş 10 məzun müxtəlif
ali məktəblərin tələbəsi adını
qazanıb. Bir daha onların adını, soyadını
və
qəbul
olduqları ali
məktəbin ünvanlarını xatırladıram:
Azad Azər
oğlu İlqarlı
- Azərbaycan
Neft Akademiyası; Səmayə Bəhruz
qızı İsmayılova
- Azərbaycan
Pedaqoji Universiteti; Firəngiz
Əhliman qızı Əliyeva - Bakı
Dövlət Universiteti;
Murad Həmid oğlu
Abdullayev - Azərbaycan Neft Akademiyası; Güldanə
Xanolğan qızı
Səfərova - Sumqayıt Dövlət Universiteti; Mürsəl Elsəvər oğlu Mürsəlzadə - Mingəçevir
Dövlət
Universiteti; Fəridə Qasım qızı İsmayılova - Sumqayıt
Dövlət
Universiteti; Nurşən Rəhman
oğlu Əliyev - Azərbaycan Texniki Universiteti; Nicat Cəlil
oğlu Əlizadə - Azərbaycan Neft Akademiyası. Bayaq dediyimiz kimi, biz belə
məzunlarımızla
qürur duyuruq. Çünki onlar bizim və
valideynlərinin
başını uca ediblər.
Bununla yanaşı, 11 məzunumuz ölkənin
müxtəlif
orta ixtisas məktəblərinə
daxil olublar. Deməli, müəllimlərimizin çəkdiyi
əziyyət öz bəhrəsini verir.
Ağır itki
"Hürzad kimi istedadlı, savadlı və
tərbiyəli şagirdi itirməkdən ağır
dərd
ola bilməz". Bu sözləri
Həsən müəllim
deyir və kövrəlir. Sonra cibindən
dəsmalını
çıxarır və göz yaşını silir. O, bir il bundan
əvvəl dünyasını dəyişmiş
15 yaşlı Hürzad
Süleyman qızı
İsmayılova barəsində danışır. Fikrini davam etdirərək
deyir ki, Hürzadın yeri hər
an görünür. Uşaqlar və
sinif yoldaşları
o, dünyasını dəyişəndən sonra xüsusi guşə də
düzəldiblər. Həmin guşəyə onun barəsində yazılan məqalələr və
ona aid digər əşyalar qoyulub. Yaşasaydı, 10-cu sinifdə
oxuyardı. Yanvarın
26-da Hürzad İsmayılovanın
dünyasını dəyişməsinin il dönümü
tamam olur. Valideynləri üçün nə
qədər ağır itkidisə, bizim üçün də
bir o qədər
hüznlüdür. Amma
bizə
təsəlli olan odur ki,
bu 15 yaşında qız sanki 70 illik bir ömür
yaşadı, kəndimizin tarixində
və
eləcə də
bizim yaddaşımızda
silinməz
izlər
qoydu. Allah ona rəhmət eləsin!
Qəbri
nurla dolsun! Bu gün də o, məktəbimiz və
sinif yoldaşları tərəfindən yad edilir. Yanvarın
26-da hamımız onun
məzarını
ziyarət
edəcəyik. Bəlkə bununla bir təsəlli tapdıq!..
Müsabiqə
qalibləri
Bayaq dediyimiz kimi, məktəbdə savadlı və istedadlı şagirdlər kifayət qədərdir. Onlar həm respublika, həm də rayon fənn olimpiadalarında iştirak edərək mükafata layiq görülüblər. Ötən tədris ilində məktəbin iki şagirdi - 9-cu sinif şagirdi İlqar Azər oğlu İlqarlı biologiya fənni üzrə respublika turnirində iştirak etmiş və fəxri yer tutmuşdur. Digər bir şagirdimiz - Zöhrə Bahadur qızı Həsənli "Heydər Əliyev məktəblilərin gözü ilə" inşa müsabiqəsinin qalibi olmuşdur. Təbii ki, bütün bunlar müəllimləri və valideynləri çox sevindirir.
Məktəbin uğurları tək bununla
bitmir. Çünki direktor Həsən Rzayev
dedi ki, bizim gənclər həm də vətənpərvərlik ruhunda tərbiyə olunub
və sabahın
döyüşçüləridir.
Elə şagirdlərimiz var
ki, hər
an vətənin müdafiəsinə qalxmağa
hazırdır.
Faiq QİSMƏTOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında
kütləvi informasiya
vasitələrinin
inkişafına dövlət dəstəyi
fondunun maliyyə
yardımı ilə
Ədalət.-2014.-25
yanvar.-S.17.