ONLAR VƏ MƏMLƏKƏTİMİZ
2-ci DÖNƏM
VALERİ MARÇENKOnun KƏDƏRLİ VƏ UNUDULMAYAN HEKAYƏTİ - 3
ON NE EDİNSTVENNIY, KOQO SUDİLİ ZA "DVOYNOY NATSİONALİZM" - "UKRAİNSKİY İ AZERBAYDJANSKİY".
Valeriy Marçenko
stal nastoəhim borüom
za vozrojdenie kulğturnoqo boqatstva i duxovnoqo vzaimooboqaheniə ukrainüev i azerbaydjanüev. Za çto i postradal vposledstvii, no ne pokorilsə,
daje v laqere osobo stroqoqo rejima zanimaəsğ perevodami
s azerbaydjanskoqo. Avtor emko
i obcemno oxarakterizoval jiznennıy putğ i dostijeniə izvestnoqo svoey löbovğö k Azerbaydjanu
ukrainüa Valeriə Marçenko.
Vladimir Krilovski
Öncələr qəzetimizdə gedən
"Onlar və Məmləkətimiz" proyektinin
davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir.
Biz araşdırıcı deyilik və
buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə haqqımızda gedən yazılar bizim diqqətimizi
çəkməyə bilməz. Görünən bu ki, artıq dünyada, bizim kimliyimiz daha çox söhbət
yaradır və bu da bizi
sevindirməyə bilməz.
Yüz illər
sonra da güman ki, toxunduğumuz bu məsələlər
yada düşə bilər
və
buna qəti hökm
vermək
qənaətimiz də
yoxdur. Amma bu yazılarda
ayrı-ayrı yazar və
ya qeyri-yazar insanların məmləkətimiz və
bizlər
haqqında görüşləri bizim üçün yad olmamalıdır.
Və gələcək araşdırıcılar
üçün bu gün yazılanlar bir fakt olaraq
diqqəti
çəkəcək.
... MOO təşkilatının
"Demokratiyanın nəbzi" qolu Valeri Marçenkonun
anadan olmasının
65-ci il dönümündə çoxdan unudulmuş bağlı bir sandığı açaraq
Qızıl Ordunun baş qərargahının
rəisi
Şerbakovun adına olan küçəni, yüksək
insani keyfiyyətlərilə
fərqlənən və həyati
prinsiplərindən heç vaxt dönməyən Marçenkonun adına verilməsi
barədə məsələ qaldırır.
İmperiyanın məhv
etdiyi ukraynalıların
və
başqa millətlərdən
olan insanların sayı saymaqla bitməz. Bu siyahıda "Arxipelaq QULAQ"ın məhv etdiyi hər
millətin
fəxr
edə
biləcəyi istedadlı, insan haqlarının müdafiəçisi və
bu yolda öz həyatını
qurban verən adamların
adları sırasında
Valeri Marçenkonun adı birinci sırada gəlir. O İKİ MİLLƏTİN, İKİ
XALQIN AZADLIĞI UĞRUNDA MÜBARİZƏ APARAN VƏ BU XALQLARIN - UKRAYNA VƏ AZƏRBAYCAN MİLLƏTLƏRİNİN
AZADLIĞI UĞRUNDA mühakimə olunan birinci və
sonuncu fədai deyil, təbii
ki.
18 oktyabr 1991-ci ildə Ukraynadakı "Müəllimlər evi"nin böyük
salonu ağzınacan dolu idi. Zalın
amfiteatrını ali məktəb
və
texnikum tələbələri tutmuşdu.
Salonda isə saçları
və
gicgahları da ağappaq insanlar vardı ki, bu ağ
saçlar o insanların
keçmişinin nə dərəcədə
ağır keçdiyinin
şahidi idi. Səhnəni azad Ukraynanın
bayrağı bəzəyirdi və bu bayraq ardında
otuz yaşlarında gülərüz
bir gəncin fotosu
vardı.
...Valeri Marçenkoya
həsr
olunmuş bu xatirə
gecəsi
onun dostları, tanışları tərəfindən
hazırlanmışdı. Burada onlardan
başqa, onunla birlikdə
bir kamerada yatanlar, əziyyət çəkən siyasi aydınlar, Kiyevin intellektual adamları da vardı. Onlar bir-bir tribunaya
qalxır və Valerinin həyat yolu, onun qısa və
fırtınalarla dolu
ömrünün mərhələlərindən danışırdılar.
...Valeri Marçenko Leninqradın xəstəxanalarından birində ağır müalicədən sonra 37 yaşında həyata əlvida dedi. Xəstə olduğu günlərdə və hətta
ölüm anında belə
anası ilə onun görüşməsinə mane oldular. Daş ürəkli
insanlar buna da icazə
vermədilər. (Bu barədə önümüzdəki
həftələrdə
çap edəcəyimiz yazılarda
geniş danışacağıq).
MÜHAKİMƏ və
TƏRCÜMƏ YARADICILIĞI
...1973-cü
ilin iyun ayında Valeri Marçenko iki respublikanın - Ukrayna və
Azərbaycan
respublikasının konstitusiya
kodeksləriylə mühakimə
olundu. Ancaq onun mühakiməsi Ukrayna mədəniyyətinin süqutu haqqında yazdığı üç
məqalə əsasında aparılırdı: ("İdeologiyanın pərdə arxası,
"Nə
dəhşətli bir yük", "Kiyev dialoqu"), İvan Dzyubanın "Beynəlmiləlçilik və
ruslaşma" traktatının
təbliği
və
sovet ideologiyasına qarşı təbliğat və təşviqat.
Ona altı il qapalı
rejimli həbsxana həyatı olmaqla, üstə gəl bir də
iki il sürgün
kəsdilər.
Sürgün illərində Valeri Marçenkonun istedadı bir daha pardaxlanır. "Dədəmə
məktublar",
sarkazm və ironiya ilə
dolu "Mənim sevimli ledim", "İki alman jurnalistinə
açıq məktub",
"YUNESKO-nun baş direktoruna
açıq məktub" kimi əsərlərini və "Mən benderəm"
adlı çox maraqlı bir esseseni bitirir. Bütün bunlarla paralel olaraq, o həm də tərcümələr üzərində işləyir.
Valeri Marçenko
tərcümə sahəsində çox maraqlı əsərlərin çevirisinə
imza atmışdır. Onun tərcümə etdiyi yazarlar arasında dünyanın tanınmış yazarları
və
klassikləri
yer almaqdadır.
İngilis dilli yazarlar Edqar Po,Cerom K.Cerom, E.Li Masters, L. Xyuz,Q.Uels, polşalı yazar Q.Senkeviç.
Şərqşünaslıq fakültəsində təhsil
aldığından o Azərbaycan yazarlarının əsərlərinin tərcüməsinə xüsusi maraq göstərir
və
Süleyman Sani Axundovun, Cəlil Məmmədquluzadənin,
Anarın əsərlərini Ukrayna dilinə
tərcümə edir, Azərbaycan
mahnılarının mətni toplanmış bir toplu çap etdirir.
İki mədəniyyətin
Ukrayna və Azərbaycan mədəniyyətlərinin bir-birinə qarşılıqlı təsiri və
inkişafı mövzusunda
Marçenko özünün
QULAQ essesinin yazır. Bu esse "Sovet Ədəbiyyatı"
(1971) jurnalında çap
olunur. Bu yazılar və iki ölkənin
ədəbiyyatlarının
araşdırılmasında misilsiz xidməti olan M.Qulaqa həsr
edilir. Məqalələrdə də
ukraynalı elm adamlarının
qardaş Azərbaycan xalqının mədəni irsinə necə
ehtiramla yanaşıldığı
öz əksini tapır.
Bu ədəbi vadidə
Nizami irsinin Ukraynada təbliği daha
üstün yer tutur. Bu baxımdan Valeri Marçenkonun ən
böyük arzularından
biri "Ukrayna şərqşünasları
və
Azərbaycan"
mövzusunda bir dissertasiya yazmaq olmuşdur. O yazırdı:
"Qulak, Krımski, Baqriy - bu insanlar
haqqında saatlarla danışmaq olar, onlardan neçə-neçə əsər yazmaq mümkündür. Bu üzü üzlər görmüş və olmazın əziyyətlərlə çalışan
alimlərin
əsərlərində
bizim bilmədiyimiz çox
şeylərin
cavabı var. Onlar əvəzsiz elm adamları idi və
həm
də
əzabkeşlərdi".
YENİDƏN KİYEVDƏ və YENİDƏN MÜHAKİMƏ
...1981-ci ilin mayında Marçenko Kiyevə qayıdır. Artıq sağlamlıq əldən getmiş,
adicə
yaşamaq və keçinmək
üçün heç
nə
yox, heç bir təşkilat
onu işə götürmür.
Valeri Marçenko özü kimi böyük bir dəstə olan "qarovulçular"
dəstəsinin sırasına qoşulur.
Hələ dövrün elə bir vaxtı idi ki, məhkum olunan insanlar ancaq və
ancaq zavodlarda, fabriklərdə qarovulçu olaraq çalışa bilərdilər.
Sistemin çox
acı qurbanı Valeri Marçenko hər
zaman mərcək
altında yaşayıb. İzlənilir və
sonunda 1983-cü ildə yenidən
məhkəməyə
verilir və məhkum olunur. Məhkum olunduğu vaxt
artıq böyrəklər sıradan
çıxmaqda davam edirdi. Buna baxmayaraq o yenidən
10 il sürgün
və
5 il həbs cəzası alır.
Bu əslində bir edam idi.
VALERİ
MARÇENKO (Bioqrafiyasından)
O 1947-ci ildə
anadan olub. Anası - Ukrayna dili müəllimi, dədəsi - o dövrdə
Ukrayna tarixini araşdıran ən görkəmli
tarixçilərindən və
yazarlarından biri idi.
Valeri Marçenko
1965-70 illərdə Kiyev Universitetinin filologiya fakültəsində təhsil
alıb. Dərsdə və
oxuduğu fakültədə Şərq dünyasına xüsusi bir marağı ilə
fərqlənən Valeri elə
həmin
illərdə Şərq
ədəbiyyatına meyli ilə
seçilir. Və buna görə də
o hələ tələbə ikən, Azərbaycana
gəlir
və
burada Bakı Dövlət
Universitetində
Azərbaycan
və
türk dillərini öyrənməyə başlayaraq
ciddi şərqşünas olmağı düşünür.
Oxuduğu illərdə onun açıq-saçıq
söhbətləri və
düşüncələrindəki azadlıq çağrısı
xüsusi orqanlar tərəfindən nəzarət altına alınır.
Buna baxmayaraq o, "Ədəbi Ukrayna" jurnalında ədəbi işçi olaraq çalışır. Ukrayna Yazarlar Birliyinin üzvü olur. O yaradıcılığının böyük bir bölümünü Şərq xalqları mədəniyyətinin və tarixinin Ukraynada təbliği məsələsinə həsr edir. Ondan qabaqkı şərqşünas alimlərin, o sıradan Krımskinin demək olar ki, ardıcılı olaraq ziyalılar arasında irəli çıxır. Krımski özü də vaxtilə Stalin repressiyasının qurbanı olmuşdu.
Valeri Marçenko hər zaman intellektini artırmağa çalışır, hər iki xalqın -Ukrayna və Azərbaycan xalqlarının ən qabaqcıl xüsusiyyətlərini təbliğ etməkdən usanmır. Ukrayna və Azərbaycanda çıxan jurnal və qəzetlərdə məqalələrlə və elmi yazılarla çıxış edir.
1970-ci ildə Krımskinin anadan olmasının 100 illiyində Valeri yenə də önə çıxaraq Ukraynada Şərqşünaslığın çox durğun və acınacaqlı vəziyyəti haqqında çıxış edir.
Ziyalılar ümid edirdilər ki, yəqin bu dəfə Valerinin dediklərinin ardınca gediləcək və Ukraynada Şərqşünaslıq öz dəyərini alacaq və Ukrayna Elmlər Akademiyasında bu barədə dərindən fikirləşəcəklər. Amma bütün bunlar olmadı və arzular yenə də puça çıxdı... Bu hal düz 1980-ci ilə qədər davam etdi. Ziyalılara qarşı sərt münasibət və onların fikirləri xüsusi orqanlar tərəfindən həmişə nəzarətdə saxlanıldı.
(Davam edəcək)
abdin41@mail.ru
www.tofigabdin.com
Tofiq Abdin
Ədalət.-2014.-25
yanvar.-S.15.