Fərdi hisslər... və sosial xarakterlər
Xalq şairi Bəxtiyar Vahabzadə Əbülfət Mədətoglu barəsində yazıb: "Əbülfət sözün əsl mənasında şairdi, onu oxuyanda tüstüm təpəmdən çıxır. Bax, budur sənətin qüdrətig". Və yaxud Ramiz Rövşən qeyd edir ki, "gƏbülfət son dərəcə səmimi və son dərəcə də özünə bənzəyən şairdi". Ümumiyyətlə, Əbülfət Mədətoğlu barəsində yazılan bütün fikirlərdə onu dərdi kişi kimi çəkən, sevgini pıçıltı ilə söyləyən bir şair kimi xarakterizə edirlər. Hətta şairin 2007-ci ildə İstanbulda nəşr edilən kitabına "Ön söz" yazmış doktor, professor Hüseyn Adgüzel türk oxucularına müraciətlə: "Əbülfət bəyə dərdlərin şairi deməyin zamanı çatıb" - deyir.
Qələm adamları hər nə qədər ictimai mövzulara müraciət etsələr də, bu bir həqiqətdir ki, hər bir şair özünü yazır. Yəni konkret olaraq bu belədir. Bizim tarix boyu ictimai mövzularda yazan şairlərimiz olub. Məsələn, Nəsimidən Səməd Vurğuna qədər. Amma bu ictimailiklə yanaşı, həm də Nəsiminin özü var, öz daxili üsyanı, öz intonasiyası var. Səməd Vurğunun özünün daxili təntənəsi var, özünəməxsusluğu var. Bunlar bir həqiqətdir. Lakin elə şairlər də var ki, sözün həqiqi mənasında özlərini yazırlar. Mən Əbülfət Mədətoğlunu bax, heç bir tərəddüdsüz bu cür şairlərin sırasına daxil etmək istəyirəm. Doğrudur, onun yaradıcılığında sentimentallıq yoxdur. Amma bununla yanaşı belə, həddən artıq özü, öz daxili dünyası, öz ovqatı, öz hissləri şeirlərində əsas yeri tutub. Hətta bunlar bəzən o qədər fərdi olur ki, öz-özünə düşünürsən ki, bəlkə ədəbiyyat, poeziya bu qədər fərdiliyə getməməlidir? Amma bununla yanaşı, bir mühüm cəhəti də qeyd etmək istəyirəm. Belə ki, Əbülfət yaradıcılığında, poeziyasında nə qədər fərdidirsə, onun bir qədər də özünəməxsusluğu və hər kəs tərəfindən qəbul olunacaq sosial simaya malik lirik qəhrəmanı var. Sual oluna bilər ki, bu sosial sima nə ilə ölçülür, necə müəyyənləşdirilir? Əvvəla, bu sosial sima bütövlükdə insan, onun həyat tərzi, xüsusilə bugünkü insanın həyat tərzi, mövqeyi, cəmiyyətlə əlaqəsi, həyat problemləri ilə bağlılığıg yəni bütün bunlar da onun yaradıcılığındakı qabarıq fərdiliklə sıx bağlıdır.
Onun yaradıcılığında həm özünəməxsusluq var, həm
də bu özünəməxsusluqda bir xarakter var. Əbülfət özünəməxsusluğu tipologiyası olan,
xarakteri olan özünəməxsusluqdu. Mən onun şeirlərini oxuyanda elə bil ki, çox sevilən xanəndələrimiz
Mənsum
İbrahimovun, Səxavət Məmmədovun, İslam Rzayevin, Süleyman
Abdullayevin səslərini eşidirəm. Bu səslərin intonasiyasını, ritmini, məzmununu, o səslərin lap içindən gələn kədərin özünü dinləyirəm. Hətta kifayət qədər nikbin nəğmələr oxuyanda belə,
o səslərin ən dərin qatlarından bir
kədər duyulur. Bax, Əbülfət Mədətoğlunun da şeirləri belədir. Demək olar ki, onun elə bir şerini təsəvvür etmək
mümkün deyil ki, orada kifayət
qədər dərin, zəngin bir ağrı
ilə
rastlaşmayasan, yəni
onun şeirlərinin
hamısında bu dərin
ağrı bir ana xətt
kimi gəlib
keçir. Hətta
onun leksikonu da belədir.
Yüzlərlə ağrı-acı
ifadə eləyən sözlər,
ifadələr, poetizmlər var onun şeirlərində. Məsələn,
acı, soyuq, dəli,
fağır, diz çökmüş, sükut, tamarzı,
donuq, kədər, lal
baxışlı, yaralı, ağrı, yazıq, biganə, qorxu, özünə yer tapa bilməyən, atılmış və s. Yəni bu leksikon onun
şeir dilini və
belə deyim ki,
şerin orqanikasını, necə
deyərlər, mahiyyətini açan bir məsələdir.
Bizim poeziyamızda bir qayda olaraq müsbət, ümidverici kimi təsvir edilən bar, meyvə, toxum, tum, həm də şirinlik
anlamında təqdim
edilir, ona ümidlə
baxılır. Əgər
o bardısa, tumdusa, toxumdusa o ümidverici bir şeydi. Amma Əbülfət yazır:
Mən tumu acı bir baram,
Bəsdi özümə öz yaramg
Buradakı ikinci bənd, yəni "bəsdi özümə öz yaram" məsələnin başqa bir tərəfidi. Burada əsas
olan, ilk diqqəti
çəkən tumun, yəni o mənbənin insan üçün, o lirik qəhrəman üçün
acılığıdı. Belə başa
düşülür ki, o da özü-özlüyündə Əbülfətin yaradıcılığını,
ideya məzmununu
göstərən bir məsələdi.
Eyni zamanda bu da bir daxili məntiqin
yenidən mənalandırılmasıdı.
Yəni
biri var tumun təbii
acılığı, biri də
var onun yenidən məntiqi mənada acı kimi təqdim edilməsi. O ki
qaldı "bəsdi özümə öz yaram" deyiminə, bu da ikinci mərhələdə bir təəssüf, ağrı
doğuran bir məqamdı. Bax, bu da çox maraqlı
qarşılanır, burada maraqlı olan həmin ağrı çəkən, ağrıdan yaranan lirik qəhrəmanın özünü təhlil etməsidir. Mən bir
xüsusiyyəti də ayrıca qeyd etmək istəyirəm. Azərbaycan
poeziyasında elə
nümunələr, elə ciddi şairlər, sənətkarlar var ki, onlar əhval -ruhiyyəni, ovqatı təsvir və təqdim edirlər.
Ancaq Əbülfətin
şeirlərində bunlarla
yanaşı, həm
də təhlil var. O hissləri, o emosiyaları
sadəcə ifadə eləmək yox, həm
də təhlil etmək ağır bir məsələdi.
Çünki hissin təhlilə gəlməsi
üçün təbii
ki, ona yenidən
hisslərlə qayıtmaq, hisslərlə təhlil
vermək
lazımdı. Bu, çox çətin bir iş olmaqla
yanaşı, həm də çox maraqlıdır. Düşünürəm ki, bu Əbülfətin
yaradıcılığında xüsusilə səciyyəvi bir xüsusiyyətdir. Digər
bir məqam isə Əbülfətin poetik kədərinin sadəcə təbii axımı ilə, öz enersiyası
ilə gəlməsidir. Həm də şairin lirik qəhrəmanının bu kədərdən
zövq almasıdır, bu kədərlə dünyanı dərk etməsidir.
Bir vaxtlar böyük sənətkarımız Aşıq Ələsgər deyirdi:
Dərd alıb, qəm satıb nəf eyləmişəm.
- yəni
dərd qəmə nisbətən çox ağır bir
şeydi. Dərdi
alıb, qəmi
satmaqla faydalanmışam - deyən
Aşıq Ələsgər sadəcə söz oyunu etməyib. Bunun
arxasında böyük bir fəlsəfə durur. Elə Əbülfət də təxminən eyni fəlsəfəni, eyni məsələni yazır:
Gəl sevdirək özümüzü kədərəg
Hər kəsə məlumdur ki, sevgi müsbət bir emosiyanın ifadəsidir. Sevgi insana ruh
yüksəkliyi gətirən bir hadisədi. Amma "gəl
sevdirək
özümüzü kədərə" - deyəndə, şair kədərə
son dərəcə böyük sevgi
çağırışı edir. Bu da təkrar qeyd edim ki, əslində şairin poetik məntiqlə özünü və dünyanı dərk etmək üçün
seçdiyi üsuldu. Ona görə dərhal diqqəti
özünə
çəkə bilir.
Əbülfət Mədətoğlu poeziyasında bizim ədəbiyyatımız
üçün orijinal olan başqa bir məqam da var. Bu da insanın
sıravi görünmək qorxusu ilə bağlıdır. Yəni sıravi görünmək belə deyim ki, həm qəhrəman üçün - həm ədəbiyyatın,
həm də həyatın qəhrəmanı
üçün ən
acılı bir şeydi. İndi təsəvvür edin ki, sevdiyin
üçün sıradan biri olmaq nə
boyda acıdı, qorxudu. Əgər bunu şair çox sərrast deyirsə, bu artıq ədəbi uğurdur. Belə düşünmək olar ki, sıradan
biri olmaq bəlkə də neytrallıqdı, bəlkə də
ümumilikdi. Ancaq aşiq
üçün, sevən
üçün, sevilməyini
istəyən üçün
sıradan biri olmaq kədərdi, dərddi. Bu da ki orijinal bir fikirdi. Özü
də bir misrada,
bir-iki şeirdə
təkrarlanmır.
Əksinə, bütün yaracılıq boyu kədər fəlsəfəsinin təhlil imkanının Əbülfətdə nə qədər böyük olduğunu
sübut edir.
Özü
də şeir
yaradıcılığı üslubunun bu metodu, bu hissləri təhlil üsulunun o dərəcədə metafizikasına gedə bilir ki, çox səmimi və rahat da yazır:
Dünyadan
qopub ayrıldım,
Çəkildim qara günümə.
Özünüz fikir verin, qara gün insan həyatının son kədəri, ağrı-acı həddidir. Yəni sənin
barışdığın sonluqdu. Bu, sənə olan Tanrınınmı, həyatınmı,
taleyinmi münasibətindən bütün
mübarizə
imkanlarının bitməsidir.
Və
bu məntiq, bu
düşüncə
tərzi, o hiss
texnologiyaları da məhz
lirik qəhrəmanı bu yerə gətirib çıxarmalıdı.
Burada isə
məncə, Əbülfət həm haqlıdı, həm də elə bilirəm ki, özünün
poetik kredosuna sadiq bir şairdi.
Əbülfət ictimai mövzulara da müraciət edir, amma ictimai
mövzuları mövzudan daha çox bir məqam kimi, bir obraz kimi, bir hadisə kimi götürərək, onu sitat kimi gətirərək çox gözəl mənalandırır. Məsələn,
məlumdur ki, Azərbaycanda ölüm
hökmü ləğv
edilib və bu da hər kəs tərəfindən
anlayışla qarşılandı. İctimai
mühit bunu humanist, insanpərvər hadisə kimi təqdim etdi. Lakin
şairin çox zərif və mənalı bir şəkildə təqdim etdiyi fikrə nəzər yetirək:
Heyif səndən
ölüm hökmüg
ləğv
edildin.
g
Aldın mənim əlimdən
sevgilimin
kirpiklərindən
asılmaq qismətimig
Yəni doğrudan çox gözəldi. Burda söhbət heç də şairin
ölüm hökmünün ləğv
edilməsinə etirazından getmir.
Sadəcə bu bizim
poeziyamızın məntiqidir
ki, aşiq öz sevgisi, sevgilisi uğrunda ölməlidir. Burda başqa bir yol yoxdur. Hətta sağ qalsa belə ölməlidir. Bu bizim
poeziyamızın minilliklərdən gəlib
çıxdığı qənaətdir.
Şair Əbülfət Mədətoğlu da ictimai-siyasi prosesin yox, ədəbi-bədii prosesin övladı, varisi
olduğu üçün istər-istəməz ədəbiyyatın məntiqini müdafiə edərək çox maraqlı bir
qarşılaşdırma ortaya qoyub. Şəxsən mən
bunu poetik kəşf
hesab edirəm.
Yaradıcılığının müəyyən məqamlarında Əbülfətin şeirlərində bir nikbin notlar da ortaya
çıxır. Amma bu o qədər təsadüfi olur ki,
görəndə təəccüblənirsən
və hətta
düşünürsən
ki, bu sanki musiqinin, muğamın xaric ifa edilməsinə bənzəyir.
Qarabağdan, oradan gələn yaradıcılıq imkanlarından qaynaqlanan Qarabağ
ədəbi mühitini, bir az da Natəvanın ruhunu, intonasiyasını
özündə yaşadan Əbülfətin bu nikbinliyi ortaya çıxanda
düşünürsən ki, bu ya təsadüfdü və yaxud da heç bunun yeri deyil.
Əbülfətin lirik qəhrəmanında bir xüsusiyyət də var. Bu, daha çox onun
özünün hadisəsidi. Olduqca metafizikdi. Yalnız öz daxilini, öz
iç dünyasını, onların hadisəsini ortaya qoyur. Həm də Əbülfət intellektual bir
şairdi. Bu fikri xüsusilə qabartmaq istəyirəm. Bunun da səbəbi var. Mən həmişə müşahidə etmişəm. Həddən artıq hisslərlə polemikaya girən, həddən artıq hisslər üzərində
yaradıcılığını quran yazarlarımızda bir
qayda olaraq intellekt çatışmır və yaxud da onlar bilərəkdən intellektuallıqdan
imtina edirlər.
İstəyirlər ki, hər şey hisslər üzərində qurulsun və hisslərin səmimiyyəti təqdim olunsun. Çünki intellektuallıq istər-istəməz poeziyaya müəyyən quruluq gətirir,
müəyyən sxemlər gətirir. Amma Əbülfət
Mədətoğlunun şeirlərində çox
maraqlıdır ki, hisslərin
səmimiyyəti intellektuallıq,
məlumatlılıq,
bilik o qədər təsir edir ki, səmimiyyətə xələl gətirmir. Yəni səmimiyyət pozulmur. Həqiqətən də
mən
düşünürəm
ki, poeziyanı elmdən
fərqləndirən və yaxud da fərqlənməsi, birinci növbədə
onun sadəlövhlüyü
ilə bağlı
olmalıdır. Ədəbiyyatda, poeziyada sadəlövhlüyə qədər gedəcək səmimiyyət yoxdursa, istər-istəməz oxucu şairə inanmır. Ona hisslərin diplomatı kimi
baxır. Bu da özünü
doğrultmayan bir məsələdir.
Ümumiyyətlə, Əbülfətin bütün şeirlərində özünəməxsus səmimiyyət son nöqtəyə qədər davam edir. Məsələn, adamın məktub gözləməsi təbii bir haldır, amma
özünün özünə məktub yazması bir az
qeyri-ciddi görünür. Əbülfət isə bunu o qədər səmimi və inandırıcı ifadə edir ki, oxucuda şübhə yeri qalmır:
Hərdənbir
adından
özümə məktub yazmaq istəyirəmg
Əbülfətin şeirlərində çoxlu sayda poetizm sayıla biləcək, yəni hisslərə hopub yaşaya biləcək, yaddaşlarda qalacaq fikirlər, ifadələr var. Bunlar da yəni ictimai olandan fərdi olana, ümumi olandan fərdi olana qədər fərqlərin izahıdır. Məsələn,
mənim çox
maraqla qarşıladığım və
mənə təsir edən
"Acgöz şadlıq evləri"
misrasını qeyd edə
bilərəm. fikir verin, "şadlıq evi" və "acgözlük" ifadələri. Biz artıq
bunu məişətimizdə hər gün görürük. Eyni zamanda burda söhbət
təkcə şadlıq evindən, acgözlükdən getmir. Həm də bizim ictimai həyatımızda
baş verənlərdən gedir, onların qiymətidi. Yəni son dərəcə öz içərisində olan, öz ruhu ilə mükalimə aparan şairin elə şeirləri var ki, burada birdən o qədər ictimai və o qədər hamını
düşündürə biləcək, hiss edə biləcəyi məsələlərə toxunur ki, bəzən ümumiyyətlə, yaradıcılığının xarakteri daha
çox ictimai olan şairlərimizin deyə bilməyəcəyini son dərəcə dəqiq misralarla ifadə edir.
Məsələn:
Canım,
üsyan gözlənir,
Çevriliş qorxusu var.
İçimə sığmır sevgim -
İçim
sevgin üçün dar!..
Mən əlbəttə, Əbülfət Mədətoğlunun şeirləri barədə xeyli sayda özünəməxsus xüsusiyyətləri də qeyd edə bilərəm. Lakin onun yaradıcılığı barəsində dəyərli ədəbiyyat adamlarımızın, xüsusilə Seyran Səxavətin "Sənin sözün insanın iç dünyasına nüfuz edir, onu daxilən hərəkətə gətirir" və yaxud Musa Yaqubun "Əbülfətin yaratdığı sevgi ağacının hər bir yarpağının öz düzümü, öz dözümü, öz sözü, öz titrəyişi var" fikirləri var. Xalq şairi Zəlimxan Yaqubun "Özünü dərd dəlisi adlandıran, kədəri incitməyən, qəmin doğma adamına çevrilən şairin (yəni Ə.Mədətoğlunun - N.C.) yaradıcılığı bütövlükdə bütün dərd çəkənlərin, qəm daşıyanların poeziyasıdır" - deməsi, bir daha göstərir ki, Əbülfət artıq Azərbaycan poeziyasında doğulduğu mühitin, Qarabağ ədəbi mühitindən öz qaynaqlarını götürməklə, bizim poeziyamızın ümumi axınında özünün gözəl bir şair yolu ilə, özünəməxsusluğu ilə seçilməklə və özünün mükəmməl bir şair obrazını yarada bilib.
"Ədəbiyyat"
qəzeti
yanvar 2014
Nizami Cəfərov
AMEA-nın
müxbir üzvü,
Milli Məclisin
deputatı
Ədalət.-2014.-25
yanvar.-s.11.