İradə Tuncayın "Uğurun sirri”
Azadinform-un "Uğurun sirri” layihəsinin növbəti qonağı tanınmış publisist və yazıçı-jurnalist İradə Tuncayın müsahibəsini təqdim edir:
İradə
xanım, sizcə, uğurun
rəngi,
dadı, qoxusu, səsi, görüntüsü necədir və
ona toxunmaq nə
zaman mümkündür?
- Heç düşünmədim bu barədə. Amma cəhd eləmək olar. Dadı, qoxusu yəqin uşaqlıqda yemək istədiyimiz ən dadlı konfetin, ya dondurmanın qoxusu, dadı kimi olar. Görüntüsü isə... Atanın işdən gəldiyi və sənin də onun boynuna hoppandığın ana bənzəyər. Yuxarıda olmaq, hamını ordan seyr etmək kimi bir şey... Toxunuş, təmas var hər halda... Rəngi işıqlı olar yəqin...
Deyirlər, yanlışlar olmadan doğrular tapılmaz. Uğursuzluq yanlışlardanmı doğar sizcə?
- Yanlış hər addımda gözləyir bizi - bundan qaçmaq mümkün deyil ki... Amma hər uğursuzluğu yanlışın boynuna qoymaq olmaz qənaətindəyəm. Bəzən doğru bildiyimizi yaparıq, amma alınmaz ...
Apardığınız mübarizədə uğursuzluqlarla üzləşəndə nə edirsiniz?
- Mübarizə bir az böyük söz oldu... Heç bilmirəm biz öz yaşam çabalarımıza nə ad verə bilərik. Burda da birmənalı cavab olmayacaq. Həyatın fərqli dönəmlərində fərqli reaksiyalar - körpə uşaqlar ağlayır, bir az böyüklər müxtəlif yollara əl atırlar, lap böyüklər gücdən istifadə edir... İndiki yaşım məni sakit seyr edir. Haqlıyamsa əvvəl-axır düzələcək... Belə fikirləşirəm.
Hər insanda bir istedadın olduğunu söyləyirlər, bunu necə üzə çıxarmaq olar sizcə?
- Mən hər insanda bəşəriyyətə lazım olan istedadın olacağını zənn etmirəm və buna görə də hər şeyi üzə çıxarmaq tərəfdarı deyiləm.
Bəzi gənclər bir işə başlayanda "Düşün, tətbiq et və nəticələndir” prinsipini unudurlar. Yəni, onlar düşündüklərini ya tətbiq etmir, ya da nəticələndirmirlər. Bu problemlə üzləşənlərə nə söyləmək istərdiniz?
- Mənim nə deyəcəyimdən asılı olmayaraq hər kəs kəndi həyatını yaşayır. Yıxılmaq, durmaq hər kəs üçün məqbul. Uğur sözcüyünün içində - düşünmədən hərəkət etmək də var, tətbiq edib təpəsi üstə aşmaq da, nəticələrə əhəmiyyət verməmək də var. Belə olmasaydı bəşəriyyət bir addım da irəliyə gedə bilməzdi. Bütün məşhur kəşflər məlum qaydaları inkar edərəkdən edilib. Və ya mühafizəkar qanunları pozaraq həyata keçirilib. Bunun uğuruna insanlar tonqala gediblər, sürgünü gözə alıblar. Uğur sözündə mən bir şıltaq qız ədası görürəm həm də. Amma cəzası da ola biləcək bir şıltaqlıq...
Qarşısındakına "əhəmiyyətlisən” mesajını verməkdə çətinlik çəkənlərə nə söyləmək istərdiniz?
- Bəlkə belə deyək - burda
insan hikkəsi
də var. Hamı
kimi, sıradan biri olmamaq hikkəsi... Mən bu hikkəni (əhəmiyyəti) görə
bilirəmsə, qarşımdakına bunu deyirəm
çəkinmədən. Amma hamı
özündən
arxayın deyil və
bu narahatlıq çox əməlləri qabardır. Heç bir söz demək istəməzdim, əhəmiyyəti yoxdur...
Övladlarınızın uğurlu ola bilməsi üçün nə edirsiniz? Daha fərqli
davrana bilirsinizmi?
- Çalışmışam hər halda. Nə isə
alınıb, nə isə
alınmayıb. Övlad səndən əmələ
gəlsə də
onun öz taleyi var. Biz buna müdaxilə
edəcək gücdə
deyilik.
Sizcə insanların ən güclü silahı nədir-ağıl, yoxsa ürək?
- Məncə ağılla ürəyin vəhdəti. Amma dünya həmişə
ağılın əlində olub. Ona görə
də
belə
vəhşidir...
Uğurun yaşı olur yoxsa başı, bu barədə heç düşünmüsünüz?
- Uğurun nə yaşı,
nə
də
başı var. Uğurun
vaxtı, saatı var...
Fərqliliyiniz və
fərdliliyiniz
haqında nə deyə
bilərsiniz? Nəyə görə
Siz sizsiniz?
- Ona görə ki, mən
elə
mənəm...
İnanmaq asandır, yoxsa inandırmaq?
- Təbii
ki, inandırmaq. İnandırmaq bir vergidir,
ALLAH seçilmiş insanlara
verir bunu.
Həyatın enini və
uzununu ölçdünüzmü
heç, Sizin fikirinizcə,
yaşamı üzün
edən
nədir?
- Ölçmədim,
amma həyatı uzun
edən
sevgilər
və
nifrətlərdir...
Əgər Sizə dünyada yalnız bir şeyi dəyişdirmək imkanı verilsəydi, nəyi dəyişərdiniz?
- Yaşadığım mühiti, bəlkə də ölkəni... Mən buralara aid deyiləm...
Həyat toplananlar, çıxılanlar, vurulanlar və bölünənlərdən ibarətdir deyirlər, Sizin payınıza ən çox hansı əməl düşüb?
- Yəqin vurulmaq və bölünmək. Hasil və qismət....
Bəs Siz özünüz özünüzə dost ola bilsəydiniz, özünüzə Sizin kimi bir dost istəyərdinizmi?
- Məndən mənə dost olmaz. Mənə dözmək çətindir, ikinci bir mənə tabım qalmayıb.
Əgər siz balaca uşağa bütün həyatı boyu ona gərəkli ola biləcək bir məsləhət versəydiniz, nə deyərdiniz?
- Uşağa ancaq özünü tapacağı mühit arzulayardım. Uşaqlar məsləhət dinləmir ki....
Dəlinin doğru xəbəri nə olar sizcə? Dəliliyin gözəlliyi mümkünmü?
- Bütün doğruları sıradan olmayan insanlar deyib bəşəriyyətə. Bütün peyğəmbərlərə də dəli deyiblər...
Hesab - kitab dəftəriniz var?
- Var ... Onlar mənim xatirələrimdir.
Təbliğ etdiyiniz gerçəklər hansılardır,
necə
düşünürsünüz sevginin təbliğata
ehtiyacı varmı?
- Heç görmüsünüz
ki, kiməsə
nəfəs al desinlər?
Bunun təbliğata ehtiyacı
yox ki...
Yaşamaq və
var olmaq arasında fərq nədir?
- Bu uzun söhbətdir. Belə deyək
- gün keçirmək və
gündən
günə
keçmək...
ədalət.-2014.-25 yanvar.-S.6.