Mətbuat Şurası yekun
hesabat verdi
Bu gün Mətbuat Şurasının (MŞ) 2013-cü ildə
gördüyü işlərə dair hesabat konfransı keçirilib. MŞ-nın mətbuat
xidmətindən Adalet.az-a verilən
məlumata
görə,
MŞ sədri
Əflatun Amaşov bildirib
ki, ötən il rəhbərlik etdiyi quruma ümumilikdə 610 müraciət
daxil olub. 610 müraciətdən 423-ü bilavasitə
kütləvi
informasiya vasitələrində
gedən
materiallardan şikayətlərdir. Şikayətlərdən 192-i ayrı-ayrı vətəndaşlardan, 123-ü dövlət
idarə
müəssisə və
təşkilatlarının
təmsilçilərindən, 56-ı özəl
müəssisələrdən,
21-i ictimai qurumlardan,
19-u siyasi partiyalardandır.
2013-cü ildə
Şuraya daxil olan şikayətlərin
241-i katiblikdə
həllini
tapıb, 182-nə komissiyalarda
baxılıb. Bunlardan 105-i Şikayətlər üzrə
Komissiyada, 48-i "Reket
jurnalistika”ya qarşı
mübarizə
Komissiyasında, 8-i Mətbuatla dövlət
qurumları arasında
problemlərin
həlli
Daimi Komissiyasında,
11-i İnternet media resursları
üzrə
Komissiyada, 10-u Sosial-iqtisadi
komissiyada araşdırılıb.
Şuranın İdarə
Heyəti
2013-cü ildə
ümumilikdə
17 qərar
çıxarıb. Ayrı-ayrı KİV-lə
bağlı qərarlar onlardan 5-nə
xəbərdarlıq edilməsini
nəzərdə tutub.
10 qərarda
KİV-in peşə
prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 2 qərar cavabdeh nəşrin
adının Mətbuat Şurasının "qara
siyahı”sına salınmasını
nəzərdə tutub.
Daha sonra
MŞ İdarə
Heyətinin üzvləri
çıxış edib. Onlar
MŞ-nın 2013-cü ildəki
fəaliyyətini müsbət dəyərləndiriblər.
Ədalət.-2014.-25
yanvar.-S.9.