İSTƏK
Sənədli
hekayə
(Əvvəli 24 yanvar
sayımızda)
Elə tədbir olmurdu ki, orda görükməsin, söz deməsin. Bir də gördün sədr çağırdı Ağəlini, dedi: "Sabah saat 11-də qoy Qəmər bacı gəlsin kolxoz həyətinə, Leninin heykəlinin açlışı olacaq, yuxarıdan qonaqlar gələcək..." Qəmər çıxış eləməlidi... Dilli-dilavərdi. Yığıncaqda, tədbirdə ön sırada əyləşirdi, elan olunanda ki, indi də söz verilir qabaqcıl pambıqçı, Qəhrəman ana Qəmər Quliyevaya, tez cumurdu tribunaya, partkomun öyrətdiyi cümlələri ustalıqla təkrarlayırdı. Kommunist Partiyasına, L.İ.Brejnevə xoşbəxt həyat, firəvan ömür-gün üçün minnətdarlığını bildirir və sonda raykomun birinci katibini əsl rəhbər, qayğıkeş yoldaş kimi tərifləyirdi. Hamı əl çalırdı... Hə, hə danışandı, sözü yerində deyəndi Qəmər. Bayram tədbirində, məktəbdə, hərbi komissarlıqda dil-dil ötdüyü üçün təkcə "sağ ol" yox, həm də qiymətli hədiyyələr verirdilər ona.
Bir gecə qıdıqladı Ağaəlini: "Əşi, ölüvay olma ey, səni saya salmayan, sözünə baxmayan olanda de ki, mən bilirsiniz kiməm? Qəhrəman ana Qəmərin əri. Əvvəl istədi sərtlənə Ağəli, zəhərləyə xanımını, hövsələsini basdı, düşündü: lazım deyil acıqlanmaq, zarafat eləyir o. Beləsinə baxma, kini, xəbisliyi, lovğalığı yoxdu. Sevdiyin qadınla gecə yataqda məzələnmək özü də bir həzdi, ləzzətdi axı... Sabah taxıl sahələrini suvararkən, günortanın boğucu istisi amanını bir əlcə eləyərkən, özünü verdi arxın qırağındakı tut ağacının kölgəsinə, bir az nəfəsini dərsin, sərinləsin deyə. Qəmərlə zarafatını xatırladı və düşündü: həqiqətdi, yalan deyil ki, hökumət çoxuşaqlı ailədə üstünlüyü verir anaya. Düzdü, yaradandı, qurandı ana, onun kimi müqəddəs varlıq yoxdu yer üzündə. Bəs ata? O gün kolxoza gələn, klubda danışan professor Göyüşov demədi ki, insanı dünyaya gətirən birinci şərt atanın beli, ikinci şərt ananın bətnidi? Bəs ata yazığa quru "sağ ol" da düşmür? Haqsızlıqdı vallah. Başıma nə gələcək, qoy gəlsin, yazacam yuxarılara. Neyləyəcəklər, suçuluğu əlimdən alacaqlar? ... Bu vaxt yanında gəzdirdiyi əl radiosunda xəbər verilirdi: sovet vətəndaşı Valentina Tereşkova göyə çıxıb. Hə, elə birinci bu xanıma yazacam. Yazdı ki:
"Aaz, ay
canı yanmış, eşitdiyim göyə qalxıbsan. Orda nə
itin azıb, nə
axtarırsan? Bilmirsən, heç fikirləşmirsən ki, qəzəbinə gələrsən Yaradanın?
Vallah, yer-göy, kürreyi-ərz onun ixtiyarındadır.
Havalanma,
külüvü göyə sovurar. Unutma, yaduva sal: səni, bütün qadınları
Adəm
peyğəmbərin qabırğasından düzəltməyib o?
Ay Valya xanım, bəyəm yeri qaydasına salmışdın ki, qalmışdı göy?
Otur evində-eşiyində,
ərə get, oğlun-qızın olsun... Qulaq as mənə: Qəmərlə mənim 12 oğlumuz var. 12 sovet vətəndaşı,
12 əsgər. Hə,
indi fikir ver: Qəmər Qəhrəman ana, mən
isə
heç kim!
Bir soruşan yoxdu, bu oğullar göydən
düşüb, yerdən çıxıb? Bunların atasına,
zəhmət çəkəninə də
bir qırıq orden-medal niyə verməyək, hə? Özün düşün,
ağluva vur: toxum əkməsən, torpaq sənə pambıq, arpa, buğda verər? Danış
iclaslarda, de, tələb elə: qoy çox övladı olan atanı da yada
salsınlar".
Dayandısı-durdusu olmadı. Ayda bir dəfə pasportunu
qoyub cibinə, gedirdi poçta, yazdığı
ərizələri göndərirdi ünvanlarına. "Buralara - Azərbaycana yox,
xeyri nədi, bizimkilərin sözünü kim idi "göyərdən". Ancaq yuxarılara,
bu hökumətin başında oturanlara yazacam. Təfəkkül
Allaha, görək nə
çıxır - 12 vərəqlik şagird
dəftərində qeydlər
aparırdı. 4-ün Leninin
qəbrinə, 3-ün L.İ.Brejnevə,
2-sin onun istəkli xanımı Qalinaya,
4-ün qadın büro
üzvlərinə, 4-ün Sovet Qadınlar Komitəsinə, hətta
2-sin o zamankı məşhur özbək
pambıqçısı Tursunoy
Axunova yazdı.
... Bir gün öldü döşündə
orden-medallar yüklənən çatmaqaş,
qara bığ L.İ.Brejnev. O, yenə dayanmadı, K.U.Çernenkonu , V.V.Andropovu da ərizə, şikayət topuna tutdu. Sonra 80-ci illərin sonunda hakimiyyətə
gəldi
M.S.Qorbaçov. yenidənqurma,
demokratiya pərdəsi altında
hiyləgərcəsinə
SSRİ-ni düşmən qabağında diz çökdürən
maskalanmış həyasız. Ağəli
onu, az
keçməmiş
siyasət
aləmində tez-tez görünən, xüsusən
xarici ölkələrin qəzet-jurnallarına
müsahibələr verən
R.M.Qorbaçovanı da
nişan aldı... Bütün ərizələrin məzmunu eyni idi: çoxuşaqlı ailədə Evin kişisini də
yada salın, onun əzab və ağrılarını,
böyük külfət üçün zəhmətlərini
qiymətləndirin.
Burası düzdü ki, məktublarına
rəsmiyyətlə xəbər-ətər olmurdu, amma hərdən bir raykoma dəvət edirdilər. Birinci katib onu çox
mehriban qarşılayır,
söhbətləşir, balalarının sağlıq
durumunu soruşur və
sonda bu sıravi kolxozçunu başa salmağa çalışırdı ki,
kişi sənin
şikayətəni biz həll
edə
bilmərik,
üsiəlik,
tək
sənin
yazmağınla məsələ
həllini
tapmaz. Yuxarılarda aləm
qarışıb bir-birinə. Gözlə, gözlə
görək
başımıza nə gəlir.
Birinci şəxs
mülayimcəsinə, hirslənib-eləmədən
söhbətinə yekun vururdu:
- Gəl
eşit məni, ay Ağəli kişi, daşı
tök ətəyindən. Yazma, yazma, yorubsan
özünü də, bizi də.
Nə qədər sənin
şikayət
məktublarına
cavab yazmaq olar? Rayonu dilə-dişə salıbsan sən...
Yoooox, kor tutduğunu əldən buraxmırdı, daşı
ətəyindən tökmürdü 12 oğul
atası, S.Vurğun adına kolxozun
suçusu Ağəli.
O, sədrin,
ağsaqqalların. Qohum-əqrəbanın öyüd-nəsihətini vururdu qulaqardına. "Öldü var,
döndü yoxdü".
Zərb məsəlin əlində dəstəvüz eləyib,
qələmi yerə
qoymurdu. Hərdən hirslənirdi, öz-özünə
danışırdı: Pa atonnan
bir belə ərizələrimə ağıllı-başlı,
dəlilli-sübutlu
cavab verən tapılmır
ki, tapılmır. Bir əlcə kağız nəmənədi ki, onu yazıb
göndərmirlər, toxtayam, rahatlanam, biləm
ki, yoxdu bu hökumətin başbilənləri.
Və nəhayət, bir gün günəşin al şəfəqləri doldu könlünə,
gözünə
Ağəlinin. Raisa Maksimovna
Qorbaçova ona cavab yazdı. "Əziz və
hörmətli
valideyn, 12 uşaq atası, səni sevindirmək istəyirəm. Mişa ilə
danışmışam, onun
boynuna qoymuşam.
Lap tezliklə
o, qərar
verəcək və
çoxuşaqlı ailənin kişisi də orden alacaq. Bilirsən necə
adlanacaq o təzə orden?
-"Otets-molodets".
Toxtadı, sakitləşdi
və
elə
hamıdan qabaq, əlində tutduğu kağızı
havada yellədi, Qəmərin yanında
xoruzlandı. "Buyur, oxu, mənim də
ordenim olacaq, ay sevgili xanım. Necədi səninçün?"
Qəmər aldı məktubu, oxudu,
təəccübləndi:
- Kimdi, bu xanım
səni
başından eləyir? Yəni bu dövlət onun ağlı ilə
otubur-durur?
Ağəli söz altında qalmadı:
- Böyük adamdı, o, baş katib M.S.Qorbaçovun arvadı. Bildin?
***
Zaman atını dördnalla çapdı, keçmişi geri qaytarmaq, olsa-olsa, küləyi ovcunda tutub saxlamağa bənzəyir. Ha cəhd elə, ha həsrətlə, dərdindən "ah" çəkə-çəkə geriyə boylan, sevincli-kədərli, şirinliyi, acılığı ilə dopdolu xatirələr yükündən savayı heç nə görünmür iç dünyada... Neyləməli, sənin düşüncələrini şair nə gözəl ifadə edir: gələn günlərimi qurban verərdim, ötən günlərimi qaytaraydılar.
Ağəli kişinin ailəsi, yaşam tərzi büsbütün dəyişib. Təngnəfəslikdən, ürəktutmalarından əziyyət çəkən Səriyyə nənə - o cəfakeş ana iki dəfə infarkt keçirdi və üçüncüdə haqq dünyasına qovuşdu. İndi onu Qəsər əvəzləyir. Nəvələrin əlində zirdəstdi.
Nə
sovet hökuməti
var, nə
kolxoz. Orden-medallarını yığıb torbaya, qoyub sandığa. Təklik ona əl verəndə
ötənlər yaddaş cədvəlində vərəqlənir, qohumları,
dostları xatırlayır,
hamıdan çox qaynanası - mehriban, hörmətli
yaşamışdılar - səriyyə xəyalında
canlanır, "yerin behişt olsun, ay xala" deyir... Qabaqlar bizim uşaqlar şeir söyləyirdilər; Azərbaycan,
Lenin baba haqqında,
"Gəl-gəl ayaz günləri", "Ala-bula boz keçi"
şeirləri
necə
gözəl
idi. İndikilər başqa cürdü: nəğmə de, bala soruşsan, atılıb-düşürlər: "noy-noy,
moy-moy". Dərsə gedəndə mənə əl eləyirlər:
"qudbay, qudbay".
Guya ingiliscə danışırlar... Üzü yansın
zəmanənin.
İxtiyar yaşındadı Ağəli. Qol-qıç, bel ağrıları əldən salır onu. Başının tükü
dumağdı, çənəsinin, gicgahının
sümükləri
atılıb-düşür... Hərdən yuxarılara çoxlu
ərizə yazıb, Qəhrəman
ata olmaq istəyini
və
Raisa Maksimovnadan aldığı məktubu xatırlayır. Böyük
siyasətçi
olmasa da öz-özünə
düşünür: "Bizim millətə bax ey. Azadlıq meydanında
"Qarabağ, Qarabağ"
deyə
qışqırırdıq, bic, hiyləgər ermənilər isə
çox güman, qızılla, pulla ayağısürüşkən,
ərinin
başını ovcuna
alıb, uşaq şarı kimi ora-bura atan Raisanı
- o ifritəni
ələ alıblarmış. Bəlkə 20 Yanvar - Bakı
qırğını, Qarabağda
yeni idarəetmə
üsulu yaradacaq, Qarabağın Ermənistana birləşdirilməsi siyasəti
elə
o alçaq qadının
məkri,
hiyləsi
imiş, hə? Nə bilmək
olar, hələ
çox mətləblər
qaranlıqdır".
... Televizora baxırdı Ağəli,
M.S.Qorbaçovu görəndə, laxtayla tüpürdü ekrana və
qışqırdı:
- Alçaq, binamus, arvadağız kopoyoğlu... Buna bax, gedib İngiltərədə 80 yaşını qeyd elətdirir.
Əlibala RƏHİMOV
Biləsuvar
rayonu
ədalət.-2014.-29
yanvar.-S.7.