Yüz ilin yalanı və həqiqətin
100 yaşı
Hocabəy İhsan Doğramacı
fenomeni - Türk İnsanının hüdudsuz qüdrətinin
və ölçüyəgəlməz humanistliyinin
sübutu, qondarma "erməni soyqırımı"nı tanıtmaq istəyənlərə
qarşı qoyulası aşkar dəlildir.
Erməni təbliğat maşını uydurma
soyqırım məsələsinin yüzüncü ilini daha
hay-küylü keçirməkdədir. Dünya
ictimaiyyəti bu apreldə qulaqlarını çox möhkəm
tıxamalıdır ki, var gücü ilə
çığırıb həqiqəti boğmağa
uğursuz cəhd edən erməni yalanının təsirinə
duruş gətirsin. Hərçənd,
sözdə "erməni genosid"ini tanıtmaq istəyənlərə
qarşı qoyulası gerçək arxiv materiallarından
başqa bir əsr yaşı olan daha bir Türk Həqiqəti
də vardır - Hocabəy İhsan Doğramacı insanlıq
nümunəsi. Bu örnək şəxsiyyətin apreldə
qeyd olunan 100 illiik yubileyində cənnətməkan ruhunu
şad etmək istəyində olan insanların sayəsində
professor Məmməd Novruz oğlu Əliyevin (Məmməd
Novruzoğlu) bir neçə il əvvəl işıq
üzü görən "Hocabəy" kitabı bu dəfə
rus dilində İsveçin paytaxtı Stokholm şəhərində
nəfis tərtibatla nəşr olunmuşdur. Kitabın
redaktoru Giya Paçxataşvili, tərcüməçisi Rəhim
Babayevdir.
Diplomat sənəti çox qədimdir. Diplomatik fəallıq
Azərbaycan tarixinin müxtəlif dövrləri
üçün səciyyəvidir. Ölkəmizin
beynəlxalq münasibətləri tarixi dövlətimizin
salnaməsinə şanlı səhifələr yazmış
bir çox diplomatın adını özündə
saxlamışdır. Azərbaycan Demokratik
Respublikasının 1918-ci ilin mayında Milli Şura tərəfindən
təsdiq edilmiş birinci hökumətində ilk xarici işlər
naziri M.H. Hacinski olmuşdur. Həmin il
iyunun 4-də Azərbaycan və Türkiyə arasında
sülh və dostluq haqqında bağlanmış müqaviləni
Milli Şuranın sədri M.Ə.Rəsulzadə və
M.H.Hacinski imzalamışdılar. Bir millətin
iki dövlətinin arasındakı qardaşlıq münasibətlərinin
daha da möhkəmlənməsinə xidmət edən
görkəmli diplomatlarımızın Fətəli Xan Xoyski
ilə, Yusif bəy Vəzirovla, Cahangir bəy Əfəndiyevlə.
Azərbaycanın Türkiyədə ilk səfiri
İbrahım Əbilovla... davam edən siyahısında əlbəttə
ki, professor Məmməd Əliyevin də mötəbər
ismi keçir. Elmi, pedaqoji müstəvidə
uğurları ilə tanınan Məmməd Novruz oğlu
Əliyev 1992-2005-ci illərdə Azərbaycan
Respublikasının Türkiyədə, 2005-2009-cu illərdə
İspaniya krallığında səfiri olmuşdur.
Şübhəsiz ki, əlaqələrin inkişafı
səfirliklər, səfirlər qarşısında yerləşdikləri
ölkənin iqtisadi və ya mədəni tərəqqisinin
ayrı-ayrı məsələlərini öyrənmək vəzifəsini
qoyur. Söz yox ki, səfirin bu və ya digər xadimlərlə
ünsiyyəti, yerləşdiyi ölkənin böyük
şəxsiyyətləri ilə şəxsi münasibəti
vacib əhəmiyyətə malikdir. Azərbaycanın
Türkiyədəki ilk böyük elçisi İbrahim
Əbilovun Böyük Mustafa Kamal Atatürk ilə yaxın
dost olduqları məlumdur. Dövlətlərimiz
arasındakı diplomatik əlaqələr tarixinin bu
mühüm məqamını Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycanın
Türkiyədəki səfirliyinin yeni binasının təməlinin
qoyulduğu 1997-ci il 6 may tarixində
çıxışında da xatırlatmışdı.
Belə
parlaq nümunələrdən biri də professor Məmməd
Əliyevin dünya şöhrətli alim-pediatr, Türkiyənin
məşhur elm və ictimai xadimi, Türkiyə Cümhuriyyəti
Ali Məktəb Rektorları Şurasının ilk sədri,
maarifçi, xeyriyyəçi, Türkiyə-Azərbaycan
Dostluq və Əməkdaşlıq Vəqfinin rəhbəri
olmuş professor İhsan Doğramacı ilə dostluq
münasibətləriydi. Gözəl qələmi ilə
tanınan Məmməd Novruzoğlu bu dostluğa hələ
professor İhsan Doğramacının sağlığında
mükəmməl ədəbi abidə qurmağa
başlamış, onun həyatı və fəaliyyətinə
həsr etdiyi kitabı isə qəhrəmanının vəfatından
(2009-cu il) az sonra (2010-cu il) işıq
üzü görmüşdür. Bu səbəbdəndi
ki, türk xalqının aydınlarının dərin ehtiram
əlaməti olaraq onaverdikləri ləğəblə eyni
"Hocabəy" adını daşıyan həmin kitabda
prof.dr. İhsan Doğramacı haqqında
söhbət indiki zamanda, sanki sağmış kimi gedir.
Əslində insanlığa örnək və həmişəcavan
olan, əsrlər boyu yaşayacaq, tərənnüm ediləcək
saleh əməllərin sahibi, qudsal ideyaları, humanist
arzuları ilə təkcə Türk Dünyasının
deyil, bütün bəşəriyyətin inkişaf yoluna
işıq salan fenomen şəxsiyyət haqqında bunca
mükəmməl yazılmış kitabda vəfatının
heç bir ili tamam olmamış felin keçmiş zaman
şəklində söz açmaq qədirşünaslıqdan
uzaq bir təhkiyə kimi qiymətləndirilə bilərdi. Çünki Hocabəyin millətə əmanət
etdiyi mirasın verdiyi fayda haqda, təməlini qoyduğu cahanşümul
işlərin vəd etdiyi perspektiv barədə həmişə
gələcək zaman, özü də qəti gələcək
zaman feli ilə danışmaq və yazmaq daha doğrugur.
Kitabın
arxa üz qabığına yerləşəcək
ölçüdə qısa təqdimatda müəllif
öz qəhrəmanı haqda ən zəruru məlumatları
verir:
...Dünyada
tibb və təhsil çevrələrində HOCABƏY kimi
tanınan Prof. Dr. İhsan Doğramacı uzun müddət
Beynəlxalq Pediatriya Assosiasiyasının (İPA) İcra
Komitəsinə və Birləşmiş Millətlər Təşkilatının
Uşaq Fondunun (UNİSEF) İcra Şurasına
başçılıq etmiş, 1946-cı ildə Dünya Səhiyyə
Təşkilatının qurulmasına imza atmışdır.
Dünyada tibbə, təhsilə, sülhə, mədəniyyətə
böyük xidmətlərinə görə Professor
Doğramacı dünya dövlətlərinin əksəriyyyəti
tərəfindən 250-yə yaxın orden-medallara layiq
görülımüş, İngiltərə, Fransa, Almaniya,
ABŞ, Yaponiya, Türkiyə, Azərbaycan, İsveç,
Finlandiya da daxil olmaqla, 30-dan çox ölkənin
universitetinin Fəxri Doktoru, 25-ə yaxın milli pediatriya cəmiyyətinin
Elmlər Akademiyasının Fəxri Üzvü
seçilmişdir.
Türkmənelinin
Ərbil şəhərində zəngin və soylu bir
Osmanlı ailəsində dünyaya gəlmiş İhsan
Doğramacı ailəsində, Ərbil ibtidaiyyəsində,
Beyrut Amerikan Kollecində, Bağdad, İstanbul tibb fakültələrində,
Harvard və Vaşinqton universitetlərində mükəmməl
təhsil gördükdən sonra , həyatını
Türkiyədə müasir tibb vəı təhsil sistemi
yaratmağa həsr etmişdir.
Hocabəy
İhsan Doğramacı Türkiyədə siyasi partiyalar tərəfindən
təklif edilmiş nazir, baş nazir, ölkə prezidenti vəzifələrindən
imtina etmiş, alimlərin alimi,müəllimlərin
müəllimi kimi qəbul edilən Hocabəy olmağı
üstün tutmuşdur. Ailəsinin böyük maliyyə
imkanlarını və istedadını səfərbər edərək,
dünyada şöhrət qazanmış Hacəttəpə
və Bilkənt universitetlərini qurmuş, ölkəsində
ən müasir tələblərə cavab verən tibb və
ali təhsil sistemini yaratmışdır.
Həyatda
ikən Türkiyədə, Azərbaycanda heykəlləri,
büstləri qoyulmuş, adına
İhsan Doğramacı beynəlxalq mükafatları təsis
edilmişdir. Hocabəy dünyanın ən
xoşbəxt insanı idi. O, öz həyatı ilə
isbat etmişdir ki, həqiqi xoşbəxtlik böyük vəzifələrdə,
böyük var - dövlətdə deyil, insanlara,
insanlığa xidmət edərək, onların sevgisini, dərin
hörmətini qazanmaqdadır.
Hocabəy həqiqi xoşbəxtliyin yolunu-formulunu kəşf
etmişdir. Əsil xoşbəxtliyin almaqda deyil, verməkdə
olduğunu göstərmişdir. O, malik olduğu hər
nəyi varsa-biliyini, zamanını, enerjisini, var - dövlətini
millətinə, insanlara verməıklə həqiqi xoşbəxtliyə
nail olmuşdur.
Pediatriyada olduğu kimi, iqtisadiyyatda da dahi olan Hocabəy
İhsan Doiğramacının ailəsinin maddi imkanları ilə
qurduğu fondlar və yaratdığı Bilkənt holdinq
vasitəsilə Hacəttəpə, Bilkənt universitetlərinə,
başqa təşkilatlara və şəxslərəindiyə
kimi etdiyi yardım 6 milyard dollara yaxındır.
İbadət
kimi çalışan, çalışaraq dincələn,liderlik-təşkilatçılıq
dahisi olan Hocabəy İhsan Doğramacı son dərəcə
təvazökar, comərd, vəfalı, yaradıcı,
dostcanlı xarakteri ilə, şəxsiyyəti ilə,
sözün tam mənasında gənclərə, insanlara,
insanlığa örnək olmuşdu...
XVII əsr
ispan mütəfəkkiri Baltasar Qrassian "Kamillik elmi" fəlsəfi
traktatında görkəmli ərlərin
qarşılıqlı rəğbətinə belə tərif
verib: "Qəhrəmanla dostlaşmaq qəhrəmana xas
xüsusiyyətdir. Bu sirli və gözəl
xüsusiyyət təbiətin möcüzələrindən
biridir. Ürəklərin və xarakterlərin
oxşarlığı mövcuddur. Rəğbətin
başlanğıcı hörmətdir, sonra bu, artaraq
heyranlığa, axırda isə bağlılığa
çevrilir. Rəğbət olan yerdə
nəyə isə inandırmaq üçün sözə, əldə
etmək üçün isə zəhmətə ehtiyac
yoxdur. Rəğbətin iki-məlum və
məchul növü vardır, hər ikisi yüksək ruh
üçün xoşbəxtlikdir. Rəğbəti
hiss etmək, duymaq, anlamaq, fərqləndirmək və qazanmaq
böyük məharət tələb edir. Belə əsrarəngiz
meyl öz - özünə yaranmasa,heç
bir inadlı səy onun yaranmasına kömək edə bilməz".
M.
Novruzoğlunun Hocabəyə olan rəğbətinin
kökündə duran birinci səbəb əgər hamıda
simpatiya oyadan və hər yerdən görünən həqiqət-İhsan
Doğramacı fenomeni idisə, digərləri də
vardı: Xüsusi qeyd etməyə dəyər ki, müəllif
də, qəhrəmanı da alimdirlər. Təsadüfi
deyildir ki, M. Novruzoğlu Hocabəyin elmin,təhsilin,
mnaarifçiliyin inkişafına göstərdiyi təmənnasız
xidmətləri təqdim etməklə yanaşı, prof.dr.
İhsan Doğramacını Nobel mükafatı laureatı,
lazerin yaradıcılarından olan akademik Alfred Kastlerlə,
serb ixtiraçısı Nikola Tesla ilə müqayisə
edir,onların oxşar və Hocabəyin xeyrinə olan fərqli
cəhətlərinin altını cızır.
Rəğbət doğura biləcək başqa bir
xüsusiyyət mahir diplomat olan M. Novruzoğlunun eyni müstəvidə
Hocabəyin də diplomatiya məharətini
alqışlamasıdır. Siyasətə qarışmasa da,
Hocabəy İhsan Doğramacının iyerarxiya intizamına
riayət etməsi, fantastik ikna etmək (insanları
inandıra bilmək) gücünə və fateh xarakterinə
malik olması, dövlət xadimləri, siyasətçilər,
millət vəkilləri ilə münasibət qurmaq
bacarığı, çətin adamlarla deyil, problemlərlə
mübarizə aparması, təhlükələri çox əvvəldən
hiss edib lazımi tədbirləri zamanında almaq uzaqgörənliyimüəllif
tərəfindən xüsusi vurğulanmışdır.
M.
Novruzoğlunun fikrincə, dahilər haqqında
yazılmış ən uğurlu kitablar onları çox
yaxından tanıyan, onlarla çox səmimi münasibətdə
olan insanlar-dostları tərəfindən yazılmış
kitablardır. Məmməd müəllimin qol
qoyduğu, məsuliyyəti altına çiyin verdiyi işin
uğurlu alınacağına kitabın qəhrəmanı
özü də inanmış, müəllifi də
inandırmışdı. Hocabəyin öz
bacısı qızı, eyni zamanda əmisi nəvbəsi olan
Faxirə xanıma söylədikləri M. Novruzoğluna sanki
qol-qanad verir, onu daha şövqlə işləməyə ruhlandırır.: "Faxirə, ingilis səfiri
mənim həyatım haqda bir kitab yazmışdı, bu kitab
6 dilə çevrildi... İndi Məhməd
Novruzoğlu mənim həyat hekayətimi daha geniş şəkildə
yazır. Burada əsas fərq ondadır
ki, ingilis səfiri bir yabançıdır, Məhməd
Novruzoğlu bizim ailəmizin üzvüdür".
Türk tarixinə, türk mənəviyyatına,
türk mədəniyyətinə gözəl bələd
olan M. Novruzoğlu bir türk ziyalısı kimi yaxşı
bilir ki, qədim türk ictimaiyyətində ailə ən
vacib sosial birlik olduğundan, ailənin əsasını təşkil
edən qadın türk dastanlarında, türk əfsanələrində
çox uca mərtəbəyə qoyulmuşdur. Qadına bunca
yüksək qiyməti verən mədəniyyətə
hörmət etməmək mümkün deyil. Qadın kişinin həyat yoldaşı və
uşaqlarının anası olmaq kimi çox vacib bir vəzifə
ilə öhdələnmişdir. Daha
vacibi isə türk millətinin tək bərəkət
qaynağı, ona verilən bir sıra haqlara görə
xanların, xaqanların, döyüşçülərin
önündə hörmət ilə əyildikləri bir
şərəf abidəsidir.
Müəllif həm də təcrübəli diplomat
olduğundan, təşrifat qaydalarına uyğun olaraq,
qadınların da öz diplomat ərlərinin rütbəsini
daşıdıqlarını diplomatik protokolun mühüm tərkib
hissəsi olan qəbul və görüşlərdə daim nəzərə
almışdır. Bu gözəletiket nümunəsi onun ailəvi
dostluq etdiyi şəxslərlə ünsiyyətinə də
bəzək olmuşdur. Təsadüfi deyildir ki, Məmməd
müəllim Hocabəy İhsan Doğramacının
ömür-gün yoldaşı, müəllifin təbirincə
desək, qoruyucu mələyi, üğürlarının zərif
memarıAysər Doğramacıya münasibətini çox
yüksək fikirlərlə bildirmişdir:
"Aysər
Xanım Doğramacı, Azərbaycan, Türk və
bütün dünya qadınlarına, qızlarına
nümunə bir xanıməfəndidir. Onun
şəxsiyyətini tədqiq etmək, tanıtmaq
üçün böyük əsəsrlərin,
kiitabların yazılacvağına, filmlərin çəkiləcəyinə
inanıram".
Hocabəyin inanılmaz fantastik uğurlarının ən
böyük ilhamçısı və dəstəkçisi
Aysər xanıməfəndi ilə ailə qurması
planlı bir işdiymi, yoxsa, Dr. İhsan Doğramacının
həyatının ən böyük
şansıdırmı? M. Novruzoğlunun Hocabəyə və Aysər
xanıməfəndiyə dərin ehtiramı onlara bu sualı
verməsinə imkan yaratmamışdır. Amma o, həmin
suala professor Cəlal Ərtuğun kitabında cavab
tapmışdır: "Aysər və İhsanın son dərəcə
uyumlu və xoşbəxt bir cütlük olmaları təsadüfi
deyildir. İki yaxşı ailənin
yaxşı yetişmiş uşağı br-birlərini
görmüş, tanımış və öz qərarları
ilə yuva qurmuşlar". Bununl a belə, M.
Novruzoğlu əminlik ifadə edir ki, İhsan Doğramacı
ilə Aysər xanım Süleymanın Bağdadda
görüşməsi hətta təsadüf hesab edilsə də,
gənc doktor İhsan məhz öz qabiliyyəti, səviyyəsi,
ağlı və biliyi ilə Aysər xanımın məhəbbətini
qazanmışdır.
Kitabda Hocabəy İhsan Doğramacının nailiyyətləri,
əsərləri, fəxri adları, təltifləri,
nişanları, mükafatları sadalanır, incəsənətə
bağlılığından, dünyü sülh hərəkatına
göstərdiyi xidmətlərdən bəhs olunur, Türk
Dünyasında yeri göstərilir. Yaratdığı
universitetlərin dünya elm-təhsil müəssisələri
arasında çəkisindən söz salınır, qəbul
edilməsinə nail olduğu mütərəqqi qanunların əhəmiyyəti
açıqlanır, vətənini inkişaf etdirəcək
birinci sinif insan nəsli yetişdirməyə həsr etdiyi həyatının
ekstremum dönüşləri şərh olunur.
Sanballı elmi-ictimai monoqrafiya da sayıla biləcək
bu kitabda Hocabəyin Azərbaycanla
bağlılığını əks etdirən məqamlar
diqqəti cəlb edir. Müəllif yazır ki, İhsanı örnək
İnsan- Hocabəy edən ən önəmli özəlliklərindən
biri onun son dərəcə vəfalı dost, ədalətli
insan olmasıdır: "Əziz dostu, qardaşı, Azərbaycanın
Ulu Öndəri Heydər Əliyevi 1999-cu ildə Klivlenddə
ziyarət etmək üçün, 84 yaşlı Hocabəyin
15 saat davam edən Ankara - İstanbul - London -
Çikaqo-Kilivlend səfərini sevə-sevə etdiyini
yaxşı builirəm".
M.
Novruzoğlu həmçinin qeyd edir ki, Hocabəyin yaxın
dostları da daima ona güclü mənəvi dəıstək
vermişlər:
"Azərbaycanın
Ulu Öndəri Heydər Əliyevin, prezident İlham
Əliyevin Hocabəyin təntənəli şəkildə
yubileylərini keçirmələri, Azərbaycan dövlətinin
ən yüksək mükafatlarını vermələri, Azərbaycan
Respublikasının prezidenti cənab İlham Əliyevin, Azərbaycanın
birinci xanımı, millət vəkili, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə
Professor İhsan Doğramacını Ankarada xəstəxanada
ziyarət etmələri onu və ailəsini çox
qürurlandırmış, məmnun etmişdir.
M.Novruzoğlu xatırladır ki, İhsan Doğramacı dünyaya göz açdığı ana yurdu Türkmənelinə dili,bayatıları, musiqisi, şeiri ilə ən yaxın və doğma Azərbaycanın olduğunu hələ uşaqlığından bilmiş, gəncliyindən bəri Azərbaycan musiqisini vallardan, lent yazılarından dinləmiş, Azərbaycanı görməyi çox arzu edərmiş. İlk imkan onun əlinə sovetlər dönəmində-1970-ci illərin əvvəllərində düşüb: "Beynəlxalq Pediatriya Cəmiyyəti (İPA) prezidenti kimi Moskvada keçirilən dünya pediatriya konfransında iştirak edirdi. Konfransın açılışında geniş məruzə ilə çıxış edən Hocabəy rus dilində nitq söyləyərək, moskvalıları və qonaqları heyrətə salır. Akademik Adilə xanım Namazova və Azərbaycandan gəlmiş başqa pediatrlarla sərbəst, rahat danışması ev sahiblərini bir daha heyrətləndirir... Konfrans işini başa vurandan sonra xaricdən gələn yüksək səviyyəli qonaqlara Leninqrada səfər etməyi təklif edirlər. Hocabəy Leninqrada deyil, Bakıya getmək istədiyini bildirir. TəşkilatçılarBakınınproqramda olmadığını deyirlər və Kiyevi, Minski təklif edirlər. Professor İhsan Doğramacının israrı, İPA prezidenti olduğuna görə nəzərə alınır. Moskva bir nəfər müşayiətçi ilə Aysər xanımın və Hocabəyin Bakıya səfər etməsinə icazə verir.Bakıda bir neçə gün Aysər xanımla köhnə "İnturist"də qalırlar. Taksidə, restoranda, maqazində türk olduqlarını biləndə pul almaq istəmirlər. Hocabəy və Aysər xanım israr etmək məcburiyyətində qalırlar".
M. Novruzoğlu öz qəhrəmanının şəxsiyyətini bir insan materialı kimi tədqiq edib oxucularına örnək göstərərkən, yalnız özünün tutarlı arqumentləri, məntiqli izahları ilə kifayətlənmir, böyük mütəfəkkirlərin, müdriklərin sözlərinə, aforizmlərə, xalq deyimlərinə istinad edir. Olduqca uğurlu seçilmiş bu kəlamlar professor İhsan Doğramacınınxarakterini açmaqda, qəhrəmanının portret cizgilərini təsviretməkdə müəllifə yardımçı olur. Proloqu Çarlz Burrun söylədiyi: "Alıcılar" ümumiyyətlə, xoşbəxtliyi ala bilməzlər, xoşbəxtliyi "vericilər" alırlar", - sözləri ilə başlayan kitabın epiloqu "Dahilik 1 faiz istedad, 99 faiz tərdir"-deyən Tomas Edissonun qənaəti ilə yekunlaşır.Müşahidəli oxucu sətirlərin arasından müəllif və qəhrəmanın özlərinə məxsus dərin məna tutumlu, ibrətamiz kəlamları da sezəcək, professor İhsan Doğramacının türk musiqisinə, ədəbiyyatına verdiyi töhfələrlə də tanış olacaq.
"Hocabəy"in rusca variantının da uğurlu alındığına şübhə yoxdur. Onu da qeyd edək ki, kitabın ərsəyə gəlməsində zəhməti keçən qədirşünas türk övladları ilə birgə gürcü oğlu G. Paçxataşvilinin yaradıcı heyətdə yer alması təsadüfi deyildir. Giya Revazoviç Azərbaycan ədəbiyyatının böyük dostu, şair -tərcüməçi, üç olkənin yazıçılar birliklərinin üzvü, bir çox ədəbi mükafatların laureatı, Türkiyə - Gürcüstan - Azərbaycan mədəni əlaqələrinin inkişafına ictimai və ədəbi fəaliyyəti ilə töhfələr vermiş görkəmli ziyalıdır.
İnanmağa dəyər ki,
müəllifin ümidləri doğrulacaq, bu kitabın
oxucuları, xüsusilə gənclər və yeniyetmələr
Hocabəyi özlərinə örnək alacaq, insanlıqda,
zəhmətsevərlikdə, comərdlikdə, vəfada,
dostluqda ona bənzəməyə
çalışacaqlar.Dünya elm ictimaiyyəti isə bir
daha xatırlayacaq ki, Hocabəy sağlığında
Nobel sülh mükafatını haqq etmişdi. Yaxşı
olardı, dünyanın sülhsevər , tərəqqipərvər
qüvvələri bu həqiqəti - Hocabəy Haqqını
İhsan Doğramacının anadan olmasının 100-cü
ildönümündə etiraf etməklə,həm Türk
İnsanının hüdüdsuz qüdrətini və
ölçüyəgəlməz humanistliyini, həm də
yüz ildir ki ayaq tutan erməni soyqırımı
yalanının heç vaxt yeriməyəcəyini ucadan təsdiqləmiş
olardılar.
Ədalət.-2015.-2 aprel.-s.6.