"LEYLƏYİN İNTİQAMI"
Qəşəm
İsabəylinin yeni kitabı və bu kitaba bir
baxış
Novruz qabağı
görüşdük. Daha doğrusu,
həmişə olduğu
kimi, bu dəfə də o, məni qabaqladı. Zəng edib çərşənbə
xeyir-duasını, arzularını
bildirdi. Sözarası da xatırlatdı ki, yeni bir
kitabı işıq üzü görüb.
Mənim
də qəribə xüsusiyyətim var. Kitab
barəsində eşidəndə
dərhal onu əldə etməyə çalışıram. Odur ki, Qəşəm müəllimin
sözünü göydə
tutdum. Rica etdim ki, həmin
kitabı mənə çatdırsın. Bayram günlərində
bu kitabla baş-başa qalım.
Onsuz da getməyə kəndim, gəzib-dolaşmağa... Nə
isə...
Sağ olsun, çatdırdı mənə kitabı. Və onu da bildirdi
ki, leyləyin intiqamının nə demək olduğundan yəqin ki, xəbərdarsan. Sorğusuna gülümsəməklə
cavab verdim. Beləcə,
avtoqraf yazılmış
"Leyləyin intiqamı
mənim oldu. Elə həmin günü vərəqləyib gözdən
keçirdim və öz-özlüyümdə kitabı
iki hissəyə ayırdım. Birinci
hissədə Qəşəm
İsabəylinin şeirləri,
ikinci hissədə bir-birindən maraqlı, dadlı-duzlu, satirası, yumoru canında gen-bol olan alleqorik
hekayələr...
Bu gün həmin
kitabın birinci hissəsindən danışacam. Daha dəqiq
desəm, "Leyləyin
intiqamı"ndakı şeirlər
barəsində düşündüklərimi
və bu şeirlərin mənə
etdiyi təsiri diqqətə çatdıracam.
Güman
edirəm ki, hər təzə sözü maraqla izləyən oxucu üçün "Leyləyin
intiqamı" kitabındakı
şeirlər maraq doğuracaq. Çünki bu şeirlərdə müəllif öz üslubuna, öz yanaşmasına sahib qalmaqla
bərabər, həm
də şeirlərin
uşaq və gənc nəsil yaddaşı üçün
önəmini, təsirini
də diqqətdə saxlayıb. Sonda da şeirə
çevrilən fikir həm yığcamlığı,
həm məna yükü baxımından
yaddaşa rahatca nəqş olunmaq imkanı qazanıbdı.
Məsələn:
Vətən torpaq, daş deyil,
Vətən vətəndaş deyil.
Can evi candı Vətən,
Hiss, həyəcandı Vətən!
Və yaxud:
İki hecalıdır - "Ana",
İki hecalıdır - "Ata",
İki hecalıdır - "Vətən"
Bəs nədən,
İkianalı olmurg
İkiatalı olmurg
Bəs nədən
İkiparalıdır Vətən?!
Zənnimcə, bu iki şeir
istənilən məktəblinin
yaddaşında bir-iki
dəfə oxumaqla qala bilər. Çünki həm sadədi, həm düşündürücüdü,
həm də mayasında məntiq var. Ümumiyyətlə, Qəşəm
İsabəylinin yaradıcılığında
həmişə məntiq
daha çox qabardılır. Oxucu onun
ən kiçik şeirindən tutmuş irihəcmli hekayəsinə,
povestinə qədər
olan bütün yazılarında bunu hiss edir. Aydınca görür ki,
müəllif nəyi
aşılamağa və
nəyə güvəndiyini
nəzərə çaptırmağa
çalışır. Məncə,
fikir məntiqli olanda o, artıq bədii gücünü də artırır, təsir imkanlarını da genişləndirir.
Söz yığımından çıxaraq
oxunaqlı, düşündürücü
bir bədii nümunəyə çevrilir.
Qəşəm İsabəylinin barəsində
bəhs etdiyim kitabında yer alan şeirlərin
hər birində həmin o söylədiyim
məntiqin ifadəsini,
təcəssümünü duyub izləyə-izləyə
mən həm də bu şeirlərin
evimdə, ailəmdə
uşaqlar üçün
maraq doğrucağını
da məmnunluqla yaşadım. Axı, istənilən uşaq
üçün dilinə
yatan, söyləyə
biləcəyi asan olan şeir həm də onun nitqini, zehninin
inkişafına müsbət
təsir göstərir.
Bax, bunu nəzərə alan
şair də həmin o uşaqların gözüylə, sözüylə
pıçıldayır fikirlərini
və yazır:
Ay baba, ayaqların
Nə yaman ərköyündü;
Çəkmələrimi verdim,
geyinmir.
Və yaxud:
Allaha
and olsun,
Kefdi babam.
Bütün günü oxuyur
ha;
Səhər yerindən duranda:
- Vay də-əəə-dəə-mmmg
Axşam
yatağına girəndə:
- Öldüm, ay ana-aaa-ag
"Leyləyin intiqamı"
kitabındakı şeirlərin hər birinin
mövzusu Azərbaycan coğrafiyası,
Azərbaycan təbiəti və dünya
uşağıdı. Yəni biz öz coğrafiyamızda, öz
təbiətimizdə nəyi görürksə, onu onu qavramağa,
onu dərk etməyə, ona
qovuşmağa
çalışırıq. Ancaq burda
fərqli məqam ondan ibarətdir ki, dünyanın istənilən yerində doğulan və yaşayan
uşaq həmin həmin
uşaqlıq yaşı dövründə hadisələrə,
təbiətə, valideynlərinə demək olar
ki, eyni münasibəti,
eyni hissləri yaşayır. Azərbaycanda
doğulan uşaq ata-anaya, nənə-babaya, məktəbə, qara, yağışa, zooparka
necə münasibətdədirsə, Avropada
da, Afrikada da və yaxud başqa bir qitədə də
bunun yüzdə səksən
oxşarı necə deyərlər, təkrarlanır. Bu mənada, yaradıcılığı Avropa mətbuatında yüksək qiymətləndirilən
və bir çox beynəlxalq
tədbirlərdə imzası təsdiqlənmiş, əsərləri
tərcümə olunmuş Qəşəm
İsabəylinin orijinallığı sevindiricidi.
Bir az da konkret
desəm, Qəşəm İsabəyli sözə, qələmə
təkcə məmləkətin içindən yox, həm də dünyanın pəncərəsindən
baxmaqla dəyər verməyə, onu ərsəyə gətirməyə
çalışan yazıçılarımızdan,
şairlərimizdən biridi.
Düşünürəm ki, "Leyləyin
intiqamı" kitabındakı şeirləri istənilən
dilə çevirib istənilən ölkədə
yaymaq, oxumaq nə tərcüməçiyə,
nə də naşirə problem ola bilməz. Çünki
burdakı uşaq dünyası hər kəsə
doğmadı.
Ədalət.-2015.-2 aprel.-S.5.