Nərgizin "Yersiz
cümlələr"i
Türkiyədə yaşayan gənc şairənin ilk kitabı işıq üzü görüb
İstanbulun
"İkinci adam yayınları"
nəşriyyatı
əslən Azərbaycandan olan gənc şairə Nərgiz Qəriblinin şeirlər kitabını bu yaxınlarda
çap edib. Sizi əvvəlcə
Nərgizlə tanış etmək istəyindəyəm.
Qardaş
ölkəyə kövrək
addımlarla
Nərgiz
Qəribli 1991-ci il aprelin 6-da Sumqayıtda dünyaya gəlib. Sənətçi ailəsində doğulduğundan
evdə incəsənətin
müxtəlif sahələrini
əhatə edən söhbətləri tez-tez
dinləyib, yaddaşına
köçürüb. Nərgizin atası Şahmar Qəribli istedadlı aktyor kimi kinoda
və teatrda maraqlı obrazlar yaradıb, Sumqayıt Dövlət Dram Teatrında
həm klassik, həm də müasir əsərlərə
quruluş verib. Şahmar bədii yaradıcılıqla
da məşğuldu,
hekayələr, ssenarilər
yazır.
Belə bir mühitdə böyüyən Nərgiz
yazmağa lap kiçik
vaxtlarından başlayıb,
hələ 4 yaşı
olanda uydurduğu hekayələri kağıza
köçürüb. İlk təhsilini İstanbuldakı
liseylərin birində
alan Nərgiz
dəqiq elmlərə
də maraq göstərib. Qardaş ölkənin tanınmış
təhsil müəssisələrindən
sayılan Balıkesir
Universitetinin fizika fakültəsinə daxil olub. III kursdan
sonra paralel olaraq hüquq fakültəsində də
təhsil alır.
16 yaşından şeirlər
yazan Nərgiz Balıkesirdə nəşr
olunan "Kartal" qəzeti ilə sıx əməkdaşlıq
edir. "Kartal" onun şeir və tərcümələrinə
geniş yer ayırır.
Şeir
- dünyanın
ən məşəqqətli
işi
İndi
də Nərgiz Qəriblinin ilk şeirlər
kitabı ilə sizi tanış
edim. İstanbulda işıq üzü görən "Yersiz cümlələr"i gənc
müəllif özü
belə tanıdır:
"... "Cocukluğumdan bəri" sözləri
ilə başlayan cümlələri işlətməkdən
heç xoşlanmıram.
Amma nə etməli, insan məcbur qalınca bu klişenin də qurbanı olur. 4 yaşından ailəmin
yardımı ilə yazı-pozu aləminin içindəyəm. O dönəmlərdə
hekayələr yazırdım.
16 yaşımdan isə şeirlə, poeziya aləmi ilə əlləşirəm.
"Nədən ədəbiyyata hekayə ilə deyil, şeirlə gəlmək
istədin?"- deyə sorsanız
"Şeir dünyanın
ən məşəqqətli
işidir"-deyə
bilərəm sizə.
Bəzən oxucu üçün üç sətirlə belə dünyalar yarada bilirsiniz, ya da yaratmağınız
gərəkir. Mən də bunu yapmaq istədim. Bu kitab 7 illik bir
çalışmamım, əməyimin
bəhrəsidir..."
"Yersiz cümlələr"
kitabında gənc şairənin "Ayrılığın
gecələri zor",
"Tanrı və qul", "Cocuk olmaq", "İstanbul",
"Özləm", "Melodi", "Sonbahar",
"Oyun", "Yalnızlıq
peronu" kimi maraqlı şeirləri toplanıb.
Bu da Nərgiz Qəriblinin qələmə
aldığı şeirlərdən
biri- "Sonbahar"
Sonbahar saçlarını taramağa
başlamış yine,
Hüzünlü bir sessizlik, sokaklarda geziniyor,
Ben de emanet ettim acılarımı
sonbahara...
Emanetime
iyi bakacağına söz verdi...
Sessizligin
de, soğukluğun kadar içimi acıtıyor...
Beri sen yalnız bırakma sonbahar!
"Yersiz cümlələr"i
çap edən "İkinci
adam yayınları" nəşriyyatı
İstanbulda müəllifin imza gününü keçirib. Yaxın günlərdə daha bir neçə şəhərdə
gənc şairə Nərgiz Qəriblinin oxucularla
görüşü
planlaşdırılır.
Ədalət.-2015.-2 aprel.-S.5.