"Ədalət"in
vaxtı: Firuz Mustafa ilə
“Nə keçmişi, nə də gələcəyi
redaktə etmək mümkündür”
İnsan və zaman –
yaranışından bu yana bir-birinə
hökm etməyə can atan iki qüvvə... Həmsöhbətimin
dediyi kimi "tarixi və zamanı insan yaradır. Əgər
insan yoxsa tarix də, zaman da yoxdur”. Amma o da var ki özünə
lazım olan insanı elə zaman yetişdirir, "zaman
özü öz qəhrəmanlarını səhnənin
önünə çıxarır”. Bu dəfə
zamana sırf fəlsəfi prizmadan yanaşdıq. Amma əvvəlcə
qonağımızı tanıyaq:
Yazıçı, filosof Firuz Mustafa – 1952-ci ildə Gədəbəy
ràyînunun İsàlı êəndində ziyàlı àiləsində ànàdàn îlub. 1975-ci ildə Àzərbaycan Pedaqoji Universitetin filîlîgiyà fàêültəsini bitirib,
1978-80-ci illərdə ÀzTv-də
müõbir, Êinîlàşmà idàrəsində sərəncàmçı diråêtîr, «Àzərbàycàn gəncləri»
qəzåtində õüsusi müõbir kimi fəaliyyət göstərib.
Uzun illər Az.Tv-də "İlğım” və
"İdrak” verilişlərinin müəllifi və
aparıcısı olub.1980-84-cü illərdə Àzərbàycàn ÅÀ Fəlsəfə və Hüquq İnstitutunun
aspiranturasında təhsil alıb, sînràêı illərdə ålmi işçi,
bàş ålmi işçi,
hàbålə fəlsəfə
êàfådràsındà dîsånt, Bakı Avrasiya Universitetinin elmi işlər və
xarici əlaqələr üzrə prorektoru və kafedra
müdiri, müõtəlif illərdə «Mààrifçi» və «Mədəniyyət» qəzåtlərinin Bàş rådàêtîru vəzifəsində
çàlışıb. Fəlsəfə
üzrə ålmlər dîêtîrudur. İlk bədii kitabı
1985-ci ildə "Gənclik” nəşriyyatında, ilk elmi
monoqrafiyası 1989-cu ildə "Elm” nəşriyyatında
işıq üzü görüb. Firuz Mustàfànın onlarla ålmi və bədii êitàbı nəşr
ådilib, ssånàriləri əsàsındà bir çox filimlər çəkilib. Əsərləri
õàrici dillərə tərcümə
ådilib. Firuz Mustàfà 40-dan çox kitabin müəllifidir.
Onlarla pyåsi
müõtəlif dövlət
tåàtrlàrındà tàmàşàyà qîyulub. Firuz Mustàfànın yazdığı mətnlərə
görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə,
Zabitə Məmmədova, Tahir Əkbər, Şahid
Əbdülkərimov və b. musiqi bəstələyiblər.
Cəfər Càbbàrlı, "Humay”, habelə,
Båynəlõàlq Àvràsiyà Fîndunun və Tåàtr
Õàdimləri İttifàqının müêàfàtlàrı làuråàtıdır. Azərbaycan Fəlsəfə
Cəmiyyətinin və Jurnalistlər Birliyinin
üzvüdür.
...Və Firuz Mustafa ilə zaman
yolçuluğu:
– Zaman nədir və sizin
üçün nə əhəmiyyət kəsb edir?
– Zaman mənim
üçün hər şeydir, eləcə də hər
şey zamandır. Zaman haqqında fiziklərin, filosofların,
ədəbiyyatçıların, bioloqların özünəməxsus
baxışları var. Hərə özünə münasib şəkildə belə
deyək, zamanı tənzimləyir. Mənim, dolayısı şəkildə
zamanla bağlı bir kitabım var: "Mədəniyyət
və qloballaşma”. Burada zaman anlayışı adi adamların təsəvvür
elədiyindən tamamilə başqa bir formada – fəlsəfi
aspektdə nəzərdən keçirilir. Çoxları bilmir, fəlsəfədə
"sosial zaman” deyilən bir anlayış var. Sosial zamanın
digər zamandan fərqi odur ki, burada baxış fərqlidir.
Adi adamın təsəvvüründə dahi ilə
cahilin eyni məkanda yaşayır. Amma əslində
onların eyni zamanda yaşaması qeyri-mümkündür.
Onların hərəsinin "öz” tarixi”, "öz
zamanı” , "öz vaxtı” var.
Yəni mahiyyətcə, insanlar eyni zamanda
yaşayır, amma müxtəlif zamanların daxilində
mövcuddurlar.
– Paralel zamanların?
– Bu elə
paralel zamana yaxındır, amma bir az fərqlidir.
Hərdən soruşurlar ki, məsələn, hansısa ailə niyə yola gedə
bilmədi, ayrıldı? Cavab verirəm ki, onlar
ayrı-ayrı zamanlarda yaşayırdılar. Onların
təfəkkür tərzi tamamilə fərqlidir: biri
qalıb, məsələn, 12-ci əsrdə, digəri isə
22-ci əsrə keçib – daha irəli gedib. Yəni
zamanın özü bu mənada nisbi səciyyə
daşıyır. Zaman, əslinə
baxanda zahirən sırf təbiətlə bağlıdır.
Amma, düşünürəm ki, biz zaman məfhumunu
bu qədər işləyib dərk etməsəydik, yəqin
ki, ona başqa cür yanaşardıq. Hər
halda ibtidai icma cəmiyyətində zamana bu qədər dəqiqliklə
yanaşmamışdılar, bu şəkildə
qavranılmamışdı. Zaman anlayışı təkcə
təbiətlə yox, həm də cəmiyyətlə
bağlıdır, lap elə insan təfəkkürü ilə
əlaqədardır. Son vaxtlar belə qənaətə gəlmişəm
ki, təbiətdə mövcud olan relyeflər cəmiyyətdə
də mövcuddur. Hətta təfəkkürümüzdə
də belə relyeflər var, təbii ki, məcazi mənada.
Bizim beynimizdə də uçurumlar,
eniş-yoxuşlar, dağlar, dərələr var. Bəzən
insan öz beynindəki uçurumdan yıxılır və
özünə gələ bilmir.
"Tarixi və zamanı da insan
yaradır”
– Belə çıxır ki, insan
zamanı özü qurandırsa, onu həm də idarə edəndir...
– Zaman
obyektiv gerçəklikdir. Bizim iradəmizdən
asılı deyil. Az öncə qeyd
etdiyim kimi, hərə öz zamanını qurur, yəni əslində
zamanın içində də bir zaman mövcuddur. Başqa sözlə, qlobal zamanın içində
bir lokal zaman da var. İnsanın seçdiyi yol birbaşa
tarixdən keçir. Tarixi və zamanı
da insan yaradır. İnsan yoxsa tarix də,
zaman da yoxdur. Və onu da qeyd etmək
lazımdır ki, bizə məlum olan "rəsmi” tarixdən
başqa, yazılması mümkün olmayan bir tarix də var.
O tarix ... hər kəsin içində yaşayır. Və yaxud, belə deyək, hər bir fərdin
öz təfəkkürü ilə bağlı bir tarix də
mövcuddur. Bu mənada yer üzündə yaşayan
insan nəslinin hər bir üzvü "tarixçilərin”
qərarlaşdığı "ümumi” tarixdən
başqa, həm də "xüsusi” bir tarixi zonada
yaşayırlar. Hər iki "tarix” paralel
yaşayır. Amma bu "tarixlər” heç vaxt kəsişmir.
– Amma
zamana təsir edən, hətta onu yönləndirən insanlar
da var...
– Adi
şüurla yanaşanda bəli, zamanın axarını dəyişən
insanlar var. Ümumiyyətlə, insansız zaman ola bilməz. Zamanın
ölçülərindən biri də elə insanın
özüdür. Bəli, zamana, eləcə
də insanların həyatına, təfəkkürünə
təsir edən insanlar olub və əlbəttə ki, yenə
də olacaq.
"Zaman özü öz qəhrəmanlarını
tarixin önünə doğru irəli itələyir”
– O insanları zaman özü
seçir?
– Burda
obyektiv və subyektiv amillər var. Bəzən zaman özünün
insanlarını yetişdirir. Məşhur alman
filosofu Heygel yazırdı ki, Yuli Sezarı, Makedoniyalı
İskəndəri onların içində
yaşadığı zaman və cəmiyyəti yetişdirdi,
eləcə də bu şəxsiyyətlər özləri
yeni zamanı və cəmiyyəti yetişdirə bildilər.
Gördüyünüz kimi, insan və zaman,
insan və cəmiyyət bir-biri ilə sıx
bağlıdır. Ona görə də nəhəng
simaları, elmin və ədəbiyyatın bütün sahələrində
qeyri-adi istedad sahiblərini zaman və cəmiyyət
yetişdirir. Zamanın müəyyən
situasiyalarında, kəsiyində bu cür adamların cəmiyyətə
təsir etmək imkanı yaranır və elə həmin an həmin
şəxslər üzə çıxa bilirlər. Zaman özü öz qəhrəmanlarını irəli
itələyir, səhnənin önünə
çıxarır. Zamanın və tarixin
hökmü belə dahi şəxsiyyətləri
yetişdirir, onlar da məhz zamanın yönünü dəyişə
bilirlər. Cəmiyyətdə olduğu
kimi, zamanın da öz istiqamət göstərənləri
olur – mən buna "durna yolu” deyirəm. Nəzəri
biologiya elmi
artıq çoxdan sübut edib ki, durna
köçünün sonunda uçan hər bir durna, öndə
uçan durnanın uçuş dalğasından yaranan ən
az müqavimət zonasında, əgər obrazlı deməyə
çalışsaq, "azad zonada” uçur. Yəni
yaranan müqaviməti həmişə köçün
önündə uçan durna qırır və ya zəiflədir.
Bu, təbiətdə də belədir, cəmiyyətdə
də. Yəni böyük köçlərin
önündə uçan durna yol göstərir. Əslində bu "durna yolu” tarixin düz
içindən keçir. Bu
"marşrutu” seçmək və keçmək çox
çətin olur. Bu, həm də elmin məşəqqətli
yoludur.
Amma bir məsələ də var ki, tarix boyu – zamanın
bütün dönəmlərində qeyri-adi
düşüncə sahibləri, fərqli insanlar öz cəmiyyətləri
tərəfindən başa düşülməyib, qəbul
edilməyib. Məsələn "Ölülər”dəki Kefli
İskəndəri götürək: bu adamı
yaşadığı cəmiyyət ona görə "kefli”
adlandırırdı ki, onun irəli baxışlarını
qavraya, qəbul edə bilmirdi. Bu təkcə
əsərdə deyil, adi, konkret həyatda da belədir. Belə adamlar mühitin gülüş hədəfinə
çevrilirlər. Bir az qeyri-təvazökarlıq
olsa da deyim ki, mənim dram və nəsr əsərlərimin əksər
qəhrəmanlarını da cəmiyyət "həzm edə”
bilmir. Onlar yaşadıqları mühitdə mariginal tiplər kimi özlərinə
yer tapmaqda çətinlik çəkirlər.
– Bəlkə də onlar öz
zamanlarında doğulmamış insanlardılar. Belə
insanlara tez-tez rast gəlirik: ya özləri dərk edirlər
ki, yaşadıqları zamana aid deyillər, ya da kənardan
açıq-aydın hiss olunur ki, onlar başqa zamanın
insanlarıdırlar. Bu nədən
qaynaqlanır?
– Əlbəttə belə insanlar həmişə olub. Amma bu təkcə zamanla əlaqədar
deyil, burda həm də məkan anlayışı var. Bəzən
kiminsə haqqında deyirik ki, "bu adam
Avropada doğulub yaşasaydı, tamam başqa cür
olardı, heç buranın adamı deyil”. Təbii
ki, orda zaman anlayışı da, şəxsiyyətə
münasibət də ayrı cürdür. Mənim belə
bir kitabım, elmi-fəlsəfi traktatım var: "Sərhədsiz
dünya”. Orada mən
Şərq-Qərb məsələsini qabardıram. Təbii ki Qərbin zamana yanaşması
başqadır. Qərbin və Şərqin
özünəməxsus sakrallaşmış
qayda-qanunları, əxlaq normaları var. Bununla belə, Şərq
və Qərb arasında əvvəlki dərin fərq
artıq tədricən götürülməkdədir. Çünki informasiya-texnologiya dövründə
yaşayırıq, kitablarını oxuyur, filmlərinə
baxırıq, getdikcə mədəniyyətlərin bir-birinə
qarşılıqlı inteqrasiyası artır. Yəni azərbaycanlı ilə
ingilisin təfəkkürü arasında yüz il bundan qabaqkı fərq artıq
götürülməkdədir. Mövcud
prinsiplər təfəkkürə də öz təsini
göstərir.
– Siz hansısa başqa bir zamanda
yaşamaq istəmisiniz?
– Mənə
elə gəlir ki, mən elə məhz bu zamanın
insanıyam. Bəlkə də, bir az da
qabağa getmişəm. Ətraf mühitdə,
lap elə zamanın özündə çox şeylər məni
təmin eləmir.
"Zaman təkcə «köhnənin»
üstündən õətt çəkmir; î, özü ilə «yånilik» gətirir”
– İki
ayrı-ayrı zamanda, daha doğrusu, iki epoxada
yaşamısınız. Bu zamanlar
bir-birindən xeyli fərqlənir, hərəsinin öz
qayda-qanunu, tələbləri var idi. Hansında
yaşamaq daha rahatdı?
– Buna əlbəttə
ki, subyektiv cavab verə bilərəm. Mənə
elə gəlir ki, bütün dünyada inkişaf həmişə
yaxşılığa, irəliyə doğru gedir. Təkcə bizdə yox, ümumiyyətlə
dünyanın istiqaməti xilasa doğru dəyişməlidir.
Dünya statik deyil, dinamikdir. Dünyada hər
şey hər an dəyişmədədir.
Qlîbàllàşàn
dünyàdà insànın özü və həyàtı ilə bàğlı olan bütün nəsnələr,
dəyərlər və münàsibətlər də anbaan dəyişir. Qlîbàllàşmànın
ağır dàlğaları
çîõ şåyin üstündən
ötüb kåçir,
Ammà zaman təkcə
«köhnənin» üstündən õətt çəkmir; î, özü ilə «yånilik» də gətirir. Düzdür,
insanların çoxu indi pessimistdilər. Bəzən bu cür hallar məndə də olur.
Fikir vermisinizsə, adamlar tez-tez bu ifadəni işlədirlər:
"Ötən günə gün çatmaz, calasan
günü-günə”. Hətta indi
yaxşı vəzifədə olan birisi də
keçmişin çətin, şəraitsiz
vaxtlarını arzulayır.
Əslində, insanlar keçmiş zaman
üçün ona görə xiffət edirlər ki, orada
onların gəncliyi qalıb. Gəncliyin
nostalgiyası onlara ötənləri yada saldırır.
Hərdən mənə deyirlər ki,
"Yataqxanada yenə yaşamaq istəyərsənmi?” Cavab verirəm ki, "18 yaşımı
qaytarın, gedim yaşayım”.
– Siz necə, zamandan şikayətlənirsiz?
– Zamandan
şikayətlənməyə nə ehtiyac var? O gəlir-gedir,
öz axarındadır. Biz böyük zaman
içində öz "kiçik” zamanımızı
yaşayırıq. Mənim əlimdə
olsaydı, zamanı saxlayardım, onun qapısının
ağzını qıfıllayardım. Amma əldən nə
gəlir?! Zaman geriyə dönməzdir, düzxətlidir, bir istiqamətlidir.
– Zamanla bağlı təəssüfləriniz
olubmu, məsələn deyək ki, vaxt itkisi ilə
bağlı?
– Nə
keçmişi, nə də gələcəyi redaktə etmək
mümkündür. İnsan keçmiş səhvlərindən
nəticə çıxarda bilər, amma yenidən səhv
etməyə bilməz. Yalnız
ölülər və dəlilər səhv etməzlər.
İnsan öz səhvləri ilə həyatı
öyrənir. Uşaqlıqdan anlayır
ki, əlini oda vursan yandırar, bıçaq kəsər.
Yəni hər kəs
bununla ağrını, pisi dərk edir. Heç olmasa, şəxsi təcrübəsini
görməsə də, oxuduğu kitablarda, baxdığı
filmlərdə o, səhv qorxusunu anlamalıdır. Adi insan çalışır ki, öz səhvlərindən,
aqil insan isə başqalarının səhvlərindən nəticə
çıxarsın.
– Zamanın sizdən aldıqları
çox olub, ya verdikləri?
– Məncə,
hesab bərabərdir.
– Kimdən soruşsan, vaxt
azlığından gileylənir. Vaxtınızı necə
bölürsüz, necə çatdırırsız?
–
İstirahətdəki və iş prosesindəki zaman
arasında böyük fərq var. Əlbəttə, zahirən
nəzərdə tuturam, belə baxanda eyni sutka, eyni
saatlardır. Amma gərgin işdə adamın
başı qarışır deyə, vaxt sürətlə, həm
də ildırım sürəti ilə uçur. Həyatın ritmi o qədər sürətlə
keçir ki, necə gəlib-getdiyini hiss etmirsən. Yeri gəlmişkən, bir bioloji zaman
anlayışı da var. Yəni içimizdəki vaxt – zaman
saatı. Daxilimizdəki o saat əqrəbi işləkdir:
bizi səhər oyandırır, işə tələsdirir,
gün ərzində işimizi vaxt içində
ölçüb-biçir və s.
– Əsasən, nəyə
gedir vaxtınız?
–
Düzünü deyim ki, əsas boş vaxtım
düşüncəyə gedir. Daha sonra
mütaliəyə, nəhayət yazı-pozuya çox vaxt
ayırıram. Bundan başqa, bütün insanlar kimi, həyati
qayğılar, iş-güc, tədbirlər... Bunlar da zaman tələb
edir...
– Vaxtla bağlı insanlara nə
tövsiyə edərdiniz?
– Hər kəs
çalışsın öz vaxtını yaşasın.
Biz də "Ədalətin” vaxtı”nın
qonağına Vaxtın onunla həmişə ədalətli
davranmasını arzu edirik.
Şəfiqə
Şəfa
ədalət.-2015.-9 aprel.-S.3.