GÖRÜŞÜNƏ TƏLƏSDİYİM AĞCABƏDİ

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

O, mənə hər dəfə təzə görünür

 

Hər dəfə bu bölgəyə səfər edəndə yeniliklərlə qarşılaşmağa artıq adət etmişəm. Ona görə Qarabağın bir parçası olan Ağcabədiyə bu dfəki səfərmidə bütün diqqətimi yeniliklər axtarmaq üzərində qurmuşdum. Burada mənə bir az çətinlik yaradan yaz fəsli idi. Yəni hər tərəfdə ağacların tumurcuqlaması, çiçəkləməsi, eləcə şəhəri bürüyən yaşıllıq adamın diqqətini yayındırırdı. Çünki hər ağacın öz çiçəyi, hər çiçəyin öz rəngi var. Bu da öz növbəsində bir rəngarənglik yaradır. Deməli, bütün diqqətimi toplayıb yenilikləri yaddaşıma köçürmək istədiyim anlarda həmin o rəngarəng mənzərə məni daxilən müxtəlif notlar üzərində kökləyirdi. Həm xəyalım qanadlanıb həsrətini çəkdiyim doğma yerlərə uçur, həm bura gördüklərimə sevinə-sevinə yaşadığım anların silsiləsini bir-birinə calayırdım...

Bəli, mən hər bir yazımda xüsusi olaraq vurğulayıram ki, bugünyün Ağcabədisi arxada qalan ötən onilliyin Ağcabədisindən çox-çox irəlidədi. Az qala bu şəhərin gecə mənzərələri (bunu xüsusi qeyd edirəm) mənə böyük şəhərlərin televizorda seyr etdiyim görüntülərini xatırladır. Bir anlıq elə bilirəm ki, məhz həmin o çəkilişlər, o görüntülər Ağcabədidə lentəə alınıbdı. mən həmin o seyr etdiyim küçələri, bağları, parkları addım-addım gəzirəm. İnanın ki, Ağcabədinin gün işığındakı görüntüləri ilə yandırılmış lampaların işığındakı görüntüləri bir-birini elə tamalayır ki, sanki kitab səhifələnir. Özü rəngli, həm illüstrasiyalarla zəngin bir kitab...

Bütün bu söylədiklərimin gerçək təqdimatını etmək üçün mən şəhərin Taxtakörpü istimqamətindən olan girişindən Ağcabədiyə daxil oluram. Yolun hər iki istiqaməti boyunca əkilmiş ağaclar, yolu ikiyə bölən aralıqdakı müasir elektrik dirəkləri, onlardan asılmış diqqətçəkən lampalar bir yolun hər iki tərəfində tikilmiş yaxud da tikintisi davam etdirilən obyektlər, evlər bir təbii ki, insanların istirahət guşələri...

Bütün bunlar elə ilk andaca insanda müsbət aura yaradır. Hiss edirsən ki, müasir bir şəhərə daxil olursan. bu şəhərdəki görülən işlər planlı şəkildə, həm ölkənin bölgənin adına, ruhuna uyğun bir şəkildə reallaşdırılıbdı.

Rayon İcra hakmiyyətinin başçısı Şahin Məmmədovun özünün rəhbəri olduğu aparatın bütün komandası, eləcə əlaqədar təşkilatların hər bir üzvü Ağcabədinin bugünkü həyatının bugünkü mənzərəsinin həm memarldarıdılar, həm qurucuları. Yəni mən istər həmsöhbət olduğum adamların djilindən, istərsə özümün məntiqə söykənən düşüncələrimdən bir daha əmin oldum ki, Ağcabədidə əhyata keçirilən tiknti-abalıq-qurucxuluq işləri həm milli memarlığa, həm onun ornamentlərinə, həm müasirliyə söykənib. Üstəlik bu işləri planlı şəikldə gerçəkləşdirərkən səsləndirilən hər bir dəyərli fiikr yerinrdəcə nəzərə alınır həmin proqramın tərkib hisəsinə çevirlir. Elə bu səbəbdəndi ki, ötən hesab ilində Ağcabədi rayonunda təkcə şəhər daxilində 7560 kv.metr səki salınmışdı. Üstəlik 1533 kv.metr səkiyanı laylar döşənmişdi. Təbii ki, bu da səki ilə onun laylar döşənmiş divarlarının bir-birini tamamlamasına imkan vermişdi. Kənardan baxanda burda bir tamlıq, bütövlük dərhal diqqəti çəkir. Üstəlik, şəhərin demək olar ki, bütün küçələri boyu üst-üstə 22550 kv.metr hasar həm gərəkli məqamlarda yenilənmiş, həm başdan-başa suvanmışdı. Deməli, bunun özü şəhərin görkəminə yeni bir yaraşıq əlavə etmişdi.

Regionların İnkişafına Dair dövlət Proqramının tərkib hissəsi olan tikinti-abadlıbın Ağcabədidə necə həyata keçirildiyini daha dərindən bilib öyrənmək üçün rayon icra hakimiyyəti aparatından əldə etdiyim 2014-cü ilin yekunlarına dair icar hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabatına diqqət yetirdim. Həmin hesabatdan aydın olur ki, hesabat ilində Ağcabədidə 12312 kv.metr yeni hasarlar çəkilmiş, 48440 kv.metr hasar bina fasadları rənglənib normal hala gətirilmiş bununla yanaşı həm şəhərin əsas küçə prospektləri sürücülər üçün daha rahat olsun deyə sarı rənglərlə boyanmışdı. Həmin rənglərin uzunluğu təqribən 6700 metrdi. Məlumdu ki, bütün yaşayış massivlərində diqqətçəkən problemlərdən biri yağışlı, qarlı havalarda yığılan suların küçə yollarda problem yaratmasıdı. Bunun qarşısını almaq məqsədilə Ağbcabədi şəhərində 7170 metr uzunluğunda həmin yağıntı zamanı əmələ gələn suların axıdılması üçün suötürücü kanalizasiya çəkilmişdi. Paralel olaraq şəhər mərkəzində 668 ədəd bəzəkli işıqlandırma sistemi, 118 ədəd yeni işıq dirəkləri, həmçinin 21377 kv.metr tamet döşənməsi 49820 kv.metr asfalt örtüyünün çəkilməsi, yenilənməsi işi uğurla başa çatdırılmışdı.

Maraqlı faktlardan biri odur ki, son illərdə Ağcabədidə yeni parkların salınması, eləcə küçə prospektlərin dekorativ piltələrlə bəzədilməsi işi uğurla həyata keçirlir. Təkcə onu göstərmək kifayətdir ki, Ağcabədi şəhərinin ulu öndərimiz Heydər Əliyevin, böyük Üzeyir Hacıbəylinin adlarını daşıyan prospektlərdə, ümumilikdə isə şəhərin 28 küçəsində 160 min kv.metr sahəyə dekorativ piltələr döşənmişdi. Bu işldər şəhəor mərkəzi ilə yanaşı, rayonun qəsəbə kəndlərində uğurla həyata keçirilib. Yəni rəqəmlərə diqqət yetirsək, onda görərik ki, Ağbacbədi rayonundakı Hindarx qəsəbəsində 3170 kv.metr yeni səki salınmış həmin səkilərə 440 kv.metr tamet döşənməklə yanaşı, 6432 kv.metr hasar hörülmüşdü. Hörülmüş hasarların laylarla, eləcə dekorativ işləmələrlə bəzədilməsi 109 ədəd yeni müasir işıq dirəklərinin quraşdırılması Hindarx qəsəbəsinin ümumi mənzərəsini köklü surətdə dəyişmişdi.

Bəli, bu gün Ağcabədi rayonunda aparılan tikinti-təmir işləri arasında rayon mədəniyyət evinin əsaslı təmiri, Heydər Əliyev Mərkəzinin tiklib istifadəyə verilməsi, icra hakimiyyəti binasının qarşısında ümummilli liderimizin ucaldılması, ərazisi 4 hektardan artıq olan Heydər Əliyev parkında xalqımızın xilaskarının büstünün qoyulması sairə bir gerçəklikdi.

 

(Ardı var)

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2015.-11 aprel.-S.4.