GÖRÜŞÜNƏ TƏLƏSDİYİM AĞCABƏDİ

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

"...Biz indi, əlbəttə ki, keçid dövrünü başa vurmuşuq. Azərbaycan bu gün tamamilə müasir əsaslar üzərində inkişaf edir - istər siyasi sahədə, istər iqtisadi sahədə, istərsə də sosial məsələlərin həllində. Ancaq biz bu sahədə, xüsusilə sosial məsələlərin həllində inkişaf etmiş ölkələrin təcrübəsinə, əlbəttə ki, baxmalıyıq. Bu təcrübədə həm müsbət, həm mənfi məqamlar vardır. Əlbəttə ki, biz müsbət məqamları seçməliyik və öz sosial siyasətimizi inkişaf etmiş ölkələrin meyarlarına yaxınlaşdırmalıyıq, ona uyğunlaşdırmalıyıq".

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(Əvvəli ötən saylarımızda)

 

Bu gün Azərbaycan adlı bu məmləkətin təkcə coğrafi mövqeyini deyil, həm də dünya arenasındakı iqtisadi, siyasi yerini gözdən keçirəndə onda bir həqiqətin şahidi oluruq. Bu da dünyanın, onun aparıcı dövlətlərinin, adamlarının, investorların Azərbaycana artan marağıdı. Artıq hər kəs ölkədəki sabitliyin inkişaf tempini təkcə müşahidə etmir, həm də onun davamlılığına güvənərək Azərbaycanda qurmaq, Azərbaycanla əməkdaşlıq etmək istəyini açıq şəkildə bəyan edir. Bax, bunun da səbəblərindən biri təbii ki, təkcə Azərbaycan paytaxtının, onun iri şəhərlərinin deyil, həm də bölgələrinin də inkişaf etdirilməsidi. Maraqlıdır ki, bu inkişafı təkcə iqtisadçılar, maliyyəçilər deyil, həm də siyasətçilər görür və qəbul edirlər.

Doğurdan da təkcə Ağcabədi rayonunun timsalında həmin inkişafın dinamikasını izləsək, onda görərik ki, bu ilin əvvəlindəki statistikaya görə faktiki olaraq Ağcabədi əhalisinin sayı 130,500 nəfərə yaxındı. Onun təqribən 42 mini şəhərin özündə yaşayır. Və bu qədər insanın məşğulluğu üçünrayonda yetərincə fəaliyyət sahələri mövcuddur. Təbii ki, kənd rayonlarında yaşayanların əsas işləri kənd təsərrüfatı ilə bağlıdır. Ötən təsərrüfat ilində rayonda 63000 hektara yaxın əkin sahəsi şumlanmış və bunun 21000 hektarında buğda, 6000 hektarında arpa, 1700 hektarında pambıq, 22000 hektarında qarğıdalı, həmçinin kifayət qədər şəkər çuğunduru, kartof, tərəvəz, bostan məhsulları, eləcə də heyvanldarlığın inkişaf etdirilməsi üçün yem bitkiləri əkilmişdi.

Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, rayonda fəaliyyət göstərən iir müəssisələrdən olub ölkə əhyatında da müəyyən nüfuz qazana bilmiş "Atena" MMC, həmçinin "KRAUN-KO" MMC, eləcə də "Qarabağ taxıl" MMC rayonun iqtisadi inkişafında öz yeri olan təsərrüfat subyektləridi. Yəni ötən 2014-cü ildə məhz adı çəkilən MMC-lər tərəfindən yüksək məhsuldarlıq ortaya qoyulmuş və onların istehsal etdikləri istər taxıl, istər süd məhsulları həm yerli, həm də ölkə bazarlarında kifayət qədər alıcı toprldaya bilmişdi. Heç də təsadüfi deyil ki, bu gün Ağcabədidə fəaliyyət gösbətən "ATENA" MMC-nin süd məhsulları, xüsusilə pendir, ayran, qatıq, kərə yağı hər kəs tərəfindən məmnunluqla qəbul edilir və süfrələrimizi bəzəyir.

Rayon rəhbərliyi tərəfindən, həmçinin xüsusi olaraq Azərbaycan prezidenti tərəfindən yaradılmış işgüzar şəraitin nəticəsidir ki, bu gün Ağcabədidə ət, süd, yumurta istehsalı 2013-cü illə müqayisədə bir neçə dəfə artımla istehsal olunmuş, həm paytax sakinlərinə, yəni Bakının və digər şəhərlərin yarmakalarına çıxarılmış, həm də yerli bazarda alıcılara təklif olunmuşdu. Bu gün regionların inkişaf etdirilməsi üçün həm İqtisadi İnkiqşaf Nazirliyinin ayrı-ayrı mübyektləri, həm Kənd Təsərrüfatı Nazirliyinin özü və aparıcı müitəxəsisləri yerdi şəraiti mükəmməl öyrənərək burada fəaliyyət göstərən sahibkarlara, adamlarına, fermerlərə dəstək verirlər. Təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda kənd təsərrüfatı sahələrinin, sənaye tipli qurumların uğurlu məhsul istehsalı üçün təqribən 23.400 manat məbləğində kredit ayırması, özübunun güzəştli şəkildə, təqribən 300 nəfər arasında bölünməsi sonda rayonda 638 yeni yerinin açılmasına səbəb olmuşdu.

Bəli, bu gün Ağcabədi rayonunda ölkə prezidentinin 2007-ci il tarixli sərəncamına və həmin sərəncamdan irəli gələn Nazirlər Kabinetinin müvafiq qərarına əsasən "Kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaqmotor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydalarına" uyğun olaraq genişmiqyaslı tədbirlər həyata keçirilir. Yəni bilavasitə məhsul istehsalı ilə məşğul olan, öz büdcəsini rayon sakinlərinin süfrəsini, Azərbaycanın iqtisadi qüdrətini artırmqadan səy və bacarığını əsirgəməyən əmək adamlarına ötən il hər hektarına 40 manat olmaqla təqribən 2 milyon 200 min manat həcmində subsidiyalar verilmişdi. Yəni bilavasitə əvvəldə adını çəkdiyimiz sərəncamdan irəli gələn vəzifənin icrası təmin olunmuşdu. Verilmiş həmin o hektara görə olan 40 manat məbləği isə kənd adamına yanacaqsürtgü yağları alaraq öz əkin sahəsini vaxtında şumlamaq, səpini və biçini, eləcə də digər məhsulları toplamaq işini rahatlıqla həyata keçirmək, sonda isə yüksək məhsulu ortaya qoymaq imkanını yaratmış və təbii ki, bu da hər evə, hər bir ailəyə çəkdiyi zəhmətin bəhrəsini görmək, ondan yararlanmaq imkanı vermişdi. Doğrudur, digər bölgələrimizdə olduğu kimi, Ağcabədidə də istər sənayenin, istər kənd təsərrüfatının inkişafında yerli sakinlərlə yanaşı, həmin bölgələrdə məskunlaşmış qaçqın və köçkün soydaşlarımızın da əməyi danılmazdı. Əgər faktlara diqqət yetirsək, onda görərik ki, öz əməkləri ilə məskunlaşdıqları bölgənin mədəni-ictimai həyatında, eləcə də təsərrüfat sahələrində birgə çalışmaları həm onların özlərinin, həm də bütövlükdə müvəqqəti sakini olduqları bölgələrin həyat səviyyəsinin yüksəlməsində bir şaxə kimi, bir element kimi diqqəti çəkir. Burda bir məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, Ağcabədidə qaçqın və məcburi köçkün soydaşlarımız üçün müasir tipli, hər cür şəraiti olan şəhərciyin salınması, onlar üçün salınmış qəsəbənin ərazisində müvafiq torpaq sahələrinin ayrılması və digər məsələlər də zaman-zaman öz həllini tapır.

Bəli, bu gün Ağcabədidə həyat təkcə mövsumlə bağldı yox, həm də bütövlükdə günün tələbləri ilə həmahəng şəkildə qaynayır, xoşur. Bütün bunlar isə daha böyük uğurlardandaha uğurlu nəticələrdən xəbər verir. Necə deyərlər, yeni sabahlar, yeni qələbələr ağcabədililəri gözləyir.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2015.-15 aprel.-S.7.