Qocalar tələsmir
Yusif Həsənbəy
Alnım qırış-qırış, sanki xış kəsib
Basır kipriyimi codlaşan qaşım!
Qamətimi elə hey dikəltsəm də,
Pacamdan yuxarı qalxmayır başım!
Cantaraqdım, indi lümək olmuşam,
Pəncəyin ətəyi dizimə çatır.
Dindirən ki, yoxdu pəltək olmuşam,
Ha qışqırım, səsim özümə çatır.
Oturmaq asandır, durmaq müsibət,
Beldə taqət hanı dizdə güc hanı?
Cibdə nə qəpik var nə də ki konfet
Nəvələr saymırlar kasıb babanı!
Cinar qamətliddim, əyri Vəsəsəm
Budaqlarım qırıq, kölgəm də cılız
Get-gedə soyuyan, itəm bir etsəm,
Bir qərib bəstəyəm sözsüz, mahnısız
Əlim nağaraçı əlidi sanki
Elə hey çırnınır taxta sinəmə!
Qaşığı ağzıma qoya bilmirəm,
Çəngəlin dişləri batır cənəmə.
Kimsə nəsə deyir, mən eşitmirəm.
Eşitmədiyimdən nə qanım axı!
Üzlərə gülürəm saxta gülüşlə
Ruhumu sarsıdır riyakarlılıqım!
Aramır əl tutmur bir qohum mənə,
Amma çox əlsizə əl yetirmişəm.
Bu yolda xərclənib qızıl ad-sanım,
Kimlərsə qazanıb, mən itirmişəm.
Ömrə şan-şöhrətdi qocalıq cağı,
Di gəl, çək
bazara qəniyə getməz.
Nahaqça görlama balı, qaymaqı,
Səndirin cücərməz, əkdiyim
bitməz
Qocalıq bir tacdır hər baş saxlamaz,
Can qurban o taca layiq
hər kəsə!
Qocalar ölməyə heç vaxt tələsməz,
Yorqunluq
xəstəlik tələsirməsə!
Saflar sərrafı
-Ay İlyas axı, sən nə görmüsən Yusif Həsənbəydə, aranızdan
su keçmir? - Soruşdu Mehdi Hüseyn
-Yusif saf oğlandı,
- yığcam cavab verdi İlyas
Əfəndiyev.
Mənə safsan dedi
Saflar sərrafı.
Paslanmış simlərə od qoydu sazın
Təzə mizrabı.
Zülmət içindəyəm,
Möhnət içində!
Bir cansız cılğama,
Şamlığı tükənmiş
bir zərrə şama,
Həsrətdim. Həsrətdim
mən sinədağlı!
Catdı
imdadıma
"Sim-sim" Ələddin,
-
Gözüm Ələddin əli
çıraqlı!
Qapılar ki vardı başıma dəyən,
Üzümə bağlı,-
Ayaqım
uçunda taybatay oldu
Odlu nəfəsimlə,
Qarlar əridi,
Qışlar yay oldu!
Sisqa bir şirnaqdım,
Korun bir bulaq,-
Sökdülər gözümü tutan
daş tağı,-
Döndüm gur selə.
Nazik bir cığırdım od-ələf basan
Böyüyüb çevrildim geniş
bir yola!
Hələ indən belə
Allah izni ilə,
Dağlar
düzə dönər,
daşlar da toza
Ayaqqım altda.
Polad sədlər
sınar ayaqım altda.
Cırtdan boyum vardı,
Sərcə ürəyim,
Mənə inam verən ilham da verdi,
Böyüdüm, nəhəng fil
oldum həyatda
Halal insan idi, sözü
də bütöv
Yaratdığınıda halal yaratdı!
Yanar ulduzların kəhgəsanında
İlyas adında bir hilal yaratdı.
Rəftarı mülayim özü
xoşqılıq
Mən şah əsəriyəm ulu yazarın.
Əgər bu yaşda da mən yazıramsa,
Deməli
itməyib,
Hədər getməyib
Yaxşı bar gətirir,
Ondan gördüyüm
Yaxşı yaxşılıq!
DƏDƏ
SABİR
Çox
şükürlər çoxalır
təlimə, tədrisə
həvəs,
Artır
"uşqullalara" tazə
inam, tazə həvəs!
Dədə Sabir, tutulan gözlərə nur saçmadayıq!
Kitabın andıra qalmış
üzünü açmadayıq!
Beşini,
on beşini, lap yüzünü
açmadayıq.
Əcnəbi göydə balonlarla
üzür,
Nə balonlar,
Nə filanlar,
Xoddayıb peykimizi biz Şuşaya
düşmədəyik!
Yağının burnun ovub, dümbəkini deşmədəyik!
Qələbə şirnisini,
Xan qızı Natəvanın
fincanandan içmədəyik!
Axı bayramdı, dədə,
Bəzi
evlərdə deyil, aş bütün evlərdə bişir!
Aşın əlası, dəxi,
əsgəri-səngərdə bişir!
Kababın tüstüsü ki,
yel vurur o yana uçur,
Dığanın ağlı qaçır,
xaqçının əndamı
şişir.
Niyə bəs böylə bərəldir bizə Vartan gözünü?
Neyləsin, qüdrətimiz silkələyir
yer üzünü!
Amma, nə qaydadı bizdə görməmişlik,
ay atam!
Elə ki, avropalaşdıq həddi aşdı el tamam!
Bir də gördük ev madam, balkon
madam, bulvar madam!
Yupkası dizdən yuxarı
qızlara gəlsin qadam!
Kimyəvi tullantılarla dadlıdır
hər cür qidam!
Yasxana məclislərində toyxanalıq
ehtişam!
Şampana gəl-gəl deyir,
türki ceviz, farsı badam,
Yağını az et şamın, yandırmısın
şamdanı şam!
Qız nədir,
qəlyan nədir? Əslilərim,
Leylalarım,
Barlara, dollarlara, dərmanlara aludə, ram!
Ey Xuda, gəl rəhm elə, -
Ha çalışdın ki,
dönə aqilə nadanlarımız,
İncələ, ağla gələ yepyekə pəlvanlarımız.
Amma, çi fayda, dədə,
Gədə həmunki gədə,
Yenə
də Sonyalara bənd olur oğlanlarımız!
Qarıyır evdə yenə
Fatma Tükəzbanlarımız!
Rüşvəti lum-lum udur dövləti əyyanlarımız!
Köçkünün bir damı yoxdur ki, köçə, daldalana,
Köçür Antaliyalara şövkətimiz-şanlarımız!
Şəkərə, öskürəyə
min təzə dərman
tapılır,
Nuhidir həblərimiz,
saxtadı dərmanlarımız.
Neynəyək, ay dədə gəl,
bir kitab açdır fala bax!
Pifaqor diplomula falçıdı
loğmanlarımız!
Dədə Sabir bu mərəzlər sağalar
Qaralar da ağ
olar,
Əyrilər də düzələr,
Və bəşərta ki, əgər,
Fərmana rəğbət edə,
Qanuna hörmət edə,
Haqq sevən insanlarımız!
DƏNİZDƏ
FIRTINA VAR
Gecə
üzür, səhər
üzür,
Axşam üzürük.
Nə bir körpü,
Nə bir liman!
Səmanı qasırğa şıxmalayır,
Dənizi
tufan!
Fəlakətdən qurtulmağın
Aman yeri
Dəryada bir saman axtaran gözümüzdən
Gecələrin külləşmiş kəhkəşan küçələrini
Düşür cılğam - üzürük!
İlahi,
kaş o dəniz təkimə işləyən
Burulğan kahasından,
Qırğı-qırçın ləpələrin
halqasıyla düymələnmiş
Üfüqlərin yaxasından,
Sıçrayıb boylana
Ulduzlana,
Aylana,
Yolumuza zərrə-zərrə paylana
Gözəl Kleopatranın güzgüləndiyi
Aleksandriya mayakı!
Bəlkə, Ərəb dənizi
sahilində
Qaçqınların gözlərinin
yağıyla alışa,
Ələddinin çırağı!
Ya təpəsində bələk-leyləkləri
ağaran
Lümlüt bir ağac!
Ya kəhər buludların belində
Qırmızı zollar açan şişmək-qırmaç!
Kövrəldik, daraldıq,
Bir sahil yoxluğundan!
Boz buludlar yamyaş lavaşlar kimi asıldı
Şəfəqlərin oxlovundan!
Traktorun
dəmirdiş təkərləri
kimi,
Don-Kixot dəyirmanının
Dəvəqıç pərləri kimi
Diyirləndi üstümüzə dalğalar,
Coşdu dəniz.
Şahə qalxıb yanı
üstə başımıza
aşdı dəniz!
Başdan-başa xofdu, təlaşdı
dəniz!
Fəqət neçə sənələr
əvvəl, -
Döyənəkli əlləri daş-dəmir
dişli vəl,
Çiynində dəyirman daşları
gəzdirən divlərin,
Qorxu, hürkü bilməyən
Təpəgöz köntövlərin,
Belə
dənizlər topuğundan,
Ümmanlar dizindən olub.
O cəsurların zəfər
şarkılarını
Dənizin dalğa simlərində
Kaman küləklər çalıb!
Bosforun
"Qız qülləsi"
zirvəsində
Heykəl kimi ucalıb.
Ey insanlar, ey sükutun
tabutuna gömülmüş
cahanlar!
Oyanın,
-
Ağ dənizdə fırtına
var!
Fırtınalarla durulur dənizlər,
aydınlaşır səmalar-deyən
Böyük Nazim Hikmət gəldi gözüm önünə.
Ürəyində infarkt yanğısını
daşıyan
Və yanğılar içində
"Mən yanmasam" bağıraraq Kərəm
cəsarətini yaşayan
Şair,
millətini "Günəşi
içənlər"in cərgələrinə
Qoşmağa çağırırdı.
Nazim Hikmətin
Çiynində dəyirman daşları
gəzdirən
Divlərlə,
Qorxu bilməz Təpəgöz köntövlərlə
Qarışığı vardı!
Ədalət.-2015.-16 aprel.-S.7.