TARİXİMİZİN ŞAHİDİ ŞAMAXI

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

O hər gün gözəlləşir

 

Azərbaycanın regionları içərisində Şamaxının özünəməxsus yeri var. İstər tarixi baxımdan, istərsə özünün bütün zamanlarda təkcə Azərbaycan coğrafiyasında deyil, eləcə yaxın şərq coğrafiyasında oynadığı rola, tutduğu yerə görə Şamaxı həmişə həm tarixçilərin, həm səyyahların, həm ədəbi düşüncə sahiblərinin diqqətini özünə çəkir. Xüsusilə insanlar üçün bir möcüzə sayılan göy cismlərinin öyrənilməsi, yəni astroloqlar bu bölgəyə həmişə insanların marağını istiqamətləndirə biliblər.

Təbii ki, zaman-zaman Şamaxı həm öz qədimliyini saxlaya-saxlaya müasirləşibdi, yəniləşib, abadlaşıbdı. Bu işdə ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı regionların inkişafına dair dövlət proqmarının əhəmiyyəti, təsiri danılmazdı. Hətta bütın bölgələrdə həmin proqramın regionlar üzrə, yəni yerli layihələri hazırlanır. Elə həmin layihələrdən biri Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin rəhbərliyi altında Şamaxının bugünü sabahı üçün işlənib hazırlanıbdı. Rayon rəhbərliyinin onun komandasının hazırladığı həmin layihə Şamaxının iqtisadi-sosial mənzərəsini bütün detalları ilə özündə əks etdiribdi. Burada həm kənd təsərrüfatı, həm sənaye, həm təhsil, eləcə mədəniyyət sahələri ayrıca bəndlərlə qeyd olunaraq inkişaf planının bazisi kimi göstərilir. Yəni Şamaxının sosial-iqtisadi planı ilə tanış olanda bu rayonda son illərdə həyat keçirilmiş bu gün davam etdirilən inkişaf mənzərəsini izləmək mümkündür.

Bugünlərdə Şamaxı rayonunda 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdi. Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev cari ilin birinci rübündə rayonda həyata keçirilmiş işlərlə bağlı iştirakçılara geniş məlumat vermişdi. Öncə son 3 ayda respublikamızda həyata keçirilmiş işlərin uğurlu tərəflərinə toxunan Azərbaycan prezidenti cənab İlham Əliyevin 2015-ci ilin aprel ayının 10-da respublika Nazirlər Kabinetinin I rübün yekunları ilə bağlı iclasını keçirməsi həmin iclasda da ayrı-ayrı sahələrə diqqəti çəkməsi Şamaxı fəallarının təkrar diqqətinə təqdim olunmuşdu. Hər kəs respublikamızda istər aqrar, istər sənaye sahəsində əldə olunmuş uğurlardan bilgilənmiş, bununla paralel olaraq bütün ölkənin diqqət mərkəzində olan Avropa oyunları ilə əlaqəli görülən işlərdən söz açılmışdı. Məhz rayon icra hakimiyyətinin başçısı öz çıxışında bir daha diqqətə təqdim etmişdi ki, Azərbaycanda keçirilən Avropa oyunları həm iqtisadi, xüsusi olaraq isə siyasi baxımdan Azərbaycanın nüfuzunun daha da artması, üstəlik dünyanın diqqətinin Azərbaycana yönəlməsi deməkdi. Belə ki, bu idman yarışı həm dünyanın iqtisadi marağını yönəldən adamlarının, biznes sahiblərinin, investorların Azərbaycana üz tutmasına, buradakı sabitlikdən yararlanaraq öz şəbəkələrini genişləndirməsinə imkan verəcəkdi. Deməli, məsələyə bu aspektdən yanaşanda onda ölkəmizin, o cümlədən onun bir parçası olan Şamaxının iqtisadi durumu, sosial vəziyyəti bütün parametrlərlə elə inkişaf etdirilməlidir ki, hər bir investor burada onun biznesinə uyğun gələ biləcək məqamları görə bilsin.

Təbii ki, bu gün Şamaxıda həyata keçirilən təmir-bərpa, yenidənqurma, abadlıq yeni yerlərinin açılması sahibkarlığa verilən meydanın bir az da genişləndirilməsi məhz həmin öncədən söylədiyimiz fikirlərin reallaşması üçün gərəkli olan şərhlərdən biridi. Elə ona görə 2015-ci ilin I rubundə Şamaxı rayonunda 34,2 milyon manat həcmində ümumi məhsul istehsal olunmuşdu. Əgər ötən ilin eyni dövrü ilə cari ilin bəlli dövrünü müqayisə etsək, onda görərik ki, Şamaxıda 1,6 milyon manatdan artıq ümumi məhsul istehsal edilmişdi ki, bu da faizlə ifadədə 4,8 faiz deməkdir. Üstəlik onu da xatırlatmaq yerinə düşər ki, bu ilin I rübündə rayonda sənaye məhsulunun istehsal həcmi 1,5 milyon manat olmuşdu. Bu rəqəmi ötən ilin eyni dövrü ilə müqayisə etsək onda görərik ki, sənaye məhsulu istehsalında da 1,3 faiz artım qeydə alınıb. Bax, bunların özü sadəcə rəqəmlər yox, həm həyata keçirilmiş uğurlu iqtisadi-sosial inkişafın nəticələridi.

Bəli, Şamaxıya yolu düşən hər kəs bu qədim şəhərin elə giriş qapısından başlayaraq yeniləşməni, təmir-tikintini dərhal müşahidə edə bilər. Demək olar ki, şəhərin təkcə mərkəzində deyil, hətta onun arxa planda olan küçələrində abadlıq işləri uğurla davam etdirilir. Parklar salınır, yaşıllıq, eləcə şəhərin səkilərində, yollarında həm tamet düzülməsi, həm asfaltın salınması işlərinin keyfiyyəti, sürəti ürəkaçandı. Konkret rəqəmlərlə ifadə etsək, onda görərik ki, Şamaxıda son 3 aydı 374 nəfər daimi işlə təimn olunmuşdu. Bu isə 374 ailənin büdcəsinin sosial durumunun yaxşılaşması deməkdi. Ümumiyyətlə isə son 12 ildə Şamaxıda 11486 yeni yerləri açılmışdı ki, onun da 8815-i daimi yeri olmuşdu.

Bu gün Şamaxıda həyata keçirilən uğurlu inkişafın bir xəttini kənd təsərrüfatı təşkil edir. Bu bir həqiqətdir ki, Şamaxı sovet dönəmində özünün üzümçülük təsərrüfatları ilə həmişə diqqət mərkəzində olmuşdu. Sovet dönəminin son illərindən başlayaraq bu sahə unudulmağa, arxa plana keçməyə başladı. Ancaq son illər Şamaxı sahibkarları yenidən bu sahəyə üz tutub. Həm ölkə rəhbərliyinin dəstəyi, həm günün reallığı Şamaxı sahibkarlarına Şamaxının yenidən Azərbaycanın iri üzümçülük təsərrüfatlarının olduğu bölgəyə çevirməyə başlayıbdı. Günün gerçək mənzərəsi göstərir ki, faktiki olaraq hazırda Şamaxıda təqribən 1628 hektar üzüm bağı salınıbdı. Bu isə "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət" Proqramının rayonda tam sürətlə gerçəkləşdiyini göstərir. Etiraf etmək lazımdır ki, yerli sahibkarlar, fermerlər üzümçülüyün necə gəlirli bir sahə olduğunu yaxşı bildiklərindən bu işə ürəklə girişirlər. Burada dövlət yardımının, yəni sahibkarlığın inkişafına dövlət dəstəyi fondunun xidmətləri qeyd olunmalıdır.

Bu gün Şamaxıda təhsil, səhiyyə, mədəniyyət sahələri uğurla inkşaf etdirilir. Təkcə turizmə göstərilən diqqətin nəticəsidir ki, bu qədim məkana üz tutanların sayı günbəgün artır. Çünki burada gəlib görməli yerlər, məkanlar çoxdur. Aparılan abadlıq, göstərilən qayğı isə Şamaxını görmək istəyənlərin arzularına bir növü təkan verir.

 

Ceyhun Rüstəmov

Ədalət.-2015.-21 aprel.-S.7.