"Şəhid olmağa gəldim"
Şair-yazıçı, əməkdar
jurnalist Eldar İsmayılın son vaxtlar 43-cü kitabı
olan "Şəhid olmağa gəldim" şeirlər
toplusu işıq üzü görmüşdür.
Kitaba akademik Teymur Bünyadov "Türk sevdalı şair" adlı ön söz yazmışdır. O, Eldar İsmayılla ilk tanışlığını, yaradıcılığına ilk vaxtlar heyran olduğunu, onun Türk dünyasına - millətinə olan sevgisini, rəğbətini, inamını yəqinləşdirdikdən sonra yüksək səviyyədə dəyərləndirmişdi.
Kitabda şairin son dövrlərdə yazdığı şeirləri və poemaları öz əksini tapmışdır. O, həmişəki kimi bu şeirlərində yenə vətənə, millətinə sevgisini, sədaqətini, həmçinin Türk dünyasında gedən ictimai-siyasi proseslərə münasibətini, qəddar, naqis düşmənlərə isə nifrətini bildirir.
Kitab "Dünya mənim dünyam deyil" şeiri ilə başlayır. O, bu dünyada hər cür fırıldaq adamlara rast gəldiyini, onların insanlarla münasibətdə olarkən nə cür yaltaqlandığını, dedikləri ilə əməllərinin düz gəlməməsindən sanki təngə gəlib, bu dünyadan bezdiyini bildirir.
Dünya vallah səninkidi,
Atını çap, dağıt, tala.
Arı-piri tapdala keç,
Qazan qaynat, çömçə yala.
Gədə, dünya səninkidir...
Dünya mənim dünyam deyil!
"Mən olan yerdə" şeirində də Vətən, yurd torpağına, ər insanlara dərin məhəbbətini, sədaqətini söyləyir:
Qanımı çilərəm yurd torpağına,
Qoymaram xal düşə gül yarpağına.
Uca xan çinarın şah budağına
Qarğa qona bilməz mən olan yerdə.
Şeytan şərlə qurar öz həyatını,
Yeyər öz içini, içalatını,
Bir ərən kişinin köhlən atını
Yaltaq minə bilməz mən olan yerdə.
Eldar
İsmayıl övladının simasında Azərbaycan
övladlarını - Göyçə, Zəngəzur,
Qarabağ və digər işğal olunmuş ərazilərimizi
unutmamağa çağırır:
Ey
övladım,
Qarabağın
sinəsinə
Düşmən
çəkən o dağları,
Şuşa
kimi inciləri...
Qəsb
edilən torpaqları
Sən
unutsan
Sənə
lənət!
Ömür boyu haqqın, ədalətin,
düzgünlüyün tərəfdarı olan Eldar
İsmayıl həmişə insanları - görüb
tanıdığı dostlarını,
tanışlarını düz olmağa, həqiqəti
söyləməyə çağırır. Bu sanki onun ən
başlıca insani, əxlaqi fikirləridi. Məhz buna
görə də o, həmişə yaxşı, təmiz
dostları ilə olmağı, gününün çoxunu
onlarla keçirməyi üstün tutur:
Heç
kəsə quyu qazıb,
Heç kəsə daş atmadım.
Kiməsə
yalan deyib,
Kimisə aldatmadım.
Bacardım
kömək etdim,
Bacarmadım dinmədim.
Saflığa
könül verdim,
Düzlüyümdən dönmədim.
Doğrudan da Eldar İsmayıl belə insandı. Onu mən 44
ildi tanıyıram. 1971-ci ildən olan
münasibətimiz illər ötdükcə daha da
yaxşılaşıb.
Eldar İsmayıl neçə illərdi ki, Türk
xalqına dünyasına olan məhəbbətini neçə-neçə
kitablarında əks etdirib, yenə də bunu davam etdirir. Türk
xalqı da onun məhəbbətini, istəyini yüksək səviyyədə
dəyərləndirir. Eldar
İsmayılın iki kitabını Ərzurum Universitetində
Anadolu türkcəsində işləyib orta məktəblər
üçün dərslik kimi hazırlanmışdır.
2007-ci ildə martın 12-də Türk Dünyası
Araşdırmaları Beynəlxalq Akademiyası tərəfindən
Türk Ədəbiyyatının inkişafında xidmətlərinə
görə "Türk Ədəbiyyatına xidmət"
mükafatına layiq görülüb.
2009-cu ildə
avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-hökümət təşkilatlarına
Dövlət Dəstəyi Şurası və Mahmud
Kaşğari adına Beynəlxalq Fond tərəfindən
"Soyqırım və erməni təcavüzü"
müsabiqəsinin "Xüsusi mükafatı" ilə təltif
olunub.
Eldar İsmayıl bunlardan başqa öz əsərlərinin
dünya xalqları tərəfindən yaxşı qəbul
edildiyinə görə, dünya xalqları haqqında
düzgün fikirlər yazdığına görə də
Birləşmiş Millətlərin Təltiflər
Şurasının Moskvadakı nümayəndəliyi tərəfindən
2011-ci ildə "Şərəf" ordeni ilə
mükafatlandırılmışdır.
Eldar İsmayıl dünya ölkələrində də
gedən ictimai-siyasi hadisəlıri nəzərdən
keçirir, ölkələr daxilində baş verən hadisələrə
öz münasibətini bildirir. Ölkə
başçısının xalqa qarşı hərəkətini
olduğu kimi qələmə almışdır.
Misirdə
yeni hökümətin and içməsini (28.07.2011) aşağıdakı
("Yalan çıxdı") şeiri ilə vəsf
etmişdi:
Basıb əlini
Qurana
Hər hökümət bir and içdi.
O and sonra
yalan çıxdı.
"Qarantiyəm
hər
insanın",
Deyən
kəsin qoltuğundan
Rəiyyəti,
Yükləməkdən palan çıxdı.
Eldar
İsmayıl doğma Vətənimiz Azərbaycanın
ayrı-ayrı bölgələrini gəzib dolaşarkən
Gəncədə, Şamaxıda, Lerikdə və s. rayonlarda
təbiət gözəlliklərini də qələmə
almışdı.
Çən
çöksüyən göy meşəni dinşədim,
Ətir səpən çiçək gördüm
Lerikdə.
Yalan
daşın sərt qayanın üstündə
Əlvan, əlvan çiçək gördüm Lerikdə.
Gah
qıvrılan, gah açılan dağ yolu,
Çay
nəğməsi, quş səsiylə dop-dolu...
Hər
puçuru, hər yarpağı, hər kolu
Bir-birindən qəşəng gördüm Lerikdə.
Şair yolunu azan, yaltaq, hər fitnə-fəsadlar
törədən, yalanlarla, insasnları aldada-aldada yaşayan
adamlara şeirlər həsr etdiyi kimi, təbiətdə
gözəl xasiyyəti, savadı, şairlik qabiliyyəti, təmizliyi
düzlüyü olan insanlara da şeirlər
yazmışdı.
Əziz
xatirəsinə "Əbədilik qurtardı", sevimli
şairəmiz Fərqanə Mehdiyevaya "Fərqanə",
professor Zakir Qarayevin 70 illiyi müanasibəti ilə "Bizdən
xəbərsiz", doğma bacıları Yasəmən,
Mehparə, Nərgiz, Leyli və Cəvahirə həsr olunan
"Nə əl çatır, nə ün yetir",
böyük türk oğlu Osman Kayana, 1988-ci il Ermənistan
türklərinin deportasiyası zamanı yüzlərlə
qaçqınlara əl tutan, kömək edən Ziyad Abbasəliyevə
(poema) və şair dəyərli insanları şeirlə
qiymətləndirmişdi.
"Sənin şəhidliyin qələbəm oldu"
şeirini müəllif Bakı-Şamaxı yolunun
üstündəki naməlum türk əsgərinin məzarını
ziyarət edərkən yazmışdır. Bu məzarı
şairin yazdığına görə hər gün yüzlərlə
"Azərbaycan türkü" ziyarət edir.
Mənim
dar günümdə Anadoludan,
Sən köməyə gəldin Azərbaycana.
Qardaşın
qardaşa arxa olması,
Ağır zərbə oldu yağı düşmana.
Müəllif
Azərbaycanın müdafiəsində qardaş türk
xalqının qeyrətinə, namusuna yüksək dəyər
verir:
Naməlum
qəhrəman, ey türk əsgəri,
Dedin Azərbaycan
qoy azad olsun!
Sənin
şəhidliyin qələbəm oldu,
Qəbrin
nurla dolsun, ruhun şad olsun!
"Şəhid olmağa gəldim" şeirinin də
xüsusi bədii, ciddi, vətənpərvərlik, qeyrət,
ruhunda yazılması təsadüfi deyildir. Qanında, canında,
ruhunda, dilində əsl türk qeyrəti olan Eldar
İsmayıl "bir millət iki dövlət" deyimi ilə
Türkiyə və Azərbaycanı həmişə bir qoşa
görmək fikrində olduğunu bildirir.
Türkiyə, onun xalqı uğrunda canını verməyə
hazır olduğunu "Şəhid olmağa gəldim"
şeiri ilə öz ürəyini oxuculara oxutdurur.
Zülməti
boğub atan,
Çanaqqala
elində,
Özümü
qurban dedim,
Çanaqqala
çölündə
Şəhidlərin
yanında
Şəhid olmağa gəldim.
Təsadüfi deyildir ki, müəllif bu kitaba "Şəhid
olmağa gəldim" adını vermişdir.
"Birləşməyə
koymadınız" şeiri ilə də Sayın
Kılıçdaroğluna ve Devlet Bahçeliye xitabən
Türkiyə Dövlətinə qarşı elədikləri
əməlləri, hərəkətləri qələmə
almışdır:
...Böyük hünerler sahibi
bu milləti
partilere böldünüz siz?!
Birleşmeye,
güc almağa koymadınız
Türkiyeyi,
bu şanslı milleti!
Bu şeir Eldar İsmayılın qardaş Türkiye xalqına olan isti, səmimi münasibətindən yazılmışdır. Bundan başqa Eldar İsmayıl Türk xalqının qəhrəman oğullarını təmsil edən "Engin Alan"a, "Haydı Silivriye", "Osman Kayan"a və Türkiyə torpaqalarına, ərazilərinə Antalya, Kəmər kimi bölgələrinə şeirlər də həsr etmişdir.
Bu kitabda maraqlı şeirlərdən biri də "Azəri deyiləm oğuz qanlı türkəm mən" şeirində o, yazır: Azərbaycan türklərini dünya türklərindən, Anadolu türklərindən ayırmaq üçün bizə zaman-zaman yeni adlar vermişlər. "Müsəlman", "Tatar", "Azərbaycanlı" indi isə "Azəri".
"Azəri" ha "azəri" nə tutubsan yaxamdan
Bunda sənsən hiləgər, burda mənəmmi nadan?
Mən
"azəri" deyiləm, bil ey qapalı şeytan,
Altaylardan
başlayan çox ünvanlı türkəm mən...
Atillanın
şəxsində bu cahana görkəm mən!
Kitabın "Şirin-şəkər balalar"
adlı bölməsində öz nəvələrinə,
dostlarından İmdad müəllimin Sona adlı nəvəsinə,
Ziyad müəllimin dili ilə "Nəvəm Elviraya" həsr
olunmuş şeirlər də maraqlıdı.
Növbəti bölümdə
doğru-dürüstlükdən, təmizlikdən, Vətən
sevgisindən, haqqa-ədalətə inamdan bəhs edən
"Dördlüklər" qeydə alınmışdir.
Sonuncu
bölümdə isə "Aşıq Nəcəf",
"Qaf dağında doğulan qız", "Türk
dünyası yas içində", "Gəl gedək bu
şəhərdən" adlı poemaları verilmişdi.
"Aşıq Nəcəf" poeması 1919-cu ildə
erməni daşnaqlar Göyçəyə hücum çəkib
bu ərənlər yurdunu dağıtdılar. Zod kəndinin
qeyrətli oğulları daşnaqların sərkərdəsi
polkovnik Sulikovu qətlə yetirdilər. Onun
ölümündən sonra ermənilər Məşədi
İsanı, Səməd ağanı, Kor Tanrıverdini və
Aşıq Nəcəfi öldürməyi
planlaşdırdılar.
Aşıq
Ələsgərdən dərs alan
Aşıq Nəcəfi Eldar İsmayıl aşıq
saz-söz sənətinin vurğunu, el arasında xüsusi
hörmət-izzət qazanmış insanı öz dəyərləri
ilə oxuculara təqdim edir. Onun ölüm
ayağında da düşmənlərə baş əymədiyini,
mərdliyini, igidliyini, poetik duyğularla təsvir edir.
Kəvər qalasında onun belinə yanar samavar qoymaqla,
pis vəziyyətdə onun aman diləməsini, baş əyib
öldürməyə qoymamasını əmr edir. Aşıq Nəcəf
ermənilərə nifrət edə-edə, saralıb-solur,
ağrıdan yıxılıb canını
tapşırır.
Eldar
İsmayıl Aşıq Nəcəfin o günlərdən
könüllərdə yaşayacağını bildirir:
Oxucum,
tarixin hökmü qətidir,
"Hər kəs qazancını
daşıyacaqdır".
Nə qədər
türklük var, çalınan saz var
Nəcəf ölməyəcək,
yaşıyacaqdır.
"Qaf
dağında doğulan qız" poemasında isə Tahirə
Məsimzadənin Qarabağ savaşı uğrunda
düşmənə qarşı igidliklə
vuruşmasından, Türkiyə və Azərbaycanın
şərəfini qeyrətlə namusla qorumasından, "bir
millət iki dövlət" deyimin ləyaqətlə, məğrurcasına
yaşatmasını bədii deyimlərlə təsvir edir.
"Türk dünyası yas içində"
poeması ilə İraq türkmənlərinin məhv edilməsinə
görə Türkiyəyə və türk cümhuriyyətinə
müraciətini, bu qırğının
qarşısının alınmasına kömək etməsini
istəyir.
"Gəl gedək bu şəhərdən"
poemasında şəhərdəki səs-küydən,
tıxaclardan, təmiz hava almamasından, hiyləli, yalan danışan,
böhtan atan adamlardan uzaq olmaq istədiyini bəyan edir.
"Harama gül güləndə" poemasında bəzi
qadınların isə Azərbaycan qadınına xas olmayan hərəkətlər
etməsini, nalayiq baxışını,
gülüşünü bədii şəkildə təsvir
edir.
Türk dünyasının tanınmış
şair-yazıçısı Eldar İsmayılın hər
bir kitabı türk xalqına, vətəninə - Türkiyə
və Azərbaycana həsr olunub. Həm də "bir
millət, iki dövlət"in dəyərli
insanlarını oxuculara tanıtdırır.
SAŞA
ƏLİYEV
ATU-nun
Əsaslı Kitabxanası direktorunun elmi işlər üzrə
müavini, AJB-nin üzvü,
"Qızıl
Qələm" mükafatı laureatı.
ədalət.-2015.-23 aprel.-S.6.