DÜŞMƏN QARŞISINDA QALADI
TƏRTƏR
Layihənin istiqaməti:
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
(əvvəli
ötən saylarımızda)
Biz Tərtər rayonunda olarkən təbii ki, daha çox cəbhə bölgəsindəki kəndlərin sosial-iqtisadi durumu ilə maraqlanırdıq. Düşmənlə üz-üzə dayanan insanların həyatı, məişəti, həmçinin bu insanlara göstərilən diqqət hər kəs kimi bizim üçün də önəmli olduğu kimi, müəyyən qədər də öyrənilməli, təqdiri edilməli bir durum idi. Məhz bu səbəbdən də əldə etdiyimiz bilgiləri gözdən qaçırmamağa, onların diqqətlə qeydlərini aparmağa çalışırdıq...
Bu gün Tərtər rayonunda rayon mərkəzi ilə kəndləri birləşdirən yolların normal, işlək vəziyyətdə olması əsas məsələlərdən biridi. İstər ölkə rəhbərliyi, istərsə də rayon icra hakimiyyətinin başçısı və onun aparatı Tərtərdə yol problemlərinin aradan qaldırılması üçün gərəkli olan bütün addımların atılmasında və həmin yolların da standartlara cavab verməsində kifayət qədər iş görə bilmişdilər. Təkcə bir fktı xatırlamaq yerində düşər ki, Tərtər rayonunda bu coğrafi məkan üçün əhəmiyyətli olan Qaradağlı-Seysulan avtomobil yolunun ən müasir şəkildə, yəni asfalt-betonla yenidən çəkilib istismara verilməsi üçün uğurla işlər aparılır. Demək olar ki, artıq bu yolun təqribən 1km-ə yaxın hissəsinin asfalt-beton örtüyünün alt qatı çəkilib yekunlaşmışdı. Bununla paralel olaraq digər bir yolun, yəni Qaraqoyunlu-Köçrəi kəndlərini birləşdirən avtomobil yolunun da 1 km hissəsi çınqıl örtüyü ilə tikilmiş və burada da digər zəruri işlərin görülməsi nəzərdə tutulubdu.
Kənd yolları ilə yanaşı, Tərtər rayonu üçün əhəmiyyətli olan enerji təminatı da bu gün uğurla həll olunur. Yəni istər döyüş bölgəsində yaxın ərazidəki kəndlərin, istərsə də cəbhədən nisbətən aralı olan digər yaşayış massivlərinin enerji təminatı, rabitə məsələləri rayon icra hakimiyyəti tərəfindən mütəmadi olaraq diqqət mərkəzində saxlanılır.
Bütün bu işlərlə yanaşı, Tərtər rayonunda yeni binaların tikilməsi də, həmin binaların şəhid və əlil ailələrinə verilməsi istiqamətində gərəkli məsələlər çözülmüş və faktiki olaraq rayonda tikilən 54 mənzilli 6 mərtəbəli yaşayış binasının tikintisi bütünlüklə başa çatdırılmışdı.
Bu binanı Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması, onlara göstərilən qayğınını bariz nümunəsi olması kimi də dəyərləndirmək zənnimcə ən dəqiq ifadədi. Üstəlik, bu gün Tərtər rayonunda 4 ədəd 5 mərtəbəli binanın da enerji, rabitə vasitələri ilə təmin olunması, bütün yaşayış massivlərinin küçə və prospektlərinin, parklarının işıqlandırılması istiqamətində də atılan addımlar sakinlərin ürəyincədi.
Biz Tərtər rayonunda olakən onu da öyrəndik ki, rayonun Sarıcalı-Zolgəran kəndləri arasında, yəni Tərtər çayı üzərində bu kəndlər arasındakı əlaqəni tam təhlükəsiz etmək üçün çayın üzərində yeni və daha möhkəm özüllü körpünün tikintisi üçün başlanmış hazırlıq işləri demək olar ki, start xəttinə çatdırılıbdı. Bu körpünün tikilib başa çatdırılması özü-özlüyündə rayonla kəndləri arasındakı əlaqəni daha da möhkəmlətməklə bərabər, həm də təhlükəsiz olmasına bir təminatdı.
Təbii ki, Azərbaycanın digər bölgələri ilə yanaşı, Tərtərdə də təbii qaz təminatı həmişə həm rayon rəhbərliyini, həm də sakinləri qayğılandıran məsələlərdən olmuşdu. Əldə etdiyimiz bilgilərə istinad edərək deyə bilərik ki, bu gün Tərtər rayonunun qazlaşdırılması məsələsi uğurla davam etdirilir. Bu ilin I rübünün statistikası göstərir ki, artıq rayonun İsmayılbəyli kəndinə də qaz verilməsi, yəni xətlərin çəkilməsi işi artıq yekunlaşıbdı. İsmayılbəyli kəndi ilə yanaşı, Tərtər rayonunun Hacıqərvənd və eləcə də Evoğlu kəndlərində də qaz xətlərinin çəkilməsi işlərinin sürəti hər kəsi razı salır və demək olar ki, yaxın zamanlarda hər iki kəndə qaz çəkilişi başa çatdırılacaqdı. Bu gün Tərtərin Seydimli, eləcə də Seydimli-Borsunlu kəndləri istiqamətində də müxtəlif diamertli qaz xətlərinin çəkilişi plana uyğun şəkildə yerinə yetirilir. Ümumiyyətlə isə rayonun qaz təminatını günün tələbləri səviyyəsinə qaldırmaq üçün bütün yaşayış məntəqələrinə qazın verilməsi məsələsi bir proqram şəklində rayon rəhbərliyi qarşısında dayanır və faktiki olaraq bu il rayonun Kəngərli, Mamırlı, Poladlı və Dəmirçilər kəndlərinin də qazla təmin edilməsi üçün müxtəlif ölçülü xətlərin çəkilişi üçün start veriləcəkdi.
Ölkə həyatının ən önəmli sahələrindən olan təhsil, səhiyyə və mədəniyyətinin təkcə paytaxtda və iri şəhərlərdə deyil, həmçinin döyüş bölgələrindəki məntəqələrimizdə də daim nəzarətdə saxlanılması Azərbaycan prezidenti İlham Əliyev cənablarının əlaqədar qurumlar qarşısında qoyduğu əsas vəzifələrdən biridi. Həmin təhsil, səhiyyə və mədəniyyət sahələrinin hazırkı durumunu Tərtər rayonunun da göstəriciləri üzərində araşdırarkən məlum oldu ki, bu rayonun da əlaqədar qurumları öz üzərlərinə düşən işi uğurla yerinə yetirirlər. Əgər konkret sahəyə, yəni təhsilə diqqət yetirsək, onda görərik ki, həm ötən il, həm də bu ilin I rübündə tərtərli məktəblilər və pedaqoji kollektivlər göstərdikləri nəticələrlə 2013-cü ilin nəticələrini üstələyə biliblər. Faktiki olaraq rayonda keçirilən məktəblilərin fənn olimpiyadalarında yüksək nəticə göstərən məktəblilər respublika olimpiyadasında da qaliblər arasında ola bilmişdilər.
Xüsusilə 11-ci sinif şagirdlərinin ümummilli liderimizin böyük irsini öyrənmək məqsədilə keçirilən yarışmalarda öz nailiyyətləri ilə həm valideynlərini, həm də müəllimlərini sevindirmişdilər. Təbii ki, şagirdlərin yaxşı oxuması, bilikləri mənimsəməsi üçün müasir məktəb binalarının, müasir avadanlıqların olması zəruridi. Bu istiqamətdə də həm Heydər Əliyev Fondunun, həm də yerli imkanların hesabına görülən işlər göz önündədi.
Eləcə də rayonun səhiyyə sahəsində də müəyyən nailiyyətlər əldə edilməsi, vətəndaşların icbari tibbi müayindən keçirilməsi, həmçinin xəstəxana və tibb məntəqələrinin avadanlıqlarla təminatı istiqamətində də bir çox işlərin görülməsi artıq bir reallıqdı.
Bu gün Tərtərdə həyata keçirilən uğurlu inkişaf proqramı öz sürətini günbəgün artırır.
Ceyhun RÜSTƏMOV
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət.-2015.-24 aprel.-S.7.