ZAQATALA:
TƏBİƏTİN FÜSUNKARLIĞI VƏ
MODERNLƏŞMƏ
Layihənin istiqaməti:
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
Sanki bir ilğımdır,
şirin röyadır
İlk
baharda bu yerlərin gözəlliyi daha doyulmaz ,
daha füsünkar olur. Heç ayrılmaq istəmirsən bu
dağlardan, bu düzlərdən, bu meşələrdən...
Cünki hardan baxsan, hara baxsan gözlərin
sevinir, qəlbin xoş duyğulara qoşulub sərməst
qalır. Bir də çiçəklərin, çəmənlərin,
meşələrin yaz qoxusu, yaz nəfəsi...
Və bir
də aşıb-daşan bu ilk bahar sevdasının ən
şirin nəğməsi... Cazibədar, bəlkə də
sehrli görkəmi, duruşu ilə təbiət gözəlliklərinə
"Mən burdayam!" deyən həmişəbahar Zaqatala
şəhəri... Qədimliklə
müasirliyin bütünləşdiyi Vətən
torpağı, Vətən şərqisi.
Gedib gəzənlər bilir, Zaqatala uzaq bir yolun
dağlara qovuşan yerində qəfil görünüb bərq
vuran nəhəng xəyala bənzəyir. Hərdən
sənə elə gəlir ki, bütün bunlar şirin bir
yuxudur, ya bəlkə də ilğımdır, ruhsal
aldanışdır. Ancaq elə ki, uca
dağların, qədim meşələrin qoynuna alıb sanki
pis gözlərdən, pis niyyətlərdən qoruduğu bu
doğma şəhərin yaşamına, axınına
qovuşursan, hər şeyin gerçək olduğuna
arxayınlaşırsan.
Prezident
qayğısına yüksək fəallıq
nümunəsi
İlk
baharın bu çağlayan günlərində doğrudan da
Zaqatala rayonu daha gözəl, daha cazibədar
görünür, O da məlumdur ki, son illər daha cox işlər
görülən Zaqatala respublikanın bütün istiqamətlərdə
inkişaf etmiş ən böyük rayonlarından biridir.
Ölkənin hər yerində olduğu kimi 2014-cü ili uğurlarla yola salan Zaqatala rayonu 2015-ci ilin də
ilk aylarından Dövlət Proqramının icrasında və
digər istiqamətlərdə əvvəllərdəki kimi
nümunə göstərir. Rayon rəhbərliyi
və sakinlər Zaqatalanın daha da inkişafı
üçün bütün imkanlardan maksimum istifadə etməyə
çalışır və göstərilən qayğı
və diqqətə görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə
daim minnətdar olduqlarını bildirirlər.
Bütün bunlar barədə 2015- ci ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunları və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasda Zaqatala Rayon İcra Hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə məruzə
ilə çıxşında geniş məlumat vermişdir.
Dövlət
Proqramının uğurlu icrası
Regionların
inkişafı sahəsində qəbul edilmiş və
uğurla həyata keçirilmiş dövlət
proqramlarında, habelə regionların sosial-iqtisadi
inkişafına dair əlavə tədbirlərlə
bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin
icrası ölkədə qeyri-neft sektorunun davamlı
inkişafına, regionlarda kommunal xidmətlərin və sosial
infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə,
sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına,
investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin
və iş yerlərinin açılmasına, nəticədə
əhalinin məşğulluğunun artırılmasına və
yoxsulluq səviyyəsinin azaldılmasına təkan
vermişdir.
Respublikada
aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq
2015-ci ilin birinci rübündə Zaqatalada da iqtisadiyyatın
dinamik inkişafına nail olunmuş, "Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrası istiqamətində işlər davam etdirilmiş,
ümumi məhsul istehsalında müəyyən irəliləyişlər
olmuş, 401-i daimi olmaqla 418 yeni iş yeri
açılmışdır.
2015-ci
ilin birinci rübündə büdcəyə vergi və tədiyyələr
üzrə 1,8 milyon manat vəsait daxil
olmuş, proqnoz tapşırıqlar 118,5 faiz icra edilmişdir.
Gəlirlərin 6,7 faizi dövlət sektorunun, 93,3 faizi
qeyri-dövlət sektorunun payına düşmüş, vergi
qanunvericiliyini pozan 369 vergi ödəyicisinə 193,8 min manat həcmində
maliyyə sanksiyası tətbiq edilmişdir.
Hesabat
ilində mərkəzləşdirilmiş xərclərdən
4,1 milyon manat subsidiya alınmış,
büdcə xərcləri 5,0 milyon manat və ya 90,0 faiz icra
olunmuşdur.
Ölkəmizin hər yerində olduğu kimi, Zaqatalada
da əhalinin rifah halının, onun maddi təminatının
yaxşılaşdırılması, sosial müdafiənin
gücləndirilməsi, ünvanlı sosial yardımların,
pensiyaların, əməkhaqlarının vaxtında verilməsi,
aztəminatlı ailələrə qayğının
artırılması daim diqqət mərkəzində
saxlanılmışdır.
2015-ci
ilin birinci rübündə rayonda orta aylıq əməkhaqqı
və orta aylıq pensiyanın məbləğində
artım müşahidə edilmiş, 133 pensiya işi təyin
edilmiş, 16625 pensiyaçıya xidmət göstərilmiş,
1,4 milyon manat məcburi dövlət sosial sığorta
haqları yığılmış, proqnoz
tapşırıqlar 87,0 faiz icra olunmuş, 30 hüquqi və
fiziki şəxsə qarşı maliyyə sanksiyaları tətbiq
edilmişdir.
2015-ci
ilin birinci rübündə rayonda 4280 nəfərə sosial
müavinət, 371 nəfərə prezident təqaüdü,
2027 ailənin 8651 üzvünə (hər ailəyə orta
hesabla 160,0 manat) ünvanlı sosial yardım verilmiş, 216 nəfər
tək-kimsəsiz qocalara xidmət göstərilmişdir.
İl ərzində
məşğulluq xidməti orqanları tərəfindən
184 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 77 nəfər
münasib işlə təmin olunmuş, 4 nəfərə
işsiz statusu verilərək işsizlik müavinəti təyin
edilmişdir.
Rayonda işəgötürənlər tərəfindən
əmək qanunvericiliyinə əməl olunmasına dövlət
nəzarəti gücləndirilmiş, işverənlər tərəfindən
15-dən çox qanun pozuntusu aşkar edilərək
müvafiq tədbirlər görülmüşdür.
Aqrar
sektorda yeni tendensiyalar
Son illərdə
aqrar sektorda həyata keçirilmiş məqsədyönlü
tədbirlər sayəsində rayonda 2015-ci ilin I rübündə
kənd təsərrüfatı məhsulları istehsalı
10,0 faiz artaraq 10,9 milyon manata
çatmışdır. Rayonda 2015-ci ilin məhsulu
üçün 12148 ha (+66 ha) sahədə payızlıq
taxıl, o cümlədən 8417 ha (+2 ha) sahədə
buğda sahələrinə aqrotexniki xidmət göstərilmiş,
3642 ha (+128 ha) sahədə yazlıq bitkilər olmaqla, 1383 ha
(+61 ha) sahədə yonca, 1100 ha (+27 ha) sahədə kartof, 836
ha (+25 ha) sahədə tərəvəz, 308 ha (+13 ha) sahədə
qarğıdalı, 15 ha (+2 ha) sahədə bostan bitkiləri əkilmişdir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-25 aprel.-S.4.