ZAMANIN TUNELİNDƏN KEÇƏNDƏ
ƏDƏBİ HƏYAT
Bu gün ədəbi aləmdə ən çox işlənən ifadələrdən biri də "gənc şair"dir. "Gənc" olaraq hələ də yaşı qırxı keçən yazarlarımız nə çox. Gənc olaraq yaşı iyirmi-otuz arasında dövr edən cavanlarımız da az deyil. Bəs onda biz kimlərə "gənc şair" deməliyik? "Axı, "gənc şair"lərin elə öz cavan yaşlarında "qocalanları" da var, bunu dana bilmərik ki, bədii təfəkkür həmişə təzəlik, novatorluq üstündə köklənir və bu gün gənc şair olub bu meyara köklənməyən cavanlarımız nə çox.
Bu xüsusda söhbəti uzatmaq istəmirəm. Mənim üçün - bir oxucu və tənqidçi üçün yaşına görə də, şeirlərinin təzəliyinə görə çox gənc olan bir cavan şairdən - onun şeirlərindən söz açmaq istəyirəm.
Ramil Əhməd... Çox cavandır, iyirmi bir yaşı var. Amma elə ilk şeirlərində poeziyanın nəfəsi hiss edilir. Bu nəfəsin getdikcə böyük SƏSƏ dönəcəyinə inamım var.
Budur, onun ilk kitabı - "Zaman tuneli" işıq üzü görüb. ("Natəvan" klubunda bu kitabın müzakirəsinə də yığışdıq).
... Kitab 7 bölmədən və 77 şeirdən ibarətdir. "Antik variant", "Axilles dabanı", "Əvəz-siz-lik", "Müharibə", "Zaman tuneli", "Bir qadının gündəliyi" və "Sevginin zamanı" - bu bölmələr şərti xarakter daşıyırmı? Məncə, yox!
Antik variant - müasir dünyanı, gerçəkliyi qədimlik, keçmişə baxış müstəvisində bəyan etməkdir, - deyə düşünək.
Gedir bir qadın -
bətnində körpəsi,
kürəyində ayağını
itirmiş əri,
bir sümükdür,
bir dəri.
Bəlkə qiyamətdir?
Yox, bu qadın işi
deyil!
İlahi
komediya,
bəşəri faciədir,
şeytani bir sənətdir!
Kimdir bu qadın? "Yaxşı tanıyıram o qadını
- Məryəm xalanı".
"Məhəlləmizdə
görürəm hər
gün" Dante qəsəbəsi,
Balzak küçəsi,
ev 66, mənzil 1-də".
"Antik variantda"
- "dayanar yol kənarında hər gün bir uşaqgataya
məktub yazar, hərfsiz bir əlifbada. Tanrıdan, bir də mələklərdən başqa
kimsə bilməz bu əlifbanı. Bir daşın üstünə
çıxıb əllərini
yuxarıya uzadan uşaq Allaha toxunacağını düşünər.
Amma yenə toxuna bilməz, çatmaz əlləri Ona".
"Ata! Ata!!, - qışqırar. Qışqırar pərən salar çiynindəki mələkləri".
Atar özünü lələklərinin
ucundakı
həsrətdən.
nə ölüsünü
görən olar, nə dirisini:
yer üzündə
bir uşaq azalar,
göy üzündə
bir mələk çoxalar.
"Metamorfoz" şeiri
"Antik variant"da
mifoloji düşüncənin
reallıqla sintezidir. Dantenin "İlahi
komediya"sından süzülən
bu düşüncə
bu günün atasızlıq faciəsini
yaşayan, əllərini
açıb "Ata!" deyib
qışqıran bir
uşağın fəryadına
hopdurulmuşdur. Uşağın mələyə dönməsi
irrealdı, amma mifoloji düşüncədə
Mələk saflığın,
günahsızlığın rəmzidir. Bu silsilədə hətta müasir məişət
qayğıları da
Arximedin "Evrika"sı
ilə paralelləşdirilir.
Həndəsə müəllimi "Pul yox, sevgi
yox! Yoxluq, yoxluq... Zaman geri qayıtmır,
boş çoxluq"
"məntiqinə" yuvarlanır.
Bəs hanı Evrika? "Antik variant"da
"Qadına şeir
yazmaq nəyə lazım-qadınlar özləri
şeir deyilmi? Tanrının şeirləri". Bu qız əruz
bəhrini xatırlatmırmı?
Müasir Çin qızının
damarlarından Tanıq
sülaləsinin qanı
axır, amma ürəyi Çin ipəyi kimi zərifdir. O, nə
"Xəmsə"dəki, nə də Qodarın "Çinli qız" filmindəki qız deyil.
Antiklik anlayışını
təkcə yunan mifologiyasından gələn
obrazlarla, yaxud bu obrazların ekvivalentləri ilə deyil, XX əsrin paradiqmaları ilə də paralel düşünmək olar. Bunu
"Ehtimal", "Hitlerin
katibəsi", "Kapitalizm"
şeirlərində gördük.
Ramil müharibəni
görməyib, top səsinə
diksinməyib, yuxusu ərşə çəkilməyib. Amma müharibə
haqqında müharibəni
görmədən də
şeir yazmaq olarmış. Ramil dünyaya
gələndə artıq
Qarabağ müharibəsi
bitmişdi, Atəşkəs
elan olunmuşdu.
Amma XXI əsrin uşaqları vaxtından tez böyüdülər, onların
müharibə haqqında
bildikləri yaşları
ilə müqayisədə
daha çoxdu. Onun şeirlərində müharibədən
sonrakı ovqat, daha doğrusu təzə nəslin (Ramil yaşlıların) müharibə haqqında,
onun şüurunda və psixologiyasında yaratdığı əks-səda
ilə qarşılaşırıq.
Ramil bu şeirlərdə demək istəyir ki, müharibə hələ bitməyib, şikəst qollarda, sındırılmış, qoparılmış
ayaqlarda, evin divarlarında görünən
şəhid ata şəkillərində, yol
gözləyən anaların,
sevgililərin göz yaşlarında davam edir.
Ramilin "Metamorfoz"
şeirini biz onun
"Müharibə" silsiləsi
üçün bir
AÇAR hesab edirik. Yol kənarında dayanan bir uşaq - bu şeirin qəhrəmanı;
Atasının ayaqqabısını
geyinib qaçan uşaq
maşınları da ötüb
keçəcəyini düşünər...
Bağlaya bilmədiyi
ayaqqabının ipləri
dolaşır ayaqlarına
-
yıxılar üzü
üstə,
yıxılar atasızlığa.
Və bu uşaq "hər gün ataya məktub yazar, hərfsiz bir əlifbada". Detal son dərəcə dəqiqdir. "Tanrıdan, bir də mələklərdən
başqa kimsə bilməz bu əlifbanı". Şeirin ideyası
bu misranın "çiynindədir".
Bir daşın üstünə
çıxıb
əllərini yuxarıya
uzadan uşaq
Allaha toxunacağını düşünər...
Qalxar hündürə, lap hündürə
-
barmaqlarının ucuna!
Amma yenə toxuna bilməz,
çatmaz əlləri
Ona...
Və bir gün...
Bir gün hürkər-
Görəndə çiynindən çıxan
Ağappaq, ağappaq lələkləri!..
"Ata!
Ata!", - qışqırar.
Qışqırar,
Pərən salar çiynindəki mələkləri.
Atar özünü
Lələklərinin ucundakı həsrətdən,
nə ölüsünü
görən olar, nə dirisini-
yer üzündə
bir uşaq azalar,
göy üzündə
bir mələk çoxalar.
Az qala Ramilin "Metamorfoz" şeirinin üçdə
birini sitat gətirdik. Gətirməyə bilməzdik, hər
hansı bir yaxşı şeirdən
söz açanda bəzən geniş şərhə, təfsirə
ehtiyac duymursan.
"Metamorfoz" Ramil
Əhmədin digər
şeirlərinin, xüsusilə,
"Müharibə silsiləsi"nin ən təsirli nümunəsidir.
O silsilədə uşaqlığı
ümidsizlik içində
keçən nəslin
etirafları səslənir.
Biz atamızın
ayaqqabılarına,
köynəklərinə,
dolabda tozlanan
siqaret qoxulu boz
pencəyinə baxıb
böyüdük...
"Ata"
dedik divardan baxan şəklə,
Şəkil kimi yaraşıqlıydı
atamız,
şəkil atamız!..
Ramilin müharibə
haqqında təəssüratları
Ata şəkli obrazında
"təmərküzləşir". Əslində, onun müharibə şeirləri "atasızlıq"
sindromu ilə bağlıdır. Mərhum şairimiz
İsa İsmayılzadənin
"Böyüdülmüş şəkillər"indəki Ata sanki Ramilin təsvir
etdiyi o atasız evin divarlarına qonur. "Hər
evdə böyüdülmüş
bir əsgər şəkli qaldı".
Bu, müharibədən sonrakı mənzərədir.
Tankların əvvəl insanlığı,
sonra insanları əzib keçdiyi o müdhiş günlərin
ağrı-acılarını Ramil bir şeirində
Sonanın faciəsində
ümumiləşdirir.
Ramilin sevgi şeirləri də XXI əsr gəncinin - modernləşmə,
qloballaşma dövrünün
yetirməsi olan, xarici ədəbiyyatı,
Amerika və Avropa filmlərini izləyən, təzə
vərdişlərə, dəblərə
mümkün qədər
tez yiyələnən
bir fərdin (fərdlərin) duyğu və düşüncələrini
ifadə edir. Eyni zamanda, min illərin "sevgi təcrübəsi"nə
(praktikasına) - yazılmışlara,
deyilmişlərə biganəlik
də nəzərdən
qaçmır. Əslində, hər nəslin öz sevgi "fəlsəfəsi" olmalıdır.
"Sevgi oyunları"
da bu məcrada
davam edir: "Əvvəlcə dostluq, birlikdə kinoya getmək, ikilikdə şam etmək, İçərişəhərin antik kafesində təzə eşqin şərəfinə badə
qaldırmaq-Mesaclar, gecə
zəngləri... Telefonda
açılan sabahlar...
Ehtiyatlı olun! Ağlın qapıları bağlanır-növbəti
stansiya Xətaidir.
Siz sevgiyə doğru gedirsiniz, ürəyə doğru...Tük... tak... tük... tak... Sonra ayrılıq, hicran, açılmayan sabahlar, bitməyən axşamlar".
Daha sonra şəkillər qayçılanır, mesajlar
silinir, siqar siqara calanır. Və ürəyin qapıları
bağlanır. Amma Ramilin
sevgi şeirləri içərisində sanki
yuxarıdakı modern "hicran"
sevgisinə deyil, ənənədən gələn,
hələ də öz bakirəliyini itirməyən hicran, ayrılıq motivlərinə
də təsadüf edirik.
Bağçada çiçək qalmamışdı,
hamısının da son ləçəyi
"Sevmir!" deyirdi bir ağızdan...
Həmin
gündən nifrət
edir güllərə...
Bu gün ona gül
gətirən
oğlan da aldadırdı onu...
O isə inanmırdı o ağ, gözəl
əllərə...
Səni
heç vaxt tək buraxmayacam-
deyən anasına
da...
Onun güzgü ürəyini
qırdılar,
hamı aldatdı onu, hamı...
Bircə
illər öncə
"Sevmir!" deyən
Çiçəklərdən başqa.
Məncə. Onun ən gözəl
sevgi şeiri "Məktub"dur. "Səni heç vaxt tapa bilməyəcəyim üçün itirmək
qorxum yoxdu... Hər qadında səndən bir az nəşə
var - bu qadınlar sənin yoxluğunun şəkilləridi".
Ramil Əhmədin
şeirləri məndə
belə bir təəssürat oyatdı
ki, o, axtarış aparır və öu axtarışların
yönü, istiqaməti
modern şeir axarındadır. Təbii
ki, bu axarda
müasir şeir mədəniyyəti ilə
həmahəng olan məqamlar az
deyil, yalnız "söz oyununa", "riyazi-həndəsi" formallığa
aludəçilik də...
Sırf ağılla yazılan şeirlər də var, yalnız hisslərin təlatümünü
əks etdirənlər
də. İkisinin vəhdəti duylan
şeirlər də.
Hər halda, uğurlar arzulayıram bu 21 yaşlı cavan şairə...
Ədalət.-2015.-25
aprel.-S.15.