Bela Tarr: mənim bütün filmlərim komediyadır

 

Dünya kinosunun ən tanınmış rejissorlarından biri olan Bela Tarr 1955-ci ildə Macarıstanın Peç şəhəində anadan olub. İlk 20 dəqiqəlik sənədli filmini on altı yaşında lentə alıb. Yasudziro Odzu, Andrey Tarkovski, Bresson kimi rejissorlardan təsirlənən Tarr sonralar özünün ən gözəl filmlərini çəkib. Rejissorun "Şeytan rəqsi", "Lənətlənmiş", "Verkmayster harmoniyaları", "Turin atı" kimi filmləri ona məşhurluq gətirib. Bela Tarr 2010-cu ildə ekranlaşdırdığı "Turin atı" filmindən sonra kinokaryerasına son verdiyini açıqlayıb. Rejissorun 2013-cü ildə verdiyi müsahibəni təqdim edirik.

 

-"Turin atı" filmi doğurdan da sizin ən fəlsəfi filminizdir. Nitşenin düşüncəsi ilə sizin şah əsəriniz olan film arasındakı əlaqəni izah edə bilərsinizmi?

-Fəlsəfə kinonun dili çox fərqlidi. Fəlsəfə kinodan kənar bir məkanda çalışır. "Turin atı" filmini fəlsəfə filmi olaraq adlandırılmağını sevmirəm. Çünki hər ikisi bir-birindən olduqca uzaqdır. Bu sadəcə bir filmdi. Mənim üçün əsas sual atın aqibətinin necə olmasıdır. 1985-ci ildə filmin ssenarisini yazan Laslo Krasnaxorkai bu sualı vermişdi. buna cavab tapa bilmək üçün otuz ilə qədər gözlədik. "Turin atı" filmi həmin suala bir cavabdı.

-Atın taleyi insanın taleyinimi təsvir edir?

-Elə demək olar. Ancaq simvolik formada bu çox çətindi, nəinki fiziki baxımdan: Tamamilə bir-birinə bağlı olan üç canlı var. Biri olmadan digəri yaşamır. Onlar öz çevrələrindədilər. Nəticədə isə az izah əhəmiyyətdi. Əsas olan yaşamaq uğrunda mübarizədir.

-Filmdə qonaq gələn adamın Nitşevari bir xarakter olduğunu söyləmək mümkündür?

-Tam formada demək olmaz. İçkisi qutardığı üçün yenisini almağa gələn adi bir qonşudur. Şüşəni stolun üstünə qoyduğu zaman düşüncəsini söyləyir, danışır. Çünki goplamağı çox sevir.

Məndən qeyir-səmimi bir şərh ala bilməyəcəksiniz. Bunu yoxlamağa da ehtiyac yoxdur.(gülümsəyir)

Hər şeyi ən sadə formada deməyi xoşlayıram film çəkməyin həddindən artıq mənfəətli olduğunu hesab edirəm.

Biz fərqli düşüncələrə sahib olduğumuz üçün film çəkməyin zehni olduğunu hesab edərək insanların taleyini o qədər diqqətə almırıq. Məncə rejissor bir neçə xarakteri anlamağı bacarmalı, onları həyatına oturtmalı həqiqi həyatda onların gündəlik yaşantılarını nümayiş etdirə bilməlidi. Filmimdən intellektual zövq ala bilirsinizsə, bu məni hədsiz dərəcədə məmnun edər. Ancaq yenə qeyd etmək istərdim ki, haqqında bəhs etdiyim filmim intellektual çalışmanın məhsulu deyil.

-Turin atı filmində həm dünyanın sonu ilə əlaqəli atmosfer hiss olunur. Amma burada siz bu fikirlərdən çox uzaq görünürsünüz. Həmin film dünyanın sonu ilə bağlı fikirlərinizə aydınlıq gətirirmi?

-Məncə dünya öz-özlüyündə heç zaman sona çatmayacaq. Çevrilişlər, dəyişilmələr, yeniləşmələr davamlı olaraq baş verəcək. Amma bu dünya xeyli sayda kiçik canlılardan ibarətdi. Bir tək canlının yox olması yaxud sonu dünyanın bir hissəsinin sonudur. Fimdəki atın ölümü söhbətin mövzusudursa, o zaman onun ölümü dünyanın müəyyən hissəsinin sonudur. Yaşayan hər bir canlının dəyərli olduğuna inanıram. Hər bir insan müəyyən qədər qürura sahibdir. Bizim vəzifəmiz isə bu qüruru qorumaqdan ibarətdir.

-Bir az əvvələ qayıdaqg Film çəkməyə necə başladınız sizi buna təşviq edən idi?

-Gənc yaşlarımda belə bir şiddətli istəyim olmayıb. Bu əsasən mən gördüyüm dünyanın çirkinliklərindən yaranan istək idi. Filmlərə baxmağı çox sevirdim. Ancaq izlədiyim filmlərin çoxu məni qane etmirdi. Həmin filmlər getdikcə məni daha çox sıxırdı. Bu kimi düşüncələrə qarşı çıxmaq üçün özüm film çəkmək qərarına gəldim. "Fərqli filmlər" çəkilir deyə göstərmək istədim.

-Kinokaryeranızı sona çatdırdığınız üçün bu günün filmlərindən razı olduğunuz deyə bilərikmi?

-Xeyir, mən ümumiyyətlə bu günün dünyasından heç razı deyiləm. artıq filmlərlə yeni nələrsə söyləyə biləcəyim fikirlərə sahib olmadığımı düşünürəm. Əks halda bu özümü təkrar etmək anlamına gələr. O zaman da filmlərim məndən yox, başqa məsələlərdən bəhs edər.

-Filmləriniz çox qaranlıq olsa da, fərqlidi. "Verkmayster harmoniyaları" filmini sizin ən ürəkaçan filminiz hesab etmək olar?

-Mənim bütün filmlərim ürəkaçıcıdır. Yalnış anlamayın, bədbin insan ölmək üçün nərdivanla dırmaşıb ağaca çıxan ordan özünü atan adamdır! Qaranlıq film çəkdiyini hesab etdiyinz adam səhər saat dörddə yuxudan qalxıb soyuqda, yağışda film çəkə bilmək üçün avadanlıq daşımaz. Hətta sizin tam rahat ola bilməyiniz üçün belə deyim ki, mənim bütün filmlərim komediyadır. Onlara da gülmək olar. Acı bir gülüşləg Sizcə həyatın özü bunlardan ibarət deyilmi?

-Flimləriniz davamlı olaraq ağ-qara çəkməyinizin xüsusi bir səbəbi var?

Əslinə qalsa elə xüsusi ya şəxsi səbəb yoxdur. Ağ-qara filmlər çəkəndə daha detallı incələmə edə bilirəm. Filmdəki planların iki rəng üzərindən daha ruhi hala gəlməsini əldə edirəm. Bu səbəbdəndir ki, qara rəng filmə bir başqa yaraşıq verir.

- Özünüzə yaxın hiss etdiyiniz ya sevdiyiniz kino adamları varmı? "Verkmayster harmoniyaları" filmində ilham pərinizin Xanna Şiqullaya istiqamətlənərək, Con Kassavetis Reyner Fassbinderdən təsirləndiyini hesab etmək olar?

Həm bəli, həm xeyir deyə bilərəm. Hər zaman səssiz sakit şeylərə qarşı çox həssas olmuşam. Xüsusilə plastik sənətə rəsmlərə baxmağı çox sevirəm.

- Rejissorluq işini dayandırdınız. Bundan sonra etməyi fikirləşirsiniz?

Uzun müddət Budapeştəki kino atelyemi işlədəcəm. Bu vasitəsi ilə maddi mənəvi imkanı olmayan kino adamlarına işləmək imkanı yaradacam. Bir Xorvatiyanın Split şəhərində film məktəbi açmaq istəyirəm.

- Niyə məhz Xorvatiya?

Çünki Dalmatsiya çox qəribə bir yer, Split isə tarixi şəhərdi.

 

 

Ədalət.-2015.-28 aprel.-S.6.