İstedadlı artist,
igid partizan, cəsur kəşfiyyatçı
Babanlı
Xanlar Salman oğlu 1918- ci ildə Şuşa
şəhərində anadan olub. Sonralar ailəsi
ilə birlikdə Tərtər rayonuna
köçmüşdür.
1932-ci ildə
Xanların atası Salman kişi vəfat
etmiş, az sonra isə anası dünyasını dəyişmişdir.
Balaca Xanları uşaq evinə verirlər.
O, Tərtər uşaq evində tərbiyə
almışdır. Daha sonra balaca Xanların təhsilə
olan hədsiz marağını görən uşaq evinin tərbiyəçiləri
onu Qusar rayonunda yerləşən Aqrotexnikumuna göndərmişdilər.
Burada o, pioner dostları ilə birlikdə bir
neçə tamaşa hazırlayır. Tamaşa
zamanı onun aktyorluq istedadını görən Qusar
Qızıl Ordu polkunun bədii özfəaliyyət dərnəyinin
rejissoru Xanlara Azərbaycan Teatr Texnikumuna daxil olmasını məsləhət
görür. Rejissorun məsləhətinə əməl
edən Xanlar imtahanları uğurla verib Teatr Texnikumuna daxil
olur və dörd il aktyorluq sənətini
mənimsəyir.
Texnikumu bitirən Xanlar 1936-cı ildə
Naxçıvan Dövlət Dram Teatrına təyinat
alır.
1936-37-ci il teatr mövsümündə gənc
aktyor bir neçə rolda çıxış etdi. Onlardan seçilən Cəfər Cabbarlının
"1905- ci ildə" pyesində Aram obrazı olmuşdur.
Bir il sonra, 1937-ci ildə o, Bakıya
qayıdır və Azərbaycan Dövlət estradasında bədii
söz ustası kimi fəaliyyət göstərməyə
başlayır. Bakının teatr afişlərində
Xanların adına tez-tez rast gəlinir. Onun rejissorluğu ilə ADU-nun tələbə
teatrı V.Şkvarkinin "Özgə uşağı" əsərinin
tamaşasını hazırlayır. Sonra
Azərbaycan sənaye politexnikumunun türk birliyi Süleyman
Rüstəmin "Yanğın" əsərini göstərir.
Həmin pyesin də rejissorluğu X. Babanlıya
tapşırılır. Gənclərin
qüvvəsi ilə yaranan tamaşa baxanların xoşuna gəlir.
Azərbaycan Dövlət estradasında işləyərkən
X. Babanlı Elmira Axundova, Cahan Talışinskaya kimi sevilən
aktyorlarla birgə konsertlər verir. Günlər
ötdükcə gənc aktyorun səriştəsi artır,
onu tanıyırlar.
Nəhayət, Xanlar Babanlının ayrıca konsertini təşkil
edirlər.
1939-cu ildə Azərbaycan Dövlət
estradasının gənc aktyoru Xanlar Babanlı hərbi xidmətə
yola düşür.
1941-ci ildən 1944-cü ilədək Ukraynada partizan dəstəsi
yaradan Xanlar silahdaşları ilə birlikdə alman faşistlərinə
qarşı amansızcasına mübarizə
aparmışdır.
Xanlar erkən yaşında ailə qurur. Belə ki, o,
hərbi xidmətə gedəndə artıq onun iki
övladı vardı.
1941-ci ilin sentyabrında Xanlar Lübenin cənubunda gedən
şiddətli döyüşlər zamanı ağır
yaralanır və huşunu itirir. O, gözlərini açanda
özünü almanların səhra hospitalında
görür. Almanların hərbi əsirlər
xəstəxanasında onu müalicə edirilər.Müalicə
başa çatandan sonra onların "üzərində
işləyərək" sovet ordusuna qarşı hazırlayırlar.
Xanlar öyrənir ki, onları təlim
keçmək adı ilə Almaniyaya aparacaqlar. Orada isə əsirləri ağır,
alçaldıcı işlər gözləyirdi. Odur ki, götür- qoy edib "qərar"ını
verir. Alman ordusunda qulluq etməyə
razı olur. Xanlar yalnız bu yolla silah əldə
edə bilər, ya da qaça bilərdi. Bundan sonrakı
fəaliyyətini isə o, yaxşı anlayırdı:
düşməndən hər vasitə ilə intiqam almaq.
Xanların Alman dilini bilməsi ona çox kömək
etdi. Alman zabitlərini inandırdı,
razılıqlarını aldı. Bundan sonra onu
yalnız bir məsələ düşündürürdü:
necə qaçmaq?
Belə
bir imkan 1942-ci ilin dekabrında Krasnodar altında ilk
göyüşdə yaranan çaxnaşma zamanı baş verdi. Xanlar çaxnaşmadan
istifadə edərək cəbhə xəttini keçməyə
cəhd göstərdi, lakin hitlerçilərlə
üz-üzə gəldi. Bir müddət
o, Taman yaxınlığında gizləndi. Nəhayət, özümüzünkülərə
tərəf keçməyin mümkün
olmadığını özündə yəqin edən
Xanlar sonradan alman komendantının yanına gələrək
hissədən ayrı düşdüyünü elan etdi.
Alman zabiti ona inandı və kağız verdi:
"Qafqaz yefreytoru Babanlı Slavyansk istiqamətində hərəkət
edir və hissəyə təcili qayıtmaq haqqında əmr
almışdır. Xüsusi qeyd: yolüstü nəqliyyatla".
Bu
arayış Xanlara imkan verdi ki,
axtarış və gizli əməliyyatlarını sərbəst
həyata keçirsin. O, Tamanda faşist düşərgələrindən
qaçan sovet hərbi əsirlərinə rast gəldi. Onların arasında köhnə tanışı -
Gəncə filarmoniyasının solisti Nadir Teymur oğlu
Teymurzadə də var idi. Xanlar qərara
aldı ki, konsert briqadası yaratsınlar və bu ad
altındada hərəkət etsinlər. Xanlar ona
verilmiş arayışa seçdiyi daha 8 nəfərin
adını əlavə etdi.Xanlar bu arayışın köməkliyi
ilə Kerçi, Krım yarmadasını keçərək
Nikolayevə gəlib çatdılar.Burada
komendantlığın leytenantı onlara belə bir sənəd
satdı: "Kunstqruppa (konsert briqadası) yefreytor Xanlar
Babanlının rəhbərliyi altında Dnepropetrovsk,
Nikolayevsk və Kirovoqrad vilayətlərinə qastrol səfərinə
çıxır".
Xanların dəstəsi tədricən alman paltarı,
silah, at, araba əldə etdi. Xanlar böyük məharətlə
rezindən möhür və ştamp düzəltməyi
öyrəndi. Tezliklə dəstənin konsert fəaliyyəti
başqa işlə əvəz olundu. Xanlar
Babanlının "artistləri" əhali arasındavərəqələr
yayır, almanlara qarşı təxribat işləri
aparır, işğalçıları və yerli polisləri
"ovlayırdılar".
Alman paltarı geymiş azərbaycanlılar günü-gündən fəaliyyət dairələrini genişləndirməyə başladılar. Onlar düşmənə daha sarsıdıcı zərbə vurmağı planlaşdırdılar. Belə ki, "Qafqaz varyetesi"nin üzvləri yefreytor Xanlar Babanlının rəhbərliyi altında almanların ərzaq və hərbi sursat anbarlarını partladır, düşmənin yüksək rütbəli zabitlərini aradan götürür, lazım olan məxfi sənədləri əldə edirdilər.Tezliklə Xanlar Krivoy-Roqda gizli iş aparan partizan dəstəsilə əlaqə yarada bildi. Bu zaman Krivoy-Roqda Domna Samsonovna böyük gizli qrup yaratmışdı.Çox keçmədən Krivoy-Roq vətənpərvərləri azərbaycanlı "musiqiçilərin"in timsalında döyüş köməyi aldılar. Xanlar Babanlının rus adı "Kostya" idi.
Xanlar Babanlının hazırladığı saxta sənədlərlə yüzlərlə əsir Almaniyaya sürgün olunmaqdan xilas edildi. Onlar tərəfindən hazırlanmış ərzaq kartoçkaları ilə yerli sakinləri və mərkəzin gizli tapşırıqlarını yerinə yetirən cəsur partizanlar ərzaqla təmin olunurdular. Sənədlər və ərzaq kartoçkaları Xanlar tərəfindən elə məharətlə hazırlanırdı ki, almanların ekspertləri belə onun saxta olduğunu ayırd edə bilmirdilər.
Xanların dəstəsi bir neçə hərbi sursat aparan qatarı da partladaraq düşmənə sarsıdıcı zərbə vurmuşdu. Onlar düşmənin strateji əhəmiyyətli körpülərini partladır, onların əsas hissələrlə əlaqə yaranmasının qarşısını alırdılar. Ardı-arası kəsilməyən dağıdıcı partlayışlar almanların yuxusunu ərşə çəkmişdi. Bu partlayışlardan gizli partizan hərəkatı da çaş qalmışdı. Sonradan Krivoy-Roq gizli partizan hərəkatı Xanların "musiqiçiləri"nin özfəaliyyətindən xəbər tutdular və ona bir mərkəzdən idarə olunma tapşırığı verildi.
Bundan sonra Xanların dəstəsi "Qafqazın varyetesi" adı ilə almanların qarşısında müxtəlif proqramlarla çıxış edir, alman əsgər və zabitlərini əyləndirirdilər. Hər dəfə də bu "keyf" almanlara baha başa gəlirdi. Çünki konsertdən az sonra həmin bina göyə sovrulurdu.
Almanlar Krivoy - Roq partizan dəstəsinin izinə düşərək, onun qərargahına yol tapdılar. Bunu hiss edən Xanlar dəstəsi ilə birlikdə Odessa, Nikolayev və başqa şəhərlərə "qastrol" səfərinə çıxdı.
Bir dəfə Dnepropetrovskda zabitlər evində
"Qafqaz varyetesi" Şərq konserti verirdi. Konsertin
şirin yerində artistlər binanı yerlə yeksan edib,
aradan salamat çıxa bildilər. Bu dəhşətli
partlayış nəticəsində bir alman generalı və
680 zabit həlak oldu. İki aydan çox idi ki, şəhərdəki
təxribatları, hücumları, partlayışları hərəkətdə
olan fəal partizanların adına
çıxırdılar. Lakin
ağıllarına belə gətirmirdilər ki, bütün
bunlar Xanların əməlləridir. Bundan
sonra Xanların dəstəsi bu şəhərdə almanlar tərəfindən
şübhə altına alındılar. Bunu hiss edən
Xanlar şəhəri tərk etməli olur.
Xanların dəstəsi araba ilə şəhəri tərkedəndə,
bu vaxt səmada bir təyyarə göründü. Faşistlər hər tərəfdən
təyyarəni atəşə tutdular.Təyyarə gah enir,gah sürətlə qalxır, lakin atəş
dairəsindən çıxa bilmirdi. Birdən
təyyarə alışdı.Alovlanan təyyarədən bir
paraşütçü ayrıldı.Bu, Xanların
gözündən yayınmadı.
Xanlargil arabadan düşüb paraşütçü
enən tərəfə qaçdılar. Paraşütçü
Xanları və onun dəstəsini alman paltarında
görüb təslim olmaq istəmirdi. Əlbəyaxadan
sonra onu tərksilah edə bildilər. Xanlar kim olduğunu desə də, təyyarəçi
onlara inanmırdı. Bu vaxt uzaqdan sürətlə
onlara tərəf gələn yük maşını
göründü. Faşistlər cəld yerə
tökülüşərək hər tərəfdən
qışqırırdılar:
- Onu biz
vurmuşuq. Əsir bizimdir.
-
Əsiri kim tutubsa onundur. Əsiri
biz, özümüz təhvil verəcəyik.Biz 203-cü
zonderkomandadanıq.Sizin əsiriniz isə o tərəfdədir,
--deyərək Xanlar yanan təyyarəni göstərdi.
Lakin alman əsgərləri əl çəkmək
istəmirdilər. Odur ki, Xanlar təyyarəçinin
papağını, kompasını, çantasını,
saatını və boş qoburunu onlara tərəf
tullayıb, əsirin qolundan yapışaraq səhraya tərəf
addımladı.
Almanların
maşını gedəndən sonra əsiri buraxıb dedi:
- Get, bir
də əsir düşmə.
Sonra
Xanlar onun tapançasını da qaytardı...
Oktyabr mədəni şaxtalarının birinin ətrafına
uca hasar, onun üzərində isə bir neçə cərgə
tikanlı məftil çəkilmişdi.Şaxta böyük
səylə mühafizə olunurdu, oraya gələn və gedən
yük maşınlarının kuzovu daim örtülü
olurdu.
Babanlı bu barədə azbaş
sındırmamışdı: keçilməz hasarın,
zindan kimi ağır dəmir darvazanın arxasında nə
kimi sirr gizlənir?Gizli zavod?Yeni
silahların saxlandığı anbar? Gizli təşkilatın
üzvləri şaxtadan çıxan bütün
avtomaşınların nömrəsini yazdılar və elə
həmin gün Dolqintsevo və Pyatixatka stansiyalarında da belə
bir hesab apardılar.Lakin avtomaşınların nömrələri
tuş gəlmirdig
Nəhayət,
Xanların zabit forması bu dəfə də onun karına gəldi.O,
gizli təşkilatın üzvü olan Aleksey Fyodorovla əlaqəyə
girir.Fyodorov şaxtadakı gözətçilərdən bir
neçəsi ilə tanış idi.Az vaxt ərzində
gözətçi postlarının yerləşdiyi yerləri,
gözətçilərin növbəni dəyişmə
vaxtını, parolu,siqnalizasiya sistemini və telefon rabitəsini
öyrənməyə imkan yarandı. Xanlar
çətinliklə dəolsa, öyrəndi ki, bu şaxtada
almanların sovet "katyuşa"sına bənzər
altılüləli minamyot - "vanyuşa"sı saxlanılır.
Bütün hazırlıqlar
görüldükdən sonra Xanların dəstəsi
anbarı başdan - başa minalayır. Xanlargil
mədəndən xeyli uzaqlaşandan sonra partlayışlar
başlayır. Bu almanlara vurulmuş ən
böyük zərbə idi.
1943 - cü il dekabrın 2- də Dolqintsevo dəmir
yol stansiyasında Babanlı, Teymurzadə və Nəbiyev
almanların döyüş sursatı ilə dolu bir
qatarını da partlatdılarg
Azərbaycan Respublikasının Tarix muzeyində bir məktub var. Bu məktub Aleksandriya şəhərində yaşayan D. S. Koneva göndərib. Xanlar Babanlı haqqında son məlumat həmin məktubda yazılıbdır.
"Xanlar Babanlı tələbkar komandir, bacarıqlı və inadcıl siyasi rəhbər idi. Yoldaşlarından partizan ürəyi, partizan dəyanəti tələb edirdi. Dəstəsindəki adamlardan birinin Xanlarla arası yox idi, gözü onu götürmürdü. 1944-cü ilin yanvarında Sovet Ordusunun Dnepropetrovska gəlişinə az qalmış xain Xanları kürəyindən vurub öldürdü. Partizanlar Xanların qanını alaraq xaini güllələdilər".
Vətəndən uzaqlarda, vaxtı ilə düşmən tərəfindən zəbt edilmiş Nikolayev şəhərində "Qafqaz varyetesi"nin bədii rəhbəri, bacarıqlı artist, ölməz qəhrəman Xanlar Salman oğlu Babanlının məzarı həmişə gül - çiçəyə qərq olur.
İstedadlı artist, igid partizan, cəsur kəşfiyyatçı Xanlar Babanlının Böyük Vətən müharibəsində göstərdiyi şücaətləri sayıb - sadalamaqla qırtarmaq olmur. Kiçik bir yazıda cəsur kəşfiyyatçının əfsanəvi "Mixaylo"nun qəhrəmanlıqlarını təkrar etməsi səhnələrini geniş şəkildə vermək mümkün deyildir. Çünki Xanlar haqqında çox yazılıb, çox söz deyilibdir, sənədli filmlər çəkilibdir, dərsliklərə salınıbdır, ensiklopediyada haqqında məlumat yerilibdir. Onun barəsində roman, povest, hekayələr yazılıbdır. Bütün bunlar xalqımız üçün böyük şərəfdir. Xalqımızın böyüklüyü ondadır ki, o, Vətənə həzilər, mehdilər, qafurlar, gəraylar, xanlarlar kimi qorxmaz, igid, canını torpağından, Vətənindən əsirgəməyən övladlar bəxş etmişdir.
Qeyd: Bu gün SSRİ idman ustası, Azərbaycan
Respublikasının Əməkdar məşqçisi, Boks
üzrə Beynəlxalq dərəcəli hakim, Azərbaycan
Boks Federasiyasının katibi, üç övlad atası Tofiq
Xanlar oğlu Babanlı atası ilə fəxr edə bilər.
Ataların keçdiyi şərəfli yolları bu gün
oğullar davam etdirir...
Ədalət.-2015.-29 aprel.-S.5.