QAX: UCALAN VƏ
ŞÖHRƏTLƏNƏN QƏDİM OĞUZ ELİ
Layihənin istiqaməti:
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
"...Azərbaycan
müasir dövlətdir,
iqtisadiyyatımız bazar
iqtisadiyyatı prinsipləri
üzərində qurulubdur.
Amma eyni zamanda, biz sosial dövlətik. Sosial dövlət o deməkdir
ki, insan amili, Azərbaycan vətəndaşı, onun
maraqları, onun rifahı siyasətimizin mərkəzindədir".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
(əvvəli
ötən sayımızda)
İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil
edən Qax rayonunda da 2015-ci ilin ötən dövrü ərzində
bitkiçilik və heyvandarlıq məhsulları
istehsalının dinamik
artımının təmin
olunması məqsədi
ilə qarşıya qoyulmuş vəzifələrin
icrası istiqamətində
işlər davam etdirilmişdir. Belə ki, cari ilin
birinci rübündə
559 hektar sahədə
yonca, 86 hektar sahədə tərəvəz,
119 hektar sahədə
vələmir, 54 hektar
sahədə bostan,
248 hektar sahədə
kartof, 12 ha sahədə
qarğıdalı əkini
aparılmış və
yazlıqların əkini
sürətlə davam
etdirilir. "İnterTabacco" MMC tərəfindən
400 ha sahəni təmin
edəcək tütün
şitili yetişdirilmişdir.
Aqroservis filialı tərəfindən
güzəştli şərtlərlə
satılması məqsədilə
400 ton azot gübrəsi
gətirilərək 370 tonu
məhsul istehsalçılarına
satılmış və
taxıl sahələrinə
verilməsi təmin olunmuşdur.
Mineral gübrələrin rayona gətirilməsi istiqamətində işlər
davam etdirilir.
Ekologiya
strateji əhəmiyyət
daşıyır
Rayonun ərazisində
ekoloji durumun yaxşılaşdırılması və ətraf mühitin mühafizəsinin
təmin olunması sahəsində məqsədyönlü
tədbirlər davam etdirilmişdir.
Belə
ki, rayon İcra Hakimiyyətinin təşəbbüsü
ilə Şəki-Qax-Zaqatala
magistral yolunun kənarında 5800 ədəd,
kəndətrafı ərazilərdə
isə 4150 ədəd
müxtəlif növ
agac əkilmiş və hazırda bu iş davam
etdirilir.
İlisu Dövlət Təbiət
Qoruğu tərəfindən
Dövlət yasaqlığı
ərazilərində və
xüsusi mühafizə
olunan təbiət ərazilərində fauna elementlərinin
qorunması və mühafizə rejiminə əməl olunması ilə bağlı tədbirlər davam etdirilmişdir.
Rayon Meşələrin Mühafizəsi
və Bərpası Müəssisəsi tərəfindən
cari ildə 17 hektar dövlət meşə fondu torpaqlarında meşə
əkini və 0.20 hektar sahədə ting səpini aparılmışdır.
Rayonda maldarlığa
yeni münasibət
Rayonda heyvandarlıq
məhsulları istehsalının
intensiv inkişaf etdirilməsinə zəmin
yaradan cins maldarlığın inkişafı
və süni mayalandırmanın tətbiqinin
daha da genişləndirilməsi
istiqamətində aparılan
tədbirlər davam etdirilmişdir.
Hesabat dövründə
601 baş inək və düyə yüksək məhsuldar törədici toxumları
ilə süni yolla mayalandırılmışdır. Süni mayalandırılmış
heyvanlardan 394 baş bala alınmışdır
ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
41 baş çoxdur.
Qoyunçuluqda da döl kompaniyası müvəffəqiyyətlə
başa çatmış,
hər 100 ana qoyundan orta hesabla
94 baş salamat quzu alınmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət
istehsalı 7,3 ton artaraq
553,4 tona, süd istehsalı 10,2 ton artaraq
2573,6 tona, yumurta istehsalı 5 min ədəd
artaraq 2 milyon 210 min ədədə çatmışdır.
Mövcud mal-qaranın sağlamlığının
qorunması, əhalinin
sağlam və keyfiyyətli heyvandarlıq
məhsulları ilə
təmin olunması üçün epizootiya əleyhinə tədbirlərin
plana uyğun icrası təmin olunmuş, hal-hazırda profilaktik və müalicə tədbirlərinin
aparılması davam etdirilir.
Sudan düzgün istifadə mühüm məsələdir
Hesabat dövründə torpaqların
su təminatının
yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya
işlərinin həyata
keçirilməsi məqsədi
ilə 243 min m3 həcmdə
lildən təmizləmə,
269 m3 beton kanallarda, 5 ədəd hidrotexniki qurğuda və 3 ədəd hidropostlarda təmir işləri aparılmışdır. Sel
sularından mühafizə
tədbirlərinin həyata
keçirilməsi məqsədi
ilə 136 min m3 daşqın
və selə qarşı məcratəmizləmə
işləri aparılmış,
243 m3 qabyon və 947
m3 daş-beton bəndlərdə
isə daşqın və selə qarşı sahilbərkitmə
işlərinin aparılması
məqsədi ilə təmir işləri aparılmışdır.
Təhsil
sahəsindəki yeni uğurlar
Hesabat dövründə
rayonda təhsilin inkişaf etdirilməsi, onun keyfiyyətinin yaxşılaşdırılması sahəsində də bir sıra işlər
görülmüşdür. Belə
ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 5 dekabr 2011-ci il tarixli 2016 №-li əmrinə müvafiq rayonun ümumtəhsil məktəblərinin
IX və XI sinif şagirdləri arasında
təhsil şöbəsinin
xətti ilə test yoxlama imtahanları keçirilmiş, bu imtahanlarda IX siniflər üzrə 573, XI siniflər
üzrə 429 nəfər
şagirdin iştirakı
təmin edilmişdir.
Yoxlama imtahanlarında
IX sinf şagirdləri
79,6 %, XI sinif şagirdləri isə 73
% müvəffəqiyyət göstərmişdir.
Fənn olimpiadalarının məktəb,
rayon və zona turları keçirilmişdir. 3 nəfər şagirdimiz respublika turunda iştirak etmək hüququ qazanmışdır.
Məktəblilərin 47-ci Beynəlxalq Kimya olimpiadasında çıxış edəcək
milli komandaya namizədlərin seçiminin
rayon və zona mərhələsi keçirilmiş,
dörd nəfər şagird respublika turunda iştirak etmək hüququ qazanmışdır.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-5 may.-S.7.