Musiqi paytaxtının yeddinci simfoniyası
Qəbələdə
ənənəvi keçirilən Beynəlxalq Musiqi Festivalı bu dəfə
də sənət hadisəsinə çevrildi
Təbiətin incisi Qəbələ
son illər dünyada
tanınan musiqiçilərin,
sənətsevərlərin, zövqlü tamaşaçıların
görüş yerinə
çevrilib. 2009-cu ildən başlayaraq hər yay burada
Beynəlxalq Musiqi Festivalı keçirilir.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu festivalda görkəmli
ifaçılar, tanınmış
musiqi kollektivləri eyni səhnəni bölüşürlər.
Uğurlu start
Ənənə bu il
də davam etdi. Qəbələ VII Beynəlxalq Musiqi
Festivalı unudulmaz bir bayram kimi
yaddaşlarda qaldı.
12 ölkədən görkəmli musiqiçilər,
bədii kollektivlər,
dirijorlar və solistlər öz repertuarlarındakı ən
gözəl musiqilərlə
əsrarəngiz gözəlliklərlə
dolu təbiətin qoynunda çıxış
etdilər. İyulun
25-də start götürən
bayram ayın 31-dək
davam etdi və bu günlər
ərzində Qəbələ
yenidən dünyanın
musiqi paytaxtı kimi diqqət mərkəzinə düşdü.
Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı
parkda keçirilən
rəsmi açılış
mərasimindən aydın
oldu ki, musiqiçiləri, dünyanın
müxtəlif ölkələrindən
Qəbələyə gələn
tamaşaçıları maraqlı sənət bayramı gözləyir. Beynəlxalq
Festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru,
Xalq artisti Fərhad Bədəlbəylinin
təbirincə desək,
ənənəvi Qəbələ
Beynəlxalq Musiqi Festivalı Azərbaycandan
kənarda da böyük maraqla izlənilir. Öz musiqi mədəniyyəti
ilə fərqlənən
Azərbaycan həmişə
olduğu kimi yenə dünyaya öz töhfəsini verir. Qəbələdə
hər il
təşkil edilən
bu möhtəşəm
musiqi bayramı da ölkəmizin dünyada tanıdılması
üçün gözəl
bir vasitədir. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın bu ənənəvi tədbirin
yüksək səviyyədə
keçirilməsindəki xidmətləri
xüsusi vurğulandı.
Qəbələ VII Beynəlxalq Musiqi Festivalının açılış
mərasimində və
sonrakı günlərdə
daha bir əlamətdar hadisə qeyd olundu. Məlum
olduğu kimi, bu il dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin 130 illik
yubileyidir. Dünya musiqi mədəniyyətinə
ölməz əsərlər
bəxş edən Üzeyir bəy bu beynəlxalq sənət bayramında dəfələrlə yad
olundu. 30 ildir ki, planetin
ən böyük konsert salonlarında uğurla çıxış
edən İtaliya Simfonik Orkestrinin ifasında ölməz bəstəkarımızın əsərlərini
dinləmək bayramı
izləyən hər kəsə unudulmaz anlar yaşatdı.
Harmoniya
Bu yerlərin təmiz havası, yaşıl donlu təbiəti və peşəkarların
ifa etdiyi ölməz musiqilər...
Qəbələ VII Beynəlxalq Musiqi
Festivalı davam edən günlərdə
bu harmoniya qəlbləri riqqətə
gətirdi.
Klassik musiqiyə
böyük maraq göstərən Qəbələ
sakinləri, gözəl
təbiətə malik
bu qədim və həm də müasir şəhərə gələn
əcnəbi turistlər
sərin yay axşamlarında virtuoz ifaçılarla yanaşı
gənc istedadları canlı dinləmək imkanı qazandılar. Möhtəşəm sənət bayramında səhnəyə çıxan
görkəmli musiqiçilər
festivalı daha da yaddaqalan etdilər.
Qəbələ Beynəlxalq Musiqi
Festivalının bədii
rəhbəri, "Yeni
Rusiya" Dövlət
Simfonik Orkestrinin dirijoru, nüfuzlu
"Grammy" mükafatı laureatı Dmirti Yablonski, tanınmış
dirijor Pol Mayer, "Moskva Virtuozları" Kamera Orkestri, Xalq artisti Fərhad
Bədəlbəyli, truba
ifaçısı Sergey Nakaryakov,
İtaliya Simfonik Orkestri, İsrailin məşhur violin ifaçısı
Janna Qandelmann, Xalq artisti Teymur Göyçayevin rəhbərlik
etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, gənc muğam ifaçıları öz
çıxışları ilə tamaşaçıları
heyran etdilər. Hər möhtəşəm çıxışın
ardından səslənən
alqışlar bunun göstəricisi idi.
S. Baxın, V. Motsartın, L.
Bethovenin, S. Raxmaninovun,
J. Arbanın, Ü. Hacıbəylinin,
Q. Qarayevin, F. Əmirovun,
V. Mustafazadənin, S. İbrahimovanın
unudulmaz əsərləri
festivalda səsləndikcə
Qəbələ bu günlədə dünyanın
musiqi paytaxtı olduğunu bir daha sübut etdi.
Qəbələ VII Beynəlxalq Musiqi Festivalının bağlanış
mərasimi də möhtəşəm oldu
və atəşfəşanlıqla
yekunlaşdı.
Gözəl anlar
unudularmı?
Qəbələ VII Beynəlxalq Musiqi Festivalı başa çatsa da, möhtəşəm sənət
bayramı barədə
xoş təəssüratlar
unudulmur, söhbətlər,
fikir mübadiləsi davam edir.
Millət
vəkili Fəttah Heydərov mətbuata verdiyi açıqlamada festivalın yekunlarını
yüksək qiymətləndirib:
"Dünyada kifayət
qədər tanınan
və sevilən, canlı ifalarının dinlənilməsi hər zaman mümkün olmayan korifey sənətkarlar bu festivalın qonağı oldu. Onlar öz gözəl
çıxışları ilə yerli və əcnəbi tamaşaçıların zövqünü
oxşadılar. Festival
bir daha göstərdi ki, ölkəmiz hər sahədə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də dünyaya işıq saça bilər. Azərbaycan belə yüksək səviyyəli tədbirlərin
keçirilməsində böyük
təcrübəsi və
ənənəsi olan
dövlətlərdən heç
də geri qalmadığını göstərdi.
Heydər Əliyev Fondunun uğurlu layihələrindən
olan bu beynəlxalq
musiqi festivalı hələ uzun illər keçiriləcək,
Qəbələ dünyanın
mədəniyyət mərkəzinə
çevriləcək".
Qəbələ VII Beynəlxalq Musiqi Festivalında iştirak
edən musiqiçilər, onların ifalarından böyük zövq alan tamaşaçılar növbəti sənət
bayramının başlayacağı anı səbirsizliklə
gözləyirlər.
ədalət.-2015.-8 avqust.-S.13.