QAR ÇİÇƏYİNİN
ƏTRİ
"Bəzi bölgələrimizdə
bu gülə danaqıran da deyirlər, hətta bu haqda xalq rəvayəti
də mövcuddur". Şair Ramazan Səməroğlunun "Qar çiçəyi" şeiri
bu informasiya ilə
başlayır.
Poeziyada adi bir qar çiçəyi
-təbiətin gözəllik sərgisinin bir
incəlik, bir zəriflik təcəssümünə
dönür. Qarın, şaxtanın soyuq dünyasında sevgi
nəğməsi oxuyur.
Bu qarın içində nə axtarırsan,
Hara tələsirsən, ay qarçiçəyi?!
Çillənin çovğunu döyür başına,
Soyuqdan əsirsən, ay qarçiçəyi.
Bozaydır, heç kəs yox, dağda qəribsən,
Yuyub ləçəyini qara səribsən.
Xoşbəxt anlarını qışa veribsən,
Yaz gəlcək gedirsən, ay qarçiçəyi.
Rəngin ağarıbdı, nə dərd-sərin var?
Göylərə göz qoyan ləçəklərin var.
Çillənin ömründə vaxtın, yerin var,
Zamana əsirsən, ay qarçiçəyi.
Əslində, qarçiçəyi obrazı simvolik məna kəsb edir. Şair bunu düşünmüşmü, yəqin ki, o qarçiçəyinin çillənin çovğunu altında soyuqdan əsməsini görəndə, həyatında min bəlaya tuş gələn, çətinliklər, əziyyətlər içində ömür sürən, amma özünü itirməyən, yaşamağın gözəlliyini duyan insanları düşünmüşgBu qarçiçəyi ilə mənalı insan ömrü bir-birinə necə oxşayırlar.
Torpağın bahardan ilk nişanəsi,
Sehrin düşündürür görən hər kəsi.
Şaxtanın, sazağın sevgi nəğməsi,
Ağappaq gəlinsən, ay qarçiçəyi.
Ramazan Səməroğlu qədim Zəngəzur mahalının Qafan bölgəsinin Kürüd kəndində anadan olub və təbiətin gözəlliklərini də elə o kənddə görüb və ürəyi də o gözəlliklərinin əsiri olub. Ona görə də şeirlərində təbiətdən gələn bir təbiilik, bir zəriflik hiss edirsən. "Zirvədə bir topa bulud görürəm, Sanki dağlar ona naxış vurubdur. Mürgülü görünün gədiklər yenə, Şeh düşüb, üstünə yorğan salıbdır"-bu misraları ancaq təbiət vurğunu olan və təbiəti içində yaşadan bir şair qələmə ala bilər. "Bir duman topası gördüm uzaqdan, Elə bildim Ağrıdağdan gəlibdir. Boynubükük baxır səmadan yerə, Bəlkə o da mənim kimi qəribdir"- bu misraları da o şair yaza bilər ki, sevdiyi dağlardan uzaq düşsün, torpaq, yurd həsrəti onu yandırıb-yaxsın.
İllər gəlib keçir, insan o dağları, o çiçəkləri, zirvədəki o qarçiçəyini unuda bilmir. Onun ömrü də o həsrətlə keçir. Deyir ki: "Şehə möhtac olan çiçək kimiyəm, Ümidim göylərə açıb əlini".
Ramazan Səməroğlunun şeirləri bir insan ömrünün keçdiyi yollara iz salır. Hər bir şair təbii ki, özünü yazır, öz həyatından, ömür yolundan söz açır və onun şeirlərində bizə doğma olan nə varsa, o şairlə ünsiyyətimiz baş tutur. Bir ürəkdən başqa bir ürəyə körpü salmaq!- bu, sözün fiziki mənasında yox, məcazi anlamda dərk edilərsə, deyə bilərik ki, bu körpünün memarı şairin özüdür. Ramazan Səməroğlunun şeirlərində ömürlə bağlı nümunələr az deyil və bunlar bir fərdin yox, həm də bizim ömrümüzün mənasını şərh edir:
Günəşi əyilən dağa bənzəyir,
Zirvədə kölgəsi itir ömrümün.
Açan çiçəklərin soldurur zaman,
Yerində düzdəyi bitir ömrümün.
Küləkdən gizlənən duman kimidi,
Yaddaşda oynayan güman kimidi,
Ondan bir mərhəmət uman kimidi,
Karvanı yol tutub gedir
ömrümün.
Bu ömürdə sevgi
dolu günlər də olub, yurd
həsrətindən doğan
və hələlik bitib-tükənməyən günlər
də. Tənhalıq da o ömrün qapısını döyüb,
dost itkisindən, ana mehrindən uzaq düşən aylar da. Xatirələr, unudulmayan görüşlər
onun şeirlərində
nostalci hisslərin gur selini yaradır.
Keçmişə, ötən günlərə
qayıdış insan
ömrünün məna
və mahiyyətini də işığa bürüyür, deməli,
sən bu ömrü işıqsız
yaşamamısan. Analı
günlərin olub:
Axtaram özümü layla səsində,
Kaş ki bir də uşaq
olam, ay ana.
Ötən günlərinə dönəsən
sən də,
Kaş ki bir də uşaq
olam, ay ana.
Sevinc olam, gözlərinə qonam mən,
Bu dünyanın azın da çox sanam
mən,
Təkcə sənin qucağında
sınam mən,
Kaş ki bir də uşaq
olam, ay ana.
Ramazan Səməroğlu
müasir şeirin ənənəvi-heca ərazisində
gücünü sınayır
və deyərdim ki, bu ərazidə
fərqlənməyə, seçilməyə
can atır. Yaxşı şeirləri də
var, ortababları da. Çox sadə və
təbii yazır, bəzən bu sadəlik və təbiilik elə o həddə qalır, fikir obrazlı ifadəsini tapmır, amma əksər şeirlərində fikrini
poetikləşdirə bilir.
Məsələ burasındadır ki, müasir şeirdə sən əgər doğma heca vəznində yazırsansa, əllaməçiliyə
yol verməməlisən
və Səməroğlunun
şeirlərində də
öu cəhət daha qabarıq nəzərə çarpır,
yəni, o sadəlikdə
və təbiilikdə
poeziya işığı
hiss olunur. Hərçənd
ki, bəzi şeirlərində namünasib
bildiyim misralar, sözlər, ifadələr
də var. Məsələn,
dünya haqqında yazdığı bir şeirdə belə misraların olmağını
heç istəməzdik:
"Dünya kimi bir axmağa, Vurulmaq çox əbəs imiş". Dünyadan gileylənmək olar, amma ona "axmaq" epitetini işlətmək günahdır.
Halbuki, R.Səməroğlunun
dünyaya həsr etdiyi başqa bir şeiri də var:
Ağlama,
ağlasan, aciz olarsan,
Məni
də sağalmaz dərdə salarsan,
Göz yaşıylv çətin
qisas alarsan,
Bu dünya bir damla göz yaşın deyil.
Bu şeirdə dünya
göz yaşından
aşağı tutulur,
amma gözdən düşmür, çünki
xalqda belə deyimlə rastlaşmışıq.
Səməroğlunun sevgi şeirlərinin bir çoxu yaşanılan hisslərin
ifadəsidir. Ona görə də
səmimi təsir bağışlayır. Sevgi hissini
yaşamadan səmimi sevgi şeiri yazmaq olmaz.
Bəlkə taleyimiz göyə
çəkilib,
Baxışım yollardan yığışmır
nədən?
Köçdən ayrı düşən
durnalar kimi,
Mən ayrı
gəzirəm öz taleyimdən.
Vətən, torpaq, bayraq və s. ictimai mövzulu şeirlərində
də o səmimiyyət
davam edir. Amma "Dilimizin əzbərisən,
Azərbaycan, Azərbaycan"
kimi trafaret ifadələrin işlənməsi
də nəzərdən
yayınmır.
Ramazan Səməroğlu
əruzda da şeirlər yazır. Qəzəllərinin bəzilərində sınıqlar
da nəzərdən qaçmır, bu vəzndə yazdıqlarını
onun üçün bir məşq olduğunu düşünürük.
Bəyəndimiz bir qəzələ diqqət
yetirin:
Ayaq saxla, getmə ey gül, qəlbim
sənsiz fəğan
eylər,
Sənin o ala gözlərin gündə
neçə yol qan eylər.
Fələk mənə dərd
verəndə dərmanı
səndə qalıbdı,
Deyib dərdimə
dərmanı sənin
kimi canan eylər.
Sənsiz
elə sanma ki, mən həsrətini
unutmuşam,
Gündə sorğu-sualım var, o hər gün imtahan eylər.
Ayrılığın göz yaşımda əbədilik
tutmuş qərar,
Gahdan sızqa
yağış olar, gahdan da qar,
boran eylər.
Anlamadım, son gedişin, nəyçün
belə əzablıymış,
Ramazanda
can qoymayıb hər
an ömrüm talan eylər.
Ramazan Səməroğluya
uğurlar arzulayaq. Poeziya yolu
çətin, əzablı
yoldur. Bu yolda "axtarış lazımdır, axtarış"-
Əli Kərimin bu misralarını yada salaq.
Vaqif
YUSİFLİ,
filologiya elmləri doktoru
ədalət.-2015.-12 avqust.-S.3.