RƏŞAD MƏCİDİN ÖZÜ
VƏ SÖZÜ
Rəşid Faxralı
"Mənə istinad nöqtəsi verin, Yer kürəsini məhvərindən çıxardım".
Arximed
Hər kitab oxucunun maraq dünyasını əhatələyə bilmir. Şeirlər kitabı daha həs-saslıqla. Çağdaş oxucunun (bizim!) maraq dünyamız nə ilə şərtlənir? -- şeirin aşı-ladığı fikrin doğmalığıyla,bu fikrin bəşəriliyiylə, bəşəriliyin milli-xəlqi ruhumuz-dan rişələnməsiylə...
Rəşad Məcidin "Bir də gəlməyəcək..." şeirlər kitabı mənə bu baxımdan doğma-dı...
Özü
Rəşad Məcidi tələbəlikillərindən tanıyıram.Bizi Yusif(əməkdar jurnalist Yusif Rzayev)tanış eləmişdi. Şeirlərini eşitməmişdim, söhbətlərini eşidirdim. Bu və ya digər hadisəyə özünəməxsus münasibəti olardı. Bəzən bu münasibət qəribə bir sükutla məhdudlaşardı. Rəşad sükutun dilini çox mükəmməl bilirdi. Bu bənzərsiz sükut duyanlara, duyumlulara, duyğululara çox şey deyirdi.
Sözü
Rəşad Məcid şairdi...
Rəşad Məcid istedadlı şairdi...
Rəşad Məcid sözün cəfasını çəkən, sözün urvatını sözün batinində görən istedadlı şairdi; "Bir də gəlməyəcək" kitabını oxumaq gərək...
Rəşad Məcidin şeirlərini obrazlar səyyarəsi adlandırsam suç eləmərəm. Onun şeirlərində Və-tən də obrazdı, vətəndaşlıq xisləti də, Vətənin keşiyini çəkmək də. Onun şeirlərində sevgi də var, həsrət də, həsrətə təşnəlik (bu, sevginin pərvanəliyidi!) də var, həsrətdən giley də. Şeirin bu gü-nü olmur, dünəni və sabahı olur. Zaman anlamında dünənin duyğuları sabahlar üçün yazılır. Bu baxımdan şeir duyğuların zaman əlaqələndiricisidi; insafla oxuyanlar Rəşad Məcidin şeirlərinin bu şərti ödədiyinə şərtsiz inam gətirir. Poetik giley "Aparır" şeirində :
Yüz işıqlı xatirəni
Bir yalan yuyub aparır,
Bir xəyanət işartısı
Kökündən oyub aparır,
Göz yaşları yaddaşımdan
Hər şeyi soyub aparır.
("Aparır")
Və yaxud
Əynimə oturan ən düz libasım,
Boyuma biçilən kəfənim mənim.
("Sənsən")
"Ağzını aramaq"(bu və ya digər mətləbi birbaşa deyil, dolayısı ilə öyrənmə cəhdi), "ağzını ayırıb baxmaq" (heyranlıqla, aludəliklə baxmaq) ifadələri eldən gələndi (yeri gəlmişkən, Rəşad Məcid "sonalamaq" (sonulamaq; dinşəmək (hiss etdirmədən dinləmək) ifadəsini də şeirin kompo-nentinə məharətlə, poetik dəyərində çevirə bilib); Rəşad Məcid eldən aldığını böyük məsu-liyyətlə, böyük sevgilərlə oxucusuna (elə) qaytarır (bunu həm də vətəndaşlıq (şairlik) borcu bilir, şübhəsiz:
Çəkdi bir şəhəri o gün çarmıxa,
O ya əfsanəydi,
ya da bir tilsim.
Ağzını
arayıb söz soruşmağa
Ağzını
ayıra bilmədi heç kim,
Ağzını
ayırıb baxırdı hamı...
("Qarşıdan
bir sona keçdi")
Düşünürəm ki, Rəşad Məcidin
"Təkcə sözlərindən..." şeiri ilə
mürgülü duyğuları uyğudan oyatmaq olar. İnsafən,
haqlıyam. Sözlə çəkilən
gözəllik tablosu təbii ki, diqqəti çəkməlidi.
Ən azından "sevincdən asılan
qollar"a görə. Həsrəti hələ
kimsənin görə bilmədiyi şəkildə görən
şair in duyumuna necə heyrətlənməyəsən?
Yağış ifadəsi həmişə poeziyanın
atributlarından olub. Duruluq rəmzi kimi. Yağışa
ovuc açar-dıq, ovucumuz sevinərdi. Yağışla
bağlı şeirlər oxuyardıq, duyğularımız
durulaşardı. Yağış ovucumuzu
damla-damla coşdurardı, yağışlı şeirlər
duyğularımızı misra-misra, bənd-bənd. "Gur damcıların rəqsi"
(M.Müşfiq) gözlərimizin heyrətinə dönərdi,
bu bənzərsiz heyrət könül xoşluğu
olardı. Hamımızamı? Yox, yağışın fəlsəfəsini
duyanların, bu fəlsəfənin mahiyyətində yaşam
ça-larları görənlərin təşnə
könlü hər şeirin söz möcüzəsinə
aldanmır. Rəşad Məcidin "Qəfil
yağış" şeiri oxuyan (oxucu) üçün
yaşanılmış (yaşanılan, bəlkə də
yaşanılacaq!) tarix kimidi (gücündədi!). "Qızlar çiçəklədi pəncərələrdə"
misrası şeirin duyğularda çiçəkləyəcəyinə
zəmanət verir, şüb-həsiz.
"Keçdiyi işıq gözlərini dörd eləsə
də" Rəşad Məcid o işığın təşnəsidi. Həm də
şair olaraq. Bu təşnəliyin nədənini
işığa pərvanə (vurğun) olanlar, o
işığın sözün işığı
olduğunu duyanlar bi-lər:
O ağ işıq nəfəs-nəfəs
qalxır sinəmdən,
Sətir-sətir,
misra-misra çıxır canımdan
beytində bağayarpağılığı necə duymayasan?..
"Atmaram
səni", "Aldatdın məni", "O səsin",
"Görmədim" və başqa şeirlərdə hiss
edilən, duyulan sızıltıları, ağrıları,
sıxılcımları məhz bu ağ işıq
"yumşaldır". Onu (ağ
işığı) uğuruna sirr, ovsun bilirsən. Sirr, ovsun
ifadələrinin yozumu çoxdu və onun heyrət kimi
anlaşılmasını, qəbul edilməsini
arzulayardım...
"Yuxuda
gözlərin höccələməsi"ni
duyan
("Yuxuda")
Rəşad
Məcidin sözüdü:
"Sevgilərin
göy üzüdü şairlər"
("Göy
üzü");
"Baharın
yolları qışdan keçirmiş"
("Baharın
yolları");
"Ürəyim
yol gedir Ay işığında"
("Ürəyim
yol gedir...");
...gecənin
yarısı
açılan səhərimi
işıqlandır
("7
dollar yarım");
Bir
solğun xəyalın qoluna girib,
Bir
ömrü ümidlə yaşaya bilər
("Bir
kəlmə yalanım...").
Sonuncuda
"solğun" ifadəsini çarəsizlikdən seçilən
təyin kimi almaq lazımdır, yəni digərləri bir yana, hətta xatirələrin solğunu da
ümidlə yaşatmağa qadirdir; poetik tapıntı
deyilmi?!
Bir məqamdadiqqətiçəkir":Qalmağın zülm,getməyin
günah"("Günah") olduğunun (olum-ölüm
dilemması) dərki,təbii ki,sonda "dünyanı kinayəli-kinayəli
süzməyə"("Doydum...") həvəs-ləndirməliydi
(təkid etməliydi)...
Və yenə
özü
Haqqında daha nəsə demək istərdim. Uyarlı
söz tapa bilmədim. Qəfil yadıma
düşdü ki, Rəşad Məcidin təbəssümü
rəngində, Rəşad Məcidin təbəssümü
ecazkarlıqda təbəssüm görməmişəm.
Rəşad Məcidə həsr elədiyim "Möcüzə
təbəssüm"ü üztutalğacı bildim:
Allahın
xoş günü bir təbəssümlə
İlhamım kükrəyə, təbim isinə.
Bir
şeir yazaydım Rəşad Məcidin
bənzəri olmayan təbəssümünə.
...Günah
eləməyin, Yer daracaqdı
Çəmən çığnayanlar, çiçək
əyənlər.
Hardan
aldığınız mənə bəllidi,
Üzündə təbəssüm çiçəkləyənlər.
Doğudan
Batıya boyu görünür,
Könül xoşluğudu bu boy-biçimdə.
Şeirli
günlərdə sözü düşəndə
Təbəssüm cücərir mənim içimdə.
Arada-bərədə
söz kürləşəndə
Tanrı
kəlamına dönür gülüşü,
Sözün
salamına dönür gülüşü;
Buluddan
sıyrılan Günəşə dönür,
Soyuqdan
titrəyən yolçuya görə
atəşə dönür...
İstəsən,
istəsə külə döndərər
Göyün ocağından düşən
bürkünü.
Görsə
ki, əyninə dar gəlir, sökər
qələmin gücüylə sözün kürkünü...
Bir
ayrı gözəllik biçmək əbəsdi,
Şeir bəs eləyər Yer kürəsinə.
"Bir də
gəlməyəcək..." deyən şairin,
Bu
şirin, bənzərsiz təbəssümüylə
Dərdlinin
dərdini döyən şairin
Xəbəri
varmı ki, dünya mat qalıb
Tanrının təbəssüm möcüzəsinə?!
...Sözə
pərvanələr sözdən şeh silər;
Deyərlər:
Dünyamiz nə gözəliymiş,
Hər şey nizamında, yerli-yerində.
Dünyanı
ağ günə çıxarda bilər
möcüzə - təbəssüm günün birində!..
İçərişəhərimiz
Bu unikal məkan
haqqında çap olunan yeni bir kitab
həm
də yubileyə dəyərli hədiyyədir
Paytaxtımız dəyişir, dəyişdikcə
gözəlləşir, gözəlləşdikcə daha da
müasirləşir. Yeni tikililər şəhərin
simvollarına çevrilir. Amma Bakı
İçərişəhəri də unutmur, sabaha onunla birgə
addımlayır. Başqa cür ola
bilərdimi?
Hara
tullamısan açarı, şəhər...
Sözsüz
ki, ola bilməzdi, axı İçərişəhər
Bakının ürəyi sayılır. Min illər
əvvəl də belə idi, min illər sonra da belə
olacaq. İçərişəhər təkcə
paytaxtın köksünə sığınmış ovuc
içi boyda bir ərazi deyil. İçərişəhər
dünyanı heyrətləndirən muğamlarımız,
açıq və gizli şifrələrlə dolu
xalçalarımız, qədim daş kitabələrimiz-memarlığımızdı.
İçərişəhər
Vaqif Mustafazadənin musiqisidi, Arif Babayevin çəkdiyi bədii
filmlərdi, Tahir Salahovun, Toğrul Nərimanbəyovun, Mircavad
Cavadovun, Mir Teymurun rəsm əsərləridi.
İçərişəhər
gözəl şairimiz, mərhum Ələkbər Salahzadənin
musiqi və rəngkarlıqla dolu şeiridi
İçərişəhər,
İçərişəhər!
Hara
tullamısan açarı,
şəhər?
Mən sənə
könlümü açıram,
şəhər,
aç,
aç könlümə qapılarını,
aç
mənə ürəyini,
qoy
dolsun havanla içərim,
şəhər!
içəri,
içəri,
içəri, şəhər...
2000-ci ildə UNESCO-nun dünya mədəni irsi
siyahısına daxil etdiyi İçərişəhər
haqqında çox yazılıb, hələ bundan sonra
yazılacaq da.
Çünki İçərişəhər
öz tarixi keçmişi, bugünkü varlığı,
Bakı və bütün Azərbaycanımız
üçün oynadığı mühüm rola görə
bunu haqq edib.
Bu günlərdə İçərişəhərdən
bəhs edən daha bir sanballı kitab işıq üzü
görüb.
Azərbaycan Milli Elmlər Akademiyasının nəşri
olan bu kitab-albom "İçərişəhər Azərbaycan
tarixində" adlanır.
Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə
"İçərişəhər Azərbaycan tarixində"
kitabına yazdığı "Ön söz"də bu məkanın
keçmişi, bu günü, onun xalqımızın mədəniyyətindəki
yeri barədə ətraflı məlumat verib:
"...İçərişəhər təkcə
Bakının deyil, bütün Azərbaycanın tarixi
yaddaş simvoludur. O, qədim olduğu qədər də
yenidir. İçərişəhər öz
tarixi simasını saxlamaqla modernləşmiş, irəliyə
doğru nəhəng addım atmışdır. Buradakı ən müasir standartlara uyğun
qurulmuş infrastruktur şəbəkəsinə,
çeşidli maddi-texniki imkanlara hətta inkişaf etmiş
ölkələrdə belə həmişə təsadüf
olunmur. İçərişəhər
milli mədəniyyətimizin, sənətimizin bütün
dünyaya nümayiş etdirildiyi, beynəlxalq müsabiqələrin,
sərgi və festivalların keçirildiyi bir məkana
çevrilmişdir. Muğam müsabiqələrini,
Novruz bayramını, milli folklorumuzu təmsil edən oyun və
rəqsləri möhtəşəm Qız Qalasından, əzəmətli
qala divarlarından ayrı təsəvvür etmək
mümkün deyil. İçərişəhərin
yeniləşməsində, beynəlxalq tədbirlərə,
müsabiqələrə ev sahibliyi etməsində Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı
səfiri, ölkənin birinci xanımı, millət vəkili
Mehriban xanım Əliyevanın danılmaz xidmətləri
vardır. Bütün bunların nəticəsidir ki, qədim
olduğu qədər də cavan görünən İçərişəhər
bu gün dünya mədəniyyətinin qiymətli inciləri
ilə bir sırada qərar tutub və beynəlxalq mədəniyyət
tədbirlərinin keçirilməsində müstəsna rol
oynayır..."
İçəri,
içəri,
İçərişəhər...
"Içərişəhər Azərbaycan tarixində"
kitabı müxtəlif bölmələrdən ibarətdir. Həmin bölmələrdə
İçərişəhərin tarixi, burada
aparılmış arxeoloji tədqiqatlar, şəhərsalma
və memarlıq irsi, İçərişəhərin qala
divarları, Qız Qalası, Şirvanşahların saray
kompleksi, bu qədim ərazidəki məscid və karvansaraylar
haqqında dolğun, elmi faktlara əsaslanan məlumatlar yer
alıb.
Digər
bölmələr "İçərişəhərdə
Azərbaycan dövlətçiliyinin rəmzləri",
"İçərişəhər poçt
markalarında", "İçərişəhər rəssamların
yaradıcılığında", "Bakı və
Şirvan zərgərlik sənəti", "Ənənəvi
Bakı geyimləri" adlanır.
Həmin
bölmələri vərəqlədikcə maraqlı
faktlarla tanış olmaq
mümkündür. Belə faktlardan biri Azərbaycan
Demokratik Cümhuriyyəti dövründə buraxılan
poçt markaları ilə bağlıdı. Məlum olur ki, 1918-1920-ci illərdə milli dövlətçiliyimizin
rəmzlərindən sayılan poçt markalarında Qız
Qalasının, Şirvanşahlar sarayının, qədim
qala divarlarının təsvirləri yer alıb.
Kitabda
Teylor, Qaqarin, Kuprin, Vereşşagin kimi məşhur əcnəbi
rəssamların yaradıcılığındakı
İçərişəhər mövzusu barədə ətraflı
söhbət açılır. Nəşrin səhifələrində
Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Elbəy
Rzaquliyev, Maral Rəhmanzadə, Mircavad Mircavadov, Mir Teymur və
digər görkəmli Azərbaycan rəssamların
İçərişəhər mövzusunda çəkdikləri
əsərlərdən nümunələr verilib.
Xatırladaq ki, bu kitab-albom AMEA prezidenti, görkəmli
alim, akademik Akif Əlizadənin həm də ümumi redaktəsi
ilə nəşrə hazırlanıb.
Qısa
bir müddətdə belə bir gözəl nəşrin ərsəyə
gəlməsi üçün kitabın müəllifləri
Rahibə Əliyeva, Rayihə Əmənzadə, Xəzər
Zeynalov, Aidə Sadıqova, Sevil Sadıqova və Ərtegin
Salamzadə, məsul katib Jalə Muradova böyük əmək
sərf ediblər. Məhz belə fədakar
alimlərimizin sayəsində bu nəşrdə ilk dəfə
olaraq Azərbaycan incəsənətində İçərişəhər
mövzusunu əhatə edən zəngin illüstrativ material
toplanıb və oxuculara təqdim olunub.
"Şərq-Qərb" Nəşriyyat
Evində çox nəfis şəkildə çap olunan
"İçərişəhər Azərbaycan tarixində"
kitabı Azərbaycan Milli Elmlər Akademiyasının bu ilin
payızında qeyd ediləcək 70 illik yubileyinə gözəl
və dəyərli bir hədiyyədir.
Ədalət.-2015.-15 avqust.-S.11.