HAMLET XANIZADƏ, YAXUD QƏTL
GÜNÜNÜN SONU
("Sənət fədailəri"
silsiləsindən)
Dünyanın vəfasızlığı olmasaydı, 1990-cı ilin 5 iyununda istedadlı aktyor Hamlet Xanızadə 49 yaşına qədəm qoyacaqdı. Səhnədə neçə yol ölən, gülləyə tuş gələn Hamlet 1990-cı ilin 20 Yanvar gecəsinə qədər ömründə xəstələnməmişdi. Bircə dəfə maşın qəzasına düşsə də, sağalıb tezcə ayağa qalxmışdı. Küçəni keçəndə quş kimi səkirdi, səhnədə yorulmurdu. Hər gün yollarda idi: teatr, kinostudiya, radio-televiziya, dost-tanışlarla görüşlər...
90-cı ilin 20 Yanvar qırğınından sonra birdən-birə sifətini duman bürüdü. O gecə qətl günüydü. O gecə dəli kimi küçələri dolaşan Hamletə güllə yaxın gəlmədi. Amma bu güllələr onun ürəyini elə o gecədən oyur-oyur oymağa başladı. Evdi iki qızı bir az bərkdən danışanda özünü saxlaya bilmir, əlini dodaqlarına aparıb "susun" deyirdi. On üç gün sonra -3 fevral 1990-cı ildə Hamlet Zxanızadə son dəfə göylərə baxdı. Bəlkə də son dəfə gözlərinə Əzrayıl qiyafəsində görsənən qırmızı şeytan-rus əsgəriydi.
İndi Bakının Şağan kəndindəki məzarıstanda uyuyur Hamlet Xanızadə. Vəsiyyət eləmişdi ki, onu doğulduğu torpağa tapşırsınlar.
Əməkdar artist, Respublika Dövlət Mükafatı laureatı Hamlet Xanızadə iyirmi beş ildir beləcə susur
Hamlet Xanızadə unudulan sənətkar deyil. Onu unutmaq mümkün deyil, "Yeddi oğul istərəm", "Arxadan vurulan zərbə", "Babək", "Qətl günü" (neçə başqa filmlər) hər ay televiziya ekranlarında nümayiş etdirilir və heç cür inana bilmirsən ki, belə nadir istedad sahibi indi aramızda yoxdur.
Emil Zolyanın bir fikrini xatırlayıram: "Həyatın bütün mənası məchulluqları daim kəşf ktmək, daim daha artıq dərk etmək cəhdindən ibarətdir". Onun teatrda və kinoda yaratdığı hər hansı obraz elə bil hansı məchulluğu isə aşkarlamaq niyyətindən doğurdu. Bəlkə müxtəlif üslublu recissorlar da bunu anladıqları üçün Hamletə məhz potensial imkanları açıqlana biləcək obrazlar tapşırırdılar. "Xəyyam"da Həsən Sabbah, "İblis"də İblis (H.Uavid), "Şöhrət və ya unudulan adam"da (N.Hikmət) Doktor, "Dəli yığıncağı"nda (U.Məmmədquluzadə) Molla Abbas, ¹Adamın adamı"nda (Anar) Fənd Fərəc, "Qılınc və qələm"də (M.S.Ordubadi) Hüsaməddin, "Məkr və məhəbbət"də (Şiller) Vurm, "Vaqif"də (S.Vurğun) Qacar, "Fırtına"da (Şekspir) AntoniogDiqqət edirsinizmi, yaradıcılıq üslubu etibarilə bir-birindən kəskin şəkildə fərqlənən bu əsərlərə müxtəlif recissorlar quruluş verib. Amma Hamlet Xanızadə bu rolların hər birisində öz aktyor istedadını, aktyor xarakterini qoruyub saxlayığ.
Hüseyn Cavidin şeiriyyət dolu romantikasını 60-70-ci illərdəAzərbaycan səhnəsində ehya edən ilk recissor Mehdi Məmmədov idisə, bu romantik dünyanı öz misilsiz oyununda, ecazkar monoloqlarındaəbədiləşdirən ən gözəl aktyorlardan biri Hamlet Xanızadə oldu. Nə Hamlet Xanızadə, nə o nəsildən olan aktyorlar, nə də biz tamaşaçılar Abbas Mirzə Şərifzadəni və Ülvi Rəcəbi görüb. Amma "iblisanə" qəhqəhələri ilə səhnəni lərzəyə gətirən, "cümlə xəyanətlərə bais" o müdhiş məxluqu Hamlet Xanızadənin misilsiz ifasında görmüşük, bəyənmişik. Səhnədə bir gözüylə gülən Hamlet o biri gözüylə ağlayırdı. İblis kimi, Qacar kimi vəhşətə, dəhşətə üz tutanların möhtəşəm obrazlarını yaradanda onun cüssəsindən od-alov yağır, şərərlər tökülürdü. "Dəli yığıncağı"ndakı Molla Abbas rolu ilə Hamlet daha bir ucalığa yüksəldi. Bəs Əmir Teymur necə (Ramiz Mirzəyevin hazırladığı "Topal Teymur" (H.Uavid) televiziya tamaşası ? Bu isə sözlə ifadə edə bilmədiyim bir ucalıq idi. Hamlet üçün mənfi ya müsbət rol yox, insan və onun faciəsi əsas kriteriya idi.
Hamlet Xanızadə Azərbaycan kinosu üçün də bir tapıntı idi. Gizir ("Yeddi oğul istərəm"). Komsomolun və komsomolçuluğun, yeni quruluşun qəddar düşməni, Gəray bəyin vuran qolu, amma tədbirli, sərt.
"Anasının əmcəyini kəsən" İmaş ("Arxadan vurulan zərbə"). Hövsələsiz, dildən acı, "şərəşur", amma içi təmiz bir insan.
Xəlifə ("Babək"). Bütün ərəb dünyasını sarsıdan zeytun satanın oğlu Babəki görəndə ən amansız qərardan belə çəkinməyən, daim gözləri hədəqəsindən çıxan müdhiş müstəbid.
Çox belə rollar, hamısını sadalamaq
olmur.
Və nəhayət
"Qətl günü". Bir filmdə talecə doğma üç obraz: Edam olunan şair-Sədi Əfəndi
və Xəstə.
Gülbəniz Əzimzadənin quruluşçu
recissor olduğu bu filmdə (ssenarisi Yusif Səmədoğlunundur) bəzi
kadrları o zaman
"Azərbaycan" curnalının
redaksiyası ilə (İstiqlal küçəsi,
31, 5-ci mərtəbə) olan
otaqlarda çəkilirdi. Çəkiliş zamanı, fasilələrin
birində Hamlet bizim otağa daxil oldu, şair Səyavuş Sərxanlı
(Allah rəhmət eləsin!)
ilə görüşdü,
sonra da mənimlə. Bu, mənim onunla birinci və sonuncu görüşüm
oldu. Hamlet onda çox gümrah görsənirdi.
Mən fürsətdən istifadə
edib onunla bir müsahibə aparmaq istəyirdim. Amma dedi ki,
sağlıq olsun, qoy bu film başa
çatsın, mən
qulluğunuzda hazır.
"Qətl günü" filmi təzəcə qurtarmışdı ki, 20
Yanvar qırğını
baş verdi.
Heç
Hamlet öz səsini də yazdıra bilmədi, bu işi Fuad Poladov
həyata keçirdi.
Deyirlər ki, o filmin çəkilişi
zamanı Hamlet Xanızadə
çox dəhşətli
mənəvi əzablar,
ağrılar içindəymiş. Çünki bu üç faciəvi obrazı içindən, ürəyindən
keçirib oynayırmış.
Öz varlığını, mənəvi
dünyasını üç
obraza verib ölürmüş, dirilirmiş.
"Qətl günü"
Yusif Səmədoğlunun
yazıb başa çatdırdığı yeganə
roman idi ("Deyilənlər
gəldi başa" isə tamamlanmadı). Azərbaycan nəsrinin
ən parlaq nümunələrindən biri
olan "Qətl günü"nü filmdə
tam canlandırmaq mümkün
olmasa də hər halda Gülbəniz xanım əlindən gələni
etdi. Aktyor seçimində ən düzgün olanını seçdi və "Qətl günü"nün baş
qəhrəmanını seçimdə
məhz Hamlet Xanızadəni
gördü. Üç döırün
talecə eyni, amma fərqli xüsusiyyətləri də
diqqəti cəlb edən üç obrazı Hamlet vəziyyətlər
və situasiyalar baxımından təcəssüm
etdirdi. Edam edilən Şair (M.P.Vaqifin prototipi) orta əsr Azərbaycan-Şərq
tipidir. Müstəbidin, ölkələr fəth edən despotun qurbanıdır.
Sədi Əfəndi repressiyanın
cəngindədir (H.Uavidin
prototipi). Zaman dəyişib,
amma dövran yenə dahilərə müxalifdir və Sədi Əfəndi bu dəhşətli zamanın maddi, fiziki və mənəvi işgəncələrinə
tuş gəlir.
Xəstə obrazı isə
bu məmləkətin
başı üstündən
hələ də qara yellər əsdiyini, insanlığa
zidd antihumanizmin meydan suladığını
sübut edir. Ölümlər, qətllər bitmir.
Və Yusif Səmədoğlu bu qətllərin, ölümlərin hələ
də davam etdiyini ürək ağrısı ilə
car çəkir. Hamlet
həmin ideyanı filmdə özünəməxsus
bir tərzdə, faciələri yaşaya-yaşaya
təcəssüm etdirdi.
Hamlet Xanızadəni mən Akademik teatrımızın səhnəsində
müxtəlif rollarda
görmüşəm və
ən çox dramatik və faciəvi obrazlar yaradıb. O obrazların hər biri öz
səciyyəsi etibarilə
tamaşada münaqişəli
situasiyalarla diqqəti
cəlb edirdi. Yəni tamaşada konfliktlər sanki Hamlet Xanızadənin
oynadığı obrazlarlarla
bağlı idi.
Amma mən onu Saqarelinin
Azərbaycan teatrında
böyük müvəffəqiyyətlə
tamaşaya qoyulan
"Xanuma" pyesində
komik rolda da görmüşəm.
Yəni əsl aktyor üçün komik, dramatik ya da
faciəli obrazlar ifa etmək, öir ampuladan kənara çıxmaq heç də çətin deyildi.
"Qətl günü"
filminin çəkilişi
qurtarandan sonra əsl qətl günü baş verdi-20 Yanvar. İki Qətl günü
bir-birinin ardınca.
Üç dəfə "ölən"
Hamlet Xanızadənin dördüncü-fiziki
ölümü sürətlə
yaxınlaşırdı.
Birinci dəfə
cəllad baltası Onun başını bədənindən ayırdı. "Tfu
sənin hərçi-pətərinə,
a dünya!". İkinci dəfə Mirqəzəbin
qılıncı. Məmləkətin gözəl şairi uzaq Sibir çöllərində
şaxtadan dondu.
Üçüncü dəfə həyatın
amansız dalğaları
Xəstəni xəstə
cəmiyyətdən ayırıb
apardı.
Dördüncü dəfə Hamlet -bu məmləkətin gözəl
sənətçisi daha
ölümü oynada
bilmədi.
Bu dəfə Ölüm
özü onu axtarıb tapdı. Onda 1990-cı ilin 3 fevralıydıgOnda
Hamlet Xanızadənin 49 yaşı
hələ tamam olmamışdı.
Palitra.-2015.-28 avqust.-S.3.