VƏTƏNİN BALAKƏN ADLI
İNCİSİ
Layihənin
istiqaməti: Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi
"Mən
Azərbaycanın hər
bir vətəndaşının
prezidentiyəm. Bizim məqsəd və
məramımız da
hər bir vətəndaşımızın daha yaxşı yaşaması və daha yaxşı təmin olunmasıdır".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
(əvvəli
ötən saylarımızda)
Məktəbdənkənar təhsil müəssisələrinin
fəaliyyəti də
ətraflı təhlil
edilməli, gələcək
idmançıların yetişdirilməsi
üçün şahmat
və idman məktəblərinin qruplarının
düzgün təşkil
edilməsi və fəaliyyətlərinin günün
tələbləri səviyyəsində
qurulması, məşqçi-müəllimlərin
peşəkarlıq səviyyəsinin
artırılması diqqət
mərkəzində saxlanılmalıdır.
Rayon təhsil şöbəsi
məktəbdənkənar təhsil müəssisələrinin
fəaliyyətinə nəzarəti
gücləndirməli , bu sahədə
dönüş yaradılmasına
nail olmalıdır.
RİH-nin bu sahəyə nəzarət
edən aidiyyəti şöbəsi isə öz növbəsində
məktəbdənkənar müəssisələrin fəaliyyətini
ətraflı təhlil
etməklə məsələni
RİHB yanında Şuranın
müzakirəsinə çıxarmalıdır.
Heydər Əliyev Mərkəzində
müasir Azərbaycan
tarixinin ümumtəhsil
məktəblərində daha
səmərəli öyrənilməsi
məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən
edilmiş mövzulara
uyğun dərslərin
XI sinif şagirdlərinə
tədrisi təşkil
olunmuşdur. 2015-ci ilin
I yarısında 35 ümumtəhsil
məktəbindən 761 nəfər
şagird dərslərdə
iştirak etmişdir.
Əhaliyə tibbi xidmətlərin göstərilməsi sahəsində
müxtəlif ixtisaslı
həkimlərdən ibarət
briqadalar mütəmadi
ucqar kəndlərdə
olmuş, əhali arasında həm müayinə, həm də tibbi maarifləndirmə
işləri aparmışlar. Ötən müddət
ərzində rayon üzrə
xüsusi təhlükəli
infeksiyalar qeydə alınmamışdır.
İlin
birinci yarısında
rayonun bütün mədəniyyət müəssisələrində
dövlət bayramlarının,
tarixi və əlamətdar günlərin,
ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi
təmin edilmişdir.
Heydər Əliyev Mərkəzində 79 nikah
bağlanaraq yeni ailələrin təməli
qoyulmuş, Mərkəzə
gələnlərin sayı
4712 nəfər (2014-cü ilin müvafiq dövründə 3771 nəfər)
olmuşdur.
Birinci Avropa Oyunları
və rayon idmançılarının
böyük uğurları
Hesabat dövrünün
ən yaddaqalan hadisəsi tarixdə ilk dəfə keçirilən
Birinci Avropa Oyunlarının məşəlinin
ölkəmizin şəhər
və rayonlarını
qarış-qarış dolaşaraq
Balakən rayonunda da alovlanması olmuşdur.
Dünya
arenasında artıq özünə layiqli yer tutan ölkəmizin
2015-ci ilin iyun ayında Bakıda keçirilən ilk Avropa Oyunlarına ev
sahibliyi etməsi ölkəmizin hər yerində olduğu kimi, Balakən rayonunda da böyük
bir idman hadisəsinə, bayram sevincinə səbəb olmuşdur.
Aprelin 26-da cənab
Prezident İlham Əliyev tərəfindən
Bakı şəhərindəki
Atəşgah məbədində
alovlandırılan və
ölkəmizin bütün
şəhər və
rayonundan keçən
məşəl estafeti
mayın 23-də respublikanın
şimal-qərb qapısı
olan Balakən rayonunda da davam
etdirilmişdir. Məşəl estafeti zamanı
10 məşəlçi Heydər
Əliyev prospekti ilə hərəkət edərək məşəli
növbə ilə bir-birinə ötürməklə
2700 metrdən artıq
məsafə qət etmişlər. Avropa oyunlarının
məşəli ulu öndərin adını
daşıyan parkın
mərkəzində quraşdırılmış
səhnədə alovlandırılmışdır.
2015-ci ilin I yarımili
ərzində 21 respublika
səviyyəli birincilik,
çempionat və turnirlərdə Balakən
rayonundan 170 idmançının
iştirakı təmin
edilmişdir.
Həmin yarışlarda idmançılar
11 dəfə I yeri, 6
dəfə II yeri və 15 dəfə III yeri tutmuşlar.
12-28 iyun tarixlərində
Bakıda keçirilən
Birinci Avropa Oyunlarında yunan-roma güləşi üzrə
Rəsul Çunayev, güllə atıcılığı
üzrə Rəsul Məmmədov, diskatma üzrə isə İsmayıl Əliyev iştirak etmişdir. Çox sevindirici
haldır ki, Azərbaycanın I Avropa Oyunlarında uğurla iştirak edən idmançıları sırasında
balakənli, yunan-roma güləşi üzrə
Oyunların qızıl
mükafatçısı Rəsul
Çunayev də var.
O, I Avropa Oyunlarında qazandığı yüksək
nailiyyətə və
Azərbaycan idmanının
inkişafında böyük
xidmətlərinə görə
dövlət başçısının
29 iyun 2015-ci il
tarixli Sərəncamı
ilə "Şöhrət"
ordeninə layiq görülmüşdür. Rəsul Çunayevin
əldə etdiyi yüksək nəticələr
Balakəndə idmanın
kütləviliyinə və
gənclərin bu sahəyə cəlb olunmasına müsbət təsir göstərir.
Cinayətkarlığa qarşı
mübarizədə uğurlu
nəticələr
2015-ci ilin birinci yarısında
rayon polis şöbəsi tərəfindən
115 cinayət hadisəsi
qeydə alınmış,
onlardan 93,3 faizinin üstü açılmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi
cinayətlərin sayı
52 fakt artmışdır
ki, bu da
əsasən narkotiklərin
qanunsuz dövriyyəsi
ilə bağlı və mülkiyyət əleyhinə baş vermiş cinayətlərin
hesabına olmuşdur.
Narkotiklərlə bağlı 40 cinayət
faktı aşkar olunmuş, keçirilən
əməliyyat tədbirləri
nəticəsində 16 kq
311 qr narkotik
vasitə dövriyyədən
çıxarılmışdır.
Onlardan 7 fakt narkotik vasitələrin satışı, 16 fakt qanunsuz əldə edilib saxlanılması, 17
fakt əkib-becərmə
ilə bağlı olmuşdur.
Aşkar edilmiş cinayətlərin
sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 fakt
çox olmuşdur.
Qeyd olunmalıdır
ki, hesabat dövründə cinayətkarlığa
qarşı mübarizə
və ictimai asayişin təmin olunması sahəsində,
həmçinin, narkotik
vasitələrin və
psixotrop maddələrin
qanunsuz dövriyyəsinə
qarşı rayon polis şöbəsi
tərəfindən effektli
mübarizə təşkil
olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı
aparılan mübarizə
işinin təkmilləşdirilməsi
mədsədilə bu
tədbirlərdə əhalidən
də vətəndaş
mövqeyi və fəallıq tələb
olunur.
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-28 avqust.-S.3.