Birinci 10 il
Yalançı
reytinqə yox, əsl
tamaşaçıya yaxın İctimai
Televiziyanın yubileyidir
Teleməkanımızın gənc, lakin müdrik üzvü - İctimai Televiziyanın bu gün 10 yaşı tamam olur. Çətin və məsuliyyətli
yola 2005-ci il
avqustun 29-da çıxan
İctimai Televiziya möhkəm addımlarla irəlilədikcə illəri
arxada qoymaqdadır. Sürətlə ötən birinci
10 ilə yekun vurulur.
Yaxşı təcrübədən gözəl nümunəyə
Dünyanın müxtəlif ölkələrində
İctimai Televiziya fəaliyyət göstərir. Söz və
mətbuat azadlığına
böyük dəyər
verdiyini açıqlayan
müstəqil Azərbaycan
dövləti ölkəmizdə
də belə bir təsisatın yaranmasında maraqlı idi. Ona görə də
ictimai yayımı həyat keçirən, bu sahədə müəyyən uğurlar
qazanan ölkələrin
təcrübəsi öyrənilir,
qanunvericilik bazası yaradılırdı. Beynəlxalq təşkilatların,
nüfuzlu əcnəbi
ekspertlərin, yerli peşəkar mütəxəssislərin
və ziyalıların
fikirlərini öyrənmək
üçün müxtəlif
formatlı tədbirlər
keçirilirdi. İctimaiyyət arasında böyük dəstək qazanan belə müzakirələrdən
sonra parlamentə qanun layihəsi təqdim olundu.
Milli Məclis
üzvləri geniş
müzakirələr apararaq
sonda "İctimai Televiziya və Radio Yayımı haqqında"
Qanunu qəbul etdilər. 2004-cü il noyabrın 5-də ölkə prezidenti parlamentin qəbul etdiyi qanunu imzaladı
və Azərbaycanda İctimai Televiziya yayımının həyata
keçirilməsi növbəti
bir mərhələyə
qədəm qoydu. Düz 10 il
əvvəl - 2005-ci il
avqustun 29-da isə bu mühüm iş uğurla başa çatdırıldı.
Həmin gün ölkə başçısı İlham
Əliyevin də qatıldığı mərasimdə
İctimai Televizİya
və Radio Yayımları
Şirkəti ilk yayımına
başladı. Pultu da dövlət
rəhbəri özü
işə saldı.
Azərbaycanın müasir tarixində
mühüm bir hadisə belə gerçəkləşdi, ölkənin
ictimai-siyasi və mədəni həyatında
özünəməxsus yeri,
mövqeyi olan telekanal yarandı.
Bu gün təkcə
ölkə tamaşaçıları
deyil, yaxın-uzaq dövlətlərdə yaşayan
izləyicilər Azərbaycan
həqiqətlərini İctimai
Televiziya və Radio Yayımları Şirkətinin
hazırladığı müxtəlif
proqram və verilişlərdən öyrənir.
Dünyanın qabaqcıl ölkələrinin
təcrübəsindən öyrənərək
fəaliyyətə başlayan
İctimai Televiziya bu gün bir
çox dövlətlərdəki
həmkarları üçün
gözəl nümunəyə
çevrilib. Deməli, birinci 10 ildə çox iş görülüb, irəliyə
doğru addımlar atılıb.
Qızıl qaydalar
Dünyada ictimai yayım formaları müxtəlifdir,
lakin hamısı dörd əsas prinsip əsasında fəaliyyət göstərir. Bu prinsiplərdən birincisi
qanunvericiliklə bağlıdır.
Bütün ictimai teleradio
kanalları xüsusi qanunvericiliklə formalaşır.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, Azərbaycan parlamenti 2004-cü ilin sentyabrında "İctimai
Televiziya və Radio Yayımı haqqında"
qanun qəbul edib.
İkinci prinsip kollegial nəzarətlə bağlıdır. Qanunvericiliyə uyğun olaraq bizim İctimai Televiziyaya ictimai nəzarəti Yayım Şurası həyata keçirir. Yayım
Şurası Milli Elmlər Akademiyası, Mətbuat Şurası, Həmkarlar İttifaqları
Konfederasiyası, Sahibkarlar
Şurası, gənclər
təşkilatları, qadın
cəmiyyətləri, dini
konfessiyalar, yaradıcılıq
təşkilatları və
idman federasiyalarının
təmsilçilərindən formalaşdırılır. Milli Məclisin
təsdiqlədiyi həmin
üzvlər alternativ
yolla və rotasiya üsulu ilə seçilir.
Fəaliyyət göstərdiyi 10 il ərzində Yayım Şurasında görkəmli alimlər, tanınmış ictimai xadimlər, ziyalılar, istedadlı jurnalistlər və nüfuzlu ilahiyyatçılar təmsil
olunublar. İctimai Televiziyanın bu
günə kimi qazandığı uğurlarda
Yayım Şurası
üzvlərinin özünəməxsus
payı var.
Üçüncü prinsip maliyyələşmə
mexanizmi ilə bağlıdır. Azərbaycanda İctimai Televiziyanın
maliyyələşməsi də qanunla tənzimlənir və kanalın hər hansı bir kommersiya maraqlarına tabe etdirilməsinin qarşısı alınır.
Sonuncu, dördüncü
prinsip barədə danışarkən qeyd etməliyik ki, ictimai yayım şirkətinin proqram siyasəti obyektiv, qərəzsiz və tərəfsiz informasiyaya söykənməli və
əhalinin geniş təbəqəsinin maraqlarını
təmin etməyə
çalışmalıdır.
Bu 10 ildə bizim
İctimai Televiziya və Radio Yayımları
Şirkəti bu qızıl qaydalara nə dərəcədə
əməl edə bilib? Teleməkanımızın gənc, lakin
müdrik üzvü öz gündəlik fəaliyyəti, bir-birindən
maraqlı verilişləri,
peşəkarlardan formalaşan
kollektivi ilə bu suala real cavab
verib.
Necə deyərlər, heç uzağa getmək lazım deyil, İctimai Televiziya və Radio Yayımları
Şirkətinin təqdim
etdiyi verilişləri
izləmək, radio proqramları
diqqətlə dinləmək
kifayətdir.
Hər yeni günümüz
"Yeni gün"lə...
Tərəfsiz və qərəzsiz
informasiya yaymağa çalışmaqla Azərbaycan
cəmiyyətinin siyasi,
etnik, dini rəngarəngliyini ifadə
edən, milli-mənəvi
dəyərlərə sayğı
ilə yanaşan, maarifçilik istiqamətində
hazırlanan layihələrə
xüsusi üstünlük
verən İctimai Televiziya yalançı reytinqə tərəf qaçmır, əsl tamaşaçıya daha çox yaxınlaşır.
Elə ona görə də minlərlə tamaşaçının hər
yeni günü "Yeni gün"lə başlayır, "Carçı",
"Vətənin səsi,
"Media və zaman",
"Həftənin yekunu",
"Yadigarlar", "Ötən
əsrin nəğmələri",
"Telemizan", "Antrakt",
"Qarabağ sərvətləri",
"Qadın dünyası",
"Salam əsgər"...
evlərimizin arzulanan qonağı olur. İctimai Televiziyanın "Carçıfilm"
Yaradıcılıq Birliyində
istehsal olunan filmlər də maraqla baxılır.
Qardaş Türkiyənin "TRT Avaz" kanalı ilə ortaq yayımlanan telekörpülər
İTV-yə böyük
tamaşaçı rəğbəti
qazandırıb.
Türkiyə ilə müştərək
iş İctimai Radioda da uğurla
davam etdirilir. "Türkiyənin səsi" radiosu ilə hazırlanan "Qorqud Ata" layihəsi buna gözəl nümunədir. İctimai Radionun
gün ərzində təqdim etdiyi "Xəbərlər", həftəlik
"Azərbaycan gündəmi",
"Qarabağ həftəsi"
dinləyicilərin marağına
səbəb olub.
"Ədalət" qəzeti elə ilk gündən İctimai Televiziya və Radio Yayımları Şirkətinin
fəaliyyətini diqqətdə
saxlamağa çalışır. Teleməkanımızın
cavan, lakin müdrik üzvünün
hazırladığı yeni
layihələr, proqramlar
barədə yazılar,
müsahibələr dərc
edir. İTV-də çalışan istedadlı, peşəkar
həmkarlarımızın ağır və məsuliyyətli işində
onlara mənəvi dəstək olur.
İctimai Televiziyanın birinci 10 ilinə yekun vurulur. Hələ qarşıda
neçə uğurlu
onilliklər var...