Səməd Vurğunun
ev-muzeyinin 40 illik yubileyi qeyd edilib
Azərbaycanın
böyük şairi Səməd Vurğunun ev-muzeyinin 40 illik
yubileyi qeyd edilib.
Muzeyin direktoru
Nüşabə Vəkilova
ev-muzeyin yaranma tarixindən danışıb. Bildirilib
ki, muzey 1975-ci il oktyabrın
6-da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
yaradılıb. Böyük şair
bu evdə ömrünün son 2 ilini
(1954-1956) yaşayıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
40 ildir ki, səmərəli fəaliyyət
göstərən Səməd
Vurğunun ev-muzeyinin həcmcə böyük fondlara malik muzeylər kateqoriyasına
aid olduğunu və burada zəngin eksponatların qorunub saxlandığını söyləyib. Nazir müavini
bildirib ki, muzey yarandığı gündən ictimaiyyətlə
sıx əlaqə qurub, burada müxtəlif
sərgilər və tədbirlər, elmi sessiyalar keçirilib.
Səməd Vurğunun
həyat və yaradıcılığını əks etdirən ekspozisiya daima təkmilləşdirilib, şairin
övladları-Xalq Yazıçısı
Yusif Səmədoğlu,
Xalq Şairi Vaqif Səmədoğlu, qızı-Əməkdar Mədəniyyət
İşçisi Aybəniz
Vəkilovanın həyat
və yaradıcılığına
həsr olunmuş guşələr yaradılıb
və yeni eksponatlarla zənginləşdirilib.
Tədbirdə Azərbaycan Milli
Elmlər Akademiyasının
müxbir üzvü,
Əməkdar Elm Xadimi
Nizami Cəfərov, Xalq Yazıçısı
Anar, tanınmış
yazıçı-publisist Elmira Axundova, filologiya elmləri doktoru Şirindil Alışanlı,
muzeyin elmi işçisi, vurğunşünas
alim Aslan Salmansoy və başqaları unudulmaz şairin yaradıcılığından,
Azərbaycan poeziyasinda
tutduğu mövqeyindən
söhbət açıblar.
Xalq Artisti, bəstəkar Sevda İbrahimova atası-Xalq Yazıçısı
Mirzə İbrahimovla
şairin yaradıcılıq
münasibətlərindən və dostluğundan xatirələr danışıb.
Tədbirdə Səməd Vurğunun sözlərinə S.İbrahimovanın
bəstələdiyi mahnı,
habelə şairin nəticəsi, beynəlxalq
müsabiqələr laureatı
Vurğun Vəkilovun fortepianoda ifa etdiyi musiqi səsləndirilib.
Ədalət.-2015.-3
dekabr.-S.7.