Cəlilabad-Vətən bağı al-əlvandır
"...Son illər
Cəlilabadda həm iqtisadi, həm də sosial sahədə çox böyük işlər görülüb. Gözəl
obyektlər tikilib, parklar, xiyabanlar salınıb".
İlham Əliyev Azərbaycan
Respublikasının Prezidenti
Bərəkətli torpağı, zəhmətkeş
insanları ilə tanınan Cəlilabad Azərbaycanın son illərdə
qazandığı uğurlara
öz töhfəsini
verməkdədir. Rayonun bütün
sahələrdə əldə
etdiyi nailiyyətlər
belə deməyə əsas verir.
Görülən işlərə yüksək
qiymət
Cəlilabadlılar ölkəmizin daha da inkişaf etməsi, iqtisadi cəhətdən qüdrətlənməsi
üçün əllərindən
gələni əsirgəmirlər. Son illərdə olduğu kimi, bu ilin
artıq geridə qalan ayları ərzində rayonda çox böyük həcmli görülüb,
abadlıq-quruculuq işləri
yeni vüsət alıb. Rayon ictimaiyyəti, ziyalılar
tez-tez bir araya gəlir, işgüzar müzakirələr
aparır, qarşıda
görüləcək tədbirləri
planlaşdırırlar.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci
ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş geniş iclas da bu ruhda
keçib. Yığıncaq iştirakçıları xüsusi ilə qeyd ediblər ki, ilin doqquz
ayı Cəlilabad rayonunun timsalında da bir çox
əlamətdar hadisələrlə
zəngin olub. Ölkə başçısının Cəlilabada
növbəti səfərini,
müxtəlif təyinatlı
yeni obyektlərin açılışında iştirak
etməsini, sakinlərlə
səmimi görüşlərini
rayon əhalisi fəxr
və sevinc hissi ilə xatırlayır. 2003-cü ildən sonra yeddinci dəfə Cəlilabada səfər edən Azərbaycan Prezidenti İlham Əliyev budəfəki gəlişində "Heydər"
parkında və
"Heydər Əliyev
seyrəngahı"nda yenidənqurma
işləri ilə tanış olub, Ümummilli Liderin adını daşıyan
Mərkəzə baş
çəkib, Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
inşa edilmiş körpələr evi-uşaq
bağçasının, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı
avtomobil yolunun və Göytəpə şəhərində Heydər
Əliyev adına
park-bulvarın açılışında
iştirak edib. Dövlət
başçısı rayonun
qabaqcıl müəssisələrindən
sayılan "Avanqard"
MMC-nin taxılçılıq
təsərrüfatının işi ilə yaxından maraqlanıb.
Dövlət başçısının görülən işlərə
yüksək qiymət
verməsi cəlilabadlıları
yeni uğurlar qazanmağa, daha böyük zəfərlər
qazanmağa ruhlandırır.
Prezidentin etimadını doğrultmaq
üçün bütün
qüvvələr səfərbərliyə
alınaraq "Azərbaycan
Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nda
nəzərdə tutulan
tədbirlərin icrasına
yönəldilib. Yığıncaqda
bir daha qeyd edilib ki,
ötən dövr ərzində abadlıq və tikinti-quruculuq işləri Cəlilabad
Rayon İcra Hakimiyyətinin
fəaliyyətində əsas
prioritet sahə olub, bir sıra
sosial və istehsal təyinatlı obyektlərin tikintisi başa çatdırılıb.
İstifadəyə verilən ən mühüm obyektlərdən
biri regionda analoqu olmayan yeni Heydər Əliyev Mərkəzidir. İnşasına
2014-cü ildə başlanan
və ümumi sahəsi 8800 kvadratmetr olan Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif
dövrlərini əks
etdirən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər
sərgilənir. Mərkəzdə
həmçinin 110 kvadratmetr
sahəsi olan sərgi salonu, 700 yerlik böyük və kiçik konfrans zalları, amfiteatr, nikah salonu, yeni ailə
quranlara psixoloji məsləhət, ana və uşaq, geyim, qrim, milli
rəqs, gimnastika və aerobika, xalça və tikiş otaqları, məntiqi təfəkkür,
kompüter və xarici dil kursları,
gənclər, şən
və hazırcavablar klubları, rəsm-heykəltəraşlıq
studiyası, müasir
formatlı 3D kinozalı,
fotostudiya, adi və elektron kitabxanalar, internet-kafe də fəaliyyət göstərir. Orijinal üslubda inşa
edilən və rayonun ümumi görünüşünə əlavə çalarlar qatan Mərkəz həm Ulu Öndərin
zəngin irsini və dərin dövlətçilik ənənələrini
öyrənməyə imkan
verir.
Bir məqamı
da vurğulamaq yerinə düşər,
uşaqların sosial müdafiəsinin gücləndirilməsi,
asudə vaxtlarının
səmərəli təşkili
və gələcəkdə
intellektual qüvvə
kimi yetişmələri
üçün dövlətimiz
tərəfindən mühüm
tədbirlər görülür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə
çoxlu layihələr
reallaşdırıb. Həmin işlərin ardıcıl
xarakter aldığını
nümayiş etdirən
faktlardan biri də Cəlilabad şəhərində hər
biri 100 yerlik 2 körpələr evi-uşaq
bağçasının istifadəyə
verilməsidir. Həmin ikimərtəbəli
məktəbəqədər müəssisələr müasir
mebel dəstləri ilə təchiz olunub, yataq və
oyun otaqları balacaların zövqünə
uyğun hazırlanıb,
balacaların normal qidalanması
üçün bütün
tədbirlər görülüb.
Göz oxşayan abadlıq
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun
yenidən qurulması,
yeni yolların salınması, digərlərinin
isə əsaslı şəkildə yenidən
qurulması ilə bağlı layihələr
uğurla davam etdirilir. Beynəlxalq və respublika
əhəmiyyətli magistral
yolların salınması
ilə yanaşı yeni əhəmiyyətli,
rayon və kənddaxili
yolların müasir səviyyəyə çatdırılmasına
xüsusi diqqət yetirilir. Dövlət başçısının tapşırığına uyğun
olaraq mövcud avtomobil yollarının əsaslı təmiri və ya yenidən
qurulması ümumilikdə
regionların sosial-iqtisadi
inkişafına mühüm
töhfələr verir.
Rayonun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı
avtomobil yolu da bu baxımdan
mühüm əhəmiyyət
daşıyır. Prezident İlham
Əliyevin sərəncamlarına
əsasən ayrılmış
maliyyə vəsaiti hesabına tikintisinə
2014-cü ilin mayında
başlanan bu yolun inşası yüksək səviyyədə
və keyfiyyətlə
aparılıb. Yolun ümumi
uzunluğu 21 kilometr, eni isə 8 metrdir. Yola 130 min kvadratmetrlik ikiqat asfalt döşənib.
Altı yaşayış məntəqəsini
əhatə edən yol 23 mindən çox əhaliyə xidmət göstərəcək.
Yolun istifadəyə verilməsi
sakinlərin rahat və təhlükəsiz
hərəkətini təmin
etməklə yanaşı
həmin kəndlərin
inkişafında da mühüm rol oynayacaq.
Cəlilabadda rayon mərkəzi ilə yanaşı digər yaşayış məntəqələrinin
də abadlaşdırılmasını
diqqət mərkəzindədir. Göytəpə
şəhərində salınan
30 min kvadratmetrlik Heydər
Əliyev adına
park-bulvar bu diqqətin təzahürlərindən
biridir. Park-bulvarda Ümummilli Lider Heydər Əliyevin abidəsi ucaldılıb,
2 artezian quyusu qazılıb, musiqili fəvvarə, müasir işıq dirəkləri
və rahat oturacaqlar quraşdırılıb,
15 min kvadratmetr sahədə
isə yaşıllıq
zolağı var. Parkın
ətrafına 5 min kvadratmetrlik
asfalt döşənib,
yeni elektrik xətləri çəkilib,
yaxınlıqdakı evlər
və ictimai obyektlər abadlaşdırılıb.
Burada sakinlərin istirahətini
dolğun və mənalı təşkil
etmək məqsədilə
bütün zəruri
işlər görülüb.
Eyni zamanda, daxili imkanlar hesabına Ələt-Astara magistral yolunun Göytəpə şəhər, Alar, Qarazəncir və Muğan kəndlərinin ərazisindən keçən
hissəsində uzunluğu
23 kilometr olan 55,2 min kvadratmetrlik dekorativ hasarlar yenidən qurulub, vətəndaşlara
məxsus 500-dən çox
darvazalar eyni formalı və müasir görkəmli darvazalarla əvəz edilib, xaricdən gətirilən 300-ə qədər
işıqlandırma dirəkləri
quraşdırılıb.
Sentyabrda
rayon prokurorluğunun binası,
habelə Göytəpə
şəhərində 69 saylı
Cəlilabad-Masallı-Biləsuvar dairə seçki komissiyası üçün
yeni inzibati bina və parkın
tikintisi ilə əlaqədar sökülən
ikimərtəbəli mənzilin
əvəzinə tikilən
yeni yaşayış
binası istifadəyə
verilib. Göytəpə şəhərində mədəniyyət mərkəzinin
və idman kompleksinin tikintisinə başlanılıb.
(Ardı var)
E. CƏBRAYILOĞLU
Ədalət.-2015.-8
dekabr.-S.7.