İŞIĞINIZ NUR, OCAĞINIZ GUR OLSUN

"Hüseyn Cavid. Vətənə qaydış" kitabını oxuyarkən və eyni adlı fotoalboma baxarkən düşündüklərim

 

"Zaman keçəcək, onilliklər, yüzilliklər bir-birini əvəz edəcək, hər şey dəyişəcək, dünya yeni yönə, yeni zövqə istiqamətlənəcək, ancaq xalqın milli-mənəvi dəyərlərinə öz müqəddəs münasibəti heç vaxt dəyişməyəcəkdir". Qarşımdakı "Hüseyn Cavid. Vətənə qaydış" kitabını oxuyarkən eyni adlı fotoalboma baxarkən bir daha buna əmin oldum.

"Dahilərin qaydışı möhtəşəm olur". Çünki o qaydış xalqı, milləti üçün böyük önəm kəsb edən bir qaydışdır.

Filologiya üzrə fəlsəfə doktoru, şairə, publisist Sona xanım Vəliyevanın tərtibçisi, redaktoru ön sözünün müəllifi olduğu "Hüseyn Cavid. Vətənə qayıdış" kitabında "Dahilərin qaydışı möhtəşəm olur" sərlövhəsi bütün varlığıma hakim kəsildi. Cavid dünyasından Cavid dühasından doğan sevgilə yazılan ön sözdə sələflərə qarşı layiqli varislik qayğısını duydum. Bu qayğı Cavid şəxsiyyətinin əyilməzliyindən, dahiliyindən doğan sevginin, səmimiyyətin təzahürüdür.

Hörmətli Sona xanım! Çox haqlı olaraq buyurursunuz ki, "Cavidə dönmək, milli soy-kökə dönmək, milli kimliyini dərk etmək deməkdir". O, Cavid ki, "milli müəyyənliyi ilə bağlı düşüncələrini" qələmə aldığı xalqına catdırdığı üçün uzun illər "marksist-leninçi tənqidin məziyyətlərinin" qurbanı oldu. Yaradıcılığı "ziddiyyətli, təzadlı", özü isə "mürəkkəb şəxsiyyət", "xırda burja yazarı" adlandırıldı.

H.Cavidin "son dərəcə mürəkkəb ziddiyyətli bir şəxsiyyət" olduğunu iddia edən tənqidçi alim Mehdi Hüseyn digərlərinə nisbətən daha iradla bildirirdi ki, "Cavid Sovet məfkurəsini qəbul edə, naliyyətlərini görə bilmir".

Amma zaman bu "məfkurəni görən qiymətləndirənləri" yox Cavidi yaşatdı. Əliağa Vahid demiş: "Cavid əbədidir, qalacaq name cahanda".

Doğrudan da "Dahilərin qaydışı möhtəşəm olur". O qaydış ki, bəşəri sevgidən doğan, "bütün zamanlarda yolumuza nur saçan" qələmi, sözü ilə milləti, Vətəni yolunda canını fəda edən Hüseyn Cavidin qaydışıdır. O qaydış ki, onda Böyük Türk Dünyasını özünə, dünəninə böyüklüyünə çağrış var. O qaydış ki, "Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü" deyə bütün dünyanı sülhə, sevgiyə, dostluğa çağrırır. O qaydış ki, İblis xislətlilərin nəfsinə, tamahına qarşı bir qalxandır, "insan idrakındakı kamillik zirvəsinə" gedən yolda İlahi dərki anladan hikmətdir.

O qaydış bir daha sübut etdi ki, "Peyğəmbər"i yaradan dahi "bütün zamnaların şairi"dir yaxşı "inqilab epoxasının şairi ola" bilmədi. Amma "Ədəbiyyat tarixində düz bir xəttlə, ziddiyyətsiz, bütün ömrü boyu bir istiqamətlə irəliləyən, yaradıcılıq tərəddüdü şübhələri keçirməyən böyük bir sənətkar" oldu Hüseyn Cavid.

Yaradıcılığında ancaq ziddiyyət qərəzlilik axtaran sovet tədqiqatçıları H.Cavidə yalnız "siyasi ideyalar ideallar mövqeyindən" yanaşdılar. Bu yanaşmada H.Cavidi "proletar yazarı", "inqilab şairi" kimi görmək arzusunda olanlar da var idi. Amma unutdular ki, "qafqaziyanın ən bənam, müqtədir, məşhur şairi", "inqilab şairi" ola bilməz. Elə inqilab şairi ola bilmədiyi üçün Azərbaycanda sovet tənqidi "vulqar-sosioloji mərhələ" deyilən dövr Cavid yaradıcılığına münasibətdə özünün bütün zəif cəhətlərini subyektiv maksimalizmi, metodoloji estetik təzahür ifratları ilə" meydana çıxardı.

"Mənim tanrım gözəllikdir, sevgidir" deyə bəşəriyyəti sülhə, dostluğa səsləyən H.Cavid "XX əsr Azərbaycan romantizminin nəhəng siması" kimi tanınmağa başladı mənsub olduğu romantizm yaradıcılıq tələblərini müdafiə edərək ömrünün sonuna kimi buna sadiq qaldı. Bu sadiqlik onu "Şərq romantizmini yaradanlardan biri" kimi tarixə saldı.

Yaradıcılığında Şərq Qərbin mədəni, mənəvi-əxlaqi dəyərlərini, türkün düşüncə müstəvisində təhlilə çəkib, tədqiq edən H.Cavid üçün Vətən anlayışı Azərbaycanla məhdudlaşmırdı, o, Turanı Böyük Türk Dünyasının Vətəni sanırdı. Ona görə "Cavid romantizminin dalğaları bəzən Turana da sığmır, onun hüdudlarını aşaraq Şərq-İslam dünyasına bütün yer kürəsinə yayılırdı. Bu isə onun bəşəriliyini şərtləndirir".

"Türk dünyasını bir araya gətirən nəhəng bir körpü" adlandırılan H.Cavid üçün vahid türk ədəbiyyatı, mədəniyyəti böyük Turan dünyası vardır. Bütün ömrü boyu bu birliyi uğrunda mübarizə aparan, insanlığı sevgiyyə azadlığa səsləyın şair "Hürriyyət! Ah, o məncə fəqət dadlı bir xəyal... Dünyada varmı hürr əcabə? İştə bir sual!" deyə sordu.

O, Hürrün carçısı olduğu üçün "gərgin, amansız, şiddətli, rəhimsiz bir mübarizə mücadilə"nin qurbanı oldu. "Günün nəbzini tuta bilməməkdə" günahlandırılan H.Cavid əsrin nəbzini tuta bildi.

"Cavidcə həyat yaşamaq yaşatmaqdan ibarətdir". Odur ki, bu gün onu layiqli varisləri yaşadır. Cavid işığını, Cavid oçağını daima nurlandırır. Bu nurda Sizin , ailənizin payı var Sona Xanım!

Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mudra Əli Həsənovun təşəbbüsü "Kaspi" qəzeti - Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında 2013- ildə "Hüseyn cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013) kitabının İstanbulda nəşr olunması xüsusi böyük maraqla qarşılanıb.

Kitabın nəşrində Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mudra Əli Həsənovun Sizin xüsusi xidmətiniz olub. Bütün bunlar bir daha deməyə imkan verir ki, Siz Cavid işığını, Cavid ocağını daha güclü nura qərq etməyə layiq varissiniz! İşığınız nur, ocağınız gur olsun! Amin!

 

Qərənfil Dünyamin qızı

"Əməkdar jurnalist"

Ədalət.-2015.-8 dekabr.-S.6.