Xalq şairi Cabir Novruzun 82 yaşı qeyd olunub

 

XX əsr Azərbaycan poeziyasının parlaq simalarından olan Xalq şairi Cabir Novruzun 82 yaşı qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə şair-publisist Tariyel Abbaslı Cabir Novruzun yaradıcılığından söhbət açıb. Onun əsərlərində xalqımızın həyatında baş verən keşməkeşli hadisələr geniş şəkildə işıqlandırılıb. Şeirləri hər zaman bəstəkarları tərəfindən yüksək qiymətləndirilib. "Sən oldun”, "Məhəbbət”, "Cavanlığım”, "Bulaq suyu, dağ havası”, "Ömür keçir”, "Bakının qızları”, "Tələbə digər populyar mahnılarının indi dillər əzbəridir, ifaçılarımızın repertuarından düşmür.

Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Adil Cəmil, ədəbiyyatşünas Sona Xəyal başqaları şairin ədəbiyyata gəldiyi gündən yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazandığını söyləyiblər.

Bildirilib ki, onun qələmindən çıxan lirik poeziya nümunələri epik əsərləri öz bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə həmişə müasirlərindən seçilib. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı gənclərə vətənpərvərlik mübarizlik ruhunun aşılanmasına mühüm təsir göstərib. Həmişə doğulduğu Xızı rayonunun doğma Upa kəndinin timsalında Vətənin taleyi üçün narahatlıq hissi keçirən Cabir Novruz poeziyasının başlıca mövzusu azərbaycançılıq ideyaları ilə sıx bağlı olub.

Diqqətə çatdırılıb ki, şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr edilib. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb. Cabir Novruzun ictimai fəaliyyəti zəngin olub. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olub, hadisələrə düzgün qiymət verilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.

Tədbirdə Xalq artisti Niyaməddin Musayev, Əməkdar artist Abbasqulu Nəcəfzadə digər incəsənət ustaları şairin sözlərinə yazılmış musiqi əsərlərini ifa ediblər.

Sonda Cabir Novruz Fondunun sədri, şairin övladı Müşfiq Cabiroğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Ədalət.-2015.-8 dekabr.-S.8.