“Aşıq Şəmşir” Mədəniyyət
Ocağı İctimai Birliyi
UNESCO-da məsləhətçi statusu qazandı
Vətənimiz üçün
yeni bir uğura imza atıldı. Xəbər
verdiyimiz kimi, noyabrın 30-dan Dekabrın
4-dək Namibiyanın paytaxtı
Vindhuk şəhərində
UNESCO-nun Qeyri-maddi mədəni
irsin qorunması üzrə Hökumətlərarası
Komitəsinin 10-cu sessiyası
keçirilib. Dörd gün
davam edən müzakirələrdə Azərbaycan
üçün əhəmiyyətli
qərarlar qəbul edilib. Dekabrın 2-də keçirilən müzakirələrdə Azərbaycan
tərəfindən təqdim
olunan "Lahıc misgərlik sənəti” nominasiyası UNESCO-nun Qeyri-maddi
mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Bugün
UNESCO-nun Qeyri-maddi mədəni
irsin qorunması üzrə Hökumətlərarası
Komitəsi Azərbaycanın
QHT ictimaiyyəti, xüsusilədə
mədəni irsimizin qorunması və təbliği istiqamətində
fəaliyyət göstərən
QHT-lər üçün
örnək təşkil
edən qərar qəbul edib. Komitə
"Aşıq Şəmşir”
Mədəniyyət Ocağı
İctimai Birliyinin
UNESCO-da akkreditasiya üçün müraciətinə
müsbət rəy verib, İctimai Birliyin müraciəti Konvensiyanın tələblərinə
cavab verdiyinə dair qərar qəbul edib və Baş Assambleyaya İctimai Birliyin akkreditasiyadan keçirilməsini tövsiyə
edib. Akkreditasiyadan keçən təşkilatlar
UNESCO-da məsləhətçi
statusu qazanır və UNESCO ilə dünyada mədəni irsin qorunması istiqamətində sıx əməkdaşlıq edir.
Qeyd edək
ki, Hökumətlərarası
Komitənin 10-cu sessiyasında
qəbul edilən qərarlar 2016-cı ilin iyununda UNESCO-ya üzv dövlətlərin
Baş Assambleyasında
təsdiq edildikdən
sonra qüvvəyə
minəcək.
Azərbaycan Prezidenti İlham
Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, millət vəklili Mehriban xanım Əliyevanın səyləri nəticəsində
bu günə qədər Azərbaycanın
muğam ifaçılıq
sənəti, aşıq
sənəti, tar ifaçılıq
sənəti və digər mədəniyyət
nümunələri YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib."Aşıq Şəmşir"
Mədəniyyət Ocağı
İctimai Birliyinin
UNESCO-da akkreditasiyadan keçməsi bizə imkan verəcək ki, işğal altında olan ərazilərimizdə dağıdılmış
mədəni irs və abidələrimiz haqqında məlumatları
dünya ictimaiyyətinə
çatdıraq, Azərbaycanın
haqlı mövqeyini
UNESCO tərəfindən təşkil
edilən beynəlxalq
forumlarda müdafiə
edək və Azərbaycan mədəniyyətini
dünyada layiqincə
təmsil edək.
Qeyd edək ki, "Aşıq Şəmşir”
Mədəniyyət Ocağı
İctimai Birliyi yarandığı gündən
etibarən dövlətimizin
mədəniyyət siyasətinin
həyata keçirilməsinə
dəstək olaraq mütəmadi şəkildə
mədəniyyətimizin, milli-mənəvi
dəyərlərimizin, folklorumuzun,
ozan-aşıq sənətinin
və s. qeyri-maddi mədəniyyət nümunələrimizin
təbliği ilə bağlı ölkə daxilində və xaricdə tədbirlər və layihələr həyata keçirir.
Ədalət.-2015.-8 dekabr.-S.8.