Cəlilabad-Vətən bağı al-əlvandır

 

 (Əvvəli qəzetimizin ötən sayında)

 

Göytəpə şəhərində mədəniyyət mərkəzinin idman kompleksinin inşasına başlanılıb.

Azərbaycan Hökuməti Dünya Bankının maliyyə vəsaiti hesabına "Akkord" Şirkəti tərəfindən Cəlilabad şəhərinin küçələrində indiyədək 155,3 kilometr kanalizasiya 164,9 kilometr su xətti, o cümlədən doqquz ayda 25,4 kilometr kanalizasiya 61,2 kilometr su xətti çəkilib. Küçələrə 46 min kvadratmetr çınqıl döşənib. Hazırda rayon ərazisində bu istiqamətdə işlər yüksək keyfiyyətlə davam etdirilir.

 

Göz oxşayan zəmilər

 

Cəlilabad rayonunda aqrar bölmənin inkişafına həmişə olduğu kimi, bu dəfə xüsusi diqqət yetirilib, ötən doqquz ayda bitkiçilik heyvandarlıq sahələrində böyük uğur əldə edilib. Əlverişsiz hava şəraitinə baxmayaraq taxılçıların gərgin əməyi nəticəsində 66007 hektar dənli dənli-paxlalı bitkilərin biçini başa çatdırılıb, hər hektardan 28,6 sentner olmaqla 188755 ton məhsul istehsal olunub. İstehsal olunan ümumi məhsulun 82,2 faizi buğdadan ibarətdir. Biçilən sahə 2014-cü illə müqayisədə 4584 hektar az olsa da hər hektardan məhsuldarlığın 9,6 sentner artırılması hesabına 54631 ton çox məhsul istehsal olunub. Gələn ilin məhsulu üçün taxıl sahələrinin şumlanması davam edir.

Ölkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə iri fermer təsərrüfatlarının təşkil edilməsi üçün mühüm tədbirlər görülməkdədir. Belə təsərrüfatlardan biri "Avanqard" MMC tərəfindən rayonda keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında yaradılıb. Təsərrüfat əsasən toxumçuluq istiqamətində fəaliyyət göstərir yüksək reproduksiyalı buğda toxumuna olan tələbatın yerli istehsal hesabına ödənilməsinə xidmət edir.

Ərazilərdə yeraltı qurunt suların axıdılması məqsədilə 4860 metr drenaj qazılıb, ABŞ istehsalı olan süni yağışyağdırma üsulu ilə müasir suvarma sistemləri quraşdırılıb, tutumu 50 min kubmetr olan süni göl yaradılıb. "Aqrolizinq" ASC vasitəsilə Almaniyadan gətirilən texnika aqreqatlar vasitəsilə aqrotexniki tədbirlər vaxtında keyfiyyətlə görülür. Layihənin icrası nəticəsində 50-dək yeni yeri yaradılıb.

Rayonda inkişaf etmiş sahələrdən biri kartofçuluqdur. Doqquz ay ərzində 77415 ton kartof istehsal olunub ki, bu da ötən ildəkindən 9715 ton çoxdur. Hər hektardan 198,5 sentner məhsul götürülüb.

 

Hər şey əhalinin rifahı üçün

 

Doqquz ay ərzində rayonda 808 yeni yeri açılıb ki, onun da 335-i daimidir. Rayon Məşğulluq Mərkəzində qeydiyyata alınan 461 işsizin 255-i daimi işlə təmin olunub, onun da 102-si qadındır. Hesabat dövründə DSMF rayon şöbəsi tərəfindən pensiyaçılara 34,5 milyon manat, işləyən sığorta olunanlara isə 534,7 min manat vəsait ödənilib. Proqnoz tapşırığın 98,8 faiz icra olunub. Pensiya islahatının mühüm tərkib hissəsi kimi bütün pensiyaların plastik kartlarla ödənilməsi təmin edilib. Bu isə şöbədə vətəndaş-məmur təmasına son qoyub, ehtimal oluna bilən bürokratiya süründürməçilik aradan qalxıb.

"Azərişıq" Səhmdar Cəmiyyəti yarandıqdan sonra əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsindən ötrü bir sıra məqsədyönlü tədbirlər görülüb. Cəlilabad şəhərinin Hüseyn Cavid M.F.Axundov küçələrində 250 kva-lıq, Vüqar Niftullayev küçəsində 400 kva-lıq, Azərbaycan küçəsində 1000 kva-lıq, Günəşli kəndində 630 kva-lıq, Üçtəpə kəndində 400 kva-lıq, Əliqasımlı kəndində isə 2 ədəd 400 kva-lıq transformator quraşdırılıb. Qaz təchizatını yaxşılaşdırmaq məqsədilə mühüm tədbirlər həyata keçirilib. Cəlilabad şəhərində 743 metr yeni qaz kəməri çəkilib, Hasıllı, Hacıismayıllı, Seyidbazar, Fərzili, Abdullu, Zopun, Suluçeşmə, Adnalı, Sabirabad, Cəfərxanlı, Muğan Söyüdlü kəndlərinə təbii qaz verilişi bərpa olunub, 4500 ailə mavi yanacaqla təchiz edilib. Hazırda Şabanlı, Abışabad, Babalı, Bədirli, Əliqasımlı, Komanlı, Bəcirəvan, Şıxlar, Ağdaş, Maşlıq, Hamarqışlaq, Allahverənli, Xəlilabad, Ağdaş, Şiləvəngə Çünzəli kəndlərinin qazlaşdırılması üçün tikinti işləri aparılır. Beləliklə, ilin sonunadək 32 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edəcək.

Hazırda rayon əhalisinə Müalicə-Diaqnostika Mərkəzi, 5 şəhər 3 kənd sahə xəstəxanası, 28 həkim tibb 40 tibb məntəqəsi, habelə təcili tibbi yardım stansiyası xidmət göstərir. Profilaktik əks-epidemik tədbirlərin vaxtında aparılması nəticəsində bir sıra infeksion xəstəliklər tamamilə ləğv olunub, digər qismi isə minimuma endirilib.

Cəlilabad Rayon İcra Hakimiyyəti ötən dövrdə vətəndaşların müraciətlərinə baxılmasına xüsusi diqqət yetirib, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına maksimum səy göstərib. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bu ilin doqquz ayı ərzində aparatda keçirilən qəbullarda 150, yerlərdə keçirilən səyyar qəbullarda isə 214 nəfəri qəbul edib. İcra başçısı vətəndaşların ərizə müraciətlərinin operativ araşdırılması üçün müvafiq tapşırıqlar verib.

Rayon sakinləri ölkədə rayonda aparılan abadlıq-quruculuq işlərini dəstəkləyir, bu mühüm prosesə öz töhfələrini verməyə çalışırlar. Bu gün Cəlilabadı təmsil edən istedadlı alimlərin, sənət adamlarının, idmançıların sorağı beynəlxalq elmi konfranslardan, festivallardan çempionatlardan gəlir.

Cəlilabadlılar 2015-ci ili uğurla yola salmaq əzmindədirlər.

 

E. CƏBRAYILOĞLU

Ədalət.-2015.-9 dekabr.-S.7.